Məhkəmə qərarları › İş №e-2(033)-194/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-194/2023

14.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-194/2023 14.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Ərizəçi maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X17 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli Çıxarışın və xx.xx.2021-ci il tarixli ********** saylı Çıxarışın xx.xx.1966-cı il tarixdə doğulmuş Panova (İsayeva) Elmira İsabəyovnaya məxsus olması faktınını təsdiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X13 xx.xx.1966-cı il tarixdə Qazaxstan Respublikasının Karakanda vilayətində doğulmuşdur. 27 noyabr 1987-ci il tarixdə X16 ilə rəsmi nikah bağlamaqla İsayeva soyadını dəyişərək Panova soyadını qəbul etmişdir. Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,230 ha torpaq sahəsinin 2/3 hissəsi ərizəçinin atası X9, 1/3 hissəsi isə paylı mülkiyyət hüququ əsasında ərizəçiyə məxsusdur və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2021-ci il tarixli, ********** nömrə ilə qeydiyyata alınaraq Çıxarış verilmişdir. Həmçinin Zaqatala rayonu, Əliabad qəsəbəsində onların ümumi birgə mülkiyyətində 0,1257 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmnaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** saylı Çıxarış verilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında ərizəçinin ata adı İsabəyovna olaraq qeyd edildiyi halda hər iki Çıxarışda adı səhv qeyd edilərək İsabəyovna yazılmalı olduğu halda, X3 göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə rəsmi qaydada müraciət edərək xx.xx.2021-ci il tarixli, ********** nömrəli Çıxarışda mülkiyyətçilər siyahısında ata adının düzəldilərək İsabəyovna qeyd edilməsi xahiş edilmişdir. İnzibati orqan 24 fevral 2022-ci il tarixli imtina məktubu göndərərək qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olduqlarını və həmin məhkəmə Qərarı ilə yenidən müraciət etməli olduqlarını bildirmişdir. Hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli Çıxarışda və xx.xx.2021-ci il tarixli ********** saylı Çıxarışda ərizəçinin ata adının İsabəyovna deyil, Abdurahman qızı qeyd edilməsi ərizəçini torpaq sahəsini başqa şəxsə satmaq imkanından məhrum edir. Ərizəçi mülkiyyətində olan əmlakın barəsində sərəncam verə bilmir və torpaq sahəsini başqa şəxsə sata bilmir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X17 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasında nümayəndənin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Jezkazqan şəhəri ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 09 oktyabr 1966-cı il tarixdə anadan olmuş X7 atası X11, anası X10. Jezkazqan şəhəri administrasiyasının VVAQ şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş İ-KT seriyalı 339941 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1966-cı il tarixdə anadan olmuş X13 27 noyabr 1987-ci il tarixdə nikah bağlamışlar. Nikahdan sonra ərə Panov, arvada Panova soyadı verilmişdir. Qazaxıstan Respublikası DİN tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 09 oktyabr 1966-cı il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, reyestr nömrəsi **********93-10301 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,230 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 2/3 hissəsi X5, 1/3 hissəsi X1, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 66,40 kv.m olan X5 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 228 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, reyestr nömrəsi **********79 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X5, X1, Amiran Qambaşidzenin adına rəsmiləşdirilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının torpaq payı alacaq subyektlərin siyahısında X19 adı texniki səhv olaraq X4 yazılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixli 1792 nömrəli arxiv arayışından görünür ki, vətəndaş X6 Zaqatala rayonu Əliabad qəsəbə İnzibati Ərazi Vahidi Nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına 9 nömrəli kitabın, 19 nömrəli səhifəsində, ş/h 772-də X5 təsərrüfatında olması barədə qeydiyyat vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 24 fevral 2022-ci il tarixli Panova (İsayeva) Elmira İsabəyovnaya ünvanlanmış məktubdan görünür ki, 21 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış tərtib olunarkən torpaq sahəsinin mülkiyyətçilərindən biri X1 adı Zaqatala rayonu, Əliabad qəsəbəsində aparılmış torpaq islahatı nəticəsində verilmiş torpaq sahələrinə dair subyektlərin siyahısı əsasında qeyd edilmişdir. Belə ki, torpaq islahatı nəticəsində verilmiş torpaq sahələrinə dair subyektlərin siyahısında düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından həmin siyahılar əsasında tərtib edilmiş 21 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda düzəlişlərin aparılması mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarı Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1792 nömrəli arxiv arayışında 1996/2000-ci illərdə Əliabad qəsəbə İƏVN-nin 9 nömrəli t.başına kitabın 19 səhifəsində X6 X5 təsərrüfatında olması qeyd edilmişdir. X12 xx.xx.1987-ci il tarixdə nikaha daxil olarkən Panova soyadını götürmüşdür. xx.xx.1966-cı il tarixdə anadan olmuş X7 ata adı “İsabəy” əvəzinə “Abdurahman” kimi qeyd edilmiş və çıxarışlarda qeyd edilənlər həmin şəxsin doğum haqqında şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi və digər hüquq müəyyənedici sənədlərdə göstərilən müvafiq olaraq ata adı ilə düz gəlmir. Eyni zamanda, həmin sənədlər (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlar) hüquqmüəyyənedici sənədlər olmaqla məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 228 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda qeyd edilmiş X1 xx.xx.1966-cı il tarixdə anadan olmuş **********45 nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi kimi nəzərə alınmaqla həmin sənədin ərizəçi Panova (İsayeva) Elmira İsabəyovnaya məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.2.5, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 228 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda qeyd edilmiş X1 xx.xx.1966-cı il tarixdə anadan olmuş ******* nömrəli doğum haqqında şəhadətnamədə və **********45 nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Panova (İsayeva) Elmira İsabəyovna kimi nəzərə alınmaqla həmin sənədlərin ərizəçi Panova (İsayeva) Elmira İsabəyovnaya məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar