Məhkəmə qərarları › İş №e-2(033)-1282/2024

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-1282/2024

18.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-1282/2024 18.10.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, İddiaçı cavabdehlər "xxxx" ASC və X1rşı “pul tələbi”nə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Abdulxalıq oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X2 işıq kartından silinmiş 148 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayon Elektrik Şəbəkəsi tərəfindən ona cərimə yazılmışdır. O, Zaqatala rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona qanunsuz yazılmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-273/2021 saylı qətnaməsi ilə iddiam qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-nin onun barəsində tərtib etdiyi xx.xx.2020-ci il tarixli 167257 nömrəli akta, xx.xx.2020-ci il tarixli R167343 saylı akta, xx.xx.2020-ci il tarixli R200293 saylı akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 1052,92 manat onun hesabından silinməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-2084/2021 saylı qətnaməsi ilə cavabdeh təşkilatın verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-273/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin müddət ərzində 148 manat pul, o işıq kartına pul yüklədikcə, cavabdeh təşkilat tərəfindən hissə-hissə olmaqla silinmişdir. Belə olan halda hesab edir ki, işıq kartından silinmiş 148 manat məbləğində pul vəsaiti cavabdeh təşkilatdan alınıb ona verilməlidir. Buna görə də o məhkəməyə müraciət edərək, işıq kartından silinmiş 148 manat məbləğində pulu cavabdehlərdən tələb edir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsi rəhbər tutularaq iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, mülki işdə olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)- 279/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" ASC və X1rşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X2 işıq kartından silinmiş 148 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qeyd edilən qətnamə ilə iddia təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı yenidən cavabdehlər "xxxx" ASC və X1rşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X2 işıq kartından silinmiş 148 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-331/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" ASC və X1rşı işıq kartından silinmiş 148 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardad qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.2-ci maddələrinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Buna görə də, İddiaçı cavabdehlər "xxxx" ASC və X1rşı “pul tələbi”nə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər "xxxx" ASC və X1rşı “pul tələbi”nə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar