Məhkəmə qərarları › İş №e-2(032)-833/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-833/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-833/2025 02.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Məhkəmə iclasının katibi Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə , İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı MMC-i Cavabdeh xx.xx.2020-ci il tarixli SRK5858056 saylı borc müqaviləsinə əsasən dəyəri 539 manat olan məişət avadanlığı əldə etmişdir. İddiaçı MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla xx.xx.2020-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 539 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 192 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh X1 xx.xx.2020-ci il tarixli, SRK5858056 saylı borc müqaviləsinə əsasən 192 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 222 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehlərə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin bildiriş zərfin üzərində “vəfat edib” qeyd edilərək geri qaytarılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi iddiaçı "xxxx" MMC-nin ünvanına göndərilməsinə baxmayaraq nümayəndə məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə məhkəyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qanunun mənasından göründüyü kimi, hüquqi varisliyə o vaxt yol verilir ki, tərəflərdən biri iş məhkəmənin icraatında olan zaman sıradan çıxsın. Hazırki halda isə Cavabdeh iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilən tarixdən daha əvvəl ölmüşdür. Belə ki, işə əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarından isə görünür ki, İddiaçı MMC hazırki iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMC-i məhkəməyə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2023-cü il tarixdə vəfat etmiş, mülki iddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh ölmüş olduğundan, bununla da Cavabdeh iş üzrə cavabdeh hesab edilmədiyindən, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iş üzrə icraata xitam verilməli və iddiaçıya Cavabdeh vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunmalıdır. MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Beləliklə də, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizənin verilməsi ilə əlaqədar İddiaçı MMC-i tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilərsə dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, dövlət rüsumu İddiaçı MMC-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 261-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMCyə qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar