Məhkəmə qərarları › İş №e-2(033)-1521/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1521/2025

21.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1521/2025 21.12.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-"xxxx" MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İNDESİT markalı soyuducu üçün 473.36 (dörd yüz yetmiş üç manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 47.34 (qırx yeddi manat otuz dörd qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Zəmanət 3 il xidməti, Hoffmann markalı TV üçün 246.80 (iki yüz qırx altı manat səksən qəpik) manat ödənilməmiş hissə, 24.68 (iyirmi dörd manat altmış səkkiz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Qızıl zəmanət Ultra 2 il xidməti, Paket L xidməti, İMEİ kodu **********40326 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün 203.44 (iki yüz üç manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 20.34 (iyirmi manat otuz dörd qəpik ) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən SBS FLUO markalı qulaqlıq, 2 ədəd XİAOMİ REDMİ BUDS 6, BLACKVİEW AİRBUDS üçün 113.12 (bir yüz on üç manat on iki qəpik) manat ödənilməmiş hissə, 11.31 (on bir manat otuz bir qəpik) manat cərimə ümumilikdə 1140.39 manat borc, 31.41 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-ci il tarixlərindəki müqavilələrinə əsasən, SOYUDUCU İNDESİT, HOFFMANN TV, ZƏMANƏT + 3 İL xidməti, İMEİ Kod **********40326 XİAOMİ REDMİ NOTE 13, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti, SBS FLUO qulaqlıq, 2 ədəd XİAOMİ REDMİBUDS 6, BLACKVİE WAİRBUDS 60 almış və nəticədə 1140.39 (min yüz qırx manat, 39 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1155.06 (min yüz əlli beş manat 6 qəpik) manat (18 ay x 64.17 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU İNDESİT üçün 520.70 (beş yüz iyirmi manat, 70 qəpik) manat olmaqla ondan, 473.36(dörd yüz yetmiş üç manat, 36 qəpik) manat ödənilməmiş hissə, 47.34 (qırx yeddi manat, 34 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 471.24 (dörd yüz yetmiş bir manat 24 qəpik) manat (18 ay x 26.18 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN TV, ZƏMANƏT + 3 İL xidməti üçün 271.48 (iki yüz yetmiş bikr manat, 48 qəpik) manat olmaqla ondan, 246.8(iki yüz qırx altı manat, 80 qəpik) manat ödənilməmiş hissə, 24.68 (iyirmi dörd manat, 68 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 720.32 (yeddi yüz iyirmi manat, 32 qəpik) manat (18 ay x 37.24 manat + 50 manat ilkin ödəniş) olan İMEİ Kod **********40326 XİAOMİ REDMİ NOTE 13, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, PAKET L xidmətiüçün 223.78 (iki yüz iyirmi üç manat 78 qəpik) manat olmaqla ondan 203.44 (iki yüz üç manat, 44 qəpik) manat ödənilməmiş hissə, 20.34 (iyirmi manat, 34 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 164.16 (yüz altmış dörd manat, 16 qəpik) manat (12 ay x 13.68 manat + 0 manat ilkin ödəniş) olan SBS FLUO qulaqlıq, 2 ədəd XİAOMİ REDMİ BUDS 6, BLACKVİEWAİRBUDS 60 üçün 124.43 (yüz iyirmi dörd manat 43 qəpik) manat olmaqla ondan 113.12 (yüz on üç manat, 12 qəpik) manat ödənilməmiş hissə, 11.31 (on bir manat, 31 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1474.06 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İşin halları Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 18 noyabr 2025ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04141136 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə dəyəri 1155.06 (bir min bir yüz əlli beş manat altı qəpik) manat məbləğində İNDESİT markalı soyuducu əldə etmiş, onun dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 164.16 (bir yüz altmış dörd manat on altı qəpik) manat məbləğində SBS FLUO markalı qulaqlıq, 2 ədəd XİAOMİ REDMİ BUDS 6, BLACKVİEW AİRBUDSl əldə etmiş, onun dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16601020 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 471.24 (dörd yüz yetmiş bir manat iyirmi dörd qəpik) manat məbləğində Zəmanət 3 il xidməti, Hoffmann markalı TV əldə etmiş, onun dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19172404 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 720.32 (yeddi yüz iyirmi manat otuz iki qəpik) manat məbləğində Qızıl zəmanət Ultra 2 il xidməti, Paket L xidməti, İMEİ kodu **********40326 XİAOMİ REDMİ NOTE 13 markalı telefon əldə etmiş, onun dəyərini "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilələrin tərkib hissəsi olan ödəniş cədvəllərinin 2ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş 06 noyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 473.36 manat əsas borcu, 47.34 manat cərimə borcu, olmaqla cəmi 520.70 manat borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 246.80 manat əsas borcu, 24.68 manat cərimə borcu, olmaqla cəmi 271.48 manat borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 113.12 manat əsas borcu, 11.31 manat cərimə borcu, olmaqla cəmi 124.43 manat borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 203.44 manat əsas borcu, 20.34 manat cərimə borcu, olmaqla cəmi 223.78 manat borcu, ümumilikdə 1036.72 manat əsas borcu və 103.67 manat cərimə olmaqla, cəmi 1140.39 manat borcu ödənilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş və həmin müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərizənin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 31.41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 1155.06 manat məbləğində İNDESİT markalı soyuducu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 164.16 manat məbləğində SBS FLUO markalı qulaqlıq, 2 ədəd XİAOMİ REDMİ BUDS 6, BLACKVİEW AİRBUDS, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 471.24 manat məbləğində Zəmanət 3 il xidməti, Hoffmann markalı TV, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 720.32 manat məbləğində Qızıl zəmanət Ultra 2 il xidməti, Paket L xidməti, İMEİ kodu **********40326 XİAOMİ REDMİ NOTE 13 markalı telefonu alıcıya vermiş, Cavabdeh isə onları qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrə əlavə olan ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 1 faizədək həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh İNDESİT markalı soyuducu, Zəmanət 3 il xidməti, Hoffmann markalı TV, Qızıl zəmanət Ultra 2 il xidməti, Paket L xidməti, İMEİ kodu **********40326 XİAOMİ REDMİ NOTE 13 markalı telefon və SBS FLUO markalı qulaqlıq, 2 ədəd XİAOMİ REDMİ BUDS 6, BLACKVİEW AİRBUDS verilərək xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində sözügedən müqavilələrin əlavəsi olan ödəniş cədvəllərinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilələrin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qalıq qalmış əsas borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 473.36 manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 113.12 manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 246.80 manat məbləğində əsas borc və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 203.44 manat məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 47.34 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 20.34 manat, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən hesablanmış 11.31 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 24.68 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasında iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 47.34 manat cərimə 17 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 20.34 manat cərimə 09 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 24.68 manat cərimə 10 manat həddində və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 11.31 manat cərimə 02 manat həddində təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 473.36 manat əsas borc və 17 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 113.12 manat əsas borc və 02 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 203.44 manat əsas borc və 09 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 246.80 manat əsas borc və 10 manat cərimə borcu olmaqla cəmi 1074.72 manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 31.41 manat dövlət rüsumunun 0.66 manatı iddiaçıya aid edilməli, 30.75 manatı isə Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284-6, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 473.36 (dörd yüz yetmiş üç manat otuz altı qəpik) manat əsas borc və 17 (on yeddi) manat cərimə borcu, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 113.12 (bir yüz on üç manat on iki qəpik) manat əsas borc və 02 (iki) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 203.44 (iki yüz üç manat qırx dörd qəpik) manat əsas borc və 09 (doqquz) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 246.80 (iki yüz qırx altı manat səksən qəpik) manat əsas borc və 10 (on) manat cərimə borcu olmaqla, cəmi 1074.72 (bir min yetmiş dörd manat yetmiş iki qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş 31.41 (otuz bir manat qırx bir qəpik) manat dövlət rüsumunun 0.66 (altmış altı qəpik) manatı iddiaçıya aid edilsin, 30.75 (otuz manat yetmiş beş qəpik) manatı isə Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar