Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-114/2023 02.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X20 katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 və iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 miras qalmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinin mərhum X21 vəsiyyət olunmuş 1 otağının 1/2 hissəsinə İddiaçı1, 1 otağına İddiaçı3 və 1 otağına isə Həşimova (Ramazanova) Gülbəniz İsmayıl qızının vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən edilməsini, o cümlədən, X12 miras qalmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,1029 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı1 qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, X13 30 yanvar 2003-cü il tarixdə ölmüşdür. X26 isə 19 dekabr 2007-ci il tarixdə ölmüşdür. Sonuncuların ölümündən sonra ümumi paylı mülkiyyətlərində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,1029 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Miras əmlakdan fərdi yaşayış evi yalnız X4, 0,1029 ha həyətyanı torpaq sahəsi isə yalnız X15 mülkiyyətində olmuşdur. X3 miras qalmış fərdi yaşayış evi və X12 miras qalmış 0,1029 ha həyətyanı torpaq sahəsi üzərində sonuncunun hüquqları 05 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. X2 ondan miras qalmış 3 otaqlı fərdi yaşayış evinin 1 otağını X21, 1 otağını İddiaçı3, 1 otağını isə Həşimova (Ramazanova) Gülbəniz İsmayıl qızına 15 oktyabr 2001-ci il tarixli vəsiyyətnaməyə əsasən vəsiyyət etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və Həşimova (Ramazanova) Gülbəniz İsmayıl qızı müvafiq olaraq X13 və X12 miras qalmış daşınmaz əmlakları faktiki olaraq qəbul etmiş və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişdirlər. Hazırki tələblə məhkəməyə müraciət etmələrinin səbəbi, X3 miras qalmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinin mərhum X21 vəsiyyət olunmuş 1 otağının 1/2 hissəsinə İddiaçı1, 1 otağını İddiaçı3 və 1 otağını isə Həşimova (Ramazanova) Gülbəniz İsmayıl qızının vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən edilməsini, o cümlədən, X12 miras qalmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,1029 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı1 qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsini xahiş etməkdir. Belə ki, qeyd olunan miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün tərəflərindən iş üzrə cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinə müraciət olunmuş, lakin notariat ofisinin xüsusi notariusu bundan imtina etmişdir. İddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd edilən mülki iş üzrə iddia tələbini dəyişdirərək, X3 miras qalmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinin 1 otağına mərhum X15, 1 otağına İddiaçı3 və 1 otağına isə Həşimova (Ramazanova) Gülbəniz İsmayıl qızının vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən edilməsini, o cümlədən, X12 miras qalmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinin 1 otağının və Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,1029 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı1 qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə cavabdeh Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X16, İddiaçı2 və Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X27 məhkəmə baxışı iclasına gəlməmiş, lakin cavabdeh məktubla müraciət edərək məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının 185-ci maddəsinə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X25 izahat verərək bildirdi ki, X13 onun anasıdır. Onlar 5 uşaqdırlar, iddiaçılardan olan İddiaçı1 onun mərhum qardaşı X15 qızı, digər iddiaçılar İddiaçı2 və İddiaçı3 onun bacılarıdır. İddia ərizəsinin məzmunu ilə tanış olmuşdur və iddia tələbinin təmin edilməsinə etiraz etmir. O iddia ərizəsinin predmeti olan anasından miras qalmış fərdi yaşayış evindən pay tələb etmir, həmin evin yerləşdiyi torpaq sahəsi də mərhum qardaşı Şabanın mülkiyyətindədir. Anasından miras qalmış 3 otaqlı fərdi yaşayış evi zəlzələ zamanı yararsız vəziyyətə düşmüş və FHN tərəfindən həmin evin əvəzinə yenidən 3 otaqlı mənzil tikilmişdir. Hazırda həmin evdə mərhum qardaşı Şaban Ramazanovun mərhum oğlu olan Yusif Ramazanovun arvadı Adilə Ramazanova yaşayır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı3 hər biri ayrı ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddiaçıların izahatları ilə oxşar məzmunda çıxış edərək iddia tələbinin və iddia tələbinin dəyişdirilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. İşin halları Qax rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 04 noyabr 1983-cü il tarixli İİİ JQ seriyalı 329622 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X44 ilə X14 nikahlarını bağlamışlar və nikah bağlandıqdan sonra ərə “Həşimov”, arvada “Həşimova” familiyası verilmişdir. Qax Rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 iyun 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 175365 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X37 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 28 nömrəli qeyd edilmişdir. Qax Rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 may 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 832321 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X26 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 113 nömrəli qeyd edilmişdir. Zaqatala rayonu Aşağı Tala İcra Nümayəndəliyi tərəfindən 31 yanvar 2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı ******* nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X17 30 yanvar 2003-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 4 nömrəli qeyd edilmişdir. Zaqatala Rayon 2 saylı Notariat Ofisinin İddiaçı1 ünvanlanmış 29 fevral 2020-ci il tarixli 279 nömrəli məktubundan görünür ki, 30 yanvar 2003-cu il tarixdə ölmüş nənəsi- X3 miras qalmış ünvan 2ində yerləşən evə və torpaq sahəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququna əsasən mərhum xx.xx.2007-ci il tarixdə ölmüş atası-X21 düşən hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vərəsələr arasında mübahisə olduğuna görə mümkün deyil. Zaqatala RİHB-nın Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 04 yanvar 2018-ci il tarixdə verilmiş 03 nömrəli arayışdan görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X5 vərəsələri X25, İddiaçı3, İddiaçı2, 2015-ci ildə vəfat etmiş X18, 2007-ci ildə vəfat etmiş X22r. 15 oktyabr 2001-ci il tarixdə Zaqatala Rayon 1 saylı Notariat Kontorunun dövlət Notariusu N.R.Məmmədova tərəfindən təsdiq edilərək reyestrə 2V-25 nömrə ilə əlavə edilmiş iki şahidin iştirakı ilə tərtib edilmiş X5 vəsiyyətnaməsindən görünür ki, o ünvan 2ində yerləşən 3 otaqlı evinin 1 otağını və qarşısında olan torpaq sahəsini oğlu X21, bir otağını və qarşısındakı torpaq sahəsini qızı İddiaçı3, 1 otağını və qarşısındakı torpaq sahəsini qızı X7, həyətdə əlavə tikili olan altı açıq navesi və qarşısındakı torpaq sahəsini nəvəsi X11 vəsiyyət etmişdir. Digər X31 və Ramazanov İskəndəri vərəsəlik və məcburi pay hüququndan məhrum etmişdir. Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli 2(033)-1051/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı1 Zaqatala rayonunun Aşağı Tala kəndində mərhum atasının mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayış hüququ verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli 2(107)-246/2019 nömrəli qətnaməsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli 2(033)-1051/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh X27 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli 2(102)-3850/2019 nömrəli qətnaməsindən görünür ki, kassasiya şikayətin təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********41-10301 olan ünvan 2ində yerləşən 0,1029 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X15, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 105,8 kv.m olan fərdi yaşayış evi X4 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********41-10301 olan ünvan 2ində yerləşən fərdi yaşayış evinin 05 noyabr 2019-cu il tarixdə tərtib edilmiş inventar nömrəsi 3886 olan Texniki pasportundan görünür ki, fərdi yaşayış evi sahələri 19,5 kv.m, 20,8 kv. m və 22.2 kv. m olan üç yaşayış otağından və digər hissələrdən ibarətdir. 18 noyabr 956-cı il tarixdə verilmiş İ-İE seriyalı 202151 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 8.10.19956-cı il tarixdə anadan olmuş X6 atası X23, anası X8r. Zaqatala RİHB-nın Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 15 fevral 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı1 atası X26 2007-ci ildə rəhmətə getdikdən sonra Aşağı Tala kəndində ondan qalan əmlaklardan - torpaq sahəsi və fərdi yaşayış evindən istifadə etmişdir. İddiaçı1 atası rəhmətə getdikdən sonra həmin evdə təmir işləri aparmışdır. 2012-ci ildə baş vermiş zəlzələ zamanı fərdi yaşayış evi dağılaraq yararsız hala düşmüşdür. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən 2012-ci ildə dağılmış evin yerinə 3 (üç) otaqlı yeni ev tikilmişdir. İddiaçı1 2013cü ildən azyaşlı övladı ilə həmin evdə yaşamışdır. Yaşadıqları evdə təmir işləri aparmış, eyni zamanda 0,10 ha torpaq sahəsindən əkin üçün istifadə etmişdir. Zaqatala RİHB-nın Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 30 iyul 2018ci il tarixdə və 29 sentyabr 2021-ci il tarixdə verilmiş arayışlardan görünür ki, İddiaçı1 atası X21 məxsus olan FHN tərəfindən inşa edilmiş fərdi yaşayış evində yaşayır. Zaqatala Rayon 2 saylı Notariat Ofisinin 09 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, X2nın mülkiyyətində olan Zaqatala rayon, Aşağı Tala kəndində yerləşən 0.2045 ha torpaq sahəsinə X19 xx.xx.2019 cu il tarixdə 2V-547 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. DƏDRX tərəfindən xx.xx.2019cu il verilmiş reyestr nömrəsi **********46-10301, ********** qeydiyyat nömrəsi çıxarışa əsasən, mərhum-X21 mülkiyyətində olan ünvan 2ində yerləşən ümumi sahəsi 105 kv.metr olan fərdi yaşayış evi və mərhum-X13 ilə birgə mülkiyyətdə olan 0.1029 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 fevral 2023-cü il tarixdə verilmiş 05/Q-31469 nömrəli arayışdan görünür ki, X37 ilə X38 12 iyul 2009-cu il tarixdə nikahlarını bağlamışdırlar. Nikah bağlandıqdan sonra ərə Ramazanov, arvada Ramazanova soyadı verilmişdir. Reyestrdə 2V-547 nömrə ilə qeyd edilmiş 22 aprel 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.2003-cü il tarixdə vəfat etmiş anası X3 miras qalmış ünvan 2i ünvanında yerləşən reyestr nömrəsi **********86 olan 0,2045 ha torpaq sahəsindən 1/1 hissədə pay almışdır. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsı 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsi 1133-cü mаddəsinə əsasən ölmüş şəxsin (mirаs qоyаnın) əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. 1134.1-cü mаddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı mаddəsinə əsаsən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cu maddəsinə əsasən məhkəmələr mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, iddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, ünvan 2ində yerləşən 0,1029 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X15, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 105,8 kv.m olan fərdi yaşayış evi X4 mülkiyyəti kimi xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. X4 mülkiyyətində olan fərdi yaşayış evi 3 otaq və əlavə sahələrdən ibrətdir. X13 15 oktyabr 2001-ci il tarixdə Zaqatala Rayon 1 saylı Notariat Kontorunun dövlət Notariusu N.R.Məmmədova tərəfindən təsdiq edilərək reyestrə 2V-25 nömrə ilə əlavə edilmiş vəsiyyətnaməyə əsasən mülkiyyətində olan fərdi yaşayış evinin 1 otağını oğlu X21, 1 otağını qızı İddiaçı3, 1 otağını qızı X7 vəsiyyət etmişdir. X31 və Ramazanov İskəndəri vərəsəlik və məcburi pay hüququndan məhrum etmişdir. X17 30 yanvar 2003-cü il tarixdə ölmüş və ölümündən sonra onun övladları X25, İddiaçı3, İddiaçı2, 2015-ci ildə vəfat etmiş X18, 2007-ci ildə vəfat etmiş X26 adlı vərəsələri qalmışdır. İddiaçılar X14, İddiaçı3 və X26 30 yanvar 2003cü il tarixdə ölmüş X17 tərəfindən tərtib edilmiş 15 oktyabr 2001-ci il tarixli vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi üçün mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə ilə müraciət etməmişlər. X9 vərəsələrindən X26 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. X9 vərəsələrindən X15 qızı-İddiaçı1 30 yanvar 2003-cu il tarixdə ölmüş nənəsi- X3 miras qalmış ünvan 2ində yerləşən evə və torpaq sahəsinə qanun və vəsiyyətnamə üzrə vərəsəlik hüququna əsasən mərhum xx.xx.2007-ci il tarixdə ölmüş atası-X21 düşən hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Zaqatala Rayon 2 saylı Notariat Ofisinə müraciət etmiş və 29 fevral 2020-ci il tarixli 279 nömrəli məktubla ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli 2(033)-1051/2018 nömrəli qətnaməsi ilə İddiaçı1 Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən mərhum atasının mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayış hüququ verilmişdir. İddiaçı1 atası X26 2007-ci ildə rəhmətə getdikdən sonra Aşağı Tala kəndində ondan qalan əmlaklardan-torpaq sahəsi və fərdi yaşayış evindən istifadə etmiş, daha sonra həmin ev 2012-ci ildə baş vermiş zəlzələ zamanı dağılmış, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən 2012- i ildə dağılmış evin yerinə 3 (üç) otaqlı yeni ev tikilmişdir. İddiaçı1 2013-cü ildən azyaşlı övladı ilə həmin evdə yaşamış, təmir işləri aparmış, yaşadıqları evin yerləşdiyi torpaq sahəsindən əkin üçün istifadə etmişdir. İddiaçı1 xx.xx.2017-ci il tarixdə vəfat etmiş qardaşı X37 ilə 12 iyul 2009-cu il tarixdə nikahları bağlanmış X38 da iddianın predmeti olan dağılmış fərdi yaşayış evinin əvəzinə Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilmiş fərdi yaşayış evində yaşayır. İddiaçılar iddia ərizəsi ilə müraciət edərək X3 miras qalmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinin mərhum X21 vəsiyyət olunmuş 1 otağının 1/2 hissəsinə onun, 1 otağına İddiaçı3 və 1 otağına isə Həşimova (Ramazanova) Gülbəniz İsmayıl qızının vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən edilməsini, o cümlədən, X12 miras qalmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinin 1 otağının və Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,1029 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı1 qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. X4 maraqlı şəxs qismində məhkəmə tərəfindən cəlb edilmiş X25 iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyrirəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Məhkəmə onu da nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbaycan SSR Ali Məhkəməsinin Plenumu özünün 28 sentyabr 1979-cu il tarixli «Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələri haqqında» 5 №-li Qərarında göstərmişdir ki, vərəsə mirasa sahiblik, onların istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayəşinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasına və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Şəxs, miras qoyanın dəfn etmə xərclərini ödəmişsə, mirası qəbul etmiş vərəsələrdən çəkmiş olduğu xərcini ancaq pul şəklində tələb edə bilər, xərcinə görə miras əmlakın ona verilməsini tələb etmək hüququ yoxdur. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, miras əmlak vərəsələrdən iddiaçılar İddiaçı2, İddiaçı3 və xx.xx.2007-ci il tarixdə vəfat etmiş X26 tərəfindən daha öncə sadalanan hərəkətləri həyata keçirməklə faktiki qəbul olunmuşdur. Lakin onlar mirasın qəbul edilməsi ilə bağlı Notariat Ofisinə müraciət etməmişdir. Bu faktlar işdə olan sənədlərlə və tərəflərin izahatları ilə öz təsdiqini tapır və mübahisə doğurmur. Məhkəmə yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 atası X26 mirasqoyan mərhum anaları X10 əmlakını vəsiyyətnamə üzrə vərəsə olaraq mirası idarə etməklə miras əmlakı qəbul etmişlər. İddiaçılar İddiaçı2, İddiaçı3 bu gün də mirasdan istifadə etməklə idarə edir. İddiaçı1 atası X26 vəfat etdiyi xx.xx.2007-ci il tarixədək X3 miras qalmış fərdi yaşayış evindən mirasdan istifadə etməklə idarə etmişdir. İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi iddiaçılar X3 miras qalmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinin 1 otağına İddiaçı2, 1 otağına İddiaçı1 atası X15, 1 otağına isə İddiaçı3 vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçılar X3 miras qalmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinin mərhum X21 vəsiyyət olunmuş 1 otağının 1/2 hissəsinə İddiaçı1 vərəsəlik hüququnun müəyyən edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müəyyən edilmiş hallardan görünür ki, 30 yanvar 2003-cu il tarixdə vəfat etmiş X1 vəsiyyətnamə üzrə vərəsəsi xx.xx.2007-ci il tarixdə vəfat etmiş oğlu X26 15 oktyabr 2001-ci il tarixli vəsiyyətnamə üzrə ona vəsiyyət edilmiş vəsiyyətqoyanın mülkiyyətində olmuş fərdi yaşayış evinin 1 otağından ibarət mirası faktiki qəbul etmiş, ailəsi ilə birgə mirasqoyanın mülkiyyətində olmuş fərdi yaşayış evində yaşamış, ondan istifadə etmişdir. X15 vəfatından sonra həmin otaqdan onun vərəsələrindən olan qızı iş üzrə İddiaçı1 və oğlu xx.xx.2017-ci il tarixdə vəfat etmiş X37 vərəsə olaraq mirası idarə etməklə miras əmlakı qəbul etmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 15 oktyabr 2001-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəsi X26 tərəfindən X3 miras qalmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinin ona vəsiyyət edilmiş 1 otağından ibarət mirası qəbul etdiyindən və həmin əmlak X15 vəfatından sonra onun vərəsələrindən olan iş üzrə İddiaçı1 tərəfindən qəbul edildiyindən X3 miras qalmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinin mərhum X21 vəsiyyət olunmuş 1 otağının 1/2 hissəsinə İddiaçı1 qanun üzrə vərəsəlik hüququ müəyyən edilməlidir. Eyni zamanda, işdə olan Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli 2(033)-1051/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı1 Zaqatala rayonunun Aşağı Tala kəndində mərhum atasının mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayış hüququ verilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan da görünür ki, İddiaçı1 2008-ci ildən mərhum atasına məxsus Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evində yaşamış, 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində həmin fərdi yaşayış evi yararsız hala düşmüş və həmin ev sökülərək yerində Azərbaycan Respublikası FHN tərəfindən 3 otaqlı ev tikilmişdir. Sözügedən yaşayış evi tikildikdən sonra həmin evdə İddiaçı1 və hazırki iş üzrə üçüncü şəxs X27 ailələri birlikdə yaşamışlar. İddiaçı1 2008-ci ildən hal-hazıradək mübahisələndirilən evdə yaşaması nə hazırki məhkəmə iclasında, nə də ki, əvvəlki iddia tələbinə baxılan zaman yuxarı instansiya məhkəmələrində mübahisələndirilməmişdir. Məhkəmə Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,1029 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı1 qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Tədqiq edilmiş sənədlərdən görünür ki, ünvan 2ində yerləşən üzərində X4 mülkiyyətində olan ümumi sahəsi 105,8 kv.m olan fərdi yaşayış evi yerləşən 0,1029 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X15 mülkiyyəti kimi xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. X15 ölümündən sonra həmin əmlakdan onun vərəsələrindən olan qızı iş üzrə İddiaçı1 və oğlu xx.xx.2017-ci il tarixdə vəfat etmiş X37 ataları-X15 əmlakını vərəsə olaraq mirası idarə etməklə miras əmlakı qəbul etmişlər. İddiaçı1 bugün də həmin torpaq sahəsindən-mirasdan istifadə etməklə idarə edir. Bu fakt Zaqatala RİHB-nın Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlarla da öz təsdiqini tapır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək X1 mülkiyyətində olmuş Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 105,8 kv.m olan fərdi yaşayış evinin 1 otağına İddiaçı3, 1 otağına İddiaçı1 atası X15 və 1 otağına isə Həşimova (Ramazanova) Gülbəniz İsmayıl qızının vəsiyyətnamə üzrə vərəsəlik hüququ müəyyən edilməli, X1 mülkiyyətində olmuş Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 105,8 kv.m olan fərdi yaşayış evinin mərhum X21 vəsiyyət olunmuş 1 otağının 1/2 hissəsinə və X12 miras qalmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,1029 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı1 qanun üzrə vərəsəlik hüququ müəyyən edilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilsin. X1 mülkiyyətində olmuş Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 105,8 kv.m olan fərdi yaşayış evinin 1 otağına İddiaçı3, 1 otağına İddiaçı1 atası X15 və 1 otağına Həşimova (Ramazanova) Gülbəniz İsmayıl qızının vəsiyyətnamə üzrə vərəsəlik hüququ müəyyən edilsin. X1 mülkiyyətində olmuş Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 105,8 kv.m olan fərdi yaşayış evinin mərhum X12 miras qalmış 1 otağının 1/2 hissəsinə və X12 miras qalmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,1029 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı1 qanun üzrə vərəsəlik hüququ müəyyən edilsin. İddiaçı1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-114/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-114/2023
02.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver