Məhkəmə qərarları › İş №e-2(033)-1339/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-1339/2025

10.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-1339/2025 10.12.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 Əli qızının katibliyi ilə, İddiaçı Azərbaycan Dövlət X11 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı Şəki-Zaqatala regional bölməsinin nümayəndəsi X1 və Azərbaycan Dövlət X11 yanında Suların İstifadəsinə və X5 Xidmətinin nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Dövlət X11 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı Şəki-Zaqatala regional bölməsinin cavabdehlər Cavabdeh1 və X6 qarşı “inşa edilmiş qanunsuz tikili və yardımçı qurğuların sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Dövlət X11 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı Şəki-Zaqatala regional bölməsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaraçay çayının mühafizə zonasında, o cümlədən birbaşa çayın məcrasında Cavabdeh1 istifadəsində olan qeyri-yaşayış sahəsində inşa etdiyi tikili və yardımçı qurğuların cavabdehin hesabına sökülməsi və çayın zəbt edilmiş mühafizə zonasının və məcrasının əvvəlki vəziyyətə gətirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Dövlət X11 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı Şəki-Zaqatala regional bölməsinin nümayəndəsi X3 və Azərbaycan Dövlət X11 yanında Suların İstifadəsinə və X5 Xidmətinin nümayəndəsi X7 izahat verərək bildirmişdirlər ki, iddia ərizəsində qeyd edilən çayın həqiqətən çay olması ilə bağlı rəyi verilməsi səlahiyyəti yalnız Agentliyə məxsusdur. Belə ki, həmin səlahiyyətlər 2003-cü ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid edilsə də, 2003-cü il tarixdə Azərbaycan Dövlət X11 yaradıldığından həmin Agentliyə həvalə edilmişdir. Və Agentlik tərəfindən təqdim edilən çaylara dair kadastr məlumatları qərarların qəbul edilməsi üçün əsasdır. Bu baxımdan kadastr şöbəsi tərəfindən tədim edilmiş məlumatın rəsmi məlumat kimi qəbul edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirir ki, Azərbaycan Dövlət X11nin sədri tərəfindən təsdiq edilmiş Azerbaycan Dövlət X11 yanında Suların İstifadəsinə və X4 Xidmətinin regional bölmələrinin əsasnaməsin əsasən Regional Bölmənin rəisi məhkəmədə iddia qaldıra bilər, apellyasiya şikayətləri verə bilər, bölməni məhkəmədə təmsil edə, onun adından çıxış edə bilər və həmçinin bölmə öz xidməti ərazisində suların və su obyektlərinin istifadəsinə və X4ni həyata keçirə bilər. Məhz bu baxımdan hesab edirlər ki, bölmənin məhkəməyə müraciət etmək üçün öz subyektiv hüququ vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, məhkəmədə iddia qaldırmaq və məhkəmədə təmsil olunmaq tamamilə fərqli-fərqli institutlardır və iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş əsasnaməyə istinad edərək qeyd edir ki, 12 saylı Şəki-Zaqatala regional bölməsinin məhkəmə iddia qaldıra bilmək hüququ müəyyən edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə və onun təsdiq edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanına əsasən tikinti obyektlərinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə aid edilmiş, lakin Agentlik üçün belə bir səlahiyyət müəyyən edilməmişdir. Yekun olaraq qeyd olununların nəzərə alınmasını və iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə cavabdeh X12 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi və vəkilin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 69.3-ci maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından görünür ki, elektron iddia ərizəsi Azərbaycan Dövlət X11 yanında Suların İstifadəsinə və X5 Xidmətinin adından həmin Xidmətin 12 saylı Şəki-Zaqatala regional bölməsinin rəisi Sabir Əhmədov tərəfindən imzalansa da, ona Xidmət tərəfindən müvafiq səlahiyyətlərin verilməsini təsdiq edən sənədləri (etibarnamə və ya müvafiq əmr) iş materiallarına əlavə edilməmişdir. Həmçinin məhkəmə iclasında Azərbaycan Dövlət X11 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı Şəki-Zaqatala regional bölməsinin nümayəndəsi Azərbaycan Dövlət X11nin 63 nömrəli əmri ilə təsdiq edilmiş əsasnaməyə istinad edərək Regional Bölmənin öz hüquq və vəzifələrindən irəli gələn məsələlərdə müstəqil surətdə məhkəmdə iddia qaldıra bilmək və onu müdafiə etmək hüququnun olduğunu bildirmiş və iddianın məhz Azərbaycan Dövlət X11 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı Şəki- Zaqatala regional bölməsi tərəfindən verildiyini qeyd etmişdir. Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət X11nin FƏ-63 nömrəli əmri ilə təsdiq edilmiş X15 Ehtiyatlan Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin regional bölmələrinin əsasnaməsinin 1.1-ci bəndində əsasən Azərbaycan Dövlət Su Ehtiyatlan Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin (bundan sonra - Xidmət) regional bölmələri (bundan sonra - bölmə) Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, fəaliyyət gösterdiyi inzibati ərazi dairəsində su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində sanitarıya-gigiyena, ekoloji, hidrogeolojl, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən İstifadə rejiminə və Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə (bundan sonra - müvafiq sahə) dövlət nəzarətini, su və su təsərrüfatı obyektlərinin monitorinqini həyata keçirən, Xidmətinin struktur bölməsidir. Həmin əsasnamənin 4.1.4-cü bəndinə əsasən bölmə vəzifə və hüquqlarının heyata keçirilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmələrdə iddiaçı və cavabdeh qismində iştirak edə bilər; Həmin əsasnamənin 5.7.9-cu bəndinə əsasən bölmə dövlət orqanlarında və məhkəmələrdə bölməni təmsil edir; Həmin əsasnamənin 5.7.10-cu bəndinə əsasən xidmətin veridiyi səlahiyyətlər daxilində bölmənin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı məhkəmələrdə Xidməti təmsil edir. Göründüyü kimi X15 Ehtiyatlan Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin regional bölmələrinin əsasnaməsində Bölmələrə müstəqil şəkildə iddia ərizəsini imzalamaq və həmin ərizə ilə məhkəməyə müraciət etmək hüququ verilməmiş, Bölmənin bu sahədə fəaliyyəti yalnız təmsilçilik səlahiyyəti ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Fərmanın 4.10-cu bəndinə əsasən həmin Məcəllənin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 58.2-ci maddəsinin ikinci cümləsində, 55.3-cü maddəsinin üçüncü cümləsində, 80.5-ci, 82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda), 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Qeyd edilmiş qanunvericilik aktlarından göünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə aid edilmişdir. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Dövlət X11 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı Şəki- Zaqatala regional bölməsinin rəisi X9 tərəfindən iddia ərizəsinin Azərbaycan Dövlət X11 yanında Suların İstifadəsinə və X5 Xidmətinin adından imzalamağa səlahiyyəti olmamışdır. Ona görə də, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Azərbaycan Dövlət X11 yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı Şəki-Zaqatala regional bölməsinin cavabdehlər Cavabdeh1 və X6 qarşı “inşa edilmiş qanunsuz tikili və yardımçı qurğuların sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar