Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-205/2025 02.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə və Cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizələri üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus **********04320 saylı qaz hesabına əsassız qeydə alınan 2073,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia məhkəmənin icraatına qəbul edilmiş və e-2(033)-1378/2024 sayla qeydiyyata alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Balakən rayonunun Katex kəndində yaşayır. Həmişə istifadə etdiyi təbbi qazın dəyərini vaxtı-vaxtında poçt, bank və terminal vasitəsilə ödəmişdir. Həmişə sayğac üzrə ödənişlər aparmışdır. **********04320 olan abonentin saldosundan görünür ki, müvafiq ayları üzrə vaxtı-vaxtında ödənişlər etmişdir. 2024-cü ilin fevral ayında cavabdeh təşkilatın nümayəndələri evdə olmadığı zaman sayğaca baxış keçirərək getmişlər. Daha sonra yaşadığı evə nəzarətçi tərəfindən təqdim edilmiş bildirişdə istifadə etdiyi qazın dəyərindən çox borc yazıldığını müəyyən etmişdir. Bununla bağlı cavabdeh müəssisənin satış bazası ilə maraqlananda ona bildirmişdir ki, guya yaşadığı ünvanda sayğacdan kənar birləşəmə aşkar edilmiş və bununla bağlı 2073,60 manat cərimə tətbiq olunmuşdur. Halbuki yoxlama aparılarkən bir istehlakçı kimi ona yoxlamanın keçirildiyi vaxt barədə məlumat verilməmiş və onun iştirakı təmin edilməmişdir. Bununla belə cavabdeh müəssisənin yerli xidməti tərəfindən şəxsi hesabdan çıxarışdan başqa ona hər-hansı bir sənəd akt tərtib edilməmişdir. Cavabdehin nümayəndələri tərəfindən onun yaşadığı evin qaz xəttinə quraşdırılmış qaz sayğacına hər ay baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş təqdim edilir. Həmin ünvanda hər-hansı kənarlaşma olsa idi nəzarətçi dərhal onu aşkar etmiş olardı, lakin belə bir hal müşahidə edilməmişdir. Cavabdeh təşkilat onu əsassız və qanunsuz olaraq mənbəyi məlum olmayan həddindən artıq 2073,60 manat məbləğində cərimə etmişdir. Cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdeh Balakən rayonu Katex kəndində yaşayan İddiaçı itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2073.26 (iki min yetmiş üç manat iyirmi altı qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 40.74 (qırx manat yetmiş dörd qəpik) manat dövlət rüsumun və 0.40 (40 qəpik) qəpik bank xidmət haqqının, ümumilikdə isə 2114.40 (iki min bir yüz on dörd manat qırx qəpik) manat borcun (pulun) tutularaq Cavabdeh xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ**********410332626b9a) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia məhkəmənin icraatına qəbul edilmiş və e-2(033)-1526/2024 sayla qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, “SOCAR“ Azəriqaz” İB-in Zaqatala Regional qaz istismarı İdarəsinin Balakən xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Balakən rayonu Katex kəndində cavabdeh İddiaçı məxsus mənzilində XS-50- 00270/22 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh İddiaçı **********04320 saylı qaz hesabında xx.xx.2024-cü il tarixə ödənilməmiş 2073.26 manat borcu vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. İstehlakçının qaz hesabında yaranmış 2073.26 manat məbləğ təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. 1) Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə hesablanan 2073.26 manat məbləğ borc hissəsi cavabdeh İddiaçı yaşadığı Balakən rayonu Katex kəndində yerləşən mənzilindən xx.xx.2024-cü il tarixdə istismarda olan “Elster” tipli G-4 markalı11465363 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, Cavabdeh İB-in Zaqatala RQİİ-in nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2024-cü il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində istismarda olan “Elster” tipli G-4 markalı 11465363 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii X6 pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 sutkalıq iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-in xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 17280 m3 (və ya 2073.60 manat) həcmində müəyyən edilmişdir. İnzibati icraatın apaılması barədə: Aşkar edilmiş X6 pozulması faktı ilə bağlı inzibati icraata başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X3 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X3 Agentliyinin Şəki filialı tərəfindən İddiaçı Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə İddiaçı Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-328/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh 10 oktyabr 2024-cü il tarixdə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********04320 saylı qaz hesabında xx.xx.2024-cü il tarixə 2073.98 manat borc vardır. Həmin 2073.60 manat borc itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-in mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı 11465363 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii X6 pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 sutkalıq iş rejimi 12 saat, hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 17280 m3 (və ya 2073.60 manat) həcmində müəyyən edilmişdir. İstehlakçıya məxsus qaz sayğacının normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının, həmçinin sayğaca müdaxilə üsulu ilə sayğacın real sərfiyyatının gizlədilməsi istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii X6 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi X6 pozulması haqqında akt əsasında hesablanmış 2073.60 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı 09 fevral 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh barəsində xx.xx.2024-cü il tarixli təbii X6 pozulması haqqında ******* nömrəli akt tərtib etmiş, lakin həmin əməkdaşlar faktiki yoxlama aparmadıqlarından aktda sayğacın həmin tarixdə olan göstəriciləri, istifadəsindəki qaz cihazları və digər nüanslar qeyd edilməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehin əməkdaşları onun ünvanına baxış keçirməmiş, onun iştirakını təmin etməmiş və sadəcə formal mülahizələrlə akt tərtib olunmuşdur. Sonda isə akt əsasında qaz sayğacının nominal saatlıq qaz sərfi 4 kub.metr saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın hesabatı aparılmış və 2073.60 manat cərimə məbləği müəyən edilmişdir. Cavabdeh tərtib etdiyi sənədlərdə apardığı cərimə hesabatı ilə bu sahəni tənzimləyən X6 tələbləri arasında ziddiyyət vardır. Belə ki, X6 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5- 1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 5.2 Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi Cavabdeh ona qarşı cərimə tətbiq edərkən hesabat müddətini 360 gün müəyyən etməsi tamamilə əsassızdır və bu əsassızlıq qaydaların tələbləri ilə təsdiq edilir. Cavabdeh hər ay qaz sayğacının göstəricisinin götürülməsi və bildirişin təqdim olunması üçün onun ünvanında olur və sayğaca baxış keçirir. Göstəricinin götürülməsi ilə baxış hər ay təkrar olunur və bu zaman hər hansı kənarlaşma olsa idi hökmən aşkar olunacaqdı. Lakin Cavabdeh itki göstəricilərini aşağı səviyyəyə endirmək üçün ən yaxşı halda bir ay müddət üçün aparmalı olan hesabatı bir il üçün aparmışdır. Əgər bir il hesabat aparılırsa deməli Cavabdeh nümayəndəsi onun ünvanına göstəricinin götürülməsi üçün bir ildən bir gəlir ki, bu da absurt bir yanaşmadır. Çünki saldodan görünür ki Cavabdeh nümayəndəsi hər ay sayğac göstəricisinin hesabatını aparmışdır və kənarlaşma olsa idi aşkar etməsi mütləqdir. Digər tərəfdən Qaydalara görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Bu müddətlər qaz sayğacları daxildə olduğu halda 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə əhatə edir. Göründüyü kimi Cavabdeh cərimə tətbiq etməsi üçün ilk öncə hesabat aparıkan müddətin başlanğıcının (əvvəlini) hansı tarixdən götürəcəyini müəyyən etməlidir. Bunun üçün isə qaz sayğaclarına daxildə olduğu halda 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə texniki baxış keçirməlidir. Lakin təqdim edilən sənədlərdə onun sayğacına və qaz xətlərinə Cavabdeh texniki baxış keçirməsi ilə bağlı sübut mövcud deyil. Belə bir vəziyyətdə isə hesabat müddətinin on iki ay olması və onun əvvəlinin hansı səbəbə görə bir öncədən götürülməsi qeyri müəyyəndir və Cavabdeh on iki ay hesabat müddətinin hesabatı üçün istinad edəcəyi mənbə sənədi yoxdur. Ona görə də Cavabdeh hesabatın aparılması üçün əlində texniki baxış sənədi olmadığından yaxşı halda bir aylıq hesabat apara bilərdi, çünki Cavabdeh yeganə istinad edəcəyi sənəd onun hər ay göstərici götürməsini əks etdiən abonent saldosudur. Bundan əlavə sənədlərdən də göründüyü kimi hesabat qaz sayğacının nominal saatlıq qaz sərfi (4 kub metr saat) nəzərə alınmaq aparılmışdır ki, burda da Cavabdeh düzgün etməmişdir və belə bir hesabatın aparılması yol verilməzdir. Belə ki, Qaydaların tələblərindən göründüyü kimi hesabatın qaz sayğacının nominal saatlıq qaz sərfinə görə aparılması üçün mənzildə qaz cihazlarına baxışın keçirilməsi mümkün olsun və ya həmin cihazlar barədə tərəf məlumatsız olsun və bu barədə aktda qeyd olmalı idi, mənzildə qaz cihazlarına baxışın keçirilməsi mümkün olmamışdır. Əgər əməkdaşlar həqiqətəndə yoxlama aparsa idi mənzildə olan cihazın sərfiyyatına uyğun hesabat aparlmalı və hesabat aparılarkən hesabat dövrünün hansı mövsümə düşməsi nəzərə alınmalı idi. Ancaq Cavabdeh qaz sayğacının nominal saatlıq qaz sərfi nəzərə almaqla 360 gün hesabat aparmış, həmin müddət ərzində isə qış, payış, yaz, yay mövsümləri nəzərə almamışdır. Nəticə etibarilə Cavabdeh on iki aylıq cərimənin tətbiq etməsi üçün sübutları mövcud olmadığından, xüsusilə də texniki baxış keçirmədiyindən və bununla bağlı sənəd təqdim etmədiyindən ən yaxşı halda yeganə istinad edəcəyi abonent saldosuna uyğun bir aylıq hesabat (2073.60 /12 ay = 172.80 m) aparmalı idi. Çünki Cavabdeh hər sayğaca baxış keçirir və onun göstəricisinin qeydiyyatı zamanı belə bir kənarlaşma var idisə onu görməli idi. X6 6.5-ci maddəsinə görə, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bununla belə cavabdeh təşkilat bu prosedurlara əməl etməmiş, həqiqətdə onun qanunsuz hərəkətlərini aşkar etmədiyindən inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə təqdim etməmişdir, bu baxımdan ona cərimə tətbiq olunması və həmin cəriməni tələb etməsi əsassızdır. Məhkəmə hazırlıq iclasını iştirakı olmadan keçirilməsini, baxış iclası təyin edilməsini və iddia tələbinin təmini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında İddiaçı iddia tələbini qəbul etməyərək, Cavabdeh iddia tələbini müdafiə edərək, bildirdi ki, Cavabdeh barəsində xx.xx.2024-cü il tarixli təbii X6 pozulması haqqında ******* nömrəli akt tərtib etmişdir. Sonda isə akt əsasında qaz sayğacının nominal saatlıq qaz sərfi 4 kub.metr saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın hesabatı aparılmış və 2073.60 manat cərimə məbləği müəyən edilmişdir. X3 Agentliyinin Şəki filialı tərəfindən Qeşov X5 Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə İddiaçı Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə edilmişdir. İtirilmiş qaza görə hesablanmış 2073.60 manat məbləğin iddiaçıdan tutularaq Cavabdeh hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər “Azəriqaz" X4 RQİİ ilə İddiaçı arasında bağlanmış 23 dekabr 2022-ci il tarixli XS- 50-00270/22 nömrəli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqaviləyə əsasən, “paylayıcı” adlanan iddiaçı Cavabdeh Zaqatala RQİİ bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, “istehlakçı” adlanan cavabdeh İddiaçı yaşadığı evi keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricinə uyğun olaraq, paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Cavabdeh İB-in əməkdaşları A.İbrahimov və O.Dodayev tərəfindən tərtib edilmiş “Təbii X6 pozulması haqqında” № ******* saylı 03 fevral 2024-cü il tarixli aktın surətindən görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş G-4T Diafraqma markalı 11465363 nömrəli qaz sayğacından kənar qeyri-qanuni birləşmə aşkar olunmuşdur. İddiaçı aktı imzalamamışdır. "Azəriqaz" İB-in Zaqatala RQİİ-in rəisi Cavid Hacıyevin 05 fevral 2024-cü il tarixdə qəbul edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 03 fevral 2024-cü il tarixli ******* saylı akta əsasən, G4 markalı sayğacın maksimal qaz buraxma qabiliyyəti 4m3 günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. 4x12x360 = 17280 kub.m. 31 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı 03 fevral 2024-cü il tarixdə Balakən rayonu Katex kəndində evində qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində 2073,60 manat məbləğində ziyan vurmasına görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilmişdir. 11 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 40,74 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. 12 dekabr 2024-cü il tarixdə verilmiş Elster G-4T Diafraqma markalı 11465363 nömrəli sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********04320 olan, Balakən rayonu Katex kəndində yaşayan İddiaçı 2024-cü ilin dekabr ayı üçün qaz sərfiyyatı üzrə 2073,60 manat borcu yaranmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əssən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 18-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia qismən təmin edilməlidir. Müəyyən edilmiş hallar ondan ibarətdir ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2024-cü tarixdə aparılan yoxlama zamanı İddiaçı abonenti olduğu ünvanda təbii qazdan sayğacdan kənar istifadə olunması aşkar olunmuş və bu barədə xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və xx.xx.2024-cü il tarixdə Zaqatala RQİİ tərəfindən istifadə olunan qaz cihazları, qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3, sutkalıq iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üzrə İddiaçı 17280 m3 sərfiyyat, buna müvafiq olaraq dəymiş ziyanın bərpası qaydasında 2073,60 manat borc hesablanmışdır. Məhkəmə, qanunsuz istifadə ilə bağlı qaz sayğaclarına 3 ayda 1 dəfə baxış keçirməli olduğunu nəzərə alaraq, qanunsuz sərfiyatın miqdarının xx.xx.2024-cü tarixdən əvvəlki 365 günlük hesabat müddəti nəzərə alınmaqla hesablanmasını əsassız sayır. Məhkəmə, qazdan qanunsuz istifadə ilə bağlı itirilmiş qazın həcmi müəyyən edilərkən sərfiyyatın ən çoxu 3 aylıq hesabat dövrü (90 gün) üçün hesablanmalı olduğunu nəzərə alaraq, itirilmiş qazın həcminin xx.xx.2024-cü tarixdən əvvəlki 90 gün üçün 430 m3, dəyərinin 518,40 manat olduğunu işin hallarına uyğun sayır. Beləliklə işin müəyən edilmiş hallarından görünür ki, cavabdehin abonenti olduğu ünvanda qazdan qanunsuz istifadə ilə bağlı iddiaçıya yalnız 518,40 manat zərər dəymişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, abonenti olduğu ünvanda qazdan qanunsuz istifadə ilə bağlı Cavabdeh İB-yə yalnız 518,40 manat zərər dəydiyindən, bununla da İddiaçı hesablanmış sərfiyyatın 1555,2 manatlıq hissəsinin əsassız olması təsdiq edildiyindən, Cavabdeh İB tərəfindən İddiaçı **********04320 saylı abunə hesabına hesablanmış 2073,60 manat borcun 1555,2 manatlıq hissəsi onun abunə hesabından silinməli, İddiaçı iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Cavabdeh İB-in iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Cavabdeh İB-nin ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququ, İddiaçı isə təqsirli hərəkətləri nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi olduğundan, qazdan qanunsuz istifadə üzrə 518,40 manat İddiaçıdən tutularaq Cavabdeh İB-yə ödənilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, hər iki iddia qismən təmin edildiyindən, Cavabdeh İB-nin ödədiyi dövlət rüsumunun 30 manatı, 0,40 manat bank xidmət haqqının əvəzi İddiaçıdən tutularaq Cavabdeh İB-yə ödənilməli, dövlət rüsumunun qalan 10,74 manatı isə Cavabdeh İB-nin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Hər iki iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat borcun 1555,2 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manatlıq hissəsi İddiaçı **********04320 abunə hesabından silinsin. İddiaçı 90 gün müddətində sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş qazın bərpası üçün 03 fevral 2024-cü il tarixli, ******* saylı akta əsasən aparılmış hesabata görə 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutularaq Cavabdehnə ödənilsin. Cavabdeh tərəfidən ödənilmiş dövlət rüsumunun qalan 10,74 (on manat yetmiş dörd qəpik) manat isə onun özünə aid edilsin. Hər iki iddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-205/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-205/2025
02.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver