Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1077/2025 04.12.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi Kazımova Şəhla Saleh qızının katibliyi, İddiaçının nümayəndəsi vəkil Nümayəndə və cavabdeh Maraqlı şəxs iştirakları ilə, İddiaçılar Rəhı̇ mli Vüsal Cəfər oğlunun, Rəhı̇ mova Şəhla Məmməd qızının, İddiaçı3, Rəhı̇ mli Elşən Cəfər oğlunun cavabdehlər Maraqlı şəxs və Gözəl İ̇sgəndərova İsgəndər qızına qarşı “miras üzərində vərəsəlik hüququ müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçılar Rəhı̇ mli Vüsal Cəfər oğlu, Rəhı̇ mova Şəhla Məmməd qızı, İddiaçı3, Rəhı̇ mli Elşən Cəfər oğlu iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq və fərdi yaşayış evinin, yəni ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0,069970 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 218,10 kv.m olan fərdi yaşayış evinin, xx.xx.1963-cü ildə vəfat etmiş babamız (qaynatası), X21 məxsus ev və torpaq sahəsinin hissəsinin və xx.xx.2014-cü ildə vəfat etmiş nənələri (qaynanası), X6 məxsus torpaq sahəsinin hissəsi üzərində, 11 fevral 2020-ci il tarixdə vəfat etmiş ataları (əri), X22 düşən qanun üzrə vərəsəlik hüququ əsasında miras payın müəyyən edilərək, həmin pay üzərində onlara vərəsəlik hüququnun verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Babamız (qaynatası), X29 xx.xx.1963-cü ildə vəfat etmişdir. Nənələri (qaynanası), X12 isə xx.xx.2014-cü ildə vəfat etmişdir. Ataları (əri), X30 11 fevral 2020-ci il tarixdə vəfat etmişdir. X9 və X3 Zaqatala şəhəri, Təbriz küçəsi, ev 2 üvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Baba və nənənin vəfatında sonra bu günədək onlar həmin evdə yaşamışlar və pasport qeydiyyatı da oradır. Lakin ataları (əri) X30 vəfat etdiyi üçün öz valideynlərindən miras payını ala bilməmişdir. Ona görə də atalarına (əri) vərəsəliklə düşən miras pay onlara yəni, övladlarına və arvadına düşməlidir. Onlar, miras qalmış əmlak üzərində vərəsəlik hüququnu əldə etmək üçün notariusa müraciət etmişlər. xx.xx.2025-ci il tarixdə Zaqatala rayonu 2 saylı notariat ofisi imtina məktubu ilə vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də onlar məhkəməyə müraciət etməli olmuşlar. Notariat Haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinin 1-ci bəndində qeyd olunur ki, notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər hərəkətin aparılması qanuna zidd olduqda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Hazırki işdə isə qanuna zidd heç bir hərəkət yoxdur. Notarius miras qoyan şəxslərin vərəsələri arasında mübahisə olduğundan vərəsəlik şəhadətnaməsi verməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1322-ci maddəsində qeyd olunur ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1322-cimaddəsində qeyd olunur ki, Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələrə isə qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1- ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-cimaddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında deyilir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Qeyd olunan Qanunlardan və Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə onlar atalarına düşən payı qanun üzrə vərəsəlik hüququ əsasında əldə etmək istəyirik. Belə ki, mərhum atalarının (ərin) valideynlərindən miras qalmış torpaq və ev üzərində onlara qanun üzrə vərəsəlik payı verilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə cavabdeh Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X4 və iddiaçılar məhkəmə baxışı iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının 185-ci maddəsinə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. O iddia ərizəsinə uyğun çıxış etmişdir.O əlavə olaraq qeyd etmişdir ki, iddiaçılar miras əmlakı qəbul etmişdirlər. Belə ki, iddiaçıların qeydiyyat ünvanlarına baxılsa miras qoyanların mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatadırlar. İddiaçılara məxsus əmlaklarında evin bir otağında olmasını cavabdeh etiraf edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Maraqlı şəxs iddia tələbini qəbul etməyərək bildirmişdir ki, atası X9 və X3 Zaqatala şəhəri, Təbriz küçəsi, ev 2 üvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Fərdi yaşayış evi isə atası X13 tam mülkiyyətində olmuşdur. Atası vəfat etdiyi gündən bugünədək həmin fərdi yaşayış evində o və ailə üzvləri və mərhum anası X12 yaşamışdır. Atası 1963-cü ildə, anası isə 2014-cü ildə vəfat etmişdir. Mərhum anası vəfat etdikdən sonra həmin fərdi yaşayış evini o və ailə üzvləri idarə etmişdir. Hazırda həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum valideynlərindən miras olaraq qalmış fərdi yaşayış evini faktiki olaraq mən qəbul etmişdir. Digər bacı və qardaşları mərhum valideynlərindən miras qalmış əmlaklarla bağlı bugünədək heç bir miras payı tələb etməmişdir. Eləcə də, qardaşı cavabdehlərin atası (əri) X30 vəfat etdiyi günədək miras əmlak üzərində öz payını tələb etməmişdir. Cavabdehlər 2012-ci ildən ünvan 2 ünvanında yerləşən mərhum qardaşına məxsus fərdi yaşayış evində yaşamışlar və hazırda da həmin ünvanda yaşayırlar. Buradan görünür ki, cavabdehlərin atası (əri) mərhum qardaşı X30 vəfat etdiyi günədək yəni 2020-ci il tarixədək 1963-cü ildə və 2014-cü ildə vəfat edən valideynlərindən miras qalmış daşınmaz əmlakların qəbuluyla bağlı rəsmi qaydada notariat orqanına müraciət etməmişdir. Hazırda cavabdehlər paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan, Zaqatala şəhəri, Təbriz küçəsi, ev 2 üvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən bir otağın qapısını bağlamaqla həmin fərdi yaşayış evindən sahiblik və istifadə etməyə imkan vermir və nəticədə onun mülkiyyət hüquqlarımı kobudcasına pozur. Eyni zamanda cavabdehlər həmin fərdi yaşayış evinin bir otağının qapısını bağlayaraq daxil olmağına icazə verməməklə həmin evdən ona sahiblik və istifadə etməyinə maneələr yaradır. Hazırda əşyaların çıxarılması ilə bağlı da iddia vermişdir. İddiaçılar həmin ünvanda qeydiyyatda olsalar da onların öz evləri var orada yaşamış və o evdən istifadə etmişdirlər. İddiaçılar onun üçün tikilmiş evə köçmüş və buna belə etiraz etməmişdirlər. Bacısı vasitəsilə onlara 30 000 manat pulda vermiş. Onlarda illərlə atası və anasından qalmış əmlaka iddia etməmişdirlər. İddianın rədd edilməsini xahiş edir. İşin halları Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X29 xx.xx.1963-cü ildə ölmüşdür. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X12 xx.xx.2014-cü ildə ölmüşdür. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X23 xx.xx.2020-ci ildə ölmüşdür. Zaqatala Rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1993-cü il tarixdə anadan olmuş İddiaçı1 atası X14r. Zaqatala Rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş Nikahın bağlanması haqqında Şəhadətnamədən görünür ki, X30 ilə X7 xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuşdurlar. Nikah bağlandıqdan sonra arvada Rəhimova soyadı verilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 sentyabr 2013-cü il tarixli Nikah haqqında Şəhadətnamədən görünür ki, X15 ilə X31 nikah bağlamış, nikahdan sonra arvada Hacıağalı soyadı verilmişdir. Zaqatala Rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş Doğum haqqında şəhadətnamədən görünür ki, X16 atası X14r. Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş Arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ailə tərkibi X8, X24 və X10 ibarətdir. Zaqatala Rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1989-cu il tarixdə anadan olmuş İddiaçı4 atası X14r. Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X9 və X3 miras qalmış , ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən, X22 çatası hissəsinə payın müəyyən edilərək vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət edilməsi X17 və İddiaçı1 tövsiyə edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Rəhimov X25, X13, X5, X2, X18, X11 mülkiyyətində, həmin torpaq üzərində inşa edilmiş ümumi sahəsi 218.1 kv.metr olan fərdi yaşayış evi isə tam mülkiyyət hüququ əsasında X13 mülkiyyətindədir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsı 29-cu mаddəsinin Vİİ hissəsinə əsasən Dövlət vərəsəlik hüququna təminat verir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsi 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (köhnə redaksiya) 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (yeni redaksiya) 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1247-ci maddəsinə əsasən (mirasın qəbul edilməsinin xüsusi müddəti) əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. 1248.1.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2.-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1268.2-ci maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmadığından rədd edilməlidir. Belə ki, iddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 218.1 kv.metr olan fərdi yaşayış evi isə tam mülkiyyət hüququ əsasında X13 mülkiyyətində, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,07 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Rəhimov X25, X13, X5, X2, X18, X11 mülkiyyətindədir. Miras qoyan X29 xx.xx.1963-cü il tarixdə digər mirasqoyan X12 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İddiaçılar Rəhı̇ mli Vüsal Cəfər oğlunun, Rəhı̇ mova Şəhla Məmməd qızının, İddiaçı3, Rəhı̇ mli Elşən Cəfər oğlunun vərəsəsi olduğu X30 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X1 Lətif Cəfər oğlu və X5 oğludur. X29 vəfat edərkən X19 6 yaşı olmuş və o, anası X5 himayəsində olmuşdur. İddiaçılar hazırki iddia ilə müraciət edərək X21 məxsus ev və torpaq sahəsinin hissəsinin və xx.xx.2014-cü ildə vəfat etmiş X6 məxsus torpaq sahəsinin hissəsi üzərində, 11 fevral 2020-ci il tarixdə vəfat etmiş X22 düşən qanun üzrə vərəsəlik hüququ əsasında miras payın müəyyən edilərək həmin pay üzərində onlara vərəsəlik hüququnun verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh Maraqlı şəxs isə iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunverici tərəfindən mirasın yalnız fəaliyyət qabiliyyətli şəxs qəbul edilə biləcəyi fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul etdikləri qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X13 vəfat etdiyi zamanda tam fəaliyyət qabiliyyətli olmayan və 6 yaşında olmuş X30 ondan miras qalmış əmlakı bilavasitə özünün faktik qəbul etməsi yəni əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması qeyri-mümkündür. X13 X3 miras qalmış əmlakı faktik qəbul etməsinə dair sübutlar da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə iddiaçıların X13 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 218.1 kv.metr olan fərdi yaşayış evinin bir otağında onlara məxsus əşyaların olması və iddiaçıların həmin evdə qeydiyyatda olmaları faktına münasibətdə qeyd edir ki, bu hallar heç də X19 X9 və X3 miras qalmış əmlakın faktik qəbulu kimi qiymətləndirilə bilməz. Belə ki, əşyaların müəyyən yerdə yerləşdirilməsi hələ əmlaka sahiblik və ya əmlakın idarə edilməsi hesab edilə bilməz. Məhkəmə iddiaçıların miras əmlak olan ünvan 3 ünvanında qeydiyyatda olmalarına münasibətdə də eyni mövqedən çıxış edərək qeyd edir ki, yaşayış sahəsində qeydiyyatda olma əmlaka sahiblik və ya əmlakın idarə edilməsi hesab edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə iddianın təmin edilməsi üçün yetərli deyil. İddiaçıların izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahatlar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçılar Rəhı̇ mli Vüsal Cəfər oğlunun, Rəhı̇ mova Şəhla Məmməd qızının, İddiaçı3, Rəhı̇ mli Elşən Cəfər oğlunun cavabdehlər Maraqlı şəxs və Gözəl İ̇sgəndərova İsgəndər qızına qarşı “miras üzərində vərəsəlik hüququ müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddia rədd edildiyindən İddiaçı1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı rüsum xərci onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi : İddiaçılar Rəhı̇ mli Vüsal Cəfər oğlunun, Rəhı̇ mova Şəhla Məmməd qızının, İddiaçı3, Rəhı̇ mli Elşən Cəfər oğlunun cavabdehlər Maraqlı şəxs və Gözəl İ̇sgəndərova İsgəndər qızına qarşı “miras üzərində vərəsəlik hüququ müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-1077/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1077/2025
04.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver