Məhkəmə qərarları › İş №e-2(033)-213/2024

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-213/2024

01.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-213/2024 01.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi ilə, İddiaçı Əliyar qızının cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, KredAqro BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Əliyar qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Qazangül kəndində yerləşən həyətyanı torpaq sahəsinin və evin Cavabdeh5 BOKT MMCnin Cavabdeh4 satılmasına dair xx.xx.2023-cü il tarixli AN-İ № ******* nömrəli 4Ə-59 reyestr nömrəli alqı-satqı müqaviləsinin torpağa aid hissəsinin, Cavabdeh4 Cavabdeh3 satmasına dair xx.xx.2023-cü il tarixli AN-İ № ******* nömrəli 4Ə-137 reyestr nömrəli alqısatqı müqaviləsinin, Cavabdeh3 Cavabdeh1 satmasına dair xx.xx.2023-cü il tarixli AN-İ № ******* nömrəli 4Ə-593 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Əliyar qızı ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon məhkəməsinin icraatında olan 2(033)-213/2024 saylı işin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 12 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Əliyar qızının cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, KredAqro BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Əliyar qızının cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, KredAqro BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Əliyar qızına geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar