Məhkəmə qərarları › İş №e-2(033)-198/2024

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-198/2024

10.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-198/2024 10.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı miras əmlak üzərində qanun üzrə payın müəyyən edilərək vərəsəlik hüququnun verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-dən verilmiş, 244 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində Ərəbov Hacıömər Şaban oğlunun və X5 adına qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan, reyest nömrəsi **********28 olan 0,14 sot torpaq sahəsinin, DƏDRX-dən verilmiş, 244 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində Ərəbov Hacıömər Şaban oğlunun və X5 adına qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********78 olan 0,3374 ha torpaq sahəsinin mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus hissəsinin yarısı üzərində, X8 məxsus torpaq sahəsinin isə tam olaraq üzərində qanun üzrə vərəsəlik hüququnun İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı atası Ərəbov Hacıömər Şaban oğlu xx.xx.2007-ci il tarixdə ölmüşdür, anası X10 isə xx.xx.2007-ci il tarixdə ölmüşdür. Mərhumlardan Zaqatala rayon Aşağı Tala kəndində yerləşən torpaq sahələri miras qalmışdır. Torpaq sahəsinin biri: DƏDRX-dən verilmiş 244 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan, reyest nömrəsi **********28 olan 0,14 sot torpaq sahəsi və 244 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********78 olan 0,3374 ha torpaq sahəsindən ibarətdir. Həmin torpaq sahələri mərhumlar Ərəbov Hacıömər Şaban oğlu və X5 ümumi birgə mülkiyyəti olmuşdur. Həmin torpaq sahələri üçün İddiaçı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr Zaqatala rayon məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilmişdir ona görə ki, mərhum Hacıömər Ərəbov nəvəsi - Cavabdeh1 özünə məxsus torpağı vəsiyyət etmişdir, yəni Hacıömər Ərəbova məxsus olan hissədə Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsəlik hüququ olduğuna görə və miras əmlak üzərində vərəsələrin arasında paylara dair mübahisə olduğuna görə qeyd edilən miras əmlak üzərində payların müəyyən edilməsi vərəsəlik hüququnun verilməsi məhkəmə qaydasında aparılmalıdır. Qeyd etdiyi faktlar iddia ərizəsinə əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-1211/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Qeyd olunan qanuna istinad edərək və adı çəkilən məhkəmə qətnaməsinin mövcudluğunu nəzərə alaraq, eyni zamanda hazırki iddia ərizəsində göstərilən və istinad edilən hallar həmin qətnamədə qeyd olunduğuna görə iddiaçının doğumu haqqında sənəd, iddiaçının valideynlərinin ölümü haqqında sənəd, iddiaçının valideynlərinin ölümündən sonra vərəsələrinin dairəsinə dair sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmin faktlar adını çəkdiyi Şəki Apelyasiya Məhkəməsinin qətnaməsi ilə sübuta yetirilmişdir. Hazırki iddiaya baxarkən məhkəmə qeyd olunan faktları həmin qətnamədən, eyni zamanda həmin işi məhkəmənin arxivindən əldə edərək istifadə etmək yolu ilə həqiqətə nail ola bilər. Qeyd olunanlardan başqa məhkəmənin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəllənin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası MPM-nin 24.1ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, müraciət edən şəxslərin vərəsə olması, mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Hazırki işdə də notarius vərəsələr arasında mübahisə olduğunu və payın müəyyən edilməsində razılığa gəlmədikləri üçün məhkəməyə müraciət etmək üçün onlara məktub vermişdir. Bundan başqa notariusun Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ünvanladığı məktubdan da görünür ki, iddiaçı mərhumların birinci növbədə vərəsələridir. Qanunun tələbinə görə Hacıömər Ərəbov öz əmlakını, torpağını Cavabdeh1 vəsiyyət etsə də, İddiaçı Hacıömər Ərəbovdan miras qalmış torpaq sahəsində məcburi payı vardır. Yəni vəsiyyətnamə olmasa idi, Hacıömər Ərəbovdan miras qalmış torpaq sahəsi bütövlükdə İddiaçı verilməli idi. Vəsiyyətnamə olduğuna görə Hacıömər Ərəbovdan miras qalmış torpaq sahəsinin yarısı İddiaçı qanun üzrə vərəsəlik hüququ əsasında keçməlidir. İddiaçının anası Kəlmət Ərəbovanın isə heç bir vəsiyyətnaməsi olmadığına görə ondan miras qalmış torpaq sahəsi bütövlükdə İddiaçı keçməlidir. Deməli, DƏDRX-dən verilmiş 244 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində Ərəbov Hacıömər Şaban oğlunun və X5 adına qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********28 olan 0,14 sot torpaq sahəsinin və 244 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********78 olan 0,3374 ha torpaq sahəsinin mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus hissəsinin yarısı üzərində, X11ma məxsus torpaq sahəsinin isə tam olaraq üzərində qanun üzrə vərəsəlik hüququ İddiaçı verilməlidir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, prosessual hərəkətlər yerinə yetirilmişdir. Məhkəmənin icraatında olan hazırkı işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum babası Ərəbov Hacıömər Şaban oğlu və mərhum nənəsi X2 miras qalmış **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,1463 ha olan həyətyanı və **********78 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,3374 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhum babası Ərəbov Hacıömər Şaban oğluna məxsus hissə tam pay üzərində vəsiyyətnamə üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsi, mərhum babası Ərəbov Hacıömər Şaban oğlu və mərhum nənəsi X2 miras qalmış **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,1463 ha olan həyətyanı və **********78 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,3374 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhum nənəsi X6 məxsus hissədən mərhum atası X7 çatmalı olan 1/2 pay üzərində qanun üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin tələb üzrə iddiaçı Cavabdeh1 hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,1463 ha olan həyətyanı torpaq sahəsi və **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ümumi sahəsi 0,3374 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum babası Ərəbov Hacıömər Şaban oğlu və mərhum nənəsi X5 ümumi mülkiyyətində olmuşdur. Bundan başqa babası Hacıömər Ərəbov özünə məxsus bütün əmlakları ona vəsiyyət etməsi barədə 05 dekabr 2006-cı il tarixdə vəsiyyətnamə qoymuş, vəsiyyətnamə X13 tərəfindən təsdiq olunmuşdur. Mərhum atası X9 22 noyabr 2006-cı il tarixdə, mərhum babası Ərəbov Hacıömər Şaban oğlu 27 aprel 2007-ci il tarixdə, mərhum nənəsi X10 22 sentyabr 2007-ci il tarixdə vəfat etmişlər. 04 fevral 2013-cü il tarixdə cavabdeh İddiaçı anası X3 miras qalmış Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 3374,32 kv.metr kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.Belə ki, mərhum babası Ərəbov Hacıömər Şaban oğlu 05 dekabr 2006-cı il tarixli vəsiyyətnaməyə əsasən, ona məxsus olmuş bütün əmlakları ona vəsiyyət etmişdir. Mərhum nənəsi X6 münasibətdə isə, atası X9 22 noyabr 2006-cı il tarixdə, yəni, valideyinləri olmuş 27 aprel 2007-ci il tarixdə ölmüş atası - Ərəbov Hacıömər Şaban oğlundan və 22 sentyabr 2007-ci il tarixdə ölmüş anası - X2 əvvəl öldüyü üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən o nənəsinin də birinci dərəcəli vərəsəsi hesab olunur. Qeyd olunan torpaq sahələrindən JN seriyalı 342A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-yə əsasən mərhum babası Ərəbov Hacıömər Şaban oğlu və mərhum nənəsi X4 mülkiyyətində olmuş 0,40 ha torpaq sahəsinə dair babası Ərəbov Hacıömər Şaban oğlundan qalmış paya vəsiyyətnamə üzrə vərəsəlik hüququm tanınaraq, 29 iyul 2009-cu il tarixdə Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda ona 2V-58 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Qeyd olunan daşınmaz əmlak üzərində hüquqlarım 10 avqust 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Lakin, 2019-cu ildə mərhum babası Ərəbov Hacıömər Şaban oğlu və mərhum nənəsi X2 miras qalmış digər daşınmaz əmlaklar, yəni, **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,1463 ha olan həyətyanı torpaq sahəsi və **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ümumi sahəsi 0,3374 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində vərəsəlik hüquqlarımı tanıtmaq istədikdə məlum olmuşdur ki, əmim iş üzrə cavabdeh İddiaçı 04 fevral 2013-cü il tarixdə qanunsuz yollarla mərhum babası Ərəbov Hacıömər Şaban oğlu və mərhum nənəsi X2 miras qalmış həmin əmlaklara öz adına 2V-37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almış və həmin əmlaklar üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. Bununla bağlı olaraq məhkəməyə müraciət edərək 2019-cu ilin noyabr ayında cavabdehlər İddiaçı və Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2V-37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin qanunsuz və əsassız olaraq verilməsi səbəbindən etibarsız sayılması və həmin əmlaklar üzərində cavabdeh İddiaçı adına aparılmış qeydiyyatın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia verərək bələdiyyə tərəfindən təsdiq edilmiş 05 dekabr 2006-cı il tarixli vəsiyyətnamədəki imzanın Hacıömər Ərəbova məxsus olmamasını, mübahisə predmeti olan 0,20 ha torpaq sahəsinin Hacıömər və Kəlmət Ərəbovlara məxsus olmasını, 29 iyul 2009-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin onun məcburi pay hüququnun nəzərə alınmadan verilməsini və s. əsas göstərməklə 05 dekabr 2006-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, 0,20 ha torpaq sahəsinə dair iddiaçının adına verilmiş 29 iyul 2009-cu il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş Reyestrdən Çıxarışın, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-153/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə onun ilk iddiası təmin edilmiş və qarşılıqlı iddia isə rədd olunmuşdur. Bundan sonra ilkin iddia tələbi üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin işin hallarının tam və hərtərəfli araşdırılmadan, sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1266/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən - qətnamənin qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsi, qarşılıqlı iddianın qismən təmin edilib Ərəbov Hacıömər Şaban oğlu tərəfindən 0,20 ha torpaq sahəsinin Cavabdeh1 vəsiyyət etməsi ilə əlaqədar verilmiş 29 iyul 2009- cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İlkin iddia tələbi üzrə tərəfindən kassasiya şikayəti verilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2020-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın tam rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1322/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər - A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) onun və İddiaçı kassasiya şikayətləri təmin edilərək qətnamə (qarşılıqlı iddiaya münasibətdə) ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1211/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər - Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(033)-153/2020 saylı qətnaməsi qarşılıqlı iddianın rədd olunmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. İlkin iddia tələbi üzrə cavabdeh İddiaçı kassasiya şikayəti verərək qətnamənin onun tərəfindən irəli sürülmüş dəlillərin nəzərə alınmadan, sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7085/2021 saylı, 08 dekabr 2021ci il tarixli qərarı ilə (hakimlər - İ.R.Xələfov (sədrlik edən və məruzəçi), G.Ə.Nurməmmədov və Z.Ə.Əliyev) İlkin iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 1211/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki ərizə ilə məhkəməyə müraciət etməyimin səbəbi mərhum babası Ərəbov Hacıömər Şaban oğlundan miras qalmış **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,1463 ha olan həyətyanı torpaq sahəsi və **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ümumi sahəsi 0,3374 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində vəsiyyətnamə üzrə tam vərəsəlik hüququmun, eyni zamanda mərhum nənəsi X2 miras qalmış **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən ümumi sahəsi 0,1463 ha olan həyətyanı torpaq sahəsi və **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ümumi sahəsi 0,3374 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatətlə müraciət edərək hazırki işə Zaqatala Rayon Məhkəməsinin sədri Vüqar Məmmədovun icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair mülki işlə birlikdə baxılmasını və mülki işlərin birləşdirilməsini xahiş etmişdir. O, hər iki iddia tələbi üzrə mübahisə predmetinin eyni əmlak olduğunu qeyd edərək vəsatətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 169.3-cü maddəsinə əsasən həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Hər iki mülki iş araşdırılarkən müəyyən edildi ki, onlar bir-biri ilə sıx əlaqəlidir. Ona görə də məhkəmə hesab edir ki, 2(033)-198/2024 nömrə ilə qeydiyyata alınmış icraatda olan mülki iş, ilk iddia ərizəsi qismində 2(033)-180/2024 nömrə ilə qeydiyyata alınmış icraatda olan mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydiyyat nömrəsi yəni, 2(033)-180/2024 qeydiyyat nömrəsi verilməklə baxılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263 - 264-cü maddəsini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Zaqatala Rayon Məhkəməsində 2(033)-198/2023 nömrə ilə qeydiyyata alınmış icraatda olan İddiaçı cavabdehlər Cavabdeh1, Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı miras əmlak üzərində qanun üzrə payın müəyyən edilərək vərəsəlik hüququnun verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş, ilk iddia ərizəsi qismində 2(033)-180/2024 nömrə ilə qeydiyyata alınmış icraatda olan Cavabdeh1 cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydiyyat nömrəsi, yəni 2(033)- 180/2024 qeydiyyat nömrəsi verilsin. Sədrlik edən hakim: Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar