Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-177/2025 13.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh Azərbaycan Dövlət X5 Cavabdehn X10 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Dövlət X5 Cavabdeh Publik Hüquqi şəxsə və X7 Sistemlərinin İstismarı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və dəlilləri İddiaçı cavabdehlər Azərbaycan Dövlət X5 Cavabdeh Publik Hüquqi şəxsə və X7 Sistemlərinin İstismarı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər tərəfindən əsassız olaraq artıq hesablanmış 2293,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala şəhəri, Azərbaycan prospektində yerləşən 9 saylı fərdi yaşayış evinin mülkiyyətçisidir. Həmin fərdi yaşayış evinə verilən suyun verilişi 2017-ci ildən quraşdırılmış yeni smart-kart tipli sayğaca əsasən təmin edilirdi. Həmin sayğac 2017-ci il tarixdə həmin dövrdə fəaliyyət göstərən Azərsu ASC-nin əməkdaşları tərəfindən fərdi yaşayış evimin giriş qapısına yaxın ərazidə yerin altında quraşdırılmışdır. Daha sonra həmin sayğac yeraltında quraşdırıldığından və yeraltında həddindən artıq rütubət və nəmişliyə məruz qaldığından təxminən 2020-ci ildə smart-kart sistemi sıradan çıxmış və evinə verilən suyun həcmi mexaniki yolla ölçülərək sayğacın göstəricilərinə əsasən hesablanmağa başlanmışdır. Həmin vaxtdan suya nəzarət edən Azərsu ASC-nin əməkdaşları tərəfindən sayğacında göstərilən sonuncu göstəriciyə əsasən suyun həcmi hesablanmış və hər ay buna görə ödəniş etmişdir. Son dövrlərdə (iyul, avqust, sentyabr aylarında) suya nəzarət edən Su İdarəsinin əməkdaşları sayğacın mexaniki göstəricilərini nəm və rütubətdən oxumaq mümkün olmadığı üçün “MÜQAYİSƏ” hesabat növü ilə suyun həcmini təxmini hesablayaraq, buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab faktura təqdim etmişdirlər. Bundan bir müddət əvvəl isə cavabdeh təşkilatın əməkdaşları yaşadığı fərdi yaşayış evinə gələrək sayğacının ön qapaq hissəsini sökərək sayğacın mexaniki göstəricilərinə baxdıqda aşkar olundu ki, sayğacın sonuncu göstəricisinə əsasən guya o, 45 gün ərzində 2548 m3 su sərf etmiş və buna görə Cavabdeh PHŞ-nə 2488,50 manat borcu yaranmışdır. Əvvəlcə bu borcun haradan yaranması ona məlum olmamışdır. Daha sonra cavabdeh orqanın əməkdaşları ilə məsləhət etdikdən sonra onlar ona fərdi yaşayış evinə çəkilən su xətlərində sızma olması ilə bağlı məlumat vermişlər. Bundan sonra fərdi yaşayış evinə çəkilən su xətlərində sızmanın olub-olmadığını dəqiqləşdirmək üçün mütəxəssis dəvət etmişdir. Mütəxəssis fərdi yaşayış evinin həyətindən keçən su xəttində həqiqətən güclü sızmanın olduğunu aşkar etmişdir. Həmin sızmanın aşkar olunmasını təsdiq edən video görüntüləri məhkəmə iclasında təqdim edəcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 7.6-cı bəndinə əsasən Verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Bununla bağlı Zaqatala rayon Sukanal sahəsinə həmin ünvanın su borcuna dair rəsmi hesabat blankının təqdim edilməsi barədə müraciət etmişdir. Ona verilmiş abonent kartının çıxarışından görünür ki, həmin ünvanda su sayğacında hesablanmış su borcu xx.xx.2024- xx.xx.2024-cü il tarixləri üzrə 19m3 su sərfinə görə 17,10 manat, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri üzrə yenə 19m3 su sərfinə görə 17,1 manat olmuşdur. Bundan sonra xx.xx.2024-xx.xx.2024-cü il tarixləri üzrə 2548 m3 su sərfinə görə 2293,20 manat borc hesablanmışdır. Halbuki, cavabdeh təşkilatın əməkdaşları iyul, avqust aylarında onun evinə verilən suyun həcmini sayğacın real göstəricilərinə əsasən tam hesablasaydı və ona vaxtında həmin aylara görə ödənilməli olan vəsaitin düzgün həcmini əks etdirən hesab faktura təqdim etsəydi, o vaxtında sızıntını aşkar edərək, onun qarşısını alardı. Bununla da, ona bu qədər borc hesablanmazdı. Beləliklə görünür ki, cavabdeh təşkilat S TKM öz vəzifələrini yerinə gətirməyərək, yəni istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini və dəyərinin tam və dəqiq uçotunu aparmayaraq və eyni zamanda təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etməyərək və yaxud dövlət yoxlamasından keçirməyərək əsassız olaraq ondan artıq hesablanmış vəsaitin ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin əməkdaşları tərəfindən sentyabr ayında evində olan su sərfiyyatı yoxlanılarkən məlum olmuşdur ki, onun 2293,20 manat borcu vardır. Həmin borc suyun sızması nəticəsində yaranmışdır. Bundan əvvəl o, hər ay 17,10 manat pul ödəmişdir. Ümumiyyətlə onun sayğacı işləməmişdir. Mütəxəssislər onun həyətində yoxlama işləri apararkən müəyyən etmişlər ki, su borusu partlamış və su sızmışdır. Ona borc yazılmasını nəzarətçinin diqqətsizliyi ucbatından baş vermişdir. Belə ki, nəzarətçi elə birinci aydan su sayğacında olan nöqsanı aşkar edib ona bildirsə idi o, təbir görərdi. O, yaşadığı evin bütün kommunal xərclərini intizamlı şəkildə ödəmişdir. O, şəhər evində yaşayır, suyun bu qədər sərf olunması onun təqsiri üzündən baş verməmişdir. Evində iki nəfər, özü və arvadı yaşayır, 2548 m3 su sərfiyyatı onların tərəfindən qeyr-mümkündür. Sayğaca o heç bir müdaxilə etməmişdir, sayğac qutunun içərisində və yerin altındadır. İki ay sayğac işləməsə də nəzarətçi buna əhəmiyyət verməmiş və ortaq sərfiyyat hesablayaraq ona borc yazmışdır. Borcun silinməsini xahiş edir. Cavabdeh Azərbaycan Dövlət X5 Cavabdehn X10 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, nəzarətçinin vəzifəsi sayğacda olan sərfiyyatı qeyd etməkdir. Sayğacın saz vəziyyətdə saxlanmasını təmin etmək isə istehlakçının borcudur. X2 6.4-cü maddəsinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına istehlakçı cavabdehlik daşıyır. İddiaçı sayğacında olan nöqsanı gördüyü zaman cavabdehə müraciət etməli idi. Su təchizatı haqqına və tullantı haqqında Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsində qeyd olunmuşdur ki, istehlakçılar verilən suyun həcminin hesablanması ilə əlaqədar aşağıdakıları həyata keçirməlidirlər: a) suölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq; b) suölçən cihazın göstəricilərinin təhrif olunmasının qarşısını almaq məqsədi ilə zəruri tədbirlər həyata keçirmək; c) bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan səlahiyyətli nümayəndənin suölçən cihazların yanına buraxılmasını təmin etmək; ç) suölçən cihazın istifadə olunan suyun miqdarını əks etdirən göstəricisini və cihazın vəziyyəti haqqında lazımi məlumatı su təchizatı müəssisəsinə təqdim etmək. Bundan başqa tərəflər arasında bağlamış müqavilədə də tərəflərin öhdəlikləri qeyd olunmuşdur. Nəzarətçi sayğacda nə qeyd olunmuşdursa gəlib idarəyə təqdim edir və idarədə onu sistemə işləyib abonent kartı çıxardırlar. Su təchizatı haqqına və tullantı haqqında Azərbaycan Respublikasının Qanununun 62-ci maddəsində qeyd olunmuşdur ki, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Dövlət X5 Cavabdehn X8 Sistemlərinin İstismarı İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar Azərbaycan Dövlət X5 Cavabdeh tərəfindən təqdim edilmiş 01 iyul 2017-ci il tarixli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənilməsi və axıdılması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyən edir. İddiaçı ətraflı abonent kartından görünür ki, İddiaçı 11 iyun 2024-cü il tarixə 12,60 manat, 11 iyul 2024-cü il tarixə 17,10 manat, 10 avqust 2024-cü il tarixə 17,10 manat hesablanmış, həmin borclar ödənilmiş, 18 sentyabr 2024-cü il tarixə isə 2293,20 manat borc hesablanmış və bu borc ödənilməmişdir. Azərbaycan Dövlət X5 Cavabdehn X8 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli 06 saylı arayışından görünür ki, X8 Sistemlərinin İstismarı İdarəsi tərəfindən istehlakçı İddiaçı içməli su və kanalizasiya xidməti göstərilir. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyən ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Azərsu ASC ilə istehlakçı arasında fərdi yaşayış evinin su təchizatı və kanalizasiya xidmətindən istifadəyə görə xx.xx.2017-ci ıl tarixində 37383571 nömrəli müqavilə bağlanaraq (**********000) saylı abonent kodu açılmış və qanunvericiliyə əsasən hesabat ailə tərkibi 2 nəfər olmaqla aparılmışdır. Abonentə xx.xx.2017-cı il tarixində 49966970 nömrəli smart-tıplı su sayğacı quraşdırılmış və bu tarixdən etibarən hesabat sayğac göstəricisinə uyğun aparılmışdır. 2024-cu ilin iyul və avqust aylarında oxunma aparılarkən abonentin qapısı bağlı olduğuna görə X3 əsasən müvafiq oxuma kodundan (3-qapı bağlı, istifadə var) istifadə edilmişdir. xx.xx.2024-cu il tarixində abonentin ünvanında oxunma aparılarkən carı sayğac göstəricisinin 3 ay əvvəlki (xx.xx.2024) göstəricidən 2586 m3 çox olduğu aşkarlanmışdır. Yüksək sərfiyyat müşahidə edildiyi uçun abonentə su sızıntısının araşdırılması tövsiyyə edilmişdir. xx.xx.2024-cü il tarixində abonent öz həyətində, evin giriş hissəsində yüksək təzyiqli su sızıntısını aşkarlamış və qeyd olunan yüksək sərfiyyatın səbəbinin həmin sızıntı olduğu aydınlaşdırılmışdır. Tətbiq edilən hüquq Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanunu 30-cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının zədələnməsi (qəsdən və ya ehtiyatsızlıq üzündən) və ya sıradan çıxarılması qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb edilməyə səbəbdir. 68-ci maddəsinin 3-cü hissəsinə əsasən su təchizatı və kanalizasiya sistemlərinin hər hansı texniki qurğusuna dəyişdirici, zədələyici və ya dağıdıcı təsir göstərə biləcək və onun sanitariya mühafizə zonasında yerləşən hər hansı tikili və avadanlıq, əks halların lehinə sübutlar yoxdursa, bu tikili və avadanlığa görə texniki qurğunun korlanmasına sübut kimi qəbul edilə, bundan irəli gələn və qanunvericiliklə nəzərdə tutulmuş prosessual nəticələrin əmələ gəlməsinə səbəb ola bilər. 72-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” 7.8-ci bəndinə əsasən istehlakçı STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Əvvəlki 12 (on iki) aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır və ya istehlakçıya geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu” haqqında qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, müəyyən olunmuş mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçı əhali qrupuna aid olan **********000 saylı abonent olaraq mülkiyyətçisi olduğu Zaqatala şəhəri, Azərbaycan prospektində yerləşən 9 saylı fərdi yaşayış evində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edir. Ona bu xidmətlər üzrə 11 iyun 2024-cü il tarixdə 12,60 manat, 11 iyul 2024-cü il tarixdə 17,10 manat, 10 avqust 2024-cü il tarixdə 17,10 manat, 18 sentyabr 2024-cü il tarixdə isə 2293,20 manat borc hesablanmışdır. Sonuncu borcun hesablanmasından sonra iddiaçı fərdi yaşayış evinin həyətindən keçən su xəttində güclü sızma aşkar etmişdir. Məhkəmə əvvəlki dövrlərdəki sərfiyyatla sonuncu borcun hesablanmasına əsas olmuş sərfiyyat arasında böyük fərqin olduğunu nəzərə alaraq, sərfiyyatın iddiaçının fərdi yaşayış evinin həyətindən keçən su xəttindəki güclü sızma səbəbindən yaranmasını işin hallarına uyğun sayır. İddiaçı tələbini iyul, avqust, aylarında sayğac işləməsə də nəzarətçinin buna əhəmiyyət verməyərək, borcu orta sərfiyyatla hesablaması, cavabdehin işçilərinin sentyabr ayında sayğacının ön qapaq hissəsini sökərək sayğacın mexaniki göstəricilərinə baxdıqda sonuncu göstəricisinə əsasən onun 2548 m3 su sərf etmələrini aşkar etmələri, borcun hesablanmasına əsas olmuş halın nəzarətçinin diqqətsizliyi ucbatından baş verməsi, yəni istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini və dəyərinin vaxtında aparmaması səbəbindən olması, suyun bu qədər sərf olunmasının onun təqsiri üzündən baş verməməsi ilə əsaslandırsa da, iyul, avqust, aylarında sayğac işləməsə də nəzarətçinin buna əhəmiyyət verməyərək, borcu orta sərfiyyatla hesablaması halının təsdiqi üçün sübut təqdim etməmişdir. Yanaşı yoxlanılmış Azərbaycan Dövlət X5 Cavabdehn X8 Sistemlərinin İstismarı İdarəsinin 07 yanvar 2025-ci il tarixli 06 saylı arayışında isə 2024-cu ilin iyul və avqust aylarında oxunma aparılarkən abonentin qapısı bağlı olduğuna görə X3 əsasən müvafiq oxuma kodundan (3: qapı bağlı, istifadə var) istifadə edildiyi, xx.xx.2024-cu il tarixdə abonentin ünvanında oxunma aparılarkən carı sayğac göstəricisinin 3 ay əvvəlki (xx.xx.2024) göstəricidən 2586 m3 çox olduğunun aşkarlandığı, evin giriş hissəsində yüksək təzyiqli su sızıntısını iddiaçının özünün aşkarladığı göstərilmişdir. Məhkəmə iddiaçının müvafiq sübut təqdim etmədiyini nəzərə alaraq, 2024-cu ilin iyul və avqust aylarında borcun sayğacın işləməməsi əsası ilə deyil, X3 əsasən abonentin qapısı bağlı olduğuna görə müvafiq oxuma kodu ilə aparıldığını işin hallarına uyğun sayır. Bundan başqa, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evində istehlak olunan su sərfiyatını hesablayan sayğac dəyişdirilməmiş və hazırda da təyinatı üzrə istifadə edilir. Bu hal isə sayğacın iyul, avqust, aylarında işləməməsi və ya nəm və rütubətdən oxunmasının mümkün olmadığına dair iddiaçının bildirdiklərinin işin hallarına uyğun olmadığını təsdiq edir. Məhkəmə eyni zamanda, su xəttinin iddiaçıya məxsus fərdi yaşayış evinin həyətindən keçən hissəsində olan su sızmasının güclü olmasını nəzərə alaraq, onu qeyd etməyi zəruri sayır ki, 2586 m3 sərfiyyatın 10 avqust 2024-cü il tarixdən sonrakı dövrdə yaranması istisna deyil. Bundan başqa, qəsdən və ya ehtiyatsızlıq üzündən baş verməsindən asılı olmayaraq istənilən halda su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının o cümlədən suyun daşınmasını təmin edən boruların zədələnməsi və ya sıradan çıxarılması qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb edilməyə səbəbdir və həyətindəki sızmanın iddiaçının təqsirindən yaranmaması lehinə sübutlar olmadığından ərazisində olan su təchizatı xəttində baş vermiş su sızması nəticəsində israf olunmuş suya görə məsuliyyəti, o cümlədən onun dəyərini ödəməklə su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəmək öhdəliyi iddiaçıya aiddir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Dövlət X5 Cavabdeh Publik Hüquqi şəxsə və X7 Sistemlərinin İstismarı İdarəsinə qarşı cavabdehlər tərəfindən əsassız olaraq artıq hesablanmış 2293,20 manat pulun silinməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Dövlət X5 Cavabdeh Publik Hüquqi şəxsə və X7 Sistemlərinin İstismarı İdarəsinə qarşı cavabdehlər tərəfindən əsassız olaraq artıq hesablanmış 2293,20 manat pulun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-177/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-177/2025
13.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver