Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-246/2023 24.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X9 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, üçüncü şəxslər X24, X14, X25 və X26 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsinə, Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələbi olmayan üçüncü şəxslər X27, X19, X28, X29 və X20 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli 2V-639 reyestr nömrəli və xx.xx.2019-cu il tarixli 2V-968 reyestr nömrəli qqanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığı, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında verilmiş xx.xx.2019-cu il tarixli ********** və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışların ləğvi, X52 Xidmət Mərkəzinin Notariat Ofisində Cavabdeh2 ilə Cavabdeh3 arasında 22 dekabr 2021-ci il tarixdə bağlanmış Zaqatala rayon Bəhmətli kəndində yerləşən 2.0001 ha torpaq sahəsinə dair AN- № ******* seriya nömrəli alqı-satqı müqaviləsinin ləğvi, Zaqatala rayon Bəhmətli kəndində yerləşən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli 2.0001 ha torpaq sahəsinin mərhuma düşən hissəsinə, **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli 0.4141 ha torpaq sahəsinin mərhuma düşən hissəsinə, **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışda qeyd olunan 0.1998 ha həyətyanı torpaq sahəsinin mərhuma düşən hissəsinə və fərdi yaşayış evinin 1/2 hissəsində payın müəyyən olunması, vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı və iddia ərizəsi üçün ödənilmiş 100 manat dövlət rüsumu, müvəqqəti təminat tədbirinə dair ödənilmiş 10 manat dövlət rüsumunun cəmi 410 (dörd yüz on) manat məbləğin Cavabdeh2 alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Musayev X33 rayon Bəhmətli kəndində yaşayır. İddiaçı mərhum anası X3 Zaqatala rayon Bəhmətli kəndində həyətyanı torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi və kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. İddiaçı ailəsi ilə birlikdə anası X3 miras qalmış fərdi yaşayış evində yaşamış və təsərrüfatı idarə etmişdir. Mülki iş üzrə Cavabdeh2, X15, X53 və X8 rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı və X21 Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən DƏDRX-nin Zaqatala ərazi idarəsinin verdiyi 20 sentyabr 2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0.4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər tərəfindən basdırılmış dəmir dirəklərin sökülməsi, çəkilmiş hasar əvəzi dəmir torların sökülməsi, cavabdehlərin çıxarılmaları və həmin torpaq sahəsinin onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Zaqatala rayon Məhkəməsinin 2(033)- 27/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin olunmuş, X36 və İddiaçı tərəfindən basdırılmış 12 ədəd dəmir dirəklərin sökülməsi və 0.4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1541 ha hissəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilmişdir. Mərhum anası X3 miras qalmış əmlaklara mülki iş üzrə Cavabdeh2 vərəsəlik açdırmış və Zaqatala rayonu, Bəhmətli kəndində olan torpaq sahələrində mərhumun payına münasibətdə tam hissədə pay almışdır. Bunun üçün Musayev X33 rayon 2 saylı Notariat ofisinə müraciət edərək mərhum anası X3 miras qalmış fərdi yaşayış evi və torpaq sahələrindən payın müəyyən olunması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən İddiaçı verilmiş 21 noyabr 2022-ci il tarixli 1236 saylı məktuba əsasən qeyd olunur ki, mərhumdan miras qalmış əmlaklara Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh2 mirasdan sizə pay verilməsinin əleyhinədir. Deməli aranızda mübahisə vardır. Bunun üçün məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Bunun üçün müəyyən sənədlərin və məlumatların əldə olunması zərurəti yarandığından Zaqatala rayon Notariat Ofisinə və Bəhmətli kənd İnzibati ərazi dairəsinə vəkil sorğusu ilə müraciət olunmuşdur. Notariat Ofisindən əldə olunmuş sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 2.0001 ha torpaq sahəsinin mərhum X10 məxsus hissəsinə və xx.xx.2019-cu il tarixdə isə Zaqatala rayon Bəhmətli kəndində yerləşən mərhumun payına düşən 0.4141 ha torpaq sahəsinə tam hissədə Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra Zaqatala rayon Bəhmətli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə vəkil sorğusu göndərilərək mərhum X3 miras qalmış fərdi yaşayış evində mərhumun vəfatından sonra kimin yaşaması, həyətyanı və torpaq sahələrinin kimin tərəfindən idarə olunması ilə bağlı məlumat verilməsi xahiş olunmuşdur. Notariat Ofisi tərəfindən Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 2.0001 ha torpaq sahəsinin mərhum X10 məxsus hissəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli şəhadətnamə əsasında Cavabdeh2 hüquqlarını DƏDRX-də qeydiyyata aldırmış və DƏDRX tərəfindən Cavabdeh2 və ailə üzvlərinin hüquqları xx.xx.2019-cu il tarixdə qeydiyyata alınaraq çıxarış verilmişdir. Sonuncu ailə üzvləri ilə birlikdə hüquqları qeydiyyata alınmış 2.0001 ha torpaq sahəsini X52 Xidmət mərkəzinin Notariat Ofisində alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. Mübahisələndirdikləri torpaq sahələrindən 2.0001 ha torpaq sahəsində İddiaçı mərhum anasının payına münasibətdə miras payı vardır. Bunun üçün X52 xidmət mərkəzində Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi ləğv olunmalıdır. Eyni zamanda Cavabdeh3 cavabdeh qismində məhkəməyə cəlb olunmalıdır. Zaqatala rayon Bəhmətli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş 08 dekabr 2022-ci il tarixli 54 saylı məktubda qeyd olunur ki, X1 vəfatından sonra mərhumdan miras qalmış fərdi yaşayış evində Cavabdeh2 və İddiaçı ailələri ilə birlikdə yaşamışlar. Həyətyanı sahə isə Cavabdeh2 və İddiaçı birgə istifadələrində olmuşdur. Zaqatala rayon 2 saylı Notariat Ofisi mərhum X3 miras qalmış əmlaklara Cavabdeh2 adına tam hissədə pay verməklə, Notariat haqqında Azərbaycan Respublikasının qanununun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Konstitusiyasının müddəalarını pozmuş və nəticədə İddiaçı vərəsəlik hüququndan məhrum olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia ərizəsinin “Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli 2V-968 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğvi, Zaqatala rayon Bəhmətli kəndində yerləşən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli 0.4141 ha torpaq sahəsinin mərhuma düşən hissəsinə, **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışda qeyd olunan 0.1998 ha həyətyanı torpaq sahəsinin mərhuma düşən hissəsinə və fərdi yaşayış evinin1/2 hissəsində iddiaçının payının müəyyən olunması, vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı və iddia ərizəsi üçün ödənilmiş 100 manat dövlət rusumu, cəmi 400 (dörd yüz) manat məbləğin Cavabdeh2 alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edəsiniz.” məzmununda nəzərə alınmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmənin icraatı qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələbi olmayan üçüncü şəxs X30 və cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin notariusu məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi və Zaqatala rayonu 2 saylı Notariat Ofisinin notariusu məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişlər. Lakin mülki iş üzrə iddiaçı və cavabdeh X30 məhkəmə iclasında iştirak etməmələrin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış çıxarışda qeyd edilən 0,1998 ha həyətyanı sahənin anası X10 düşən hissəsində və həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən iddiaçıya 1/2 hissədə payın müəyyən edilməsinə etiraz etmir, lakin iddia tələbini digər hissələrdə qəbul etmir. O əlavə olaraq bildirdi ki, anasının vəfatından sonra iddiaçı ailəsi ilə birgə anaları Sitarə Musayevadan miras qalmış fərdi yaşayış evində yaşayır, o özü də həmin evdə yaşayır. Həmin fərdi yaşayış evi mərhum anası X4 mülkiyyətindədir. Fərdi yaşayış evi 3 otaqdan ibarətdir, həmin fərdi yaşayış evinin 1 otağında o və ailəsi, qalan iki otağında iddiaçının ailəsi yaşayır. İddianın predmeti olan 41 sot torpaq sahəsini atası ona verib, Səbuhi üçün də kənarda ev tikintisi üçün torpaq ayrılıb, iddiaçı hazırda atası tərəfindən ona verilən torpaq sahəsindən pay istəyir. İddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X44 izahat verərək göstərdi ki, Cavabdeh2 və cavabdeh onun qardaşlarıdır. İddiaçı ilə Cavabdeh2 valideynlərinin mülkiyyətində olmuş Zaqatala rayonu Bəhmətli kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. İddiaçı iddia ərizəsi ilə müraciət edərək anaları Sitarə Musayevanın mülkiyyətində olmuş Zaqatala rayonu Bəhmətli kəndində yerləşən əmlaklarından pay istəyir. O özü anasından miras qalmış əmlakı, nə faktiki nə də notarial qaydada qəbul etməmişdir. Hazırda da həmin əmlakla bağlı bir tələbi yoxdur. Gələcəkdə də anası Sitarə Musayevadan miras qalmış əmlakla bağlı tələbi və iddiası olmayacaqdır. Qətnamə qəbul edilərkən bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X45 izahat verərək göstərdi ki, iddianın predmeti ilə bağlı hər hansı iddiası yoxdur. Mərhum anası X3 miras qalmış əmlakı nə faktiki, nə də notarial qaydada qəbul etmədiyini, fərdi yaşayış evinin və torpaq sahələrinin iddiaçı və cavabdeh tərəfindən idarə olunduğunu qeyd etmiş və gələcəkdə də mirasla bağlı tələbinin və iddiasının olmayacağını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X46 izahat verərək göstərdi ki, iddia predmeti ilə bağlı tələbi yoxdur. O anası X3 miras qalmış əmlakı faktiki qəbul etməmişdir və həmin mirasın qəbulu ilə bağlı notariusa da müraciət etməmişdir. Həmin mirasdan qardaşları Azər və Səbuhi istifadə etmişdir. Gələcəkdə də miras əmlakla bağlı tələbi və iddiası yoxdur və gələcəkdə də belə bir iddiası olmayacaqdır. Məhkəmə baxışı iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 izahat verərək göstərdi ki, iddia ərizəsinin predmeti ilə bağlı tələbi yoxdur. Mülki iş üzrə iddiaçı və cavabdeh onun qardaşlarıdır və anaları Sitarə Musayevadan miras qalmış fərdi yaşayış evində iddiaçı və cavabdeh yaşayır. O, özü anasından miras qalmış əmlakı qəbul etməmişdir və bununla bağlı notariat orqanına da müraciət etməmişdir. O, anası X3 miras qalmış əmlakdan imtina edir, həmin əmlakla bağlı gələcəkdə də iddiasının və tələbinin olmayacağını bildirir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X32 izahat verərək bildirmişdir ki, İddiaçı onun bacanağıdır. Səbuhi anası rəhmətə gedəndən sonra hazıradək mübahisələndirilən evdə yaşayır. Torpaq sahələri və fərdi yaşayış evi iddiaçı və cavabdeh tərəfindən idarə olunur. Fərdi yaşayış evində qardaşları Səbuhi və Azər yaşayır. İşin halları Zaqatala rayonu Bəhmətli kənd ərazi nümayəndəliyi tərəfindən 04 mart 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 004951 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2018-ci il tarixdə ölmüş və bu barədə xx.xx.2018-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 21 nömrəli qeyd edilmişdir. Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının Bəhmətli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 477 nömrəli arayışdan görünür ki, X17 xx.xx.2018-ildə vəfat etmiş və onun vəfatından sonra X46, X45, X30, İddiaçı, X31, Cavabdeh2, X44 adında varisləri qalmışdır. Bəhmətli bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 142 nömrəli arayışdan görünür ki, Cavabdeh2 anası X17 öldüyü gündən ona məxsus olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən torpaq sahələrinin vergi borcunu ödəmişdir. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 16 may 2019-cu il tarixdə verilmiş 880 nömrəli arayışdan görünür ki, X22 ilə X11 nikahı haqqında 01 iyun 1964-cü il tarixdə 21 nömrəli qeyd tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Musayev, arvada Musayeva soyadı verilmişdir. Zaqatala rayonu Bəhmətli kənd ərazi nümayəndəliyi tərəfindən 16 may 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 016997 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.1995-ci il tarixdə ölmüş və bu barədə xx.xx.1995-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 34 nömrəli qeyd edilmişdir. Azərbaycan SSR-i Zaqatala rayonu Varxiyan kənd soveti tərəfindən 30 mart 1968-ci il tarixdə verilmiş A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1968-ci il tarixdə anadan olmuş Cavabdeh2 atası X22, anası X12r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********04 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 2,0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X5, X13, X37, X38, Cavabdeh2 hüquqları ümumi birgə mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestrdə 2V-639 nömrə ilə qeyd edilmiş Zaqatala rayonu 2 saylı dövlət notariusu X6 tərəfindən tərtib edilmiş 16 may 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X4 vərəsəsi Cavabdeh2 X4 adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat əsasında ona məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən ümumi sahəsi 2,0001 ha olan torpaq sahəsinin 1/5 hissəsindən ibarət mirasdan ibarət əmlakdan tam hissədə pay almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********04 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 2,0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi üzərində X13, 1/5 hissəsi üzərində X37, 1/5 hissəsi üzərində X38, 2/5 hissəsi üzərində Cavabdeh2 hüquqları Daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İ seriyalı ******* nömrəli 22 dekabr 2021-ci il tarixli Daşınmaz Əmlakın alqı satqı müqaviləsindən görünür ki, X13, X37, X38, Cavabdeh2 mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşəm 2,0001 ha torpaq sahəsi mülkiyyətçilər tərəfindən Cavabdeh3 5400 manata satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********04 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 2,0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh3 hüquqları qeydiyyata alınmışdır. Bəhmətli bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 208 nömrəli arayışdan görünür ki, Cavabdeh2 anası X17 öldüyü gündən ona məxsus olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən torpaq sahələrinin vergi borcunu ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********13 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X5, X13, X37, X38, Cavabdeh2 hüquqları ümumi birgə mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestrdə 2V-968 nömrə ilə qeyd edilmiş Zaqatala rayonu 2 saylı dövlət notariusu X6 tərəfindən tərtib edilmiş 10 sentyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X4 vərəsəsi Cavabdeh2 X4 adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat əsasında ona məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən ümumi sahəsi 0,4141 ha olan torpaq sahəsinin 1/5 hissəsindən ibarət mirasdan ibarət əmlakdan tam hissədə pay almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********13 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi üzərində X13, 1/5 hissəsi üzərində X37, 1/5 hissəsi üzərində X38, 2/5 hissəsi üzərində Cavabdeh2 hüquqları Daşınmaz əmlakın dövlət reyestrində 159 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********87-10301 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X5, X13, X37, X38, Cavabdeh2 hüquqları ümumi birgə mülkiyyət kimi, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 81,7 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X4 mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(033)-27/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, cavabdehlər X36 və İddiaçı tərəfindən iddiaçılar Cavabdeh2, X7, X37 və X38 paylı mülkiyyətində olan torpaq sahəsində basdırılmış 12 (on iki) ədəd dəmir dirəyin sökülməsi, cavabdehlər X36 və İddiaçılar Cavabdeh2, X7, X37 və X38 paylı mülkiyyətində olan 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1541 ha hissəsindən çıxarılmaları və həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi qət edilmişdir. X46, X31 və X25 Zaqatala Rayon Məhkəməsinə ünvanladıqları ərizədən görünür ki, onlar anaları X3 miras qalmış əmlakı nə faktiki, nə də notarial qaydada qəbul etməmişlər, miras əmlak iddiaçı və cavabdeh tərəfindən idarə olunur, gələcəkdə miras əmlak ilə bağlı tələbləri və iddiaları olmayacaqdır. X18 Zaqatala Rayon Məhkəməsinə ünvanlandığı ərizədən görünür ki, o, anası X3 miras qalmış əmlakı nə faktiki, nə də notarial qaydada qəbul etməmişdir, fərdi yaşayış evi və torpaq sahələri iddiaçı və cavabdeh tərəfindən idarə olunmuş, fərdi yaşayış evində qardaşları Azər və Səbuhi qalır, gələcəkdə miras əmlaklar ilə bağlı hər hansı bir iddiası və tələbi olmayacaqdır. X26 Zaqatala Rayon Məhkəməsinə ünvanlandığı ərizədən görünür ki, mərhum anası X3 miras qalmış əmlakları nə faktiki, nə də notarial qaydada qəbul etməmiş, torpaq sahələri və fərdi yaşayış evi iddiaçı və cavabdeh tərəfindən idarə olunmuş, onlar miras əmlakı faktiki qəbul etmişlər, gələcəkdə miras əmlakla bağlı tələbi və iddiası olmayacaqdır. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsı 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsi 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. 1134.1-cü mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. 1145-ci maddəsinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. 1146-cı maddəsinə əsasən mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu 57-ci maddəsinə görə mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 81,7 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə vəfat etmiş X5 mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X4 ölümündən sonra onun X22 ilə bağladığı 01 iyun 1964-cü il tarixli nikahdan anadan olmuş uşaqları olan X46, X45, X30, İddiaçı, X31, Cavabdeh2 və X44 adında vərəsələri qalmışdır. X1 vərəsələrindən İddiaçı və Cavabdeh2 X4 mülkiyyətində olan ümumi sahəsi 81,7 kv.m olan fərdi yaşayış evində ailələri ilə birgə yaşamış və mirası faktik qəbul etmişlər. Cavabdeh Musayev X47 rayonu 2 saylı Notariat ofisinə müraciət edərək Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 miras qalmış hissəsinə tam pay olaraq 10 sentyabr 2019-cu il tarixdə 2V-968 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydlər aparılaraq Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi üzərində X13, 1/5 hissəsi üzərində X37, 1/5 hissəsi üzərində X38, 2/5 hissəsi üzərində Cavabdeh2 hüquqları qeydiyyata alınmışdır. İddiaçı hazırda iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli 2V-968 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini, X1 mülkiyyətində olmuş və ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli 0.4141 ha torpaq sahəsinin mərhuma düşən hissəsinə və **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışda qeyd olunan 0.1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mərhuma düşən hissəsinə və fərdi yaşayış evinin 1/2 hissəsində özünün payının müəyyən olunması xahiş etmişdir. Cavabdeh iddia tələbini Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mərhum anası X10 məxsus hissəsindən və həmin torpaq sahəsi üzərində yerləşən 81,7 kv. m hissəsindən cavabdehin 1/2 payının müəyyən edilməsi hissəsində qəbul edir, lakin iddia tələbini Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum anası X10 məxsus hissəsinə cavabdehin 1/2 hissədə payının müəyyən edilməsi hissəsində qəbul etmir. Məhkəmə tərəfindən maraqlı şəxs qismində cəlb edilmiş xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4 digər vərəsələri X31, X46, X45, X30 və X2 Sitarə Şamabil qızından miras qalmış əmlakı faktiki və notarial qaydada qəbul etmədiklərini etiraf etmiş və miras əmlakdan imtina etmələrinə dair ərizə təqdim etmişlər. Məhkəmə ilk öncə iddia tələbinin “Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli, 2V-968 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Məhkəmə onu da nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Cavabdeh2 da daxil olmaqla xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4 vərəsələrinin hər birinin məhkəmə iclasında verdiyi izahatlardan aydın olur ki, İddiaçı ailəsi ilə birlikdə miras qoyanın vəfatından sonra miras qoyanın ümumi birgə mülkiyyətində olmuş Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən tam mülkiyyət hüququ əsasında miras qoyana məxsus ümumi sahəsi 81,7 kv.m olan fərdi yaşayış evində Cavabdeh2 və ailə üzvləri ilə birgə yaşamış, həmin evdən və torpaq sahəsindən istifadə etmiş və miras qoyan X3 miras qalmış əmlaka sahiblik etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Qanunvericiliyə əsasən belə olan halda miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki qanunvericiliyə əsasən mirasın bir hissəsinə sahiblik etməyə faktiki başlamış vərəsə mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq mirası tamamilə qəbul etmiş hesab edilir və eyni zamanda miras qoyanın (ölənin) uşaqları bərabər pay hüquqlu vərəsələr hesab edilirlər . Məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, miras Cavabdeh2 ilə yanaşı xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4 uşağı olan daha bir vərəsə tərəfindən qəbul edildiyi halda miras qoyanın mülkiyyətində olmuş əmlakdan yalnız bir vərəsəyə tam pay verilməsi mülki qanunvericiliyin tələblərinə ziddir və belə olan halda mülki qanunvericiliyin tələbləri pozulmaqla Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli, 2V-968 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamənin hüquqi nəticələri etibarlı sayıla bilməz və bu hissədə iddia tələbi əsaslıdır. Məhkəmə iddia tələbinin “10 sentyabr 2019-cu il tarixli, 2V-968 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğvi edilməsi ”hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Zaqatala Rayon Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsinin 06 mart 2023-cü il müşayiət məktubu ilə daxil olmuş sənədlərdən müəyyən edilir ki, Zaqatala rayonu Bəhmətli kəndində olan 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi üzərində X13, 1/5 hissəsi üzərində X37, 1/5 hissəsi üzərində X38, 2/5 hissəsi üzərində Cavabdeh2 hüquqlarının qeydiyyata alınmasına əsas Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli 2V-968 nömrəsi ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarına, eləcə də məhkəmə iclasında tədqiq edilən sübutlara əsasən belə qənaətə gəlir ki, Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli 2V-968 reyestr nömrəsi ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edildiyindən onun yaratdığı hüquqi nəticələr, yəni qanun üzrə vərəsəlik hüququ haqqında həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 159 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə aparılmış qeyd və həmin qeydin rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “Zaqatala rayon Bəhmətli kəndində yerləşən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli 0.4141 ha torpaq sahəsinin mərhuma düşən hissəsinə, **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışda qeyd olunan 0.1998 ha həyətyanı torpaq sahəsinin mərhuma düşən hissəsinə və fərdi yaşayış evinin 1/2 hissəsinə iddiaçının payının müəyyən olunması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslıdır. Bələ ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən, məhkəmə tərəfindən hazırki qətnamə ilə etibarsız hesab edilən 10 sentyabr 2019-cu il tarixli, 2V-968 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş-**********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli 0.4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh2, X15, X53, X54 və miras qoyan X4 ümumi birgə mülkiyyətində və Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 81,7 kv.m olan fərdi yaşayış evi tam pay olaraq miras qoyan X4 mülkiyyətindədir. İşdən də görünür ki, İddiaçı və Cavabdeh2 miras qoyan X1 əmlakını vərəsə olaraq mirası idarə etməklə miras əmlakı qəbul etmiş və bugün də mirasdan istifadə etməklə idarə edirlər. Ona görə də, mirasqoyan-X1 birinci növbədən olan digər vərəsələri X45, X46, X31, X30 və X44 mirasdan imtina etdiyindən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4 mirası qəbul etmiş iki vərəsəsinin miras əmlaklarda 1/2 hissədə payı müəyyən edilməlidir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, qanunvericilikdə vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutulur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər iddia ərizəsində göstərilən miqdarda təmin edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı, vəkilə ödəmiş olduğu 300 manat məbləğini təsdiq edən sənədi təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin X39rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında bütün xərclər üçün 300 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. Şərh edilənələrə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh2 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli, 2V-968 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə etibarsız hesab edilsin. Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən tərtib edilmiş 10 sentyabr 2019-cu il tarixli, 2V-968 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 159 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində 20 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış" ləğv edilsin. Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mərhum X10 məxsus hissəsi üzərində və Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 81,7 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı qanun üzrə vərəsəlik hüququ müəyyən edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X10 məxsus 1/5 hissəsinin 1/2 hissəsi üzərində İddiaçı və 1/2 hissəsi üzərində Cavabdeh2 payları müəyyən edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin X10 məxsus hissəsinin və həmin torpaq sahəsi üzərində yerləşən X10 məxsus ümumi sahəsi 81,7 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsi üzərində İddiaçı və 1/2 hissəsi üzərində Cavabdeh2 payları müəyyən edilsin. Cavabdeh2 100 (bir yüz) manat dövlət rüsumu və 300 (üç yüz) manat vəkil xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-246/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-246/2023
24.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver