Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1080/2023 24.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını məhkəmənin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim: İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-"xxxx" MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən BEYAZ-YATAQ-DOLAB-ML üçün 787.20 (yeddi yüz səksən yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə 78.80 (yetmiş səkkiz manat səksən qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən PORSELEN-BH-CASQA NELBEKİ, SÜFRƏ-TEKSTİL-SG-JUMBO MASA SÜFRƏSİ, SÜFRƏ-TEKSTİL-GM-SÜFRƏ P-112, DEKOR-BH-VAZO 2Y40354 AMBRE LUSTER, İNVİSTA 100X200 (KOD T798B) İNM11 HB.L.GREY HB.L.GREY üçün 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən DEKOR-BH-VAZO 3Y22260 BEBE MAVİ, YATAK ÖRTÜYÜ-TEKSTİL-EN-YATAK ÖRTÜYÜ BEJ TK, DEKOR-BH-VAZO 1Y21260 BEBE MAVİ, DEKOR-BH-VAZO 1Y33260 BEBE MAVİ, DEKOR-BH-VAZO ******* BEBE MAVİ üçün 247.50 (iki yüz qırx yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, 24.50 (iyirmi dörd manat əlli qəpik) manat cərimə, ümumilikdə 1435 manat borc, 34.35 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, BEYAZ-YATAQ- DOLAB-ML, PORSELEN-BH-CASQA NELBEKİ, SÜFRƏ-TEKSTİL-SG-JUMBO MASA SÜFRƏSİ, SÜFRƏ-TEKSTİL-GM-SÜFRƏ P-112, DEKOR-BH-VAZO 2Y40354 AMBRE LUSTER, İNVİSTA 100X200(KOD T798B) İNM11 HB.L.GREY HB.L.GREY və DEKOR- BH-VAZO 3Y22260 BEBE MAVİ, YATAK ÖRTÜYÜ-TEKSTİL-EN-YATAK ÖRTÜYÜ BEJ TK, DEKOR-BH-VAZO 1Y21260 BEBE MAVİ, DEKOR-BH-VAZO 1Y33260 BEBE MAVİ, DEKOR-BH-VAZO ******* BEBE MAVİ almış və nəticədə 1435 (bir min dörd yüz otuz beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1215.80 (bir min iki yüz on beş manat səksən qəpik) manat (24 ay x 49.20 manat + 35 manat ilkin ödəniş) BEYAZ-YATAQ- DOLAB-ML üçün ümumilikdə 866 (səkkiz yüz altmış altı) manat olmaqla ondan, 787.20 (yeddi yüz səksən yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 78.80 (yetmiş səkkiz manat səksən qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 450 (dörd yüz əlli) manat (18 ay x 25 manat + 0 manat ilkin ödəniş) PORSELEN-BH-CASQA NELBEKİ, SÜFRƏ-TEKSTİL-SG-JUMBO MASA SÜFRƏSİ, SÜFRƏ-TEKSTİL-GM-SÜFRƏ P-112, DEKOR-BH-VAZO 2Y40354 AMBRE LUSTER, İNVİSTA 100X200 (KOD T798B) İNM11 HB.L.GREY HB.L.GREY üçün ümumilikdə 297 (iki yüz doxsan yeddi) manat olmaqla ondan, 270 (iki yüz yetmiş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27 (iyirmi yeddi) manat cərimə, xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 441 (dörd yüz qırx bir) manat (18 ay x 24.50 manat + 0 manat ilkin ödəniş) DEKOR-BH-VAZO 3Y22260 BEBE MAVİ, YATAK ÖRTÜYÜ-TEKSTİL-EN-YATAK ÖRTÜYÜ BEJ TK, DEKOR-BH-VAZO 1Y21260 BEBE MAVİ, DEKOR-BH-VAZO 1Y33260 BEBE MAVİ, DEKOR-BH-VAZO ******* BEBE MAVİ üçün ümumilikdə 272 (iki yüz yetmiş iki) manat olmaqla ondan, 247.50 (iki yüz qırx yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24.50 (iyirmi dörd manat əlli qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 802.10 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İşin halları Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 22 sentyabr 2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X4 arasında bağlanmış 04663479 nömrəli xx.xx.2022-ci il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, X4 "xxxx" MMC-dən kredit yolu ilə 1215.80 (bir min iki yüz on beş manat səksən) manat məbləğində BEYAZ-YATAQ-DOLAB-ML əldə etmiş, onun dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X4 arasında bağlanmış ******* nömrəli xx.xx.2022-ci il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, X4 "xxxx" MMC-dən kredit yolu ilə 450 (dörd yüz əlli) manat məbləğində PORSELEN-BH-CASQA NELBEKİ, SÜFRƏ-TEKSTİL-SG-JUMBO MASA SÜFRƏSİ, SÜFRƏ-TEKSTİL-GM-SÜFRƏ P-112, DEKOR-BH-VAZO 2Y40354 AMBRE LUSTER, İNVİSTA 100X200 (KOD T798B) İNM11 HB.L.GREY HB.L.GREY əldə etmiş, onun dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X4 arasında bağlanmış 04661133 nömrəli xx.xx.2022-ci il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, X4 "xxxx" MMC-dən kredit yolu ilə 441 (dörd yüz qırx bir) manat məbləğində DEKOR-BH-VAZO 3Y22260 BEBE MAVİ, YATAK ÖRTÜYÜ-TEKSTİL-EN- YATAK ÖRTÜYÜ BEJ TK, DEKOR-BH-VAZO 1Y21260 BEBE MAVİ, DEKOR-BH-VAZO 1Y33260 BEBE MAVİ, DEKOR-BH-VAZO ******* BEBE MAVİ əldə etmiş, onun dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilələrin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş 12 sentyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, X2 "xxxx" MMC-nə ümumilikdə 1304.70 manat əsas borcu və 130.30 manat cərimə olmaqla, cəmi 1435 manat borcu ödənilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, X4 xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş və həmin müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər 454.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 34.35 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, 04663479 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 1215.80 (bir min iki yüz on beş manat səksən) manat məbləğində BEYAZ-YATAQ-DOLAB-ML, ******* nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 450 (dörd yüz əlli) manat məbləğində PORSELEN-BH-CASQA NELBEKİ, SÜFRƏ-TEKSTİL- SG-JUMBO MASA SÜFRƏSİ, SÜFRƏ-TEKSTİL-GM-SÜFRƏ P-112, DEKOR-BH-VAZO 2Y40354 AMBRE LUSTER, İNVİSTA 100X200 (KOD T798B) İNM11 HB.L.GREY HB.L.GREY, 04661133 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 441 (dörd yüz qırx bir) manat məbləğində DEKOR-BH-VAZO 3Y22260 BEBE MAVİ, YATAK ÖRTÜYÜ-TEKSTİL-EN-YATAK ÖRTÜYÜ BEJ TK, DEKOR- BH-VAZO 1Y21260 BEBE MAVİ, DEKOR-BH-VAZO 1Y33260 BEBE MAVİ, DEKOR-BH- VAZO ******* BEBE MAVİ alıcıya vermiş, X4 isə onları qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrə əlavə olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 1 faizədək həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür Göründüyü kimi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh X3 BEYAZ-YATAQ-DOLAB-ML, PORSELEN-BH-CASQA NELBEKİ, SÜFRƏ-TEKSTİL- SG-JUMBO MASA SÜFRƏSİ, SÜFRƏ-TEKSTİL-GM-SÜFRƏ P-112, DEKOR-BH-VAZO 2Y40354 AMBRE LUSTER, İNVİSTA 100X200(KOD T798B) İNM11 HB.L.GREY HB.L.GREY və DEKOR-BH-VAZO 3Y22260 BEBE MAVİ, YATAK ÖRTÜYÜ-TEKSTİL-EN- YATAK ÖRTÜYÜ BEJ TK, DEKOR-BH-VAZO 1Y21260 BEBE MAVİ, DEKOR-BH-VAZO 1Y33260 BEBE MAVİ, DEKOR-VAZO ******* BEBE MAVİ verilərək 04663479 nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli və 04661133 nömrəli xx.xx.2022-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində sözügedən müqavilələrin əlavəsi olan ödəniş cədvəllərinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilələrin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qalıq qalmış əsas borcun ödənilməsini cavabdeh X1 tələb etməkdə haqlıdır Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh X1 04663479 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 787.20 manat məbləğində əsas borc, ******* nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 270 manat məbləğində əsas borc və 04661133 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 247.50 manat məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə 04663479 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 78.80 manat məbləğində cərimə borc, ******* nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 27 manat məbləğində cərimə borc və 04661133 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 24.50 manat məbləğində cərimə borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasında iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı 04663479 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən hesablanmış 78.80 manat cərimə 30 manat həddində, ******* nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən hesablanmış 27 manat cərimə 10 manat həddində, 04661133 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən hesablanmış 24.50 manat cərimə 10 manat həddində təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 04663479 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 787.20 manat əsas borc və 30 manat cərimə borcu, ******* nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 270 manat əsas borc və 10 manat cərimə borcu və 04661133 nömrəli xx.xx.2022ci il tarixli müqaviləyə əsasən 247.50 manat əsas borc və 10 manat cərimə borcu olmaqla cəmi 1354.70 manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 34.35 manat dövlət rüsumunun 0.80 manatı iddiaçıya aid edilməli, 33.55 manatı isə cavabdeh X1 iddiaçı "xxxx" ASC-in xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh X1 04663479 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 787.20 (yeddi yüz səksən yeddi manat iyirmi qəpik) manat əsas borc və 30 (otuz) manat cərimə borcu, ******* nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 270 (iki yüz yetmiş) manat əsas borc və 10 (on) manat cərimə borcu və 04661133 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 247.50 (iki yüz qırx yeddi manat əlli qəpik) manat əsas borc və 10 (on) manat cərimə borcu olmaqla cəmi 1354.70 (bir min üç yüz əlli dörd manat yetmiş qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş 34.35 (otuz dörd manat otuz beş qəpik) manat dövlət rüsumunun 0.80 (səksən qəpik) manatı iddiaçıya aid edilsin, 33.55 (otuz üç manat əlli beş qəpik) manatı isə cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-1080/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1080/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver