Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-204/2025 14.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə Zaqatala Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi, İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-"xxxx" MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən HOFFMANN SOAC markalı kondisioner üçün 744.60 (yeddi yüz qırx dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, 74.40 (yetmiş dörd manat qırx qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən SAMSUNG CHARGER, İMEİ kodu **********76969 SAMSUNG GALAXY A15 markalı telefon üçün 680.10 (altı yüz səksən manat on qəpik) manat ödənilməmiş hissə, 68.90 (altmış səkkiz manat doxsan qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı paltaryuyan üçün 164.11 (bir yüz altmış dörd manat on bir qəpik) manat ödənilməmiş hissə, 16.89 (on altı manat səksən doqquz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********89639 SAMSUNG GALAXY TAB A8 markalı planşet üçün 119.11 (bir yüz on doqquz manat on bir qəpik) manat ödənilməmiş hissə, 11.89 (on bir manat səksən doqquz qəpik) manat cərimə ümumilikdə 1880 manat borc, 38.80 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərindəki müqavilələrə əsasən, HOFFMANN SOAC kondisioner, İMEİ kod **********76969 SAMSUNG GALAXY A15 markalı telefon, SAMSUNG CHARGER, PALTARYUYAN HOFFMANN, İMEİ kod **********89639 SAMSUNG GALAXY TAB A8 markalı planşet almış və nəticədə 1880 (bir min səkkiz yüz səksən) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat (24 ay x 32.4 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN SOAC kondisioner üçün 819 (səkkiz yüz on doqquz) manat olmaqla ondan, 744.60 (yeddi yüz qırx dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, 74.40 (yetmiş dörd manat qırx qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 680.10 (altı yüz səksən manat on qəpik) manat (15 ay x 45.34 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********76969 SAMSUNG GALAXY A15 markalı telefon, SAMSUNG CHARGER üçün 749 (yeddi yüz qırx doqquz) manat olmaqla ondan, 680.10 (altı yüz səksən manat on qəpik) manat ödənilməmiş hissə, 68.90 (altmış səkkiz manat doxsan qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 750.96 (yeddi yüz əlli manat doxsan altı qəpik) manat (24 ay x 28.54 manat + 66 manat ilkin ödəniş) olan PALTARYUYAN HOFFMANN üçün 181 (bir yüz səksən bir) manat olmaqla ondan 164.11 (bir yüz altmış dörd manat on qəpik) manat ödənilməmiş hissə, 16.89 (on altı manat səksən doqquz qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 590.92 (beş yüz doxsan manat doxsan iki qəpik) manat (18 ay x 29.94 manat + 52 manat ilkin ödəniş) olan İMEİ kod **********89639 SAMSUNG GALAXY TAB A8 markalı planşet üçün 131 (bir yüz otuz bir) manat olmaqla ondan 119.11 (bir yüz on doqquz manat on bir qəpik) manat ödənilməmiş hissə, 11.89 (on bir manat səksən doqquz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1091.66 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2022-ci il, xx.xx.2023-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilələr, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir Zaqatala Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli e-2(033)-1377/2024 nömrəli qərardadına əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ünvanına məhkəmə bildirişləri rəsmi qaydada göndərilmiş, lakin məhkəmə bildirişləri “köçüb” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə Zaqatala RİHB-nın Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məhkəmə bildirişlərini göndərmiş, bildirişlər xx.xx.2024-cü il tarixdə təhvil alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Mülki işin materiallarına əlavə edilmiş sənədlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05022606 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə dəyəri 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində HOFFMANN SOAC markalı kondisioner əldə etmiş, onun dəyərini 24 ay müddətinə "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02007827 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 680.10 (altı yüz səksən manat on qəpik) manat məbləğində SAMSUNG CHARGER, İMEİ kodu **********76969 SAMSUNG GALAXY A15 markalı telefon əldə etmiş, onun dəyərini 15 ay müddətinə "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03753611 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 590.92 (beş yüz doxsan manat doxsan iki qəpik) manat məbləğində İMEİ kodu **********89639 SAMSUNG GALAXY TAB A8 markalı planşet əldə etmiş, onun dəyərini 18 ay müddəyinə "xxxx" MMCyə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09642075 nömrəli xx.xx.2022-ci il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 750.96 (yeddi yüz əlli manat doxsan altı qəpik) manat məbləğində HOFFMANN markalı paltaryuyan əldə etmiş, onun dəyərini 24 ay müddətinə "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilələrin tərkib hissəsi olan ödəniş cədvəllərinin 2ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 26 oktyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 05022606 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 744.60 manat əsas borcu, 74.40 manat cərimə borcu, olmaqla cəmi 819 manat borcu, 02007827 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə 680.10 manat əsas borcu, 68.90 manat cərimə borcu, olmaqla cəmi 749 manat borcu, 03753611 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə üzrə 119.11 manat əsas borcu, 11.89 manat cərimə borcu, olmaqla cəmi 131 manat borcu, 09642075 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə üzrə 164.11 manat əsas borcu, 16.89 manat cərimə borcu, olmaqla cəmi 181 manat borcu, ümumilikdə 1707.92 manat əsas borcu və 172.08 manat cərimə olmaqla, cəmi 1880 manat borcu ödənilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş və həmin müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərizənin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 38.80 (otuz səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərərnəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, 05022606 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri 777.60 manat məbləğində HOFFMANN SOAC markalı kondisioneri, 02007827 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 680.10 manat məbləğində SAMSUNG CHARGER, İMEİ kodu **********76969 SAMSUNG GALAXY A15 markalı telefonu, 03753611 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən dəyəri 590.92 manat məbləğində İMEİ kodu **********89639 SAMSUNG GALAXY TAB A8 markalı planşeti, 09642075 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən dəyəri 750.96 manat məbləğində HOFFMANN markalı paltaryuyanı alıcıya vermiş, Cavabdeh isə onları qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrə əlavə olan ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 1 faizədək həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh HOFFMANN SOAC markalı kondisioner, SAMSUNG CHARGER, İMEİ kodu **********76969 SAMSUNG GALAXY A15 markalı telefon, HOFFMANN markalı paltaryuyan və İMEİ kodu **********89639 SAMSUNG GALAXY TAB A8 markalı planşet verilərək, müvafiq olaraq 05022606 nömrəli xx.xx.2024-cü il tarixli, 02007827 nömrəli xx.xx.2024-cü il tarixli, 03753611 nömrəli xx.xx.2023-cü il tarixli və 09642075 nömrəli xx.xx.2022-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində sözügedən müqavilələrin əlavəsi olan ödəniş cədvəllərinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilələrin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qalıq qalmış əsas borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 05022606 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 744.60 manat məbləğində əsas borc, 02007827 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 680.10 manat məbləğində əsas borc, 03753611 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 119.11 manat məbləğində əsas borc və 09642075 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 164.11 manat məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə 05022606 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 74.40 manat, 02007827 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 68.90 manat, 09642075 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən hesablanmış 16.89 manat, 03753611 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 11.89 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasında iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı 05022606 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 74.40 manat cərimə 10 manat, 02007827 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 68.90 manat cərimə 10 manat, 09642075 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən hesablanmış 16.89 manat cərimə 05 manat, 03753611 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 11.89 manat cərimə 05 manat həddində təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh 05022606 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 744.60 manat əsas borc və 10 manat cərimə borcu, 02007827 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 680.10 manat əsas borc və 10 manat cərimə borcu, 09642075 nömrəli xx.xx.2022ci il tarixli müqaviləyə əsasən 164.11 manat əsas borc və 05 manat cərimə borcu, 03753611 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 119.11 manat əsas borc və 05 manat cərimə borcu olmaqla cəmi 1737.92 manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 38.80 manat dövlət rüsumunun 1.42 manatı iddiaçıya aid edilməli, 37.38 manatı isə Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284-6, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 05022606 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 744.60 (yeddi yüz qırx dörd manat altmış qəpik) manat əsas borc və 10 (on) manat cərimə borcu, 02007827 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 680.10 (altı yüz səksən manat on qəpik) manat əsas borc və 10 (on) manat cərimə borcu, 09642075 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 164.11 (bir yüz altmış dörd manat on bir qəpik) manat əsas borc və 05 (beş) manat cərimə borcu, 03753611 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 119.11 (bir yüz on doqquz manat on bir qəpik) manat əsas borc və 05 (beş) manat cərimə borcu olmaqla, cəmi 1737.92 (bir min yeddi yüz otuz yeddi manat doxsan iki qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş 38.80 (otuz səkkiz manat səksən qəpik) manat dövlət rüsumunun 1.42 (bir manat qırx iki qəpik) manatı iddiaçıya aid edilsin, 37.38 (otuz yeddi manat otuz səkkiz qəpik) manatı isə Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-204/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-204/2025
14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver