Məhkəmə qərarları › İş №e-2(033)-177/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-177/2023

28.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-177/2023 28.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" ASC 6 nömrəli Regional Sukanal İdarəsinə qarşı artıq hesablanmış pulun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası "xxxx" ASC 6 nömrəli Regional Sukanal İdarəsi Zaqatala Sukanal sahəsi tərəfindən İddiaçı qanunsuz olaraq yazılmış 300,55 manat artıq hesablanmış pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yaşayır və evində sudan istifadə edir. Evə qanuni qaydada su çəkilmişdir. Sudan qanuni qaydada istifadə edərək haqqı vaxtı-vaxtında ödənilmişdir. İstifadə olunan suyun miqdarı plonblanmış su sayğacı ilə ölçülür. Cavabdeh təşkilatın işçiləri İddiaçı qanunsuz olaraq 300,55 manat artıq pul yazmışlar. İddiaçı Zaqatala rayon Sukanal sahəsinə həmin ünvanın su borcuna dair rəsmi hesabat blankının təqdim edilməsi barədə ərizə ilə müraciət etmişdir. Su borcunun hansı vaxtdan yarandığı, hansı qanuna əsasən yarandığı və hansı sayğaca əsasən hesablandığının həmin hesabatda göstərilməsini xahiş etmişdir. "xxxx" ASC 6 nömrəli Regional Sukanal İdarəsi Zaqatala Sukanal sahəsinin xx.xx.2022-ci il tarixli 308 saylı cavabı ilə bildirilmişdir ki, əsassız olaraq borc yazılmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə uyğun izahat verərək onun dəlillərini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 izahatında göstərdi ki, abonent İddiaçı ilə 2017-ci ilin iyun ayında müqavilə bağlanmış və abonent kodu (**********363) açılmışdır. Həmin müqavilə isə istehlakçı tərəfindən imzalanmamışdır. Hansı səbəbdən imzalanmaması barədə məlumatı yoxdur. Qeyd edir ki, sayğaclaşmaya qədər dövrdə su və çirkab xidmətindən istifadəyə görə borcun hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il X4 təsdiq edilməsi haqqında №262 qərarına əsasən aparılmışdır. Həmin qərarın 7.4-cü bəndinə əsasən “Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dovr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir". “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən abonent kodu açıldıqda və müqavilə bağlandıqda abonent İddiaçı əvvəlki dövrlərdə su və çirkab xidmətindən müqaviləsiz istifadəyə görə ödəniş olmadığı üçün 2166m3 çirkab su sərfiyyatına görə abonentə akt tərtib olunmuş və 333,90 (manat) borc hesablanmışdır. Həmin məbləğ akt əsasında yaranmış borcdur. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin halları Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 01 iyun 2017-ci il tarixdə bağlanmış (İddiaçı tərəfindən imzalanmamış) Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, müqavilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənilməsi və axıdılması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyən edir. Müqaviləyə əsasən xidmət ünvanı Sülh küçəsi ev 11, mənzil 36, abonent kodu isə **********363. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli abonent kartından görünür ki, **********363 kodlu abonent İddiaçı 300,55 manat yekun borcu vardır. İddiaçı 2017-ci il üzrə 363,15 manat borcu vardır, bundan 19,5 manat sudan istifadəyə görə, 9,75 çirkab sularının axıdılmasına görə yaranmış borcdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli abonent kartından görünür ki, İddiaçı 2017-ci il iyun ayı üzrə akta görə cəmi 327,15 manat borcu bundan 324,90 manat akta görə hesablanmış, 2,25 manat çirkab sularının atılmasına görə hesablanmış borcdur. 2017-ci ilin iyul ayına üzrə sudan istifadəyə görə 4,50 manat, çirkab sularının axıdılmasına görə 2,25 manat olmaqla ümumilikdə 6,75 manat borc və ayın yekununa qalıq borc 333,90 manat qeyd edilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti nömrəli Regional Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Zaqatala şəhərində sudan istifadə edən əhalinin əksəriyyətində xx.xx.2011-cı il tarixində abonent kodları verilmişdir. Lakin müraciətdə qeyd olunan ünvana sudan istifadənin başladığı tarixdə yox, su itkisinin araşdırılması və bu istiqamətdə abonentlərin qeydiyyata alınması prosesi çərçivəsində xx.xx.2017-ci ildən abonent kodu verilmişdir. Ona görə də, abonent kodunun verilməsindən 2 ay sonra xx.xx.2017-ci il tarixində 333.90 manat dəyərində faktura hesablanmışdır. Həmin ünvana 21.02 2018-ci il tarixdə su sayğacı quraşdırılmış və həmin tarıxdən etibarən aylar üzrə hesablanmış fakturalar ödənmişdir. Hal hazırda olan borc 300.55 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” 2.1.9.3-cü bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi onunla müqavilə bağlanılmadıqda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) onun vəzifəsidir. 3.1.1-ci bəndinin əsasən, su təchizatı və kanalizasiya müəssisəsi su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz qoşulma hallarını aşkar etdikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır. 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanunu 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 67.1-ci maddəsində göstərilir ki, bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. 72-ci maddəsinə əsasən, bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin abonenti kimi müqavilə bağlanılmadan özü yaşadığı ünvan 4 ünvanında Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən göstərilən xidmətlərdən istifadə edir. İddiaçı ilə cavabdeh arasında Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan (iddiaçı tərəfindən imzalanmamış) müqavilə 01 iyun 2017-ci il tarixdə bağlanmış və həmin müqavilə əsasında iddiaçıya məxsus mənzildə xx.xx.2018-ci il tarixdə su ölçən cihaz quraşdırılaraq abonent kodu təqdim edilmişdir. Həmin tarixədək verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq hesablanmışdır. İddiaçı mənzilində istifadə etdiyi suyun və axıdılmış tullantı sularının dəyərini vaxtı-vaxtında ödədiyi halda ona 2017-ci ilin iyun ayı üzrə akt əsasında çirkab sularının axıdılmasına görə 324,90 manat borc hesablanmışdır. Cavabdeh tərəf qeyd edir ki, İddiaçı cavabdeh tərəfindən göstərilən xidmətlər müqabilində suölçən cihaz vasitəsi ilə hesablanmış ödənişləri ödəmiş və onun xx.xx.2022-ci il tarixə suölçən cihaz quraşdırılana qədər yığılmış 300,55 qəpik qalıq borcu vardır. İddiaçı iddia ərizəsi ilə müraciət edərək 300,55 manat borcun hesabından silinməsini tələb edir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmir, iddiaçıya akt tərtib edildiyini və həmin akt əsasında itirilmiş suyun həcmi müəyyən edilərək onun borcu hesablandığını qeyd etmiş və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi, İddiaçı silinməsini tələb etdiyi borc ona məxsus ünvan 4 ünvanında su ölçən cihaz quraşdırılanadək hesablanmış borc məbləğidir. Cavabdeh tərəfindən təqdim edilmiş abonent kartından görünür ki, abonent İddiaçı hesabına yazılmış 324,90 manat borc məbləği 2017-ci ilin iyun ayı üzrə müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi çıxışında müqavilə bağlandıqda iddiaçı X1 əvvəlki dövrlərdə su və çirkab xidmətindən müqaviləsiz istifadəyə görə akt tərtib olunduğunu bildirmişdir. Həmin akta əsasən 333,9 manat borc hesablandığını qeyd etməklə, yalnız iddiaçı barədə məlumatları əks etdirən abonent kartını təqdim etməklə və orada 2017-ci il iyun ayında iddiaçının borcuna dair aktın tərtib edilməsi barədə qeyd əlavə edilməsi ilə kifayətlənmişdir. Borcun yaranmasına əsas olmuş akt və iddiaçının su təchizatı müəssisəsinin razılığı olmadan sudan və tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə etməsinə dair sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən Cavabdeh ASC-nin 6 nömrəli X10 İdarəsi tərəfindən təqdim edilmiş və **********363 nömrəli abonent barədə olan abonent kartı məlumatlarında qeyd edilmiş 2017-ci il üzrə aktda İddiaçı tərəfindən hər hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsi müəyyən edilə bilməmişdir. Məhkəmə isə mövcud olmayan və məhkəməyə təqdim edilməmiş həmin akt əsasında ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh ASC-nin tələb etdiyi zərərin hesablanması barədə qərarın (aktın) əsaslı olduğuna dair halları sübut etmək vəzifəsi bu qərarı qəbul etmiş orqanın üzərinə düşür. Lakin, iş üzrə cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bu qeyd edilənlər isə İddiaçı tərəfindən Cavabdeh ASC tərəfindən göstərilən xidmətdən qeyri-qanuni istifadə edilməsini şübhə altına alır. Göstərilən həmin halların şübhə deyil, əsaslı və ağlabatan olması isə cavabdeh tərəfindən hər hansı bir qaydada sübut edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək X9 Cəmiyyətinin İddiaçı barəsində tərtib etdiyi və **********363 abonent kodlu abonent kartı məlumatlarında 2017-ci ilin iyun ayı üzrə akta əsasən hesablanmış borc qismində qeyd edilmiş iddia tələbindən kənara çıxmadan Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq 300,55 manat İddiaçı hesabından silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı barəsində tərtib etdiyi və **********363 abonent kodlu abonent kartı məlumatlarında 2017-ci ilin iyun ayı üzrə akta əsasən hesablanmış borc qismində qeyd edilmiş 300,55 (üç yüz manat əlli beş qəpik) manat İddiaçı hesabından silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar