Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-939/2024 05.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, 09412966 saylı müqaviləyə əsasən İMEİ kodu **********85358 olan “REALME C21Y” markal telefon, “AİWA” qulaqlıq üçün 462.18 manat ödənilməmiş hissə, 46.82 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli, 13981760 saylı müqaviləyə əsasən “HOFFMAN LED TV”, “SONOROUS SUREFİX” asqı üçün 25.04 manat ödənilməmiş hissə, 2.96 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 03234249 saylı müqaviləyə əsasən müqaviləyə əsasən “HOFFMAN LED TV”, “SONY soundbar” üçün 387,98 manat ödənilməmiş hissə, 38.02 manat cərimə pulu, ümumilikdə hər üç müqavilə üzrə 963 manat və 30 manat dövlət rüsumu, cəmi 993 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən cavabdeh İMEİ kodu **********85358 olan Realme C21Y markalı telefon, AİWA qulaqlıq, HOFFMAN LED TV, SONOROUS SUREFİX asqı, HOFFMAN LED TV, SONY soundbar almış və nəticədə 963 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 575.88 manat (18 ay x 30.51 manat + 26.7 manat ilkin ödəniş) İMEİ kodu **********85358 olan “Realme C21Y” markalı telefon, AİWA qulaqlıq üçün ümumilikdə, 509 manat olmaqla ondan 462.18 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46.82 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 491.12 manat (24 ay x 19.63 manat + 20 manat ilkin ödəniş) olan “HOFFMAN LED TV”, “SONOROUS SUREFİX” asqı üçün ümumilikdə 28 manat olmaqla, ondan 25.04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2.96 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 798.24 manat (24 ay x 33.26 manat + 0 manat ilkin ödəniş) “HOFFMAN LED TV”, “SONY soundbar” üçün ümumilikdə 426 manat olmaqla, ondan 387.98 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.02 manat miqdarında borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində HOFFMAN LED TV və QİZİL ZƏMANƏT Ultra 2 il xidmətindən imtina etmiş və məhsul 446.08 manat qiymətləndirilib, borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində SONY soundbar və ZƏMANƏT+ 2 il xidmətindən imtina etmiş və məhsul 352.08 manat qiymətləndirilib, borcundan silinərək geri qaytarılmışdır.Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 20 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 446.08 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 466.08 manat təşkil edir. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 58.18 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 352.08 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 410.26 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, mülki işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 09412966 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 575.88 manat olan İMEİ kodu **********85358 olan Realme C21Y markalı telefon, AİWA qulaqlıq Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 30.51 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 13981760 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 491.12 manat olan “HOFFMAN LED TV”, “SONOROUS SUREFİX” asqı Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 19.63 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 03234249 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alğı-satqı qiyməti 798.24 manat olan “HOFFMAN LED TV”, “SONY soundbar” Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 33.26 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli, 09412966 saylı müqavilə üzrə 462.18 manat ödənilməmiş hissə və 46.82 manat dəbbə borcu, xx.xx.2023-cü il tarixli, 13981760 saylı müqavilə üzrə 25.04 manat ödənilməmiş hissə, 2.96 manat dəbbə borcu, xx.xx.2023-cü il tarixli, 03234249 saylı müqavilə üzrə 387.98 manat ödənilməmiş hissə, 38.02 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satğı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satğı müqavilələrinə əsasən cavabdehə əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 09412966 saylı müqaviləsinə əsasən 462.18 manat, xx.xx.2023-cü il tarixli, 13981760 saylı müqaviləsinə 25.04 manat, xx.xx.2023-cü il tarixli, 03234249 saylı müqaviləsinə əsasən 387.98 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, 09412966 saylı müqaviləyə əsasən 462.18 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 46.82 manat dəbbə (cərimə) pulunun, xx.xx.2023-cü il tarixli, 13981760 saylı müqaviləyə əsasən 25.04 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 2.96 manat dəbbə (cərimə) pulunun, xx.xx.2023-cü il tarixli, 03234249 saylı müqaviləyə əsasən 387.98 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 38.02 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, 09412966 saylı müqaviləyə əsasən 4 manat dəbbə (cərimə) pulu, xx.xx.2023-cü il tarixli, 13981760 saylı müqaviləyə əsasən 1 manat dəbbə (cərimə) pulu, xx.xx.2023-cü il tarixli, 03234249 saylı müqaviləyə əsasən 2 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 09412966 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 462.18 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2023-cü il tarixli, 13981760 saylı alğı-satqı müqaviləsinə əsasən 25.04 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2023-cü il tarixli, 03234249 saylı alğı-satqı müqaviləsinə əsasən 387.98 manat ödənilməmiş hissə, 2 manat cərimə borcu olmaqla, cəmi 882,20 manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, ümumilikdə 912,20 (doqquz yüz on iki manat 20 qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-939/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-939/2024
05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver