Məhkəmə qərarları › İş №e-2(033)-106/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-106/2023

20.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-106/2023 20.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə ilkin iddia ərizəsi üzrə iddiaçı-qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsi üzrə cavabdeh-qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X8 Cəmiyyətinə qarşı qalıq borc kimi yazılmış pulun silinməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə cavabdehqarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X8 Cəmiyyətinin ilkin iddia ərizəsi üzrə iddiaçıqarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin və qarşılıqlı iddia tələbinin dəlilləri İlkin iddia ərizəsi üzrə iddiaçı-qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh (bundan sonra iddiaçı-cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun hesabına qalıq borc kimi yazılmış 3303.59 manat pulun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh-qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı (bundan sonra cavabdeh-iddiaçı) X8 Cəmiyyəti də İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddia tələbinin rədd edilməsinə, qarşılıqlı iddia üzrə iddia tələbini təmin edərək cavabdeh İddiaçı su təchizatına görə yaranmış 3303.59 manat borcun (abonent kodu: **********000) və 53.04 manat dövlət rüsumu üzrə xərclərin tutularaq X8 Cəmiyyətinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Zaqatala rayonu Kebeloba kəndində yaşayır. Evə qanuni qaydada su xətti çəkilmişdir. Sudan qanuni qaydada istifadə edərək haqqını vaxtlı-vaxtında ödəyir. İstifadə etdiyi suyun miqdarı quraşdırılmış və ploblanmış su sayğacı ilə ölçülür. 2018-ci ilin aprel ayında qonşunun divarının kərpicləri aşaraq onun evinə gələn su turbasının küçədə yerləşən hissəsini 2 yerdən partlatmışdır. O dərhal bu barədə Zaqatala su kanal sahəsinin əməkdaşlarına xəbər vermişdir, onlar gələrək partlamış su turbasına baxıb getmişdirlər. Yalnız 3 il sonra turbanın partlayan hissəsinin birini təmir etdilər. Ondan sonra o dəfələrlə həm yazılı, həm də şifahi formada həm Cavabdeh ASC-nin baş idarəsinə, həm də Zaqatala su kanal sahəsinə müraciət etmişdir, hər dəfə nəzarətçi gələndə ona təkrar-təkrar göstərərək turbanın partlayan hissəsindən suyun boşuna axaraq gölməçə yaratdığını, suyun israf olduğunu bildirmişdir. Lakin indiyə qədər heç bir tədbir görülməmiş və turbanın partlamış hissəsi təmir edilməmişdir. Cavabdeh təşkilat qəsdən ona akt yazaraq ona suni borc yaratmışlar. Beləliklə, cavabdeh təşkilat onun hesabında süni olaraq borc yaratmış və Cavabdeh ASC-nin bildiriş xəbərdarlıqlarında qalıq borc kimi 3303,59 manat borc göstərilir. Bu borcun silinməsi yalnız məhkəmə yolu ilə həyata keçirilməlidir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-yə qarşı Zaqatala Rayon Məhkəməsində iddia qaldıraraq su təchizatına görə yaranmış 3303.59 manat borcun silinməsinə dair qatnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirlər ki, ilkin iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı yaşadığı Zaqatala rayonu,Təbriz küç,ev 39/C ünvanı içməli su ilə təchiz edilmişdir. Cavabdehə **********000 abonent kodu verilmiş və həmin ünvana xx.xx.2013-cü il tarixində 49954277 nömrəli sayğac quraşdırılmışdır. Ətraflı abonent kartından göründüyü kimi, İddiaçı içməli sudan istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə 3303.59 (üç min üç yüz üç manat əlli doqquz qəpik) manat borcu yaranmışdır. Borc ünvana quraşdırılmış sayğacın göstəricilərinə əsasən hesablanmışdır. Həmin borcun yaranmasına səbəb göstərilmiş su təchizatı xidmətinin dəyərinin cavabdeh tərəfindən ödənilməməsi olmuşdur. Həmin borcun ödənilməsi ilə bağlı İddiaçı dəfələrlə müraciət olunmuş, lakin cavabdeh istifadə etdiyi suyun haqqı olan 3303.59 manat borcu bu günə qədər ödəməkdən imtina etmişdir. İddia və qarşılıqlı iddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İddiaçı qarşılıqlı iddia ərizəsinə qarşı etirazla (cavabla) müraciət edərək götərmişdir ki, qarşılıqlı iddia ərizəsində göstərilir ki, güya onun Azərsu ASC-nə olan borcu içməli sudan istifadə etdiyinə görə yaranmışdır. Lakin bu iddia kökündən səhvdir və məsələnin əsl mahiyyətini örtbasdır etməkdən başqa bir şey deyildir. İddia ərizəsində də qeyd etmişdir ki, sayğacda bu qədər borcun yaranmasının səbəbi əslində X6 idarəsinin öz işinə olan məsuliyyətsiz münasibətinin, habelə səhlənkar və yarıtmaz fəaliyyətinin nəticəsidir. Diqqət edin: Su sayğacı 2018-ci ilin yazında baş verən yer altı təkanların nəticəsində zədələnib, yəni qonşu ilə aralıq divarın üzərindən tökülən kərpiclə sayğacı və hər iki tərəfdə ona bağlanmış su borularını ciddi şəkildə zədələyib və ətrafa su sızmasına səbəb olub. Bu barədə o dərhal Su Kanalizasiya idarəsinə məlumat vermişdir. İdarənin əməkdaşları yalnız üçüncü günü hadisə yerinə baş çəkdilər və sadəcə sayğacın şəkillərini çəkib getdilər. Onlar onunla da görünür öz işlərini bitmiş hesab etdilər. Hər ay həmin müəssisənin səlahiyyətli nümayəndəsi sayğacın göstəricilərini yazır və təbii ki, mövcud vəziyyəti öz gözləri ilə görür. Lakin ətrafa axan suyun qarşısını almaq üçün heç bir tədbir görmür. Cavabdeh ASC-nin Hüquq Deportamentinin rəisi Faiq Kazımovun imzası ilə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsində adı çəkilən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun su təchizatı müəssisələrinin vəzifələrinə dair 12-ci maddəsində açıq aydın deyilir ki, su təchizatı müəssisəsi öz zonası hüdudunda səmərəli və qənaətcil su sistemi yaratmalıdır. Yenə həmin maddənin “b” bəndində göstərilir ki, müəssisə su kəmərindən ətraf mühitə su sızmasının aradan qaldırılması və belə halların qarşısının alınmasını təmin etməlidir. Onun iddia ərizəsində də məhz bu məsələ qaldırılmışdır. Təsəvvür edin ki, hadisənin üstündən yalnız 1 il keçəndən sonra X6 idarəsi sayğacın yalnız giriş hissəsindəki borunu təmir edib və ətrafa axan suyun bir hissəsinin qarşısını alıb. Sayğacın digər tərəfindən axan suyun qarşısını almaqdan imtina edib. Ona da bildirilib ki, bu onların vəzifələrinə daxil deyil. Onlar çox gözəl başa düşürdülər ki, əgər sayğacın çıxış hissəsindəki ona bitişik su borusunu təmir etməli olsa, mütləq sayğaca müdaxilə etməyə məcbur olacaq. Sayğacın plombu qırılacaq və nəticədə o, Su Kanalizasiya idarəsinə cərimə ödəməli olacaq. Halbuki, yuxarıda adı çəkilən qanunun 31-ci maddəsinin 5-ci bəndində göstərilir ki, su ölçən cihazın fəaliyyəti ilə bağlı işlər su təchizatı idarəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır. Bu müddət ərzində o məsələ ilə bağlı dəfələrlə yazılı və şifahi olaraq həm X6 idarəsinə, həm də Azərsu ASC-nə müraciətlər etmişdir. Bütün bu müraciətlərin nəticəsi olaraq X6 idarəsi ona yazılı şəkildə yalnız onu bildirmişdir ki, sayğacdan keçən suyun pulunu ödəməlidir. Sual olunur 1 il 6 ay müddətində sayğacın giriş hissəsindən axan suyun pulunu kim verməlidir? İşçilərdən biri isə ona açıqcasına bildirdi ki, sayğacın digər tərəfindən nə qədər çox su axsa onlar üçün o qədər sərfəlidir. X6 idarəsinin əhaliyə verdiyi suyun keyfiyyəti haqqında heçnə demək istəmir. Bunu hamı bilir və bu tamam başqa məsələnin mövzusudur. 2022-ci ilin oktyabr ayında onun həyətinə gələn suyu tamamilə kəsib və ondan sayğacın göstəricisinə uyğun su haqqını ödəməsini tələb etmişdirlər. Yuxarıda qeyd etdiyi kimi sayğacın bu göstəricisi onun istifadə etdiyi suyun miqdarını yox, X6 idarəsinin məsuliyyətsizliyi və öz işinə laqeyd münasibəti nəticəsində boş-boşuna axıdılmış suyun miqdarını göstərir. Belə olduqda o, 2022-ci ilin oktyabr ayında məhkəməyə müraciət etmiş, bu arada o 8 gün susuz qalmışdır. Bu məsələdə X6 idarəsinin mövqeyini özünə qarşı qərəzkarlıq kimi qiymətləndirir və onu X6 idarəsinin haqsız iddialarından müdafiə edib məsələ ilə bağlı ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinə və etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək onun dəlillərini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərsu” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin halları Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 01 iyun 2011-ci il tarixli (istehlakçı tərəfindən imzalanmamış) Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, müqavilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874- 82 nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənilməsi və axıdılması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyən edir. Müqaviləyə əsasən xidmət ünvanı Təbriz küçəsi 39/C, abonent kodu isə **********000. Müqavilə 03 fevral 2020-ci il tarixdən qüvvəyə minir. Cavabdeh ASC Zaqatala rayon su-kanal İdarəsi Hesab Fakturadan görünür ki, İddiaçı 3303,59 manat borcu vardır və həmin borcdan 3101,99 manat qalıq borc və 201.60 manat dövr borcudur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli abonent kartından görünür ki, İddiaçı 2017-ci il üzrə 38,03 manat, 2018-ci il üzrə 162,6 manat, 2019-cu il üzrə 230,4 manat, 2020-ci il üzrə 285,6 manat, 2021-ci il üzrə 833,16 manat, 2022-ci il üzrə 1767,6 manat borc olmaqla cəmi 3317,39 manat borcu vardır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli abonent kartından görünür ki, İddiaçı 2017-ci il üzrə 38,03 manat, 2018-ci il üzrə 162,6 manat, 2019-cu il üzrə 230,4 manat, 2020-ci il üzrə 285,6 manat, 2021-ci il üzrə 833,16 manat, 2022-ci il üzrə 1767,6 manat, 2023-cü il üzrə 2311,2 manat borc olmaqla cəmi 5628,59 manat borcu vardır. 2017-ci ildən hazıradək sudan istifadə etdiyinə görə İddiaçı tərəfindən hər hansı məbləğdə pul ödənilməmişdir. "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini İlqar Tağıyevin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin su təchizatı xidmətindən istifadəyə görə hesabatın aparılması üçün 01.06 2011-ci il tarixində 37341000 nömrəli müqavilə bağlanaraq **********000 saylı abonent kodu açılmışdır. Müqavilə bağlanan tarixdən xx.xx.2012-ci il tarixədək hesabat ailə tərkibi 3 nəfər olmaqla aparılmış, qeyd olunan tarixdən isə ailə tərkibi 4 nəfər olmaqla hesabat aparılmışdır. Sözügedən ünvanın hesabatı xx.xx.2013-cü il tarixindən xx.xx.2015-ci il tarixədək hesabat su xətti üzərində quraşdırılmış 49954277 nömrəli smart tipli su sayğacının balans yükləmələrinə əsasən aparılmışdır. Vətəndaş tərəfindən smart karta qeyd olunan tarixədək 172 m3 su sərfiyyatı yüklənmişdir. X5 əməkdaşları tərəfindən ünvanın su təchizatı xəttinə baxış keçirilən zaman sayğacın elektron hissəsinin sərfiyyatını qeydə almadığı müəyyən etmiş və hesabat sayğacın mexaniki hissəsinin göstəricisinə əsasən aparıldığı məlum olmuşdur. Sözügedən sayğac xx.xx.2018-ci il tarixində təmir edilərək yenidən istifadəyə verilmişdir. Hazırda sayğacın son göstəricisi 10159 m3 olmaqla su təchizatı xidmətindən istifadəyə görə ünvanın hesabında 5614,19 manat borc yaranmışdır. Qeyd edilən borc sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2023-cü il tarixli 9/3644 nömrəli ekspert rəyindən görünür ki, “Abonent kartı” məlumatından (i.v 24) göründüyü kimi abonent tərəfindən 2013-cü ildə 10,0 manat, 2014-cü ildə 25,0 manat və 2015-ci il tarixində 35,0 manat olmaqla ümumilikdə 70,0 manat məbləğində ödəniş aparılmışdır. Məhkəmə-mühasibat ekspertizası ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Su sayğaclarında mexanizmlərinin işlək vəziyyətdə olubolmamasının müəyyən edilməsi məhkəmə-mühasibat ekspertinin həll etdiyi məsələlərin dairəsinə aid deyildir. Bu səbəbdən iddiaçı-cavabdeh İddiaçı ilə cavabdeh-iddiaçı "Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 iyun 2011-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə əsasında ünvan 4 ünvanında quraşdırılmış sayğac göstəricilərinə (əgər sayğac işlək vəziyyətdə olmuşdursa) uyğun olaraq müqavilə bağlanan tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı tərəfindən ödənilməmiş məbləğin neçə manat təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2023-cü il tarixli 9/3644 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İddiaçı Zaqatala Su-kanal idarəsinə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, 2018-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində su sayğacının üstünə qonşu hasardan daş töküldüyünü və sayğacın sınaraq su axıtmağa başlaması, Su kanal idarəsinin əməkdaşlarının bu barədə məlumatlı olmasına baxmayaraq su axıntısının qarşısının alınması üçün tədbir görməməsini bildirmiş və nasazlığın bərpa edilməsini tələb etmişdir. Ərizə 616 nömrə ilə xx.xx.2021-ci il tarixində qeydə alınmışdır. 06 sentyabr 2021-ci il tarixli Zaqatala SKS SÖCQT qrupunun mühəndisi Elvin İbrahimovun xidməti məlumatından görünür ki, abonent İddiaçı xx.xx.2021-ci il tarixli 616 №-li ərizəsi araşdırılarkən məlum olmuşdur ki, abonentin sayğacının çıxış ventili nasaz vəziyyətdədir, baxış zamanı abonentin dediyinə görə sayğacın üzərinə düşmüş daş sayğacın işləməsinə heç bir əngəl törətmədiyi aşkarlanmışdır, istismar zamanı sıradan çıxmış sayğaca qədər su ventili yenisi ilə əvəz edilmişdir. "xxxx" ASC tərəfindən əhali sektorunun abonentləri üçün təmin edilən mal-material, yalnız sayğaca qədər olan hissə üçün nəzərdə tutulur. Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 6 nömrəli Regional Sukanal İdarəsi X5 İddiaçı ünvanlanmış 06 sentyabr 2021-ci il tarixli 186 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli 616 daxilolma qeydiyyat nömrəli ərizə araşdırılaraq sonuncuya Sayğaca qədər istismar nəticəsində sıradan çıxmış ventil yenisi ilə əvəz edilməsi barədə məlumat verilmiş və sayğacdan sonrakı mal-materialın "xxxx" ASC tərəfindən təmin olunması nəzərdə tutulmadığından həmin hissənin təmirinin, o cümlədən sayğacın üst qapağını bağlı saxlamaqla kənar zərbələrdən qorunmasını "Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə”-nin 4.4-cü bəndinə əsasən abonentin təmin etməsi ona izah edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” 1.6-cı bəndinə əsasən STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. 1.7-ci bəndinə əsasən müqavilələr fiziki şəxslərlə bu Qaydaların 1 nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir. 1.12-ci bəndinə əsasən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda STKM-in qanuni istehlakçısı olmayan üçüncü şəxsi su ilə təmin etməsi və ya sudan istifadəyə icazə verməsi qadağan edilir. 2.1-ci bəndinə əsasən balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək; istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək; aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; STKM ilə müqavilə bağlanılmadıqda STKM-nin vəzifələridir. 4.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək; istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək; hüquqtəsdiqedici sənədlər (xidməti vəsiqə və s.) əsasında STKM-in səlahiyyətli nümayəndələrini vəzifə borclarını yerinə yetirmək məqsədi ilə maneəsiz olaraq istehlakçıya məxsus əraziyə buraxmaq; suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək istehlakçıların vəzifələridir. 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKMə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanunu 5-ci maddəsinin 3-cü hissəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 30-cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 31-ci maddəsinin 1-ci hissəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 31-ci maddəsinin 3-cü hissəsinə əsasən su təchizatı müəssisəsi bütün quraşdırılmış suölçən cihazların hesabatını aparmalıdır. 32-ci maddəsinin 1-ci hissəsinə əsasən istehlakçılar verilən suyun həcminin hesablanması ilə əlaqədar aşağıdakıları həyata keçirməlidirlər: a) suölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq; b) suölçən cihazın göstəricilərinin təhrif olunmasının qarşısını almaq məqsədi ilə zəruri tədbirlər həyata keçirmək; c) bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan səlahiyyətli nümayəndənin suölçən cihazların yanına buraxılmasını təmin etmək; ç) suölçən cihazın istifadə olunan suyun miqdarını əks etdirən göstəricisini və cihazın vəziyyəti haqqında lazımi məlumatı su təchizatı müəssisəsinə təqdim etmək. 32-ci maddəsinin 2-ci hissəsinə əsasən istehlakçı suölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər. 61-ci maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. 72-ci maddəsinə əsasən, bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 13 may 2016-cı il tarixli qərarı Əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub.m. suyun qiyməti 0.30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0.15 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli qərarı Əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub.m. suyun qiyməti 0.60 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0.30 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin abonenti kimi müqavilə bağlamadan özü yaşadığı ünvan 7 ünvanında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən göstərilən xidmətlərdən istifadə edir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan 01 iyun 2011-ci il tarixli müqaviləyə əsasən iddiaçıya abonent kodu təqdim edilmişdir. Həmin müqavilə əsasında iddiaçıya məxsus fərdi yaşayış evində xx.xx.2013-cü il tarixdən smart tipli su ölçən cihaz quraşdırılmışdır. Müqavilə tərtib edildiyi tarixdən suölçən cihaz quraşdırılan tarixədək ünvan 7 ünvanında su istifadəsinin həcmi və dəyərinin hesablanması həmin ünvanda qeydiyyatda olan şəxslərin sayına uyğun aparılmışdır. Müqavilə bağlandığı tarixdən xx.xx.2012-ci il tarixədək hesabat ailə tərkibi 3 nəfər müəyyən edilməklə aparılmış və xx.xx.2012-ci il tarixdən suölçən cihazın quraşdırıldığı xx.xx.2013-cü il tarixədək ailə tərkibi 4 nəfər müəyyən edilməklə aparılmışdır. 2018-ci il may ayında ünvan 7 ünvanında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış sayğacın zədələnməsi ilə bağlı iddiaçı cavabdeh 6 nömrəli Regional Sukanal İdarəsinin Zaqatala Sukanal sahəsinə xx.xx.2021-ci il tarixdə müraciət etmiş və 06 sentyabr 2021-ci il tarixdə həmin sayğaca baxış keçirilərək sayğaca qədər olan çıxış ventilinin nasaz olduğu müəyyən edilmiş və həmin ventil yenisi ilə əvəz edilmişdir. Görülmüş tədbirlərlə bağlı İddiaçı 06 sentyabr 2021-ci il tarixli məktubla məlumat verilmiş və sayğacdan sonrakı mal-materialın "xxxx" ASC tərəfindən təmin olunması nəzərdə tutulmadığından həmin hissənin təmirinin, o cümlədən sayğacın üst qapağını bağlı saxlamaqla kənar zərbələrdən qorunmasını "Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə”-nin 4.4-cü bəndinə əsasən abonentin təmin etməli olduğu ona izah edilmişdir. Məhkəmə araşdırmasında eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı 2017-ci ildən başlayaraq 2023-cü ilədək hər il üçün sudan istifadəyə görə yaranmış borcu var və həmin məbləğ 2017-ci il üçün 38,03 manat, 2018-ci il üçün 162,6 manat, 2019-cu il üçün 230,4 manat, 2020-ci il üçün 285,6 manat, 2021-ci il üçün 833,16 manat, 2022-ci il üçün 1767,6 manat olmaqla cəmi 3317,39 manat təşkil edir və 2023-cü il üçün iddiaçının 2311,2 manat borcu vardır. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki iddiaçıya məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin su ilə təmin olunması üçün iddiaçı və cavabdeh arasında 01 iyun 2011-ci il tarixdə müqavilə tərtib olunsa da, həmin müqavilə ilkin iddiaçı tərəfindən imzalamamışdır. Həmin müqavilə əsasında Cavabdeh ASC iddiaçını su ilə təmin edir, cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” ilə müəyyən edilmiş digər vəzifələri də yerinə yetirir. Qanunvericiliklə su təchizatı və kanalizasiya müəssisəsinin üzərinə balans mənsubiyyətində olmayan suölçən cihazlardan sonra yerləşən istehlakçının istismarında olan su xətlərinə nəzarət etmək və onların təmir bərpasını təmin etmək vəzifəsi qoyulmamışdır və belə bir xidmətin su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilməsi müqavilə ilə də şərtləndirilməmişdir. “Sudan istifadə Qaydaları”–na əsasən verilən suyun həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək və eyni zamanda istehlakçılara məxsus fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılması vəzifəsi istehlakçının üzərinə qoyulmuşdur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. İşin hallarından da görünür ki, fərdi istehlakçı İddiaçı ünvan 7 ünvanında yaşayır, onun tərəfindən su təchizatı obyektlərindən istifadə olunur. Eyni zamanda, istehlakçının su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq vəzifəsidir. Lakin, o vəzifəsini yerinə yetirməmiş, müqavilə bağlamamış, məhkəmə iclasında da ona müqavilə bağlaması təklif olunsa da, o bildirmişdir ki, sayğacdan keçən xətt bərpa olunduğu və borcu silindiyi təqdirdə müqavilə bağlayacaqdır. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, İddiaçı özü müqaviləni məhkəməyə təqdim etmişdir. Müqavilə bağlanmamasına istinad etsə də, müqavilənin bir nüsxəsinin onda olması onun müqavilənin bağlanmaması barədə dediklərini də şübhə altına alır. Həmçinin iddiaçı özü bildirmişdir ki, kanalizasiya idarəsi sayğacın yalnız giriş hissəsindəki borunu təmir edib və ətrafa axan suyun bir hissəsinin qarşısı alınıb. O da qeyd olunmalıdır ki, 2017-ci ildən hazıradək sudan istifadə etdiyinə görə İddiaçı tərəfindən hər hansı məbləğdə pul ödənilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının istismarında olan su xətlərinin bərpası ilə əlaqədar hər-hansı vəzifəsi olmadığı halda və istifadəsində olan su ölçən cihazlar da daxil olmaqla digər sudan istifadə üçün nəzərdə tutulan qurğularının və xətlərinin işlək vəziyyətdə saxlanılması istehlakçı olan iddiaçının vəzifəsi olduğundan, həqiqi su sərfiyyatı ilə yanaşı boruların nasaz vəziyyətdə olması ilə əlaqədar suölçən cihazın göstəricisinə uyğun müəyyən edilmiş və iddiaçı tərəfindən sərf edilmiş suyun həcminin dəyəri kimi hesablanmış borcun iddiaçının hesabından silinməsi qanuni hesab edilə və ilkin iddia tələbi təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında istehlakçı olan iddiaçıya məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evində sudan istifadə qaydalarını və onun dəyərinin ödənilməsini tənzimləyən 01 iyun 2011-ci il tarixli müqavilə tərtib edilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti istehlakçı olan iddiaçını aralarında olan müqavilənin şərtlərinə uyğun xidmətlərlə təmin etmiş, lakin iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, istehlakçı İddiaçı yaşadığı ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evində suölçən cihazın göstəricilərinə əsasən aparılmış hesabata əsasən sudan istifadəyə görə yaranmış borcu ödəməmiş və iddiaçının xx.xx.2023-cü il tarixə cavabdeh qarşısında 5628,59 manat xidmət müqaviləsindən irəli gələn öhdəliyi yaranmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qeyd edilən borcun 3303.59 manat hissəsini İddiaçı tələb edir və iddiaçı bu tələbində haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X8 Cəmiyyətinə qarşı qalıq borc kimi yazılmış pulun silinməsi tələbinə dair ilkin iddia ərizəsi rədd edilməli, ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X8 Cəmiyyətinin qarşılıqlı iddia ərizəsi təmin edilməli, abonent kodu **********000 olan ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı 3303,59 manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X8 Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qarşılıqlı iddia tələbi təmin edildiyindən 53,04 manat dövlət rüsumu ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı tutularaq ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X8 Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İlkin iddia ərizəsi üzrə iddiaçı-qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsi üzrə cavabdeh-qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X8 Cəmiyyətinə qarşı qalıq borc kimi yazılmış pulun silinməsi tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. İlkin iddia ərizəsi üzrə cavabdeh-qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qarşılıqlı iddia ərizəsi təmin edilsin. Abonent kodu **********000 olan ilkin iddia ərizəsi üzrə iddiaçı-qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı 3303,59 (üç min üç yüz üç manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia ərizəsi üzrə cavabdeh-qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. 53,04 (əlli üç manat dörd qəpik) manat dövlət rüsumu ilkin iddia ərizəsi üzrə iddiaçı-qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı tutularaq ilkin iddia ərizəsi üzrə cavabdeh-qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X8 Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci ilkin iddia ərizəsi üzrə iddiaçı-qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar