Məhkəmə qərarları › İş №e-2(033)-131/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-131/2023

09.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-131/2023 09.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Cavabdeh X6 iştirakı ilə, İddiaçı X17 cavabdeh X18 və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddia tələbinin dəlilləri: İddiaçı X24 cavabdeh X18 və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, X17 ölmüş hesab edilməsinə dair məhkəmə qətnaməsi ləğv edildiyindən onun adına olan əmlaka, 1/3 pay torpaq sahəsinə dair X9 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, X24, X4nun məhkəməyə verdiyi ərizəsi əsasında Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsi ilə ölmüş elan edilmişdir. Bundan sonra atası Zaqatala rayon qeydiyyat şöbəsindən 15 oktyabr 2018-ci il tarixdə onun adına ölüm haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında Zaqatala rayonu 2 saylı Notariat Ofisinə müraciət edərək, ünvan 2ində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,3001 ha torpaq sahəsindən paylı mülkiyyət kimi ona məxsus olan 1/3 hissəsinə 08 aprel 2019-cu ildə (vərəsəlik işi № 255/2019 ) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (şəhadətnamə reyestrdə 2V-480 №ilə qeyd edilib, informasiya sisteminə daxil edilib) almışdır (RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən paylı mülkiyyət kimi X4nun adına verilmiş Çıxarış). Bundan sonra X4 digər övladlarından da xəbərsiz torpaq sahəsini başqa şəxsə satmışdır. X4 27 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfat etməsindən sonra qardaşı X18 atasından miras qalmış əmlakları adına sənədləşdirmək üçün müraciət etdikdə ona məlum olmuşdur ki, atası özünə məxsus olan bütün əmlaklarını satmışdır. Bundan sonra qardaşına məlum olmuşdur ki, atası onu məhkəmə qaydasında ölmüş elan etdirib və ona məxsus 1/3 hissə pay torpağını da vərəsəlik yolu ilə adına sənədləşdirərək satmışdır. Qardaşı onun sağ olduğunu və xaricdə yaşadığını bildiyindən maraqlarına toxunan şəxs kimi məhkəməyə müraciət etmiş və onun ölmüş elan edilməsi barədə Zaqatala rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2267/2019 saylı qətnaməsi ilə Zaqatala rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və X1 20 avqust 1966-cı il tarixdə doğulmuş oğlu X17 ölmüş elan edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Bütün yuxarıda göstərilənlərdən o, indi xəbər tutmuş və onun pozulmuş hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlayaraq ona məhkəmə işlərini aparmaq üçün etibarnamə vermişdir. O, Ukrayna vətəndaşıdır və İtaliya Respublikasında yaşayır. Onun verdiyi etibarnamə və onunla bağlanmış müqavilə əsasında onun vəkili Zaqatala rayon 2 saylı Notariat Ofisinə sorğu verərək, X17 adına açılmş vərəsəlik işinin materiallarını tələb etmişdir. Həmin sənədlər vəkilinə 26 sentyabr 2022-ci il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. Vərəsəlik işinin materillarında olan etibarnamədən görünür ki, vərəsəlik işinin aparılmasını X2 Ramin Məmməd oğluna etibar etmişddir. Mirasın qəbulu haqqında ərizəni də X21 imzalamışdır. X4 vəfat etdiyindən və bu iş üzrə o, cavabdeh qismində cəlb olunmalı olduğundan o, onun hüquqi varisi olan oğlu X10 cavabdeh qismində göstərir. Hesab edir ki, məhkəmə tərəfindən onun X17 ölmüş hesab edilməsinə dair məhkəmə qətnaməsi ləğv edildiyindən onun adına olan əmlaka, 1/3 pay torpaq sahəsinə dair X9 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı X17 vəkili və nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X19 25 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə prosesində iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X17 vəkili və nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X19 09 fevral 2023-cü il tarixə təyin olunmuş məhkəmə prosesinə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X18 məhkəmə iclasında iddianı qəbul edərək təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Üçüncü şəxs Zaqatala rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X3 23 yanvar 2023-cü il tarixdə məhkəməyə məktub ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin və üçüncü şəxsin iştirakı omadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Zaqatala rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 avqust 1966-cı ildə doğulmuş X17 X4, anası X7r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-ın yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın qeydiyyat nömrəsi ********** və ********** saylı xx.xx.2018 və xx.xx.2018-ci il tarixli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2ində yerləşən 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X20, X11 və X17 adına daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli 2(033)-841/2018 saylı qətnaməsinin surətindən görünür ki, olduğu yer 1989-cu ildən məlum olmadığına və həmin vaxtdan indiyədək yaşayış yerində görünmədiyinə görə X1 övladı 20 avqust 1966-cı il tarixdə anadan olmuş X24 1990-cı il yanvarın 01-dən xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsinin surətindən görünür ki, 20 avqust 1966-cı il tarixdə ünvan 2ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı X17 ölmüş elan edilməsi, hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gün 20 avqust 1966-cı il tarixdə anadan olmuş X17 ölüm günü sayılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməin surətindən görünür ki, X24 05 oktyabr 2018-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Göyəm kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 aprel 2019-cu il tarixli 302 saylı arayışdan görünür ki, X24 2018-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra varsiləri X4dur. İş materiallarına əlavə edilmiş 08 aprel 2019-cu il tarixli 2V-480 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 05 oktyabr 2018-ci ildə vəfat etmiş X17 vərəsəsi X4dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən xx/xx/2018-ci il tarixdə X5 verilmiş **********18 reyestr nömərli ********** qeydiyyat nömərli dövlət reystrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,3001 ha olan torpaq sahəsinin 1/3 hissəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Şəki Aplleyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli 2(107)-2267/2019 saylı qətnamədən görünür ki, X6 apellyasiya şikayəti təmin olunmuş, Zaqatala Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, X1 20 avqust 1966-cı il tarixdə doğulmuş oğlu X17 ölmüş elan edilməsinə dair ərizəsi əsassız olduğundan təmin olunmaması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 delabr 1999-cu il tarixli 81 saylı qərarı ilə X15 3001,87 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X20 27 aprel 2019-cu ildə ölmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Notariat haqqında Azərbaycan Respublikasında Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 2-ci bəndinin 3-cü yarımbəndinə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi notariusun apardığı notariat hərəkətlərindəndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit edilmişdir. Məhkəmənin mövqeyi: Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, tərəflər doğma qardaşdılar. İddiaçının məhkəmə qaydasında ölmüş elan edilməsindən sonra onun ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,3001 ha olan torpaq sahəsindəki 1/3 payına dair X4nun adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən reyestrdə 2V-480 № ilə qeyd edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X20 27 aprel 2019-cu il tarixdə ölmüşdür. Şəki Aplleyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyul 2019-cu il tarixli 2(107)-2267/2019 saylı qətnaməsi ilə iddiaçının ölmüş elan edilməsi barədə Zaqatala Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli 2(033)-1048/2018 saylı qətnaməsinin ləğv edilmişdir. İddiaçı tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni vermiş notariat orqanına qarşı deyil, cavabdehə qarşı yönəltmiş, lakin cavabdehin mərhum X8 qalmış mirası qəbul etməsi və bununla da sonuncunun digər şəxslər qarşısındakı vəzifələri üzrə mülki hüquq öhdəliyinin ona keçməsi barədə sübut təqdim etməmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb proses iştirakçılarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, X17 adına olan əmlaka, 1/3 pay torpaq sahəsinə dair X9 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə tələb onu vermiş Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı deyil, iddiaya cavab verməli olmayan X12 qarşı verilmişdir. Eyni zamanda cavabdehin mərhum X8 qalmış mirası qəbul etməsi və bununla da sonuncunun digər şəxslər qarşısındakı vəzifələri üzrə mülki hüquq öhdəliyinin ona keçməsi təsdiq edilməmişdir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən dövlət rüsumu olaraq dövlətə ödənilmiş 100 (bir yüz) manat onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı X17 cavabdeh X18 və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı X17 ölmüş hesab edilməsinə dair məhkəmə qətnaməsi ləğv edildiyindən onun adına olan əmlaka, 1/3 pay torpaq sahəsinə dair X9 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin İddiaçının dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar