Məhkəmə qərarları › İş №e-2(033)-1177/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1177/2023

26.10.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1177/2023 26.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun, Əliyeva Ayşə İsrafil qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış və Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X5 tərəfindən təsdiq edilmiş, 14 noyabr 2022-ci il tarixli Barışıq sazişinin məcburi icrası üçün həmin sazişin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 02 iyul 2008-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 22 yanvar 2010-cu il tarixdə Vüsalə adlı qız övladları dünyaya gəlmişdir. Azərbaycan Repsublikası Zaqatala Rayon Məhkəməsinin 15 avqust 2015-ci il tarixli, 2(033)-558/2015 iş nömrəli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs ilə aralarında olan 02 iyul 2008-ci il tarixli nikah qeydi pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən alimentin artırılması tələbi ilə bağlı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediator tərəfindən təsdiq edilmiş 14 noyabr 2022-ci il tarixli barışıq sazişinə əsasən razılığa gəlmişdirlər. “Barışıq sazişi”nə əsasən, 14 noyabr 2022-ci il tarixdən, 22 yanvar 2010-cu il tarixdə doğulmuş uşaqları X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs ona hər ay 170 (bir yüz yetmiş) manat aliment ödəməli idi. Lakin, barışıq sazişinin bağlanmasının üzərindən təqribən 1(bir) il keçməsinə baxmayaraq, Maraqlı şəxs barışıq sazişini icra etmir. Ərizəyə qarşı etirazın dəlilləri Tələbə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 2(033)-558/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək Cavabdeh Maraqlı şəxs ilə iddiaçı X6 arasında Zaqatala RİHB-in Zaqatala rayonu Yuxarı Tala ərazi nümayəndəliyində 02 iyul 2008-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 15 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin nikahından xx.xx.2010-cu il tarixdə anadan olmuş X7 boşanmadan sonra anasının yəni, iddiaçı X2 yanında saxlanılması, tərəflərin nikahından xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı X3 verilməsi, sabit pul məbləğində həmin alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə daxil olduğu 22 aprel 2015-ci il tarixdən hesablanması, iddia ərizəsi qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Mazıx kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 yanvar 2010-cu ildə doğulmuşdur. Valideynləri atası Maraqlı şəxs, anası X4r. 14 noyabr 2022-cü il tarixli Barışıq sazişindən görünür ki, mediasiya zamanı tərəflər, mediasiyaya edilən alimentin artırılması tələbi ailə mübahisəsi ilə əlaqədar, birgə nikah dövründə anadan olmuş uşaqları xx.xx.2010-cu il təvəllüdlü X1 18 yaşı tamam olana kimi saxlanılması üçün, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay 170 (bir yüz yetmiş) manat məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödəyəcəyinə razılığa gəlmişdirlər. 09 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara, ərizəçinin izahatına tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından 22 yanvar 2010-cu il tarixdə X7 adlı uşaqları dünyaya gəlmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-558/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahından xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı X3 verilməsi qət edilmişdir. Daha sonra mülki iş üzrə tərəflər yetkinlik yaşına çatmayan uşaqları olan 22 yanvar 2010-cu il tarixdə doğulmuş X1 18 yaşı tamam olana kimi xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödənilməsinə dair razılığa gəlmişlər və 14 noyabr 2022-cü il tarixə qeyd edilən şərtlərlə barışıq sazişi imzalamışdırlar. Ərizəçi Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtlərinə əməl edilmədiyini əsas gətirərək hazırki ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 14 noyabr 2022-cü il tarixli barışıq sazişi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs 14 noyabr 2022-cü il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun 2.1.3-cü bəndinin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin 2.1.3-cü bəndinin məcburi icrası üçün barışıq sazişinin həmin bəndinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış onların yetkinlik yaşına çatmayan uşaqları olan 22 yanvar 2010-cu ildə doğulmuş X1 18 yaşı tamam olana kimi xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödənilməsinə dair 14 noyabr 2022-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Ərizə təmin edildiyi üçün ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs Ərizəçi xeyrinə tutulmalıdır. Cavabdeh Maraqlı şəxs 32 (170-70=100x12=1200 manat) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış onların yetkinlik yaşına çatmayan uşaqları olan xx.xx.2010-ci ildə doğulmuş X1 18 yaşı tamam olana kimi saxlaması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi bankda açılan cari hesabına ödənilməsinə dair 14 noyabr 2022-cü il tarixli barışıq təsdiq edilsin. Ərizə təmin edildiyi üçün ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs Ərizəçi xeyrinə tutulsun. Cavabdeh Maraqlı şəxs 32 (otuz iki) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar