Məhkəmə qərarları › İş №e-2(033)-1243/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1243/2025

27.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1243/2025 27.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 Əli qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reystrindən verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddia tələbi və dəlilləri: İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reystrindən verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli 2V-222, 2V-223, 2V-224 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən xx.xx.2025-ci il tarixdə verilmiş **********, ********** və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1575/2021 saylı, xx.xx.2021-ci il saylı qətnaməsinə (sədrlik edən Akif Eyvazov) əsasən mərhum X1 miras qalmış Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən 4.04 ha və 3.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və fərdi yaşayış evinin ¼ hissəsinin və 0.1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinin 1/10 hissəsinə Cavabdeh2 vərəsəlik hüququ tanınması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1042/2022 saylı, xx.xx.2022 tarixli qərarına əsasən İddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1575/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Hər iki məhkəmə aktı ilə müəyyən olunur ki, Cavabdeh2 çatacaq pay əmlaklarının ¼ hissəsinin 1/10 hissəsidir. Lakin Cavabdeh2 isə əmlakların ¼ hissəsi üzərində vərəsəlik şəhadətnaməsi almışdır. Hesab edir ki, cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli 2V-222, 2V-223, 2V-224 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilməli və DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən xx.xx.2025-ci il tarixdə verilmiş **********, ********** və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları ləğv edilməlidir. X10 Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1575/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi düzgün icra olunmamış, səhv icra olunmuşdur. İddiaçı 23 sentyabr 2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək iddia ərizəsinin tələb hissəsinə əlavə olaraq cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 mart 2023-cü il tarixli 2V-298, 2V-299, 2V-300 və 2V-301 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən 06 aprel 2023-cü il tarixdə verilmiş ********** və 07 aprel 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh4 iddiaçının nümayəndəsinin razılığı ilə cavabdeh qismində mülki işə cəlb edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi Vəkil məhkəmə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, məhkəmə qərarı ilə mərhum X1 miras qalmış Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən 4.04 ha və 3.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və fərdi yaşayış evinin ¼ hissəsinin və 0.1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinin 1/10 hissəsinə Cavabdeh2 vərəsəlik hüququ tanınması qət edilmişdir. Lakin Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən məhkəmə qərarları düzgün icra edilməmiş və 12 fevral 2025-ci il tarixli 2V-222, 2V-223, 2V-224 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bu şəhadətnamələr əsasında isə DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən xx.xx.2025-ci il tarixdə verilmiş **********, ********** və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Məhkəmə qərarlarının əsaslandırma hissəsində cavabdehə ayrılan paylara aydın şəkildə izah verilmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, məhkəmə qərarlarına əsasən Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən 12 fevral 2025-ci il tarixli 2V-222, 2V-223, 2V-224 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmiş və həmin şəhadətnamələr əsasına o DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən xx.xx.2025-ci il tarixdə verilmiş **********, ********** və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları alımışdır. İddiaçının iddiası əsassızdır. Belə ki, artıq məhkəmə qətnamələri ilə miras əmlaklarda onun payları müəyyən edilmiş və bütün sənədləşmə işləri aparılmışdır. Məhkəmə qərarları ilə Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən 4.04 ha və 3.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və fərdi yaşayış evinin ¼ hissəsinin və 0.1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinin 1/10 hissəsinə onun vərəsəlik hüququ tanınmışdır. Bu səbəbdən hazırkı iddia əsassız olaraq irəli sürülmüşdür. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh4 rəsmi qaydada məmulat verilməsinə baxmayaraq o, gəlməməsinin üzürlü olması barədə məhkəməyə sənəd təqdim etməmişdir. Cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı vərəsəlik hüququ üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsində qeyd olunmuş Zaqatala rayonu Fındıqlı qəsəbəsi ünvanında yerləşən 4.04 ha və 3.06 ha torpaq sahələrinə tərəflərindən vərəsəlik şəhadətnamələri verilmişdir. Yuxarıda qeyd olunmuş 4.04 ha torpaq sahəsinin hüquq müəyyənedici sənədi Dövlət reyestrindən çıxarış olmuşdur. Lakin 3.06 ha torpaq sahəsi isə 2.479 ha, 0.556 ha və 0.023 ha olmaqla üç konturdan ibarət dövlət aktı əsasında mərhuma məxsus olmuşdur. Tərəfindən yuxarıda qeyd olunmuş torpaq sahələrinə vərəsəlik hüququ haqqında şəhadətnaməni verərkən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-1575/2021 saylı qətnaməsini və həmin qətnamə əsasında onlara göndərilmiş icra vərəqəsinə əsaslandırmışdır. Yəni, yuxarıdakı əmlakların 3/4 hissəsinə İddiaçı, 1/4 hissəsinə isə Cavabdeh2 vərəsəlik şəhadətnaməsi vermişdir. Bundan əlavə olaraq mərhumun ünvan 4 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin, həmçinin 0.1159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin də olması məhkəmə qətnaməsində görünür. Lakin vərəsələr bu əmlakların heç bir hüquq müəyyənedici sənədini onlara təqdim etməmişdirlər. Buna görə də bu əmlaklara vərəsəlik şəhadətnaməsini verə bilməmişlər. İddiaçı iddiasını qəbul etmir, o məhkəmə qətnaməsi əsasında onlara vərəsəlik şəhadətnaməsini vermişdir. Məhkəmə iclasında işi ilə əlaqədar olaraq iştirak edə bilməyəcəkdir. Nəzərə alınmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar Zaqatala Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2(033)-348/2020 saylı qətnaməsindən görünür ki, Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha və 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və fərdi yaşayış evinin 1/4 hissəsinin və 0,1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin 2/6 hissəsinə Cavabdeh2 vərəsəlik hüququnun tanınması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)- 1575/2021 nömrəli qətnaməsinə əsasən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(033)-348/2020 nömrəli qətnaməsi ləğv edilmiş və və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh2 iddia tələbinin qismən təmin edilməsi, mərhum X1 miras qalmış Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha və 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və fərdi yaşayış evinin 1/4 hissəsinin və 0,1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin 1/10 hissəsinə Cavabdeh2 vərəsəlik hüququnun tanınması qət edilmişdir. Ali Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2022-ci il tarixli 2(102)-1042/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməyərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-1575/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Reyestrdə 2V-298 nömrə ilə qeyd edilmiş 19 mart 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 16 noyabr 2018ci il tarixdə təsdiq edilən və reyestrdə 741 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 24 dekabr 2018-ci ildə vəfat etmiş X3 vərəsəsi İddiaçıdur və o miras əmlakın ¾ hissəsinə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK Zaqatala rayon Şöbəsi tərəfindən 16 may 2005-ci il tarixdə X4 verilmiş seriya nömrəsi JN 275, kod 40212077 olan dövlət aktına əsasən Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən ümumi sahəsi 2,4792 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 15 mart 2023-cü il tarixli qeydiyyat nömrəsi 513 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Reyestrdə 2V-299 nömrə ilə qeyd edilmiş 19 mart 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 16 noyabr 2018ci il tarixdə təsdiq edilən və reyestrdə 741 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 24 dekabr 2018-ci ildə vəfat etmiş X3 vərəsəsi İddiaçıdur və o miras əmlakın ¾ hissəsinə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK Zaqatala rayon Şöbəsi tərəfindən 16 may 2005-ci il tarixdə X4 verilmiş seriya nömrəsi JN 275A, kod 40212077 olan dövlət aktına əsasən Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən ümumi sahəsi 0,5565 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 15 mart 2023-cü il tarixli qeydiyyat nömrəsi 511 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Reyestrdə 2V-300 nömrə ilə qeyd edilmiş 19 mart 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 16 noyabr 2018ci il tarixdə təsdiq edilən və reyestrdə 741 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 24 dekabr 2018-ci ildə vəfat etmiş X3 vərəsəsi İddiaçıdur və o miras əmlakın ¾ hissəsinə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK Zaqatala rayon Şöbəsi tərəfindən 16 may 2005-ci il tarixdə X4 verilmiş seriya nömrəsi JN 275H, kod 40212077 olan dövlət aktına əsasən Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən ümumi sahəsi 0,023 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 15 mart 2023-cü il tarixli qeydiyyat nömrəsi 512 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Reyestrdə 2V-301 nömrə ilə qeyd edilmiş 19 mart 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 16 noyabr 2018ci il tarixdə təsdiq edilən və reyestrdə 741 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 24 dekabr 2018-ci ildə vəfat etmiş X3 vərəsəsi İddiaçıdur və o miras əmlakın ¾ hissəsinə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsi tərəfindən 30 aprel 2016-cı il tarixdə X4 verilmiş **********47 reystr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən ümumi sahəsi 4,04 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 19 mart 2023-cü il tarixli qeydiyyat nömrəsi **********MU79601 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixləri 06 aprel 2023-cü il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Fındıqlı kəndində yerləşən 4,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla X3 və payı ¾ hissə olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 92 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixləri 07 aprel 2023-cü il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Fındıqlı kəndində yerləşən 2,4792 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla X3 və payı ¾ hissə olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 351 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. JN-0275 KOD 40212077 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Zaqatala rayonu Dövlət Notariat Kontorunun 4-Ə-57 saylı alqı-satqı müqaviləsi ilə satılmış 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır. Reyestrdə 2V-222 nömrə ilə qeyd edilmiş 12 fevral 2025-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 24 dekabr 2018-ci ildə vəfat etmiş X3 vərəsəsi Cavabdeh2dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX 18 saylı Ərazi İdarəsi tərəfindən 30 aprel 2016-cı il tarixdə X4 verilmiş **********47 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reystrindən çıxarışa əsasən Zaqatala rayonunun Fındıqlı qəsəbəsində yerləşən ümumi sahəsi 4,04 ha olan torpaq sahəsinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən saxlanılmış ¼ hissədən ibarətdir. Reyestrdə 2V-223 nömrə ilə qeyd edilmiş 12 fevral 2025-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 24 dekabr 2018-ci ildə vəfat etmiş X3 vərəsəsi Cavabdeh2dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK Zaqatala rayon Şöbəsi tərəfindən 11 may 2005ci il tarixdə X4 verilmiş seriya nömrəsi JN 275, kod 40212077 olan dövlət aktına əsasən Zaqatala rayonu Fındıqlı qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2,4792 ha olan torpaq sahəsinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən saxlanılmış ¼ hissədən ibarətdir. DƏDRX-dən əldə edilmiş 15 mart 2023-cü il tarixli qeydiyyat nömrəsi 513 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Reyestrdə 2V-224 nömrə ilə qeyd edilmiş 12 fevral 2025-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 24 dekabr 2018-ci ildə vəfat etmiş X3 vərəsəsi Cavabdeh2dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK Zaqatala rayon Şöbəsi tərəfindən 11 may 2005ci il tarixdə X4 verilmiş seriya nömrəsi JN 275 A, kod 40212077 olan dövlət aktına əsasən Zaqatala rayonu Fındıqlı qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,5565 ha olan torpaq sahəsinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən saxlanılmış ¼ hissədən ibarətdir. DƏDRX-dən əldə edilmiş 15 mart 2023-cü il tarixli qeydiyyat nömrəsi 513 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 fevral 2025-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Fındıqlı kəndində yerləşən 0,5565 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla Cavabdeh2 və payı ¾ hissə olmaqla X3 adına daşınmaz əmlakın dövlət reyestrində 496 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** və **********, qeydiyyat tarixləri 06 aprel 2023 və 26 fevral 2025-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Fındıqlı kəndində yerləşən 4,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla Cavabdeh2 və payı ¾ hissə olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 92 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** və **********, qeydiyyat tarixləri 07 aprel 2023 və 26 fevral 2025-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Fındıqlı kəndində yerləşən 2,4792 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla Cavabdeh2 və payı ¾ hissə olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 351 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. X7 tərəfindən Şəki Apellyasiya məhkəməsinə ünvanlanmış 26 avqust 2025-ci il tarixli ərizədən görünür ki, o Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1575/2021 saylı, xx.xx.2021-ci il saylı qətnaməsinə (sədrlik edən Akif Eyvazov) əsasən “üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(033)-348/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh2 iddia tələbi qismən təmin edilmiş, mərhum X1 miras qalmış Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən 4.04 ha və 3.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və fərdi yaşayış evinin 1/4 hissəsinin və 0.1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinin 1/10 hissəsinə Cavabdeh2 vərəsəlik hüququ tanınması, iddia tələbi qalan hissədə təmin edilməməsi” sözlərinin yəni qət etdi hissəsinin izah edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2025-ci il tarixli 2(107)-1575/2021 saylı qərardadından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-1575/2021 nömrəli qətnaməsinin izah edilməsi barədə üçüncü şəxs X7 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(107)-1575/2021 saylı qətnaməsinin icra edilib-edilməməsi ilə bağlı Zaqatala rayon İcra və probasiya şöbəsinə sorğu verilmiş, Zaqatala rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli cavab məktubu və icrata xitam qərarı ilə müəyyən olunmuşdur ki, qeyd olunan qətnamə xx.xx.2025-ci il tarixdə tam icra olunmuşdur. Bundan əlavə məhkəmə kollegiyası iş materiallarını ərizənin dəlilləri ilə birlikdə tədqiq edib qeyd edir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Şəki Apellyasiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(107)-1575/2021 saylı qətnaməsinin məzmunu aydın və oxunaqlı yazılmışdır. Qanuni tələbə söykənməyən formal olaraq Şəki Apellyasiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(107)-1575/2021 saylı qətnaməsinin izah verilməsini xahiş etmək əsassızdır. Ona görə də ərizə təmin edilə bilməz. 26 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha və 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və fərdi yaşayış evi, 0,1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 məxsus olmuş və onun 24 dekabr 2018-ci ildə ölümündən sonra miras qalmışdır. Hazırki iş üzrə preyudisial xarakter daşıyan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-1575/2021 nömrəli qətnaməsi ilə X1 miras qalmış Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha və 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və fərdi yaşayış evi olmaqla dörd daşınmaz əmlakın 1/4 hissəsinə və 0,1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla bir daşınmaz əmlakın 1/4 hissəsinin 1/10 hissəsinə Cavabdeh2 vərəsəlik hüququ tanınmışdır. X5, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)- 1575/2021 nömrəli qətnaməsinin Cavabdeh2 payının müəyyən edilməsinə dair hissəsinə izah verilməsinə dair ərizəsi təmin edilməmişdir. İşin müəyyənləşdirilmiş hallarından görünür ki, cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisi Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-1575/2021 nömrəli qətnaməsinin icrası qaydasında, Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən 2,4792 ha, 0,5565 ha, 0,023 ha və 4,04 ha torpaq sahələrinin ¾ hissəsinə İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququnu tanıyaraq bu barədə reyestrdə müvafiq olaraq 2V-298, 2V-299, 2V-300 və 2V-301 nömrə ilə qeyd edilmiş 19 mart 2023cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında, 4,04 ha, 2,4792 ha və 0,5565 ha torpaq sahələrinin ¼ hissəsinə isə Cavabdeh2 məcburi pay hüququnu tanıyaraq bu barədə reyestrdə 2V-222, 2V-223 və 2V-224 nömrə ilə qeyd edilmiş 12 fevral 2025-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Daşınmaz əmlaklar paylarına uyğun olmaqla İddiaçı və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, mübahisəli şəhadətnamələr Cavabdeh2 payını müəyyən edən Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-1575/2021 nömrəli qətnaməsinin icrası qaydasında düzgün verildiyindən, bununla da şəhadətnamələrin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslin nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən həmin şəhadətnamələr etibarsız hesab edilə, onların əsasında aparılmış qeydiyyatla bağlı verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilə, iddia tələbi təmin edilə bilməz. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən dövlət rüsumu olaraq dövlətə ödənilmiş 100 (bir yüz) manat onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, Cavabdeh4, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 19 mart 2023-cü il tarixli 2V-298, 2V-299, 2V-300 və 2V-301 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında və 12 fevral 2025-ci il tarixli 2V-222, 2V- 223, 2V-224 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən 06 aprel 2023-cü il tarixdə verilmiş **********, 07 aprel 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli və xx.xx.2025-ci il tarixdə verilmiş **********, ********** və ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar