Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1158/2025 13.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 Əli qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin bir hissəsinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla X3 arasında bağlanmış və Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 tərəfindən təsdiq edilmiş, 18 noyabr 2024-cü il tarixli “Barışıq sazişi”nin məcburi icrası üçün, həmin sazişin X3 tərəfindən icra edilməyən 5-ci bəndinin, yəni, “Mediasiya zamanı tərəflər, mediasiyaya edilən atanın uşaqları ilə ünsiyyət hüququnun tanınması tələbi ailə mübahisəsi ilə əlaqədar, Ərizəçi, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X7 ilə hər həftənin altıncı günü saat 14:00-dan saat 18:00-a kimi və hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-a kimi bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəldilər.” hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X3 ilə 05 mart 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 17 yanvar 2019-cu il tarixdə Tahir adlı oğlan, 19 mart 2022-ci il tarixdə isə Tahirə adlı qız uşaqları doğulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən nikahlarının pozulması və s. tələbi ilə bağlı Mediasiya Təşkilatına müraciət etmiş və 18 noyabr 2024-cü il tarixli barışıq sazişinə əsasən iş üzrə maraqlı şəxslə aşağıda qeyd olunan razılığa gəlmişdir: “Mediasiya zamanı tərəflər, mediasiyaya edilən nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, nikahın davam etdirilməsində razılığa gələ bilmədilər və bu səbəbdən nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəldilər. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən uşaqların himayəyə verilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X5 (ş/v AA7999197, FİN:8LB1E92) və xx.xx.2022-ci il təvəllüdlü X2, xx.xx.2024-cü il tarixdən hesablanmaqla 18 yaşı tamam olana kimi, anası X1 yanında qalmaqla, onun himayəsinə verilməsinə razılığa gəldilər. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2 18 yaşı tamam olana kimi, saxlanılması üçün, xx.xx.2024cü il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 200 (iki yüz) manat, iki uşaq üçün cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Ərizəçi tərəfindən X1 bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəldilər. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən cehiz əşyalarının çıxarılması tələbi ailə mübahisəsi ilə əlaqədar, X3, xx.xx.2024-cü il tarixdən hesablanmaqla 10 (on) gün müddətində, Ərizəçi yaşadığı Zaqatala rayonu, Aşağı Tala kəndindəki evində olan cehiz əşyalarını çıxaracağına razılığa gəldilər. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən atanın uşaqları ilə ünsiyyət hüququnun tanınması tələbi ailə mübahisəsi ilə əlaqədar, Ərizəçi, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X7 ilə hər həftənin altıncı günü saat 14:00-dan saat 18:00-a kimi və hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-a kimi bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəldilər.” Hazırki ərizə ilə məhkəməyə müraciət etməyinin səbəbi X3 tərəfindən 18 noyabr 2024-cü il tarixli barışıq sazişinin 5-ci bəndi üzrə üzərinə götürdüyü öhdəlik, yəni, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X7 ilə hər həftənin altıncı günü saat 14:00-dan saat 18:00-a kimi və hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-a kimi bir yerdə olmaqla ünsiyyətdə olmaq hüququnun həyata keçirilməsinə maneçilik törədilməsidir. Ərizəyə qarşı etirazın dəlilləri Tələbə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə ərizəçi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs izahat verərək bildirmişdir ki, o ərizəçinin uşaqları ilə görüşməsinə heç bir maneə yaratmır. Sadəcə bir dəfə uşaqları Bakıya apardığı üçün ərizəçi uşaqları ona göstərmədiyini iddia edir. Yekun olaraq bildirir ki, ərizənin qeyd edilən şəkildə təmin edilməsinə heç bir etirazı yoxdur. Yazılı sübutlar Zaqatala Rayon Məhkəməsinin e-2(033)-466/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, iddiaçı Ərizəçi ilə cavabdeh X3 arasında xx.xx.2018-cü il tarixdə Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış, 47 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq iddiaçı Ərizəçi cavabdeh X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,625 misli həddində sabit pul məbləğində aliment tutulması, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 200 manat mediasiyaya dair xərc iddiaçı Ərizəçi qızına aid edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddiaçı Ərizəçi qızı ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin mövcudluğunun nəzərə alınması qət edilmişdir. xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024-02122 nömrəli barışıq sazişindən görünür ki, 1. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən nikahın pozulması tələbi ailə mübahisəsi ilə əlaqədar, nikahın davam etdirilməsində razılığa gələ bilmədilər və bu səbəbdən nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etməyə razılığa gəldilər..
2. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən uşaqların himayəyə verilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X5 (ş/v AA7999197, FİN:8LB1E92) və xx.xx.2022-ci il təvəllüdlü X2, xx.xx.2024-cü il tarixdən hesablanmaqla 18 yaşı tamam olana kimi, anası X1 yanında qalmaqla, onun himayəsinə verilməsinə razılığa gəldilər. 3. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin müəyyən edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2 18 yaşı tamam olana kimi, saxlanılması üçün, xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 200 (iki yüz) manat, iki uşaq üçün cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Ərizəçi tərəfindən X1 bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəldilər. 4. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən cehiz əşyalarının çıxarılması tələbi ailə mübahisəsi ilə əlaqədar, X3 xx.xx.2024-cü il tarixdən hesablanmaqla 10 (on) gün müddətində, Ərizəçi yaşadığı Zaqatala rayonu, Aşağı Tala kəndindəki evində olan cehiz əşyalarını çıxaracağına razılığa gəldilər. 5. Mediasiya zamanı tərəflər, mediasiyaya edilən atanın uşaqları ilə ünsiyyət hüququnun tanınması tələbi ailə mübahisəsi ilə əlaqədar, Ərizəçi, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X7 ilə hər həftənin altıncı günü saat 14:00-dan saat 18:00-a kimi və hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-a kimi bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəldilər. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən ərizənin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 100 (bir yüz) dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
“Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu
33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Məhkəmənin mövqeyi
Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X9 və xx.xx.2022-ci il tarixdə X7 adlı uşaqları dünyaya gəlmişdir. Mülki iş üzrə tərəflər Ərizəçi birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 14:00-dan 18:00-a kimi və hər həftənin bazar günü saat 12:00-dan 18:00-a kimi bir yerdə olmaqla ünsiyyətdə olmalarına dair razılığa gəlmiş və 18 noyabr 2024-cü il tarixə qeyd edilən şərtlərlə barışıq sazişi imzalamışdırlar. Ərizəçi Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtlərinə əməl edilmədiyini əsas gətirərək “Barışıq sazişi”nin icra edilməyən hissəsinin, yəni, “mediasiya zamanı tərəflər, mediasiyaya edilən atanın uşaqları ilə ünsiyyət hüququnun tanınması tələbi ailə mübahisəsi ilə əlaqədar, Ərizəçi, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X7 ilə hər həftənin altıncı günü saat 14:00-dan saat 18:00-a kimi və hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-a kimi bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəldilər” hissəsinin təsdiq edilməsi barədə hazırki ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 18 noyabr 2024-cü il tarixli barışıq sazişinin “mediasiya zamanı tərəflər, mediasiyaya edilən atanın uşaqları ilə ünsiyyət hüququnun tanınması tələbi ailə mübahisəsi ilə əlaqədar, Ərizəçi, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X7 ilə hər həftənin altıncı günü saat 14:00-dan saat 18:00-a kimi və hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-a kimi bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəldilər” hissəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin bu hissəsinin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs 18 noyabr 2024-cü il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun 5-ci bəndinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin 5-ci bəndinin məcburi icrası üçün barışıq sazişinin uşaqlarla ünsiyyətə dair hissəsinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 18 noyabr 2024-cü il tarixli barışıq sazişinin “mediasiya zamanı tərəflər, mediasiyaya edilən atanın uşaqları ilə ünsiyyət hüququnun tanınması tələbi ailə mübahisəsi ilə əlaqədar, Ərizəçi, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X7 ilə hər həftənin altıncı günü saat 14:00-dan saat 18:00-a kimi və hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-a kimi bir yerdə olmaqla ünsiyyətdə olmalarına razılığa gəldilər” dair hissəsi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
Qət etdi
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 18 noyabr 2024-cü il tarixli barışıq sazişinin “mediasiya zamanı tərəflər, mediasiyaya edilən atanın uşaqları ilə ünsiyyət hüququnun tanınması tələbi ailə mübahisəsi ilə əlaqədar, Ərizəçi, birgə nikahdan doğulmuş uşaqları, xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X7 ilə hər həftənin altıncı günü saat 14:00-dan saat 18:00-a kimi və hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-a kimi bir yerdə olmaqla ünsiyyətdə olmalarına” dair hissəsi təsdiq edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Vüqar Məmmədov