Məhkəmə qərarları › İş №e-2(032)-882/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-882/2024

02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-882/2024 02.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və aylıq lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair müki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 iyul 2023-cü il tarixli FAT-442 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 yanvar 2024-cü il tarixə 293 manat 40 qəpik gecikdirilmiş əsas, 296 manat 71 qəpik gecikdirilmiş mükafat, həmin günə hesablanmış 329 manat 68 qəpik dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Lacetti AT” minik markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2755 manat, cəmi 3674 manat 79 qəpik borc və ödənilmiş 56 manat 75 qəpik dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2023-cü il tarixli FAT-442 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı “Chevrolet Lacetti AT” minik markalı ** AX *** dövlət qeydiyyat nişanlı, ağ metal rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 18% mükafat məbləği hesablanmaqla 52 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 590 manat 70 qəpik, ümumilikdə isə 30716 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 30716 manatın 21223 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Lacetti AT” minik markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobil 23 yanvar 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. “Servis” mərkəzi tərəfindən tərtib edilmiş qüsura aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 2755 manat təşkil edir. Eyni zamanda Cavabdeh 13 iyul 2023-cü il tarixli FAT-442 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 yanvar 2024-cü il tarixə ümumilikdə 919 manat 79 qəpik gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Sonradan İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh 13 iyul 2023-cü il tarixli FAT-442 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 yanvar 2024-cü il tarixə 293 manat 40 qəpik gecikdirilmiş əsas, 296 manat 71 qəpik gecikdirilmiş mükafat, həmin günə hesablanmış 329 manat 68 qəpik dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Lacetti AT” minik markalı ,** AX *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 2755 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 325 manat, ümumilikdə 3999 manat 79 qəpik borc və ödənilmiş 60 manat 75 qəpik dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Lakin iddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin (MPM) 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli FAT-442 saylı lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış X2 əsasən müəyyən olunur ki, lizinq verən lizinq alanın sifarış etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli FAT-442 saylı lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış X1: 1.3-cü bəndinə əsasən bu lizinq müqaviləsinin əsas məbləğini 21223 manat təşkil edir. Lizinq alan, bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 52 ay müddətində illik 18% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. 5.2-ci maddəsinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. 7.1-ci bəndinə əsasən lizinq alan bu Müqavilə ilə nəzərdə tutulmuş lizinq obyektinin yoxlamaq imkanını təmin etmədikdə lizinq verənə 1000 (min) manat məbləğində cərimə ödəyir. 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3% dəbbə pulu hesablanır və lizin alan tərəfindən lizinq verənə ödənilir. xx.xx.2023-ci il tarixli FAT-442 saylı X2 1 nömrəli əlavəyə əsasən müəyyən olunur ki, əldə olunan əmlak “Chevrolet Lacetti AT” markalı minik maşındır, dəyəri 21223 manat təşkil edir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, “Chevrolet Lacetti AT” markalı ** AX *** dövlət qeydiyyat nişanlı minik maşınını Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-ci il tarixli FAT-442 saylı X2 3 saylı Əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh illik 18% hesablanmaqla 52 ay müddətinə sonuncu ay 590 manat 50 qəpik olmaqla, hər ay 590 manat 70 qəpik , ümumilikdə 30716 manat məbləğində pulu İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. BB323246 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən müəyyən olunur ki, Chevrolet Lacetti AT” markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı MMC-dir. xx.xx.2024-cü il tarixli 169 nömrəli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023ci il tarixli FAT-442 saylı “Daxili Lizinq” müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 293 manat 40 qəpik əsas, 296 manat 71 qəpik manat mükafat borcu və 329 manat 68 qəpik manat cərimə borcu olmaqla, cəmi 919 manat 79 qəpik manat borcu vardır. xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh müqavilənin ləğvi tələbinə dair xəbərdar edilmişdir. "xxxx" MMC-nin (VÖEN **********) 11 mart 2024-cü il tarixli rəy aktından görünür ki, “Chevrolet Lacetti AT” markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobil Badamdar meydançasında ilkin vizual baxış zamanı aşkar olunmuşdur ki, avtomobilin aşağıda qeyd olunan hissələr yenisi ilə əvəz olunmalıdır. 1 ədəd kapot 380 manat məbləğində, 1 ədəd kapotun sol petləsi 15 manat məbləğində, 1 ədəd kapotun sağ petləsi 15 manat məbləğində, 1 ədəd ön üst panelin orta hissəsi 45 manat məbləğində, 1 ədəd fara paneli sol 90 manat məbləğində, 1 ədəd fara paneli sağ 90 manat məbləğində, 1 ədəd ön bufer 160 manat məbləğində, 1 ədəd radiator barmaqlığı 130 manat məbləğində, 1 ədəd sağ fara 180 manat məbləğində, 1 ədəd sol duman farası 90 manat məbləğində, 1 ədəd sağ duman farası 90 manat məbləğində,1 ədəd arxa sağ stop 120 manat, 1 ədəd salon kasmetikası 100 manat, cəmi 1505 manat , dəmirçi 500 manat, rəngsaz 600 manat, armaturşik 100 manat, çilingər 50 manat , cəmi 1250 manat, beləliklə ümumilikdə 2755 manat məbləğində olmuşdur. Ödəniş qəbzlərinin surətindən görünür ki, EQ21230093 saylı protokola görə 45 manat, EQ21230090 saylı protokola görə 18 manat, EQ19490808 saylı protokola görə 128 manat, EQ19490810 saylı protokola görə 80 manat, EQ21230086 saylı protokola görə 18 manat, EQ21230085 saylı protokola görə 18 manat, EQ21230082 saylı protokola görə 18 manat, cəmi 325 manat cərimə məbləğləri İddiaçı MMC tərəfindən Daxili İşlər Nazirliyi BDYPİ-nə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququn malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsio nəzərdə tutulmasın.” MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozlmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçn çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.5-ci maddəsinə görə lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. MM-in 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. MM-in 748-1.12-ci maddəsinə görə lizinq verənin lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; . lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: MM-in 748-11-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, lizinq verən mülkiyyətində olan “Chevrolet Lacetti AT” markalı ** AX *** dövlət qeydiyyat maşınını daxili lizinq müqaviləsi əsasında lizinq alan Cavabdeh vermişdir. Cavabdeh illik 18% hesablanmaqla 52 ay müddətinə sonuncu ay 590 manat 50 qəpik olmaqla, hər ay 590 manat 70 qəpik manat, ümumilikdə 30716 manat məbləğində pulu İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək müqavilə ilə müəyyənləşdirilmiş məbləği ödəməmiş, nəticədə 13 iyul 2023-cü il tarixli FAT-442 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 293 manat 40 qəpik gecikdirilmiş əsas, 296 manat 71 qəpik gecikdirilmiş mükafat, həmin günə hesablanmış 329 manat 68 qəpik dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Lacetti AT” minik markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 2755 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 325 manat, ümumilikdə 3999 manat 79 qəpik borc yaranmışdır. Məhkəmə, iddia tələbinin 329 (üç yüz iyirmi doqquz) manat 68 (altmış səkkiz) qəpik məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə MM-in 467-ci maddəsini, işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 329 (üç yüz iyirmi doqquz) manat 68 (altmış səkkiz) deyil, 20 (iyirmi) manat məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə iddia tələbinin ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-ci il tarixli FAT-442 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 293 (iki yüz doxsan üç) manat 40 (qırx) qəpik gecikdirilmiş əsas, 296 (iki yüz doxsan altı) manat 71 (yetmiş bir) qəpik gecikdirilmiş mükafat, 20 (iyirmi) manat dəbbə pulu, “Chevrolet Lacetti AT” minik markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 2755 (iki min yeddi yüz əlli beş) manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat, ümumilikdə 3690 (üç min altı yüz doxsan) manat 11 (on bir) qəpik pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 220.5-ci maddəsində əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İşdə olan sənədlərə görə məhkəmə xərcləri 60 (altmış) manat 75 (yetmiş beş) qəpik məbləğində ödənilmiş dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci, 227-ci, 233-cü, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli FAT-442 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 293 (iki yüz doxsan üç) manat 40 (qırx) qəpik gecikdirilmiş əsas, 296 (iki yüz doxsan altı) manat 71 (yetmiş bir) qəpik gecikdirilmiş mükafat, 20 (iyirmi) manat dəbbə pulu, “Chevrolet Lacetti AT” minik markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 2755 (iki min yeddi yüz əlli beş) manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat, ümumilikdə 3690 (üç min altı yüz doxsan) manat 11 (on bir) qəpik pul vəsaiti alınaraq İddiaçı MMC-yə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 60 (altmış) manat 75 (yetmiş beş) qəpik məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar