Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-121/2025 11.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Dövlət X3 Cavabdeh nümayəndəsi X11 Sistemlərinin İstismarı İdarəsində hüquq məsləhətçisi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət X3 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə işə 11 mart 2025-ci il tarixdə, Zaqatala şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 6 nömrəli Regional Sukanal İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası "xxxx" ASC 6 №-li Reğional Sukanal İdarəsi Zaqatala Sukanal sahəsi tərəfindən ona qanunsuz olaraq yazılmış 8345,99 manat artıq hesablanmış silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Zaqatala rayonu, Car kəndində yaşayır və evində sudan istifadə edir. Evə qanuni qaydada su çəkilmişdir. Sudan qanuni qaydada istifadə edərək haqqını vaxtı-vaxtında ödəmişdir. İstifadə olunan suyun miqdarı ploblanmış su sayğacı ilə ölçülür. Cavabdeh təşkilatın işçiləri ona qanunsuz olaraq 8345,99 manat artıq pul yazmışlar. O, Zaqatala rayon Sukanal sahəsinə həmin ünvanın su borcuna dair rəsmi hesabat blankının təqdim edilməsi barədə ərizə ilə müraciət etmişdir. Su borcunun hansı vaxtdan yarandığı, hansı qanuna əsasən yarandığı və hansı sayğaca əsasən hesablandığının həmin hesabatda göstərilməsini xahiş etmişdir. "xxxx" ASC 6 №-li Reional Sukanal İdarəsi Zaqatala Sukanal sahəsinin təqdim etdiyi Abonent kartından görünür ki, 8345,99 manat artıq pul yazılmışdır. Həmin vəsait artıq olaraq hesablanmışdır. Ona görə də, məhkəmə qərarı vasitəsi ilə həmin borc onun üzərindən silinməlidir. Cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 6 nömrəli Regional Sukanal İdarəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq cavabdehi əsl cavabdeh "X6 Xidməti" publik hüquqi şəxs (ünvan: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi 80, Hökümət evi 5-ci mərtəbə, VÖEN **********) ilə əvəz edilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 6 nömrəli Regional Sukanal İdarəsi, iddiaçının razılığı ilə əsl cavabdeh olaraq Azərbaycan Dövlət X3 Cavabdeh ilə əvəz edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı məhkəmədə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, videoçəkilişdə göstərdiyi kimi su tamamilə sayğacı örtmüş və ikiüç il həmin vəziyyətdə qalmışdır. Bu halda həmin sayğac necə işləyə bilər. Həmçinin o, dəfələrə bu barədə idarəyə müraciətlər ünvanlamış və zənglər etmişdir. Lakin idarənin əməkdaşları gəlməmiş, belə ki, istəmişdirlər ki, o, sayğaca müdaxilə etsin və plombu sınsın. O, 1993-cü il dən işləmir nə maaşı, nə də ki pensiyası yoxdur, belə halda həmin borcu necə ödəyə bilər. İdarənin daxili qaydaları vətəndaşların konstitusion hüquqlarına aid deyil. Yeni cavabdehin nümayəndəsinin qeyd etdiyinin əksinə olaraq sayğacın hər iki tərəfindən su axırdı, bu halda bəs özlərinin üzərinə düşən hissəni niyə özləri ödəməmişdirlər. Bunu sübut edən hal isə idarənin əməkdaşlarının krantı dəyişməsidir. O müraciətindən də 4 metr barının dağılıb sayğacın üstünə töküldüyünü qeyd etmişdir. Lakin cavab məktublarında həmin halın sayğacın işləməsinə maneə etmədiyini bildirmişdirlər. Əlbəttdə sayğac işləyib amma su ona gəlməmişdir. Əgər o müdaxilə etsəydi, bu zaman da plomb dağılasıydı ki, elə idarənin də istədiyi bu idi. Elə bu dəqiqə də sayğac suyun içində dağınıq vəziyyətdədir. 2018-ci ilin aprel ayında zərzələdən sonrakı gün o dəfələrlə idarəyə müraciətlər və zəng etmiş, lakin onlar yalnız birinci gün gəlmiş və şəkillər çəkib getmişdirlər. İki ildən müdir dəyişildi, Samir oldu, Samir isə dəstə ilə gəlib suyu kəsməyə başladı. O, sayğaca heç bir müdaxilə edə bilməz, istəsə belə başı çıxmır. Lakin idarənin əməkdaşları gəlib təmir edib, çəkdikləri xərci tələb edə bilərdilər. Həmçinin sayğacı da onun həyətində yox, çöldə quraşdırmalı idilər. Eyni zamanda o dəfələrlə müqavilə bağlaması üçün müraciət etmiş, lakin müqaviləni də bağlamamışdırlar. O, müqavilənin bağlanma tarixi barədə akt tərtib edilməsini tələb etmiş amma onlar razılaşmamışdırlar. Həmçinin ilk olaraq 3300 manatın ondan tutulması qət edilmiş, digər 3000 isə məhkəmə prosesi zamanı suyun axması ilə əsaslandırırlar, 2000 manat borc yaranmasını isə sübut edə bilmirlər. Həmçinin onu 9 gün susuz qoymuş, daha sonra isə özləri nasaz hissəni bərpa edib ona akt da vermişdirlər, hal-hazırda su axmır. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, sayğac 2017-ci ildə qoyulmasına baxmayaraq dediklərinə görə onunla 2011-ci il tarixdə müqavilə bağlanmış, sual verir ki, niyə sayğac qoyulduqdan və qiymətlər qalxdıqdan sonra onunla yenidən müqavilə bağlanmamışdır. Cavabdeh Azərbaycan Dövlət X3 Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, onlar dəfələrlə vətəndaşa izah etmişdirlər ki, axan tərəf sayğacın çıxışıdır və həmin hissəni düzəltmək vətəndaşın vəzifəsidir. Eyni zamanda sayğacın kənar təsirlərdən qorunması istehlakçının üzərinə düşür. Onlar vətəndaşın müraciəti üzrə giriş hissəni düzəltmişdirlər, lakin çıxış hissənin düzəldilməsi istehlakçının üzərinə düşür. Bu barədə vətəndaşa yazılı cavab da vermişdirlər. Lakin iddiaçı öz üzərinə düşən axan hissəni düzəltməmiş, nə də ki kranı bağlamamış, məhkəmə prosesi zamanı isə hazırlıq və baxış iclasları keçirilmiş, ekspertiza təyin edilmiş və bir ildən çox davam edən dövrdə su təziqlə axmağa davam etmiş və nəticədə qeyd edilən borc yaranmışdır. Əgər vətəndaş qeyd edilənlərə əməl etsəydi, bu qədər problemlər olmayacaqdı. Zaqatala Rayon Məhkəməsini e-2(033)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı tutulmalı olan 3303,59 manat borc da həmin iddia ərizəsində qeyd edilmiş 8345,99 manat məbləğinə daxildir. Eyni zamanda onlar hələ 3000 manat borc yarananda vətəndaşın suyunu kəsmişdirlər, lakin vətəndaş məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən qəbul edilmiş müvəqqəti təminat tədbirinə dair qərardad ilə suyun verilişi bərpa edilmişdir. Yekun olaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdeh Azərbaycan Dövlət X3 Cavabdeh X7 Sistemlərinin İstismarı idarəsi, abonent xidmətləri şöbəsinin rəisi X5 bildirmişdir ki, 2017-ci il tarixdə Zaqatala rayon ərazisinə mərkəzi şəbəkə çəkilmiş və hər kəsin evinə yerdən qutu ilə birgə “smart” sayğaclar qoyulmuşdur. Müəyyən vaxtdan sonra həmin sayğacların “smart” hissəsi sıradan çıxdığından, avtomatik olaraq hər birinin qapağı açılıb və mexanikaya çevrilib. Bugünki gündə 9875 abonentdən, 200-ü “smart” qalmış, geri qalanı isə mekanikaya çevrilmiş, hər birinin mexanikaya əsasən hesabatı gedir. Həmçinin bildirir ki, sayğac qoyulan zaman sayğacın müqaviləsi podratçı tərəfindən hər bir istehlakçıya təqdim edilmişdir. Sadəcə həmin akt nümunələri köhnə idarədə olduğundan, hal-hazırda özlərində yoxdur. Yəni, hər bir vətəndaşa sayğac quraşdırılan zaman akt verilmiş və vətəndaşlar tərəfindən imzalanmışdır. Əgər vətəndaş hər hansı nasazlıq müşahidə edirsə, suyun axımını təmin edən ventili bağlamalı və santexnikə müraciət etməlidir. Həmçinin sayğacın quraşdırılma kitabçasında da göstərilmişdir ki, hava gəldiyi təqdirdə su gələnədək açıq saxlanmalıdır. Eyni zamanda akt tərtib edilib sayğac təmir edildikdən sonra 2024-cü ilin yanvar ayından vətəndaşın borcu düzəlmiş, həmin bu borcun bəyan fakturası isə 2024-cü ilin sentyabr ayında 1295 kub olmuşdur, bu bir ilin sərfiyyatıdır, yəni akt tərtib edildikdən sonrakı sərfiyyatdır. Hal-hazırda suyun kənara axıdılmasının qarşısı alındığı üçün sərfiyyat normal qaydada hesablanır. İş materiallarında olan sənədlər Zaqatala Rayon Məhkəməsini e-2(033)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddia ərizəsi üzrə iddiaçı-qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsi üzrə cavabdeh-qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X14 Cəmiyyətinə qarşı qalıq borc kimi yazılmış pulun silinməsi tələbinə dair ilkin iddia ərizəsi rədd edilmiş, ilkin iddia ərizəsi üzrə cavabdeh-qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşılıqlı iddia ərizəsi təmin edilmiş, abonent kodu **********000 olan ilkin iddia ərizəsi üzrə iddiaçı-qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı 3303,59 (üç min üç yüz üç manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq ilkin iddia ərizəsi üzrə cavabdeh-qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, 53,04 (əlli üç manat dörd qəpik) manat dövlət rüsumu ilkin iddia ərizəsi üzrə iddiaçı-qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı tutularaq ilkin iddia ərizəsi üzrə cavabdeh-qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X14 Cəmiyyətinin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərcinin ilkin iddia ərizəsi üzrə iddiaçı-qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-155/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 sentyabr 2023-cü il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 27 İyul 2020-ci il tarixli 2178 nömrəli sərəncamına əsasən su itkilərinin istiqamətinin müəyyən edilməsi və qarşısının alınması məqsədilə apardıqları araşdırma zamanı abonent İddiaçı yaşadığı ünvan 3 ünvanında quraşdırılmış su sayğacından abonentin balans mənsubiyyətinə aid olan hissədə su axıntısı olduğu aşkarlanmış, həmin su sayğacından hər ay yüksək miqdarda su keçməyinin səbəbi də bu axıntı olduğu müəyyən edilmiş və müntəzəm olaraq baş verən su itkisinin qarşısının alınması məqsədilə borunun nasaz hissəsi tərəflərindən daxili imkanlar hesabına təmir edilmişdir. İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh PHŞ Zaqatala su meliorasiya sistemlərinin istismarı idarəsinin ********* nömrəli, xx.xx.2023-cü il tarixli hesab fakturasından görünür ki, Zaqatala, Təbriz, ev-39/C ünvanında yaşayan abonent İddiaçı 49954277 nömrəli sayğac üzrə 46.80 manat dövr borcu, 3317.39 manat qalıq borcu vardır. Cavabdeh PHŞ Zaqatala su meliorasiya sistemlərinin istismarı idarəsinin ********* nömrəli, xx.xx.2023-cü il tarixli hesab fakturasından görünür ki, Zaqatala, Təbriz, ev-39/C ünvanında yaşayan abonent İddiaçı 49954277 nömrəli sayğac üzrə 2250 manat dövr borcu, 3364.19 manat qalıq borcu vardır. Cavabdeh PHŞ Zaqatala su meliorasiya sistemlərinin istismarı idarəsinin ********* nömrəli, xx.xx.2023-cü il tarixli hesab fakturasından görünür ki, Zaqatala, Təbriz, ev-39/C ünvanında yaşayan abonent İddiaçı 49954277 nömrəli sayğac üzrə 2667.60 manat dövr borcu, 5678.39 manat qalıq borcu vardır. Cavabdeh PHŞ Zaqatala su meliorasiya sistemlərinin istismarı idarəsinin ********* nömrəli, xx.xx.2024-cü il tarixli hesab fakturasından görünür ki, Zaqatala, Təbriz, ev-39/C ünvanında yaşayan abonent İddiaçı 49954277 nömrəli sayğac üzrə 777 manat dövr borcu, 8345.99 manat qalıq borcu vardır. ADSEA Cavabdeh PHŞ Zaqatala su meliorasiya sistemlərinin istismarı idarəsinin ********* nömrəli, xx.xx.2024-cü il tarixli hesab fakturasından görünür ki, Zaqatala, Təbriz, ev-39/C ünvanında yaşayan abonent İddiaçı 49954277 nömrəli sayğac üzrə 5.40 manat dövr borcu, 9122.99 manat dövr əvvəli borcu vardır. ADSEA Cavabdeh PHŞ Zaqatala su meliorasiya sistemlərinin istismarı idarəsinin ********* nömrəli, xx.xx.2024-cü il tarixli hesab fakturasından görünür ki, Zaqatala, Təbriz, ev-39/C ünvanında yaşayan abonent İddiaçı 49954277 nömrəli sayğac üzrə 6 manat dövr borcu, 9134.39 manat dövr əvvəli borcu vardır. Cavabdeh PHŞ Zaqatala su meliorasiya sistemlərinin istismarı idarəsinin ********* nömrəli, xx.xx.2025-ci il tarixli hesab fakturasından görünür ki, Zaqatala, Təbriz, ev-39/C ünvanında yaşayan abonent İddiaçı 49954277 nömrəli sayğac üzrə 6.60 manat dövr borcu, 9140.39 manat dövr əvvəli borcu vardır. Cavabdeh PHŞ Zaqatala su meliorasiya sistemlərinin istismarı idarəsinin ********* nömrəli, xx.xx.2025-ci il tarixli hesab fakturasından görünür ki, Zaqatala, Təbriz, ev-39/C ünvanında yaşayan abonent İddiaçı 49954277 nömrəli sayğac üzrə 4.20 manat dövr borcu, 9152.39 manat dövr əvvəli borcu vardır. xx.xx.2024-cü il tarixli 49954277 nömrəli ALFASU-20 markalı sayğaclı **********000 nömrəli abonent kartından görünür ki, abonent kodu **********000: 37341000 olan, Zaqatala, Təbriz, ev-39/C ünvanında yaşayan İddiaçı 2017-ci il tarixdən 2023-cü ilin 14 noyabr tarixinə su sərfiyyatı üzrə 8345.99 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli 49954277 nömrəli ALFASU-20 markalı sayğaclı, **********000: 37341000 abonent kodlu ətraflı abonent kartından görünür ki, Zaqatala, Təbriz, ev-39/C ünvanında yaşayan İddiaçı su borcu 8307.96 manat, dövr borcu 38.03 manat olmaqla, cəmi 8345.99 manat məbləğində borcu vardır. xx.xx.2025-cü il tarixli 49954277 nömrəli ALFASU-20 markalı sayğaclı **********000 nömrəli abonent kartından görünür ki, abonent kodu **********000: 37341000 olan, Zaqatala, Təbriz, ev-39/C ünvanında yaşayan İddiaçı 2017-ci il tarixdən 2025-ci il mart ayının 14-dək su sərfiyyatı üzrə 9152.39 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli 49954277 nömrəli ALFASU-20 markalı sayğaclı, **********000: 37341000 abonent kodlu ətraflı abonent kartından görünür ki, Zaqatala, Təbriz, ev-39/C ünvanında yaşayan İddiaçı su borcu 9114.36 manat, dövr borcu 38.03 manat olmaqla, cəmi 9152.39 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli 49954277 nömrəli ALFASU-20 markalı sayğaclı, **********000: 37341000 abonent kodlu ətraflı abonent kartından görünür ki, Zaqatala, Təbriz, ev-39/C ünvanında yaşayan İddiaçı su borcu 9114.36 manat, dövr borcu 38.03 manat olmaqla, cəmi 9152.39 manat məbləğində borcu vardır. CD-dəki videoda iddiaçının yaşayış evinin həyətindən keçən su borusunun su sayğacından sonrakı hissəsində zədələnmə olduğu, həmin hissədən suyun axdığı görünür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”(bundan sonra- Qaydalar) 4.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək; istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək; hüquqtəsdiqedici sənədlər (xidməti vəsiqə və s.) əsasında STKM-in səlahiyyətli nümayəndələrini vəzifə borclarını yerinə yetirmək məqsədi ilə maneəsiz olaraq istehlakçıya məxsus əraziyə buraxmaq; suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək istehlakçıların vəzifələridir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu 68-ci maddəsinin 2-ci hissəsinə əsasən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının zədələnməsi (qəsdən və ya ehtiyatsızlıq üzündən) və ya sıradan çıxarılması qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb edilməyə səbəbdir. 68-ci maddəsinin 3-cü hissəsinə əsasən su təchizatı və kanalizasiya sistemlərinin hər hansı texniki qurğusuna dəyişdirici, zədələyici və ya dağıdıcı təsir göstərə biləcək və onun sanitariya mühafizə zonasında yerləşən hər hansı tikili və avadanlıq, əks halların lehinə sübutlar yoxdursa, bu tikili və avadanlığa görə texniki qurğunun korlanmasına sübut kimi qəbul edilə, bundan irəli gələn və qanunvericiliklə nəzərdə tutulmuş prosessual nəticələrin əmələ gəlməsinə səbəb ola bilər. 72-ci maddəsinə əsasən bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 15.2-ci madəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, müəyyən olunmuş mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçı əhali qrupuna aid olan **********000 saylı abonent olaraq mülkiyyətçisi olduğu Zaqatala, Təbriz, ev-39/C ünavnında yerləşən fərdi yaşayış evində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edir. Su təchizatını hesablayan sayğac fərdi yaşayış evinin həyətində yerləşir. Su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə iddiaçıya 2017-ci il üzrə 38.03 manat, 2018-ci il üzrə 162.60 manat, 2019-cu il üzrə 230.40 manat, 2020-ci il üzrə 285.60 manat, 2021-ci il üzrə 833.16 manat, 2022-ci ilin noyabr ayının 16-sı tarixinə 1767.60 manat, 2023-cü ilin noyabr ayının 14-ü tarixinə 5028.60 manat, 2025-ci il yanvar ayının 14-ü tarixinə 794.40 manat, 2025-ci ilin mart ayının 14-ü tarixinə 12 manat olmaqla, cəmi 9152.39 manat borc hesablanmışdır. Borcun miqdarı hazırda 8345,99 manat təşkil edir. Mövcud borcun 3303,59 manat hissəsi Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş e-2(033)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tutulmalı olan pul vəsaitidir. Müəyyən olunmuş hallar ondan ibarətdir ki, su xəttinin sayğacdan sonrakı hissəsində nasazlıq yaranması səbəbindən uzunmüddətli su axması olmuşdur. İddiaçı həmin nasazlığın qonşunun divarının aşması səbəbindən yaranması, dəfələrlə yazılı və şifahi müraciət etməsinə də baxmayaraq cavabdehin nasazlığı aradan qaldırmaması, nəticədə su israfının cavabdehin təqsirindən yaranması ilə əsaslandırmış və borcun silinməsini tələb edir. Məhkəmə tələb üzrə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, borcun 3303,59 manat hissəsini ödəmək iddiaçı üçün məcburidir və bu işin mübahisə edilə bilməz halıdır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, qəsdən və ya ehtiyatsızlıq üzündən baş verməsindən asılı olmayaraq istənilən halda su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının o cümlədən suyun daşınmasını təmin edən boruların zədələnməsi və ya sıradan çıxarılması qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb edilməyə səbəbdir və həyətindəki axmanın iddiaçının təqsirindən yaranmaması lehinə sübutlar olmadığından ərazisində olan su təchizatı xəttində baş vermiş su axması nəticəsində israf olunmuş suya görə məsuliyyət, o cümlədən onun dəyərini ödəmək öhdəliyi iddiaçıya aiddir. Lakin o, ayrıayrı vaxtlarda cavabdehə şifahi qaydada müraciət etməklə vəzifəsini bitmiş hesab etmiş, etinasızlıq edərək uzun müddət su axmanın qarşısının alınması üçün tədbir görməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Dövlət X3 Cavabdehnə qarşı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 8345.99 manat pulun silinməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Dövlət X3 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-121/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-121/2025
11.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver