Məhkəmə qərarları › İş №e-2(033)-1364/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1364/2025

30.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1364/2025 30.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X49 qızının katibliyi, İddiaçı2 Muhamed qızının nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh, üçüncü şəxs X2, cavabdehin nümayəndəsi X26 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh, üçüncü şəxslər Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, X5 və X34 qarşı “miras üzərində qanun üzrə vərəsəlik hüququ əsasında payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2025 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0,1984 ha yaşayış məntəqələrinin torpaqların X7na aid olan hissə üzərində bütöv, mərhum X19 aid olan hissənin isə ½ hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında bizə paylar müəyyən edilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun və 300 manat vəkil xidmət haqqının, cəmi 400 manat pulun cavabdehdən alınıb ona, yəni, İddiaçı2 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 – İddiaçı2 atası, digər İddiaçı1 əridir. X3 isə İddiaçı2 nənəsi, digər İddiaçı1 isə qaynanasıdır. X7 ilə İddiaçı1 1991-ci ildə rəsmi nikahla ailə həyatı qurmuşlar. (nikah şəhadətnaməsi) X7 14 fevral 2022-ci il tarixdə vəfat etmişdir. X3 isə 11 noyabr 2009-cu il tarixdə vəfat etmişdir. Onların vəfatından sonra Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1984 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X25 ölüm haqqında şəhadətnaməsini almaq üçün sonuncunun öldüyü gündən miras qalmış əmlakı əldə etmək üçün notariusa, məhkəməyə, reyestr idarəsinə və sair təşkilatlara aktiv müraciət etməklə nümayişkarcasına miras əmlaka sahib durmaq istəmiş, lakin Zabaninin digər oğlu hər yerdə maneələr yaratmışdır. Bu faktlar iddiaya əlavə edilmiş məhkəmə qərarları ilə sübuta yetirilir. Mərhumlardan miras qalmış əmlak üzərində vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariusa müraciət etmişlər. Lakin notarius xx.xx.2025-ci il tarixli 536 nömrəli imtina məktubu ilə X10 digər vərəsələri ilə aralarında mübahisə olduğu üçün payı müəyyən edə bilməmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Miras qalmış torpaq sahəsinin bir hissəsi Muhaməd Əhmədova, bir hissəsi isə Zabani Əhmədovaya, digər hissəsi isə Zabaninin qızı Cavabdeh məxsusdur. Zabaninin Muhaməd və Narıngüldən başqa digər vərəsələri var, lakin onlar mirası qəbul etmək üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşlər, ona görə də onlara Zabanidən miras qalmış əmlakdan hər hansı pay verilə bilməz. Onlar öz təsərrüfatlarını ayıraraq başqa ünvana köçmüş və başqa ünvanda yaşayırlar. Narıngül və Muhaməd isə sözü gedən miras qalmış əmlakın yerləşdiyi təsərrüfatda qeydiyyatda olmaqla, həmin əmlak (torpaq) onların ümumi birgə əmlakıdır və Muhamədin bizdən başqa birinci növbəli vərəsəsi olmadıgına görə ondan miras qalmış əmlak üzərində bizim bütovlükdə pay huququmuz vardır. Muhaməd Əhmədov, anası Zabani Əhmədovadan sonra öldüyünə görə, o anasından miras qalmış əmlakı faktiki olaraq qəbul və idarə etmişdir. Belə ki, torpaq sahəsinə dair çıxarışdan görünür ki, Zabani və oğlu bir təsərrüfatda olmaqla həmin torpaq onların ümumbirgə mülkiyyəti olmuşdur. Belə olan halda mirası qəbul etmək üçün olan müddət tətbiq edilmir. O, mirası qəbul etdikdən sonra vəfat etmişdir. Muhaməd Əhmədov vəfat etdiyinə görə anası Zabani Əhmədovadan ona çatacaq miras payı ona verilməlidir. Mülki Məcəllə maddə 1252. İrsi transmissiya. Mülki Məcəllənin 1159.1-ci maddəsində deyilir ki:- 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları... Muhaməd Əhmədovun isə birinci növbəli vərəsələri iddiaçılardır. Buna görə Muhaməd Əhmədovdan miras qalmış əmlakın bütöv hissəsi üzərində, Zabani Əhmədovadan miras qalmış əmlakın isə ½ hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında onlara paylar müəyyən edilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Cavabdeh ərizə ilə müraciət edərək bildirmişdir ki, qardaşı Muhəmməd 1977-ci ildən ünvan 1 ünvanda qeydiyyatında idi, 1984-ci ildən Qazaxıstanın Cezgazgan şəhərinin Nekrasov 69-33 ünvanında yaşayırdı, bugünədək aktiv olaraq qalmaqdadır, o, xx.xx.1987ci ildə ailə qurmuşdur, onun bir qızı Diana adlı qızı dünyaya gəlmişdir. Qardaşı Məhəmmədin nikahı qızının doğumu haqqında rəsmi qaydada aktiv olaraq qalmaqdadır. Bütün bu rəsmi sənədləri məhkəməyə təqdim etmişlər, qardaşının 1991-ci ildə Xalidə ilə bağlanmış nikah tamamı ilə qurulmuş və xəbərsiz düzəlişlərdir. Xalidənin qardaşının bacanağı qəsəbə icra nümayəndəliyində müavini işləyirdi. Çünki, onlar rəsmi qaydada yaşamayıblar, bunların hamısı əsassızdır, bu sənədlər qardaşının ölümündən sonra düzəldilmiş saxta əsassız sənədlərdir. Qardaşı Xalidə ilə yaşayarkən onun uşağı yox idi, ondan əvvəl o. Vəliyev Xasməmməd adlı qəsəbə sakinin ilə evli idi, onunla da uşağı yox idi. Diana 1996-cı ildə dünyaya gəldikdə o, Hacıyeva Arzu idi, həmin vaxtda qardaşı Qazaxıstanda yaşayırdı. 1996-cı ildəki Əliabad qəsəbəsində xəstəxanada olan ona aid anketi götürülmüşdür. (gizlədilib) Ona görə də təkrarən bildirmək istəyir ki, qardaşı Məhəmmədə atası şəhərdə S.Qazıyevada 74-dəki həyət evi vermişdir, atasının ölümündən sonra satıb aradan çıxmışdır. Xalidəylə yaşamadığı üçün o, boşansa da boşanmasa da boşanmış hesab edilir, miras payı düşmür, Xalidə qardaşının yanına yaşamağa getmişdir, qardaşı onu qəbul etməmişdir, ondan sonra onlar evi və aliment tələb etməyindən qorxulu idilər, çünki bu sirr açıla bilər. Məhəmməd onları qəbul etmirdi. Məhəmmədin dəfnində iştirak etməmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X45 ərizə ilə müraciət edərək bildirmişdir ki, qardaşı Əhmədov Muhammad 1976-cı ildən Zaqatala şəhər Sevil Qazıyevada qeydiyyatda idi, orda yaşayırdı. 1984-cü il 10.11 tarixdən çıxıb Qazağıstanın Cezgazgan şəhərinə yaşayır və oranın vətəndaşı olmuşdur. 1987-ci ildən oranın vətəndaşı X17 ilə ailə həyatı qurmuş və həmin evlilikdən bir qız uşağı dünyaya gəlmişdir. Qardaşı Muhamməd 1992-ci ildə anası Əhmədova Zabani qəsəbələrindəki mirası ona və bacılarına vəsiyyət etmişdir, lakin bütün bunlara baxmayaraq, Xalidə və Diana saxta sənədləri toplayaraq məhkəməyə qardaşının vəfatından sonra torpaq miras tələb etməyə başlamışdırlar. Sənədlərdən də məlumdur ki, açıq aşkar yalan və saxtakarlıqa yol verilir. Xalidənin Muhammad sağ var ikən heçnə tələb edə bilmirdilər. Heç yas mərasiminin dəfnində olmuyublar, iddiaçı tərəfin guya Muhamməd anası Zabaninin vəfatından sonra gələrək mirası qəbul etmişdir, sonra anasına məxsus evi 1986-cı ildə tikilmişdir. Rəsmi sənəd olaraq sübutdur, həmin ev 1965ci ildə tikilmişdir, 2013-cü ildə zəlzələ zamanı yararsız hala düşmüşdür, həmçinin bütün əsassız iddialardır, 1987-ci ildə qardaşının nikah haqqında bağlamış müqavilə ola-ola halhazırda qüvvədədir, necə ola bilər bir arvadla boşanmamış pasportda nikahlı ola ola ikinci nikah düzəldirlər, qanunda heç vaxt olmayıb iki nikah bir pasportda bu işdə cinayət xarakterli işdir, bunları düzüb qoşan Xalidənin qardaşının bacanağı həmin müddətdə qəsəbənin icra nümayəndəliyini katib Osmanov Fazilin cinayət işidir, o, bu xəbəri tutan kimi qorxusundan dünyasını dəyişmişdir. İddiaçı2 əvvəllər anadan olanda Aişa, sonra Arzu xəbəri tutandan sonra mərhum Məhəmmədin qanuni Diana qızı olduğunu bilən kimi ad dəyişdirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, mülki iş üzrə cavabdeh Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X11 və iddiaçılar məhkəmə baxışı iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının 185-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 Muhamed qızının nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. O, iddia ərizəsinə uyğun çıxış etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X45 və Cavabdeh məhkəməyə ünvanladıqları ərizələrin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X20 çıxış edərək bildirdi ki, iddiaçı Xalidə 3 ay onların gəlini olub. Qardaşı Muhammedlə 3 ay evli olub.Onun qardaşından uşağı olmayıb. Diana qardaşı uşağı deyil. Uşaq anasıgildə doğulub onlar uşaq görməyiblər. Xalidə onun qardaşı ilə yaşamayıb. Qardaşının yasında nə qız, nə Xalidə iştirak etməyib. O, 1966-cı ildən çıxıb evdən, amma qardaşı Əlibəy istifadə edib. Aralarında torpaqla bağlı əmlakla bağlı heç vaxt mübahisə olmayıb. Evin sənədi olmasa da qardaşı əlibəy həmişə evlə torpaqla maraqlanıb və orda olub. O da vərəsə kimi payını istəyir. İşin halları Zaqatala rayonu Əliabad qəsəbəsi icra hakimiyyəti nümayəndəliyi tərəfindən 01 oktyabr 1996-cı il tarixdə verilmiş XİX-JQ seriyalı 468467 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1996-cı il tarixdə anadan olmuş X12 anası İddiaçı1, X9dur. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, X41 xx.xx.2022-ci ildə ölmüşdür. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, X28 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Zaqatala rayonu Əliabad qəsəbə Soveti tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş Nikahın bağlanması haqında şəhadətnamədən görünür ki, X41 ilə X21 xx.xx.1991-ci il tarixdə nikah bağlamışdırlar. Nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki,vərəsələr arasında mübahisə olduğundan xx.xx.2022-cı il tarixdə ölmüş X22 və xx.xx.2009-cu il tarixdə ölmüş X8 miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.1984 ha həyətyanı torpaq sahəsindən İddiaçı2 çatası hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Zaqatala RİHB-nin Əliabad qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, X13, X46, Cavabdeh, X45, X1 Zabani Ağabali qızının vərəsələridir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X28, X41 və X14 mülkiyyətindədir. Zaqatala RİHB-nin Əliabad qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı1 və İddiaçı2 X25 vərəsələridir. Zaqatala RİHB-nin Əliabad qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cüil tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh adına 1986-cı ildə tikilmiş ümumi sahəsi 60 kv.m ,yaşayış sahəsi 40kv.m olan iki otaqlı fərdi yaşavış evi qeydə alınıb. Zaqatala RİHB-ın Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13.06. 2023-cü il tarixli arayışdan görünür ki, X41 uzun illər Qazaxıstan Respublikasında yaşamışdır. Zaqatala RİHB-ın Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13.06. 2023-cü il tarixli arayışdan görünür ki, X41 xx.xx.2022-ci il tarixdə Qazaxıstan Respublikasında vəfat etmiş xx.xx.2023-cü il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində dəfn edilmişdir. Dəfn xərclərini X45 çəkmişdir. Zaqatala RİHB-nin Əliabad qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cüil tarixdə verilmiş arayışdan görünür ki, X15 adına olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahələrinin vergi borcunu Cavabdeh ödəyib. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X41 və X18 nikahlarını 12 noyabr 1987-ci ildə bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Smaqulova soyadı verilmişdir. Karaqanda vilayəti 6-cı rayon 2 nömrəli VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 29 oktyabr 1987-ci ildə doğulmuşdur. X9 və anası X6. Zaqatala rayon Dövlət Arxivinin 06 aprel 2022-ci il tarixli arxiv arayışından görünür ki, X26 1986-1990-cı illərdə Əliabad qəsəbə İƏVN-ın təsərrüfatbaşına kitabın 17-ci səhifəsinin 11 nömrəli vərəqində ailə tərkibi X35, X47, oğlu X48, qızı X30, oğlu X36 və gəlini X23 olmuşdur. Zaqatala RİHB-ın Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli arayışdan görünür ki, nümayəndəlikdəki 2018-2022-ci illərə dair 3 saylı ev təsərrüfatlarının uçotu kitabının 80-ci səhifəsində təsərrüfat nömrəsi 232 olan X16 təsərrüfatında İddiaçı1 və İddiaçı2 qeydiyyatda olmamışdır. Zaqatala RİHB-ın Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, X41 ilə Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında qeyd olunan X36 eyni şəxs olmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-613/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı2 qızı-xx.xx.1957-ci il təvəllüdlü Zaqatala rayonu Əliabad qəsəbəsində doğulmuş X25 14 fevral 2022-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsı 29-cu mаddəsinin Vİİ hissəsinə əsasən Dövlət vərəsəlik hüququna təminat verir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsi 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. 1146-cı maddəsinə əsasən mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3—cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1177-ci maddəsinə əsasən vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar. 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləqdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, X28 xx.xx.2009-cu il tarixdə ölmüşdür. X28 vəfat etdikdən sonra onun X20, Cavabdeh, X41 və X45 adında vərəsələri qalmışdır. X10 vərəsələrindən olan X4 14 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Onun vərəsələri iddiaçılar İddiaçı1 və İddiaçı2dır. Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X28, X41 və X14 mülkiyyətindədir. İddiaçılar həmin torpaq sahəsinin X27 məxsus hissəsi üzərində qanun üzrə vərəsəliyin və X24 aid olan hissənin isə ½ hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında payların müəyyən edilməsini tələb edirlər. Məhkəmə iddia tələbinin Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin X24 aid olan hissəsi üzərində 1/2 hissədə qanun üzrə vərəsəlik hüququ əsasında payların müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, X10 4 vərəsəsi olsa da onlardan yalnız X41 və X14 mirası faktiki qəbul etmələri müəyyən olunur. X10 vərəsələri olan X20 və X26 miras qalmış əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamasına dair sübutlar yoxdur və eyni zamanda həmin vərəsələrin mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar X25 vərəsələri kimi X8 miras qalmış əmlakda ½ payın müəyyən edilməsini tələb etməkdə haqlıdırlar. Məhkəmə iddia tələbinin Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin X27 aid hissədə qanun üzrə vərəsəlik hüququ əsasında paylarının müəyyən edilməsinə münasibətdə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 X25 birinci növbədən olan vərəsələridir və miras qoyan X41 vəsiyyətnamə qoymamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X22 miras qalmış əmlak qanun üzrə vərəsəlik qaydalarına uyğun vərəsələr arasında bölünməli və iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin əmlakdan ½ hissədə pay almalıdırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki,iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin xx.xx.2022-ci il tarixdə ölmüş X27 aid hissə üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsəlik hüququ əsasında payları müəyyən edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin xx.xx.2009-cu il tarixdə ölmüş X24 aid hissə üzərində xx.xx.2022-ci il tarixdə ölmüş X27 çatacaq 1/2 hissədə iddiaçılar İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsəlik hüququ əsasında payları müəyyən edilməlidir. İddia təmin edildiyindən İddiaçı2 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı rüsum Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesaba əsasən digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməli olduğunu nəzərə alaraq, iddia tələbinin vəkilə ödənilmiş 300 manat xidmət haqqının cavabdehlərdən alınaraq xeyrinə qətnamə çıxarılan iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməli və 100 (bir yüz) manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi : İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin xx.xx.2022-ci il tarixdə ölmüş X27 aid hissə üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsəlik hüququ əsasında payları müəyyən edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0,1984 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin xx.xx.2009-cu il tarixdə ölmüş X24 aid hissə üzərində xx.xx.2022-ci il tarixdə ölmüş X27 çatacaq 1/2 hissədə iddiaçılar İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsəlik hüququ əsasında payları müəyyən edilsin. 100 (bir yüz) manat dövlət rüsumu və 100 (bir yüz) manat vəkil xərci Cavabdeh alınaraq İddiaçı2 ödənilməlidir. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar