Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-210/2025 05.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, №000452 alqı-satqı müqavilə üzrə-330 manat əsas borc, 85 manat dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 30.00 manat dövlət rüsumu ilə birlikdə cəmi 445 (dört yüz qırx beş manat) manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-1386/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh ilə aralarında razılaşma əldə olunduğunu bildirmiş və işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanması barəsində ərizə verildiyinə və cavabdeh isə məhkəməyə gəlməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçınə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-210/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-210/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver