Məhkəmə qərarları › İş №e-2(033)-202/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-202/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-202/2025 27.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə Zaqatala Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi, İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən SAMSUNG markalı soyuducu üçün 2867.94 (iki min səkkiz yüz altmış yeddi manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 190.06 (bir yüz doxsan manat altı qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən SAMSUNG markalı televizor üçün 1930.14 (bir min doqquz yüz otuz manat on dörd qəpik) manat ödənilməmiş hissə, 160.86 (bir yüz altmış manat səksən altı qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən SAMSUNG markalı televizor üçün 1680.12 (bir min altı yüz səksən manat on iki qəpik) manat ödənilməmiş hissə, 139.88 (bir yüz otuz doqquz manat səksən səkkiz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən LG markalı paltaryuyan üçün 1157.58 (bir min bir yüz əlli yeddi manat əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, 96.42 (doxsan altı manat qırx iki qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı ventilyator üçün 59.50 (əlli doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 12.50 (on iki manat əlli qəpik) manat cərimə, ümumilikdə 8295 manat borc, 102.95 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, SOYUDUCU SAMSUNG, SAMSUNG TV, SAMSUNG TV, PALTARYUYAN LG, VENTİLYATOR HOFFMANN almış və nəticədə 8295 (səkkiz min iki yüz doxsan beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3827.94 (üç min səkkiz yüz iyirmi yeddi manat doxsan dörd qəpik) manat (18 ay x 159.33 manat + 960 manat ilkin ödəniş) olan SOYUDUCU SAMSUNG üçün ümumilikdə, 3058 (üç min əlli səkkiz) manat olmaqla ondan, 2867.94 (iki min səkkiz yüz altmış yeddi manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 190.06 (yüz doxsan manat altı qəpik) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1930.14 (bir min doqquz yüz otuz manat on dörd qəpik) manat (18 ay x 107.23 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG TVüçün ümumilikdə, 2091 (iki min doxsan bir) manat olmaqla ondan, 1930.14 (bir min doqquz yüz otuz manat on dörd qəpik) manat ödənilməmiş hissə, 160.86 (yüz altmış manat səksən altı qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2280.12 (iki min iki yüz səksən manat on iki qəpik) manat (18 ay x 93.34 manat + 600 manat ilkin ödəniş) olan SAMSUNG TV üçün ümumilikdə, 1820 (bir min səkkiz yüz iyirmi) manat olmaqla ondan, 1680.12 (bir min altı yüz səksən manat on iki qəpik) manat ödənilməmiş hissə, 139.88 (yüz otuz doqquz manat səksən səkkiz qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1547.58 (bir min beş yüz qırx yeddi manat əlli səkkiz qəpik) manat (18 ay x 64.31 manat + 390 manat ilkin ödəniş) olan PALTARYUYAN LG üçün ümumilikdə 1254 (bir min iki yüz əlli dörd) manat olmaqla ondan, 1157.58 (bir min yüz əlli yeddi manat əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, 96.42 (ddoxsan altı manat qırx iki qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 94.5 (doxsan dörd manat əlli qəpik) manat (6 ay x 10 manat + 34.50 manat ilkin ödəniş) olan VENTİLYATOR HOFFMANN üçün ümumilikdə 72 (yetmiş iki) manat olmaqla ondan, 59.50 (əlli doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 12.50 (on iki manat əlli qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1985 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbi əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasına onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini, iddia tələbini müdafiə etdiyini bildirmiş, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi sənəd təqdim etməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki işin materiallarına əlavə edilmiş sənədlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15951520 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə dəyəri 3827.94 (üç min səkkiz yüz iyirmi yeddi manat doxsan dörd qəpik) manat məbləğində SAMSUNG markalı soyuducu əldə etmiş, onun dəyərini 18 ay müddətinə "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05076721 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 1930.14 (bir min doqquz yüz otuz manat on dörd qəpik) manat məbləğində SAMSUNG markalı televizor əldə etmiş, onun dəyərini 18 ay müddətinə "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05076723 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 1547.58 (bir min beş yüz qırx yeddi manat əlli səkkiz qəpik) manat məbləğində LG markalı paltaryuyan əldə etmiş, onun dəyərini 18 ay müddəyinə "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04077704 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 2280.12 (iki min iki yüz səksən manat on iki qəpik) manat məbləğində SAMSUNG markalı televizor əldə etmiş, onun dəyərini 18 ay müddətinə "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15951504 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 94.50 (doxsan dörd manat əlli qəpik) manat məbləğində HOFFMANN markalı ventilyator əldə etmiş, onun dəyərini 06 ay müddətinə "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilələrin tərkib hissəsi olan ödəniş cədvəllərinin 2ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 29 oktyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 15951520 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2867.94 manat əsas borcu, 190.06 manat cərimə borcu, olmaqla cəmi 3058 manat borcu, 05076721 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1930.14 manat əsas borcu, 160.86 manat cərimə borcu, olmaqla cəmi 2091 manat borcu, 05076723 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1157.58 manat əsas borcu, 96.42 manat cərimə borcu, olmaqla cəmi 1254 manat borcu, 04077704 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1680.12 manat əsas borcu, 139.88 manat cərimə borcu, olmaqla cəmi 1820 manat borcu, 15951504 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 59.50 manat əsas borcu, 12.50 manat cərimə borcu, olmaqla cəmi 72 manat borcu, ümumilikdə 7695.28 manat əsas borcu və 599.72 manat cərimə olmaqla, cəmi 8295 manat borcu ödənilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş və həmin müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərizənin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 102.95 (bir yüz iki manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərərnəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, 15951520 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 3827.94 manat məbləğində SAMSUNG markalı soyuducunu, 05076721 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 1930.14 manat məbləğində SAMSUNG markalı televizoru, 05076723 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 1547.58 manat məbləğində LG markalı paltaryuyanı, 04077704 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 2280.12 manat məbləğində SAMSUNG markalı televizoru və 15951504 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 94.50 manat məbləğində HOFFMANN markalı ventilyatoru alıcıya vermiş, Cavabdeh isə onları qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrə əlavə olan ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 1 faizədək həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehna SAMSUNG markalı soyuducu, SAMSUNG markalı televizor, SAMSUNG markalı televizor, LG markalı paltaryuyan və HOFFMANN markalı ventilyator verilərək, müvafiq olaraq 15951520 nömrəli xx.xx.2024-cü il tarixli, 05076721 nömrəli xx.xx.2024-cü il tarixli, 05076723 nömrəli xx.xx.2024-cü il tarixli və 04077704 nömrəli xx.xx.2024-cü il tarixli və 15951504 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində sözügedən müqavilələrin əlavəsi olan ödəniş cədvəllərinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilələrin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qalıq qalmış əsas borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 15951520 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2867.94 manat məbləğində əsas borc, 05076721 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1930.14 manat məbləğində əsas borc, 05076723 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1157.58 manat məbləğində əsas borc, 04077704 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1680.12 manat məbləğində əsas borc və 15951504 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 59.50 manat məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə 15951520 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 190.06 manat, 05076721 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 160.86 manat, 04077704 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 139.88 manat, 05076723 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 96.42 manat və 15951504 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 12.50 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasında iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı 15951520 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 190.06 manat cərimə 10 manat, 05076721 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 160.86 manat cərimə 10 manat, 04077704 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 139.88 manat cərimə 05 manat, 05076723 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 96.42 manat cərimə 05 manat və 15951504 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 12.50 manat cərimə 01 manat həddində təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh 15951520 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2867.94 manat əsas borc və 10 manat cərimə borcu, 05076721 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1930.14 manat əsas borc və 10 manat cərimə borcu, 04077704 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1680.12 manat əsas borc və 05 manat cərimə borcu, 05076723 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1157.58 manat əsas borc və 05 manat cərimə borcu və 15951504 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 59.50 manat əsas borc və 01 manat cərimə borcu olmaqla cəmi 7726.28 manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 102.95 manat dövlət rüsumunun 5.68 manatı iddiaçıya aid edilməli, 97.27 manatı isə Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284-6, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 15951520 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2867.94 (iki min səkkiz yüz altmış yeddi manat doxsan dörd qəpik) manat əsas borc və 10 (on) manat cərimə borcu, 05076721 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1930.14 (bir min doqquz yüz otuz manat on dörd qəpik) manat əsas borc və 10 (on) manat cərimə borcu, 04077704 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1680.12 (bir min altı yüz səksən manat on iki qəpik) manat əsas borc və 05 (beş) manat cərimə borcu, 05076723 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1157.58 (bir min bir yüz əlli yeddi manat əlli səkkiz qəpik) manat əsas borc və 05 (beş) manat cərimə borcu, 15951504 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 59.50 (əlli doqquz manat əlli qəpik) manat əsas borc və 01 (bir) manat cərimə borcu olmaqla, cəmi 7726.28 (yeddi min yeddi yüz iyirmi altı manat iyirmi səkkiz qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş 102.95 (bir yüz iki manat doxsan beş qəpik) manat dövlət rüsumunun 5.68 (beş manat altmış səkkiz qəpik) manatı iddiaçıya aid edilsin, 97.27 (doxsan yeddi manat iyirmi yeddi qəpik) manatı isə Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar