Məhkəmə qərarları › İş №e-2(033)-1094/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1094/2025

21.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1094/2025 21.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, X16 qızının katibliyi, İddiaçı, Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1̇ Həsən qızının hüquqi varisi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1̇ Həsən qızına və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayonu 2 saylı övlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-176 reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”ni etibarsız hesab edilməsini, xx.xx.2012-ci il tarixli, 2V-176 reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* seriyalı, **********40-10301 reyestr nömrəli Çıxarışı ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ******* seriyalı, **********40-10301 reyestr nömrəli çıxarışa əsasən Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0.117 ha torpaq sahəsi və ümumi 78,25 kv.metr sahəsi olan fərdi yaşayış evinin 1/3 hissəsi ona, digər 1/3 hissələr isə anası Cavabdeh1 və qardaşı Cavabdeh2 məxsusdur (qeydiyyat №: **********; xx.xx.2012). Bildirmək istəyir ki, qeyd edilən Çıxarışdakı əmlaklar (torpaq və fərdi yaşayış evi) X25a məxsus idi. Həmçinin qeyd etmək istəyir ki, xx.xx.2007-ci il tarixdə atası X17 notariusda vəsiyyətnamə verərək Zaqatala rayonu, Kebeloba kəndində yerləşən ona məxsus evi, torpaq sahəsini ona vəsiyyət etmişdir. Lakin Çıxarış verildiyi zaman həmin vəsiyyətnamə nəzərə alınmayaraq anasıyla, qardaşına da əmlaklardan pay verilmişdir. Həmin çıxarış Zaqatala rayonu 2 saylı DNK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-176 reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” sənədinə əsasən tərtib edilmişdir. X25 tərəfindən bütün əmlakların ona verilməsi barədə xx.xx.2007-ci il tarixdə vəsiyyətnamə verilsə də onun bundan 3-4 ay əvvəl xəbəri olmuşdur. Məlumatım olduqdan sonra 2025-ci ilin may ayında Daşınmaz Əmlakın Dövlət Kadastrı və publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edərək vəsiyyətnamə üzrə hüquqlarım bərpa edilməklə ******* seriyalı, **********40-10301 reyestr nömrəli Çıxarışın ləğv edilməsini və yeni Çıxarışın verilməsini təmin etmələrini xahiş etdi. 22 may 2025-ci il tarixli, 3-21-3-47/2-20010-8/2025 №-li məktubla ona bildirlər ki, xahiş etdiyim Çıxaırışın ləğv edilməsi Zaqatala rayonu 2 saylı DNK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-176 reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” sənədinə əsasən tərtib edildiyindən onların səlahiyyətində deyildir. Qeyd etmək istəyirəm ki, Zaqatala rayon 2 saylı DNK tərəfindən ”Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” sənədi təqdim edilərkən ona verilmiş vəsiyyətnamə nəzərə alınmamışdır. Həmin vəsiyyətnamənin də eyni notariat kantorunda verildiyini nəzərə alsaq bu barədə ona məlumat verilməməsini və Şəhadətnamə təqdim edilərkən nəzərə alınmamasını qərəzli hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1191-ci maddəsində “Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Bu barədə müvafiq protokol tərtib edilməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.” göstərilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh1̇ Həsən qızı etiraz ərizəsi ilə müraciət edərək İddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin keçməsi, sənədin şübhəli olması və hüquqi əsassızlıq səbəbilə tam şəkildə ləğv edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, cavabdeh Həsənova(Ərəbova)Təranə Osman qızı İddiaçı tərəfindən verilmiş vərəsəlik hüququnun bərpası və çıxarışın ləğvi barədə iddia ərizəsi ilə razı deyil və aşağıdakı əsaslara görə iddianın rədd olunmasını xahiş edir: İddiaçı vəsiyyətnamənin mövcudluğundan məlumatlı olduğu halda, 18 il ərzində hüququndan istifadə etməmiş, nə notariat, nə də məhkəmə orqanlarına müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1242-ci maddəsinə əsasən, vərəsəlik hüququ vərəsəlik açıldığı gündən 6 ay ərzində həyata keçirilməlidir. Bu müddət pozulduqda, üzrlü səbəb olmadan hüququn bərpası hüquqi əsasını itirir. Ən vacib məqam ondan ibarətdir ki, vəfat etmiş atası sözügedən vəsiyyətnaməni yataq xəstəsi olduğu, sağlamlıq durumu son dərəcə ağır olan bir vaxtda tərtib etmişdir. Onun həmin vaxt şüur və iradə ilə tam qərarvermə qabiliyyəti şübhə altındadır. Bu fikrinə Mülki Məcəllənin 1157və 1160-cə maddələrini əsas gətirə bilər. Bu maddələrə əsaslanaraq, hesab edir ki, vəfat etmiş atasın ağır xəstəlik şəraitində verdiyi vəsiyyətnamə hüquqi cəhətdən şübhəlidir və etibarsız sayılmalıdır, iddiaçının 18 il susduqdan sonra bu sənədi irəli sürməsi, niyyət və etimad prinsiplərinə uyğun gəlmir və məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iuddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir.2023-cü ildə vəsiyyətnamədən özünün xəbəri olub, ona qədər xəbəri olmayıb. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 çıxış edərək bildirdi ki, boşanmaq üçün etibarnamə göndərib və ondan istifadə edib İddiaçı. 2007-ci ildə Rusiyada olub və atası xəstə adam, anasıda evdar xanım olub. 2007-ci ildən evin bölgüsü və sair hadisələrdə iştirak etməyib və onu qardaşı Tərlan təmsil edib. Vəsiyyətnamədən hər kəsin xəbəri olub və buna dair sübutlarda var. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1̇ Həsən qızının hüquqi varisi X8 çıxış edərək iddianın təmin edilməməsini xahiş etdi. O, bildirdi ki, Tərlanın vəsiyyətnamədən əvvəldən məlumatı olub. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu X2 çıxış edərək bildirdi ki, 2012-ci ildə ona müraciət olunub və bütün sənədlər ona verilib X21 Təranənin adları olmayıb deyə onları mirası qəbul etməyən vərəsə kimi dəvət etməyiblər. 2012-ci ildə sistem olmayıb və vəsiyyətnamə 1 saylı Notariat Ofisində verilib və vəsiyyətnamədən məlumatları olmayıb İddiaçı vəsiyyətnaməni 2012-ci ildə notariusa təqdim etməyib. Vərəsəlik zamanı Cavabdeh1 ərizə ilə müraciət edib, Hüseyn Tərlana etibarnamə verib və elə təmsil olunub, Tərlan şəxsən təmsil olunub. İşin halları xx.xx.2007-ci il tarixli Zaqatala 1 saylı dövlət notariat kontorunun dövlət notariusu N.R.Məmmədova tərəfindən təsdiq edilmiş Vəsiyyətnamədən görünür ki, X17 ünvan 1ində yerləşən ona məxsus olan evini, həyətyanı sahəsini, torpaq aktından ona düşən hissəsini oğlu İddiaçı vəsiyyət etmiişdir. X9 Zaqatala rayonu 2 saylı dövlət Notariat kontoruna verdiyi ərizədən görünür ki, o , X7 miras qalmış evdən varis kimi ona düşən payı qəbul etməmiş və etməyəcəkdə. Müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. X9 ərizəsindən görünür ki, o X14 məxsus ünvan 1ində yerləşən yaşayış evindən ona düşən payın pul dəyərini almışdır. Həmin evdən bir varis kimi pay istəməyəcəyinə və gələcəkdə buna dair iddiasının olmyacağını bildirmişdir. xx.xx.2023-cü il tarixli Kebeloba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyondə təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, Ərəbova X13 rayonu Kebeloba kəndində yerləşən ona məxsus olan evini, həyətyanı sahəsini, torpaq aktından ona düşən hissəsini oğlu İddiaçı vəsiyyət etmiişdir. 2V-176 nömrəli xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci ildə ölmüş X10 vərəsələri ünvan 1ində yaşayanlar: arvadı- Cavabdeh1, oğlu- İddiaçı, oğlu- Cavabdeh2 miras əmlakdan bərabər irs almalıdırlar. Azərbaycan Respublakası Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Seriya MA № 0004385, reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008, əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 149 nömrəli vərəqində qeydiyyata alınmaqla fərdi yaşayış evi mərhum X14 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş № 884, xx.xx.2012 il tarixli arayışa əsasən ünvan 1 ünvanında mülkiyyətində olan 0.117 ha həyətyanı torpaq sahəsində yerləşən, yaşayış sahəsi 45.6 kv.m, köməkçi sahəsi 32.65 kv.m olan 2 otaqlı, 1 mərtəbəli, fərdi yaşayış evindən ibarətdir. AZ-İ 192280 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki,X17 xx.xx.2007ci il tarixdə ölmüşdür. ünvan 1 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, X4 vərəsələri Cavabdeh1, Cavabdeh2, İddiaçı, X18 və X5r. İİ-JQ seriyalı 457397 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X15 ilə X11 xx.xx.1982-ci il tarixdə nikah bağlamışdırlar və nikah bağlandıqdan sonra arvada Ərəbova soyadı verilmişdir. Cavabdeh1 ünvan 2 ünvanlandığı xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, o X7 miras qalmı ünvan 1ində 0,117 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 45.6 kv.m yaşayış və 32.65 kv.m köməkçi sahədən ibarət miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin verilməsini xahiş tmiş və özündən başqa Cavabdeh2, İddiaçı, X18 və X12 adlı vərəsələrin olduğunu bildirmişdir. xx.xx.1984-cü il tarixdə verilmiş İX-JQ seriyalı 464483 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1977-ci il tarixdə anadan olmuş Cavabdeh2 atası X15 anası Cavabdeh1dır. Cavabdeh2 nümayəndəsi İddiaçı ünvan 2 ünvanlandığı xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, o X7 miras qalmış ünvan 1ində 0,117 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 45.6 kv.m yaşayış və 32.65 kv.m köməkçi sahədən ibarət miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin verilməsini xahiş tmiş və özündən başqa X19, İddiaçı, X18 və X12 adlı vərəsələrin olduğunu bildirmişdir. xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 463240 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1982-ci il tarixdə anadan olmuş İddiaçı atası X15 anası Cavabdeh1dır. İddiaçı ünvan 2 ünvanlandığı xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, o X7 miras qalmış ünvan 1ində 0,117 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 45.6 kv.m yaşayış və 32.65 kv.m köməkçi sahədən ibarət miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin verilməsini xahiş tmiş və özündən başqa X19, Cavabdeh2, X18 və X12 adlı vərəsələrin olduğunu bildirmişdir. Azərbaycan Respublakası Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008 olan əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 149 nömrəli vərəqində qeydiyyata alınmış ünvan 1ində yerləşən 00,117 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 45.6 kv.m yaşayış və 32.65 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X14 məxsusdur. Azərbaycan Respublakası Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki,, reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 olan əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 149 nömrəli vərəqində qeydiyyata alınmış fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1, İddiaçı və Cavabdeh2 adına qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. 1146-cı maddəsinə əsasən mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka cavabdeh2lik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə cavabdeh2lik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu 57-ci maddəsinə görə mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, ünvan 1ində yerləşən 00,117 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 45.6 kv.m yaşayış və 32.65 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 mülkiyyəti kimi qeydiyyata alınmışdır. X17 xx.xx.2007-ci il tarixli Zaqatala 1 saylı dövlət notariat kontorunun dövlət notariusu N.R.Məmmədova tərəfindən təsdiq edilmiş Vəsiyyətnamə tərtib edərək ünvan 1ində yerləşən ona məxsus olan evini, həyətyanı sahəsini, torpaq aktından ona düşən hissəsini oğlu İddiaçı vəsiyyət etmişdir. X17 xx.xx.2007-ci il tarixdə ölmüş və onun ölümü ilə vərəsəlik açılmışdır. X17 tərəfindən qoyulmuş xx.xx.2007-ci il tarixli vəsiyyətnamə aşkar edilmədiyindən xx.xx.2012-ci il tarixdə Zaqatala Rayon 2 saylı Notariat Kontoruna X10 vərəsələri olan Cavabdeh1, İddiaçıvə Cavabdeh2 müraciətləri əsasında onlara 2V-176 nömrəli xx.xx.2012-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki qanunvericiliyə əsasən qanun üzrə vərəsəliyin qüvvədə olmasının əsas şərti ondan ibarətdir ki, miras qoyan vəsiyyətnamə qoymasın , yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılsın.Göründüyü kimi vəsiyyətnamənin mövcudluğu qanun üzrə vərəsəliyin mümkünlüyünü istisna edir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, İddiaçı xeyrinə miras qoyan X17 tərəfindən etibarlı əqd olan xx.xx.2007-ci il tarixli vəsiyyətnamə qoyulmuş və həmin vəsiyyətnamədə xeyrinə vəsiyyət edilmiş şəxsə çatacaq miras əmlakın dairəsi qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2007-ci il tarixli vəsiyyətnamə nəzərə alınmadan X10 miras əmlakı barrədə verilmiş 2V-176 nömrəli xx.xx.2012-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarlı hesab edilə bilməz və belə əqd etibarlı nəticələr yarada bilməz. Məhkəmə iddia tələbinin “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* seriyalı, **********40-10301 reyestr nömrəli Çıxarışının ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissəsi ilkin tələb olan “Zaqatala rayonu 2 saylı övlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-176 reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi hissəsindən törəmə tələblərdir və Zaqatala rayonu 2 saylı övlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-176 reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin etibarsız hesab edilməsi onun yaratdığı nəticələri də ləğv edir. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Zaqatala rayonu 2 saylı övlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-176 reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”ni etibarsız hesab edilməli və xx.xx.2012-ci il tarixli, 2V- 176 reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli , **********40-10301 reyestr nömrəli daşınmaz əmlaka dair verilmiş xx.xx.2012-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh edilənələrə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Zaqatala rayonu 2 saylı övlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-176 reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilsin. xx.xx.2012-ci il tarixli, 2V-176 reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli, **********40-10301 reyestr nömrəli daşınmaz əmlaka dair verilmiş xx.xx.2012-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilsin. İddiaçı ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar