Məhkəmə qərarları › İş №e-2(032)-987/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-987/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-987/2023 02.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Y20K5703933 nömrəli, 06 may 2019-cu il tarixli müqavilə üzrə 120 manat əsas, 36 manat dəbbə pulu, Y20K5703945 nömrəli, 08 may 2019-cu tarixli müqavilə üzrə 527 manat əsas, 158 manat dəbbə pulu, Y20K5740740 nömrəli, 29 iyul 2019-cu il tarixli müqavilə üzrə 855 manat əsas, 256 manat dəbbə pulu və Y20K5817761 nomrəli, 13 yanvar 2020-ci il tarixli müqavilə üzrə 1791 manat əsas, 537 manat dəbbə pulu və 63 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4343 manat pulun İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 may 2019-cu il, 08 may 2019-cu il, 29 iyul 2019-cu il və 13 yanvar 2020-ci il tarixlərində Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə aralarında müvafiq olaraq Y20K5703933 nömrəli, Y20K5703945 nömrəli, Y20K5740740 nömrəli və Y20K5817761 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən Y20K5703933 nömrəli müqavilə üzrə 1275 manat dəyəri olan 1 ədəd “LG” markalı televizor, Y20K5703945 nömrəli müqavilə üzrə 1325 manat dəyəri olan 1 ədəd “Beko” markalı soyuducu, Y20K5740740 nömrəli müqavilə üzrə 1883 manat dəyəri olan 1 ədəd “Samsung” markalı televizor, Y20K5817761 nömrəli müqavilə üzrə 2910 manat dəyəri olan 1 ədəd “Samsung” markalı televizoru Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı Y20K5703933 nömrəli müqavilə üzrə 51 manat ilkin ödəniş olmaqla, qalan 1224 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 51 manat olmaqla, hər ayın 05-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı Y20K5703945 nömrəli müqavilə üzrə 53 manat ilkin ödəniş olmaqla, qalan 1272 manat pulu müqavilənin ayrılmaz fərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 53 manat olmaqla, hər ayın 07-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı Y20K5740740 nömrəli müqavilə üzrə 155 manat ilkin ödəniş olmaqla qalan 1728 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 72 manat olmaqla, hər ayın 28-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı Y20K5817761 nömrəli müqavilə üzrə 150 manat ilkin ödəniş olmaqla, qalan 2760 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 115 manat olmaqla. hər ayın 12-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1% həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun Y20K5703933 nömrəli müqavilə üzrə 120 manat əsas, 36 manat dəbbə pulu olmaqla, 156 manat, Y20K5703945 nömrəli müqavilə üzrə 527 manat əsas, 158 manat dəbbə pulu olmaqla, 685 manat, Y20K35740740 nömrəli müqavilə üzrə 855 manat əsas, 256 manat dəbbə pulu olmaqla, 1111 manat və Y20K5817761 nömrəli müqavilə üzrə 1791 manat əsas, 537 manat dəbbə pulu olmaqla, 2328 manat borcu yaranmışdır. Alıcı tərəfindən Y20K5703933 nömrəli, 06 may 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 50 manat ödəniş, Y20K5703945 nömrəli, 08 may 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 3 manat ödəniş, Y20K ******* nömrəli, 29 iyul 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 72 manat ödəniş edilmişdir, Y20K5817761 nömrəli, 13 yanvar 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 120 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Y20K5703933 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1275 manat olan bir ədəd “LG” markalı televizor Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 51 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Y20K5703945 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1325 manat olan bir ədəd “Beko” markalı soyuducu Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 53 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Y20K5740740 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 1883 manat olan bir ədəd “Samsung” markalı televizor Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 72 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Y20K5817761 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən alqı-satqı qiyməti 2910 manat olan bir ədəd “Samsung” markalı televizor Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 115 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixdə Y20K5703933 saylı müqavilə üzrə 120 manat əsas, 36 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixdə Y20K5703945 saylı müqavilə üzrə 527 manat əsas, 158 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixdə Y20K5740740 saylı müqavilə üzrə 855 manat əsas, 256 manat dəbbə borcu, xx.xx.2020-ci il tarixdə Y20K5817761 saylı müqavilə üzrə 1791 manat əsas, 537 manat dəbbə borcu və 63 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4343 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı Cavabdeh oğlunu borc barədə xəbərdar etmiş və borcun 5 iş günü müddətində ödənişin təmin edilməsi barədə xəbərdar etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda cavabdeh də hazırki iddia ilə bağlı hər hansı etiraz verməməklə iddia tələbini təkzib edəcək hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli, Y20K5703933 saylı müqaviləyə əsasən 120 manat, xx.xx.2019-cu il tarixli, Y20K5703945 saylı müqaviləyə əsasən 527 manat, xx.xx.2019-cu il tarixli, Y20K5740740 saylı müqaviləyə əsasən 855 manat, xx.xx.2020-ci il tarixli, Y20K5817761 saylı müqaviləyə əsasəsn 1791 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli, Y20K5703933 saylı müqaviləyə əsasən 120 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 36 manat dəbbə (cərimə) pulunun, xx.xx.2019-cu il tarixli, Y20K5703945 saylı müqaviləyə əsasən 527 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 158 manat dəbbə (cərimə) pulunun, xx.xx.2019-cu il tarixli, Y20K5740740 saylı müqaviləyə əsasən 855 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 256 manat dəbbə (cərimə) pulunun, xx.xx.2020-ci il tarixli, Y20K5817761 saylı müqaviləyə əsasən 1791 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 537 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2019cu il tarixli müqaviləyə əsasən 3 manat dəbbə (cərimə) pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 15 manat dəbbə (cərimə) pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 25 manat dəbbə (cərimə) pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 30 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 63 manat dövlət rüsumu ödənilmişdir. Məhəkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş olan dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixdə Y20K5703933 saylı müqaviləyə əsasən 120 manat əsas, 3 manat cərimə, xx.xx.2019-cu il tarixli, Y20K5703945 saylı müqaviləyə əsasən 527 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2019-cu il tarixli, Y20K5740740 saylı müqaviləyə əsasən 855 manat əsas, 25 manat cərimə, xx.xx.2020-ci il tarixli, Y20K5817761 saylı müqaviləyə əsasən 1791 manat əsas, 30 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 63 manat, ümumilikdə 3429 (üç min dörd yüz iyirmi doqquz) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar