Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1192/2025 22.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlu, Məhkəmə iclas katibi X4 Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri: İddiaçı “Azəriqaz" İstehsalat Birliyi Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1372.61 (bir min üç yüz yetmiş iki manat altmış bir qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 33.75 (otuz üç manat yetmiş beş qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 1406.76 (bir min dörd yüz altı manat yetmiş altı qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi(bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-in Zaqatala Regional qaz istismarı İdarəsinin Zaqatala xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Zaqatala rayonu Taxtalar kəndində Cavabdeh məxsus mənzilində №12459 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00250 saylı qaz hesabında ödənilməmiş 1372.61 manat borc vardır. Cavabdeh məxsus **********00250 saylı qaz hesabında olan 1372.61 manat borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borc məbləğidir və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1372.61 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olan G4T markalı GCZ0510786 nömrəli sayğacın göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Zaqatala rayon məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli 2(033)-1192/2025 saylı qərardadı ilə hazırkı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh 29 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildimrişdir ki, böyük oğlu Kusayev Nemət 2008-ci il martın 4-də Tərtər rayonunun Həsənqaya kəndində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. X6 Əliyevin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0241- nömrəli Hərbi Xidmətdə Fərqlənməyə görə 3-cü dərəcəli medal ilə təltif olunmuşdur. Yaşadıqları ərazi payız və qış aylarında çox soyuq olur. Buna görə də qaz çox istifadə olunur. Təbii qazın tarif qiymətləri çox bahadır, məcbur olaraq limiti keçirlər və qaz pulu daha çox yazılır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixində 100 manat qaz pulu ödəmişlər. Lakin əvvəlki illərə görə də 1372 manat borcları yaranmışdır. Ailədə o, həyat yoldaşı və oğlu yaşayırlar. Heç biri işləmir. X7 2014-cü il hərbi xidmətdən qayıdandan bu günə kimi işsizdir, iş tapa bilmirlər. Qızının ailəsi də dörd nəfərdən ibarətdir, onun da maddi durumu ağırdır. Onun ailəsinə də köməklik edirlər. X5 da xx.xx.1960- təvəllüddür. İş potensialrı çox az, borc və xərcləri lap çoxdur. Maddi vəziyyətləri ağırdır. ABB-bankdan 38 aylıq 7800 manat kredit götürmüş, üstündə 3100 manat faiz qaytarmalıdır. X5 da 36 aylıq 3200 manat kredit götürmüş, üstündə 1253 manat faiz qaytarmalıdır. Bunlar təkcə bankdan aldıqları kredit borcudur. Digər şəxslərə də çox miqdarda borcları vardır. Hər ay bacardıqları qədər qaz pulu borcundan az-az, hissə-hissə ödəniş etməyə çalışırlar. 1372 manat qaz pulu borcunu tam ödəməyə heç cürə maddi imkanları çatmır. Bütün bunlardan əlavə oğlu Nemət şəhid olduqdan sonra onlara verilən Şəhid Vəsiqəsində şəhid ailələrinə kommunal xidmətlərin ödənilməsi zamanı 50% güzəşt olunmalı olduğu qeyd olunmuşdur. Şəhid ailələrinə edilən güzəştlər haqqında 3 sentyabr 1993-cü il Azərbaycan Respublikasının qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüquqları vardır. Lakin onlara kommunal ödənişlərdə heç bir 50% güzəşt edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək göstərdi ki, ailə üzvlərindən heç biri işləmir. Onun və arvadının adına kreditləri vardır. Aldıqları pensiya ilə çox çətinliklə dolanırlar. İddiaçıya olan borcu ödəyəcəklər. Lakin bütün borcu bir dəfəyə ödəmək iqtidarında deyildirlər. Həmin borcu hissə-hissə ödəyə bilərlər. Onlar tərəfindən qaz sərfiyyatı çox olmur. Onlara məxsus qaz sayğacı yolda quraşdırılmışdır. Bir müddət əvvəl onların qaz sayğacı olduğu yerdə qaz sızması olmuşdur. Əgər qaz sızması olmasaydı bu qədər borc yığılmazdı. Onlar qaz sızdığını bildikləri üçün qaz idarəsindən əməkdaş dəvət etmişlər və nasazlıq aradan qaldırılmışdır. Bir müddət keçdikdən sonra başqa bir yerdən yenidən qaz sızmaya başlamış və o kəndçisinə həmin yeri düzəltdirmişdir. Göstərilənlkərin nəzərə alınmasını xahiş etdi. Yazılı sübutlar “Azəriqaz" X2 RQİİ ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2016-cı il tarixli 12459 nömrəli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə» müqaviləyə əsasən, “paylayıcı” adlanan İddiaçı Zaqatala RQİİ bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, “istehlakçı” adlanan Cavabdeh yaşadığı evi keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricinə uyğun olaraq, paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.7-ci bəndinin tələbinə görə paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablayır və hər ay istehlakçıya hesab təqdim edir (göndərir). Mülki işin materiallarında olan 30 iyul 2025-ci il tarixli abonentin saldosundan görünür ki, Zaqatala rayonu, Taxtalar kəndində yaşayan, qaz hesabı **********00250 olan abonent Cavabdeh 2025-ci il iyul ayında qalıq borcu 1372,61 manat müəyyən edilmişdir. Mülki işin materiallarında olan “ASAN” ödəniş sistemindən əldə olunmuş məlumatlardan görünür ki, “Azəriqaz" İstehsalat Birliyi tərəfindən 33,75 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə görə sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Zaqatala rayonu Taxtalar kəndində yerləşən fərdi yaşayış evi müvafiq qaydada qazlaşdırılmaqla **********00250 saylı qaz hesabı iddiaçı tərəfindən Cavabdeh adına rəsmiləşdirilmiş və iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixli 12459 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Cavabdeh yaşadığı həmin evdə uzun müddət ərzində təbii qazdan istifadə etsə də, onun dəyərini tam şəkildə ödəməmiş və nəticədə cavabdehin G4T markalı GCZ0510786 nömrəli sayğacın iddiaçıya 1372,61 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh qaz təchizatı müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ümumilikdə hesablanmış 1372,61 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 33,75 manat dövlət rüsumunun əvəzi və 0,40 manat bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia tələbi təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1372.61 (bir min üç yüz yetmiş iki manat altmış bir qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 33.75 (otuz üç manat yetmiş beş qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 1406.76 (bir min dörd yüz altı manat yetmiş altı qəpik) manat borcun (pulun) tutularaq İddiaçı (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-1192/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1192/2025
22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver