Məhkəmə qərarları › İş №e-2(033)-1083/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1083/2023

02.10.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1083/2023 02.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya reyestrində M-00176 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 apardığı mediasiya prosesi nəticəsində mediator, o və Maraqlı şəxs arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 2.1.3-cü bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.3-cü bəndlərinin təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onunla keçmiş əri Maraqlı şəxs arasında nikahın pozulması, uşağın himayədə saxlanılması, aliment barədə tələblər üzrə mediasiya prosesi zamanı 16 dekabr 2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişində aşağıdakılar razılaşdırılmışdır. 1.Mediasiya zamanı tərəflər, X5 və Maraqlı şəxs, mediasiyada edilən nikahın pozulması tələbi mübahisəsi ilə əlaqədar, nikahın davam etdirilməsində razılığa gələ bilmədilər və nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəldilər. 2.Mediasiya zamanı tərəflər, X5 və Maraqlı şəxs, uşağın ananın himayəsində saxlanılması tələbi mübahisəsi ilə əlaqədar, birgə nikahda olduqları müddətdə anadan olmuş uşaqları, xx.xx.2018-ci il təvəllüdlü X3 anası X4 himayəsində qalmasına razılığa gəldilər. 3.Mediasiya zamanı tərəflər, X5 və Maraqlı şəxs, mediasiyaya edilən aliment tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulan uşaqları xx.xx.2018-ci il təvəllüdlü X3 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs X4 bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəldilər. Lakin Maraqlı şəxs barışıq sazişinin 2.1.3-cü bəndinin şərtlərinə riayət etməmişdir. Belə ki, bu günədək barışıq sazişi ilə müəyyən edilmiş alimentdən heç bir ödəniş etməmişdir. Göründüyü kimi, artıq barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, Ərizəçi ərizə ilə müraciət edərək mülki iş üzrə təyin edilmiş iclasın onun iştirakı olmadan baxılaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 25.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları 16 dekabr 2022-ci il tarixli Barışıq sazişinin 1-ci bəndindən görünür ki, mediasiya zamanı tərəflər, X5 və Maraqlı şəxs, mediasiyada edilən nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, nikahın davam etdirilməsində razılığa gələ bilmədilər və nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəldilər. Həmin sazişin 2-ci bəndindən görünür ki, mediasiya zamanı tərəflər, X5 və Maraqlı şəxs, uşağın ananın himayəsində saxlanılması tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahda olduqları müddətdə anadan olmuş uşaqları, xx.xx.2018-ci il təvəllüdlü X3 anası X4 himayəsində qalmasına razılığa gəldilər. Həmin sazişin 3-cü bəndindən görünür ki, mediasiya zamanı tərəflər, X5 və Maraqlı şəxs, mediasiyaya edilən aliment tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulan uşaqları xx.xx.2018-ci il təvəllüdlü X3 18 yaşı tamam olana kimi, saxlanılması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs X4 bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəldilər. 16 dekabr 2022-ci il tarixli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, X5 ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində tam mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-238/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək iddiaçı X5 ilə cavabdeh Maraqlı şəxs arasında Zaqatala Rayon Qeydiyyat Şöbəsində bağlanmış 08 fevral 2018-ci il tarixli, 27 nömrəli nikah pozulmuş, tərəflərin uşaqları olan-20 fevral 2018-ci il təvəllüdlü X6 anası X4 yanında saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ərizəçi ilə Maraqlı şəxs mediasiyada edilən nikahın pozulması tələbi ilə əlaqədar nikahın davam etdirilməsində razılığa gələ bilməmişlər və nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etmişlər. Tərəflərin birgə nikahlarından 20 fevral 2018-ci il tarixdə X6 adlı uşaqları dünyaya gəlmişdir. Mülki iş üzrə tərəflər yetkinlik yaşına çatmayan uşaqları olan 20 fevral 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X4 bankda açılan hesabına ödəməsinə dair razılığa gəlmiş və 16 dekabr 2022-ci il tarixə qeyd edilən şərtlərlə barışıq sazişi imzalamışdırlar. Ərizəçi Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtlərinə əməl edilmədiyini əsas gətirərək “Maraqlı şəxs tərəfindən uşaq üçün hər ay 200 manat aliment ödəməsi barədə 16 dekabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi” barədə hazırki ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 16 dekabr 2022-ci il tarixli barışıq sazişinin “20 fevral 2018ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X4 bankda açılan hesabına ödəməsi” hissəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin bir hissəsinin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs 16 dekabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun 2.1.3-cü bəndinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin 2.1.3-cü bəndinin məcburi icrası üçün barışıq sazişinin həmin bəndinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında 16 dekabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin Ərizəçi ilə Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları olan 20 fevral 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X4 bankda açılan hesabına ödəməsinə dair 2.1.3-cü bəndi təsdiq edilməlidir. Ərizə təmin edildiyindən 100,40 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq ərizəçinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 16 dekabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin “Ərizəçi ilə Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları olan 20 fevral 2018ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən X4 bankda açılan hesabına ödəməsi”nə dair hissəsi təsdiq edilsin. 100,40 (bir yüz manat qırx qəpik) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar