Məhkəmə qərarları › İş №e-2(033)-1089/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1089/2022

24.11.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1089/2022 24.11.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Ərizəçinun Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahdan dünyaya gəlmiş X1 üçün ata- Maraqlı şəxs tərəfindən uşaq üçün hər ay 193 manat aliment ödəməsi barədə 20 oktyabr 2022-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o 30 dekabr 2014-cü il tarixdə Maraqlı şəxs ilə rəsmi şəkildə ailə qurmuşdur. Onların nikahından xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqları dünyaya gəlmişdir. Belə ki, tərəflər 20 oktyabr 2022-ci il tarixli barışıq sazişinə əsasən ata-Maraqlı şəxs tərəfindən uşaq üçün hər ay 193 manat aliment ödəməsi barədə razılığa gəlinmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir. Hazırda barışıq sazişinin məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Ona görə də məhkəməyə ərizə ilə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, ərizəçi Bayramova (Ömərli) Nərmin Şaban qızı ərizə ilə müraciət edərək mülki iş üzrə təyin edilmiş iclasın onun iştirakı olmadan baxılaraq, ərizənin təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları 20 oktyabr 2022-ci il tarixli Barışıq sazişinin 1-ci bəndindən görünür ki, Mediasıya zamanı tərəflər, Bayramova (Ömərli) Nərmin Şaban qızının etibarnamə əsasında nümayəndəsi X6 və Maraqlı şəxs, mediasiyaya edilən alimentin miqdarının artırılması tələbi ailə mübahisəsi ilə əlaqədar, uşaqları xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Bayramova (Ömərli) Nərmin Şaban qızının bankda açılan hesabına ödəyəcəyinə razılığa gəldilər. Həmin sazişin 2-ci bəndindən görünür ki, Mediasiya zamanı tərəflər, Bayramova (Ömərli) Nərmin Şaban qızının etibarnamə əsasında nümayəndəsi X7 və Maraqlı şəxs, mediasiyaya edilən qalıq aliment borcunun ödənilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli İŞ № 2(009)-1839/2021 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021 -ci il tarixdən başlayaraq Maraqlı şəxs hər ay 175 manat sabit pul məbləğində aliment alınaraq X4 verilməsi qət edilməsinə baxmayaraq, məhkəmənin qeyd olunan qətnaməsi icra edilməmiş və qalıq aliment borcunun 2800 (iki min səkkiz yüz) manat olması müəyyən edildi. Mediasiya zamanı tərəflər, 2800 (iki min səkkiz yüz) manat qalıq aliment borcunun Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 50 (əlli) manat məbləğində pulun Bayramova (Ömərli) Nərmin Şaban qızının bankda açılan hesabına ödəyəcəyinə razılğa gəlmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ərizəçi ilə Maraqlı şəxs oğlunun birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X5 adlı uşaqları dünyaya gəlmişdir. Mülki iş üzrə tərəflər yetkinlik yaşına çatmayan uşaqları olan xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Bayramova (Ömərli) Nərmin Şaban qızının bankda açılan hesabına ödəməsinə dair, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)- 1839/2021 saylı qətnaməsi üzrə yaranmış aliment borcunun məbləğinin 2800 (iki min səkkiz yüz) manat olmasının müəyyən edilməsinə dair və 2800 (iki min səkkiz yüz) manat qalıq aliment borcunun Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 50 (əlli) manat məbləğində pulun Bayramova (Ömərli) Nərmin Şaban qızının bankda açılan hesabına ödəyəcəyinə dair razılığa gəlmiş və 20 oktyabr 2022-ci il tarixə qeyd edilən şərtlərlə barışıq sazişi imzalamışdırlar. Ərizəçi Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtlərinə əməl edilmədiyini əsas gətirərək “Maraqlı şəxs tərəfindən uşaq üçün hər ay 193 manat aliment ödəməsi barədə 20 oktyabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi” barədə hazırki ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 20 oktyabr 2022-ci il tarixli barışıq sazişinin “xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Bayramova (Ömərli) Nərmin Şaban qızının bankda açılan hesabına ödəməsi” hissəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs 20 oktyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X7 ilə Maraqlı şəxs arasında bağlanmış Ərizəçi ilə Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları olan xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Bayramova (Ömərli) Nərmin Şaban qızının bankda açılan hesabına ödəməsinə dair 20 oktyabr 2022ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizə təmin edilsin. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X7 ilə Maraqlı şəxs arasında bağlanmış Ərizəçi ilə Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları olan xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Bayramova (Ömərli) Nərmin Şaban qızının bankda açılan hesabına ödəməsinə dair 20 oktyabr 2022ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar