Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-246/2025 21.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, İddiaçıların nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2 və Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X2 qarşı miras üzərində vərəsəlik hüququ üzrə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayonu Car kəndində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, 42 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeyd olunan, **********91-10301 reyestr nömrəli RX seriyalı ******* nömrəli Çıxarışda göstərilmiş 0,15 ha yaşayış məntəqələrinin torpaqları və Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, 128 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeyd olunan, **********89 reyestr nömrəli RX seriyalı ******* nömrəli Çıxarışda göstərilmiş 0,1365 ha kənd təsərrüfatı təyinatlı torpaqların xx.xx.2016-cı il tarixdə vəfat etmiş X23 məxsus hissəsi üzərində hər birinin vəsiyyət üzrə vərəsəlik payının 7/8 hissə olmasının müəyyən edilməsinə və vəsiyyət üzrə vərəsəlik hüququnun verilməsi; Zaqatala rayonu Car kəndində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, 42 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeyd olunan, **********91- 10301 reyestr nömrəli RX seriyalı ******* nömrəli çıxarışda göstərilmiş 0,15 ha yaşayış məntəqələrinin torpaqları və Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, 128 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeyd olunan, **********89 reyestr nömrəli RX seriyalı ******* nömrəli Çıxarışda göstərilmiş 0,1365 ha kənd təsərrüfatı təyinatlı torpaqların xx.xx.2016-cı il tarixdə vəfat etmiş X6 məxsus hissəsi üzərində hər birinin qanun üzrə vərəsəlik payının 1/4 hissə olmasının müəyyən edilməsinə və qanun üzrə vərəsəlik hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların ataları X25 xx.xx.2016-cı il tarixdə, anaları X9 isə xx.xx.2016-cı il tarixdə ölmüşlər. Mərhumlarldan Zaqatala rayonu Car kəndində yerləşən, 0,15 ha və 0,1365 ha torpaq sahələri miras qalmışdır. Həmin torpaq sahələri qardaşı Cavabdeh2lə ümumi birgə mülkiyyətdədir. 0,15 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018 qeydiyyat tarixli, ********** qeydiyyat nömrə ilə qeydiyyata alınaraq, 42 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeyd olunan, **********91-10301 reyestr nömrəli RX seriyalı ******* nömrəli Çıxarışla rəsmiləşdirilmişdir. 0,1365 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018 qeydiyyat tarixli, ********** qeydiyyat nömrə ilə qeydiyyata alınaraq, 128 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeyd olunan, **********89 reyestr nömrəli RX seriyalı ******* nömrəli Çıxarışla rəsmiləşdirilmişdir. Atamız mərhum X25 xx.xx.2015-ci il tarixli 2V-546 reyestr nömrəli Vəsiyyətnamə ilə özünə məxsus Zaqatala rayonu Car kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinin 1 otağını və 15 sot həyətyanı torpaq sahəsinin yarısını və evin yanında 63 metr uzunu 23 metr eni olan bağını 3 qızına – Zaqatala şəhəri S.Kazımov küçəsində yaşayan İddiaçı2, Zaqatala rayonu Sumaylı kəndində yaşayan İddiaçı3 və Zaqatala şəhərində yaşayan İddiaçı1, həmin 3 otaqlı evin 2 otağını və 15 sot həyətyanı torpaq sahəsinin yarısını və qalan torpaq sahələrinin hamısını oğlu – Cavabdeh2 vəsiyyət etmişdir. Onlar, Zaqatala rayonu 2 saylı Notariat Ofisinə müraciət edərək ata və analarından miras qalmış torpaq sahələrinə vəsiyyət və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini xahiş etmişdirlər. Eyni zamanda qardaşı Cavabdeh2 ilə heç bir əlaqələri olmadığını və barəsində heç bir məlumatları olmadığını bildirmişdirlər. O, uzun illər bundan əvvəl ölkədən daimi yaşamaq üçün Rusiyaya getmiş, lakin dəqiq hara getdiyi harada olduğu barədə heç bir məlumat yoxdur. Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən onlara xx.xx.2024-cü il tarixdə 1498 nömrəli imtina məktubu verərək vərəsəlik hüququ əldə etmək üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. İmtinanın səbəbi vərəsələrdən Rusiya Federasiyasında yaşayan Cavabdeh2 vərəsəliyə gəlməməsidir. Ona görə də onlar məhkəməyə müraciət etməli olmuşlar. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə cavabdeh Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X4 və Cavabdeh2 məhkəmə baxışı iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının 185-ci maddəsinə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclaslarında iştirak edən iddiaçılar iddia ərizəsini müdafiə edərək onun məzmununa uyğun çıxış etmişdirlər. Onlar əlavə olaraq cavabdehin 2 uşağını da özlərinin böyütdüyünü, cavabdehin uzun illər öncə Rusiya Federasiyasına getdiyini və kəndlə ümumi əlaqəsinin olmamasını bildirmişdirlər. İşin halları Zaqatala Rayon 2 saylı notariat ofisinin 31 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, vərəsələr arasında mübahisə olduğundan ataları-X25 və anaları mərhum-X3 miras qalmış əmlaka dair İddiaçı1, İddiaçı2, İddiaçı3 vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsindən imtina edilmişdir. 19 fevral 1993-cü il tarixli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X14 ilə X18 nikah bağlamış və nikah bağlandıqdan sonra qadına Bayramova soyadı verilmişdir. 08 iyul 1969-cu il tarixli Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1969cu il tarixdə anadan olmuş X11 atası X25, anası X7r. 01 iyul 1971-ci il tarixli Doğum haqqında şəhadətnamədən görünür ki, 2.07.1971-ci il tarixdə anadan olmuş X12 atası X25, anası X7r. xx.xx.1999-cu il tarixli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə X19 nikah bağlamış və nikah bağlandıqdan sonra qadına İbrahimova soyadı verilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsinin 21 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, xx xxxxxxxx 1967-ci il tarixdə anadan olmuş X15 atası X25, anası X7r. Zaqatala Rayon Qeydiyyat Şöbəsinin 21 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, X10 ilə X24 06 fevral 1992-ci il tarixdə nikah bağlamışdırlar nikah bağlandıqdan sonra arvada Ömərova soyadı verilmişdir. xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, **********91-10301 reyestr nömrəli Zaqatala rayonu Car kəndində yerləşən 0,15 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X20, X5, Cavabdeh2 mülkiyyəti kimi və üzərində yerləşən ümumi sahəsi 49,70 kv.m olan fərdi yaşayış evi X20 mülkiyyəti kimi qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Car kəndində yerləşən 0,1365 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X20, X5, Cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmışdır. 21 noyabr 2024-cü il tarixli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə ölmüşdür. 21 noyabr 2024-cü il tarixli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X25 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Reyestrdə 2V-541 nömrə ilə qeyd edilərək Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş 15 dekabr 2015-ci il tarixli vəsiyyətnamədən görünür ki, X25 özünə məxsus olan Zaqatala rayonu Car kəndi ünvanında yerləşən 3 /üç/ otaqlı fərdi yaşayış evimin 1 /bir/ otağını və 15 sot həyətyanı torpaq sahəsinin yarısını və evin yanında 63 metr uzunu 23 metr eni olan bağını 3 qızı- İddiaçı2 qızma, İddiaçı3 və İddiaçı1, həmin 3 otaqlı evinin 2 /iki/ otağını və 15 sot. həyətyanı torpaq sahəsinin yarısını və qalan torpaq sahələrinin hamısını oğlu - Cavabdeh2 vəsiyyət etmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 06 noyabr 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X5 vərəsələri İddiaçı2, İddiaçı3, İddiaçı1, Cavabdeh2dur. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 06 noyabr 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X20 vərəsələri İddiaçı2, İddiaçı3, İddiaçı1, Cavabdeh2dur. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsı 29-cu mаddəsinin Vİİ hissəsinə əsasən Dövlət vərəsəlik hüququna təminat verir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsi 1133-cü mаddəsinə əsasən ölmüş şəxsin (mirаs qоyаnın) əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. 1134.1-cü mаddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı mаddəsinə əsаsən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, iddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, xx.xx.2018ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Car kəndində yerləşən 0,15 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X20, X5, Cavabdeh2 mülkiyyəti kimi və üzərində yerləşən ümumi sahəsi 49,70 kv.m olan fərdi yaşayış evi X20 mülkiyyəti kimi, Zaqatala rayonu Car kəndində yerləşən 0,1365 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X20, X5, Cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmışdır. X9 xx.xx.2016-cı il tarixdə, X25 isə xx.xx.2016-cı il tarixdə ölmüşdür. Ölümündən sonra X9 və X20 vərəsələri onların övladları İddiaçı2, İddiaçı3, İddiaçı1, Cavabdeh2dur. X1 vəsiyyətnamə qoymamış, X25 isə X25 özünə məxsus olan Zaqatala rayonu Car kəndi ünvanında yerləşən 3 /üç/ otaqlı fərdi yaşayış evinin 1 /bir/ otağını və 15 sot həyətyanı torpaq sahəsinin yarısını və evin yanında 63 metr uzunu 23 metr eni olan bağını 3 qızına İddiaçı2, İddiaçı3 və İddiaçı1, 3 otaqlı evimin 2 /iki/ otağını və 15 sot. həyətyanı torpaq sahəsinin yarısını və qalan torpaq sahələrinin hamısını oğlu - Cavabdeh2 vəsiyyət etməsi barədə 15 dekabr 2015-ci il tarixli vəsiyyətnamə tərtib etmiş və həmin vəsiyyətnamə Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilməklə Reyestrdə 2V-541 nömrə ilə qeyd edilmişdir. Məhkəmə ilk öncə iddia tələbinin X3 miras qalmış əmlakda vərəsə olan iddiaçıların payının müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, X9 tərəfindən vəsiyyətnamə qoyulmadığından ondan miras qalmış əmlak onun vərəsələri olan 4 övladı iddiaçılar və cavabdeh arasında bərabər şəkildə bölünərək payları müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin X16 miras qalmış Zaqatala rayonu Car kəndi ünvanında yerləşən Zaqatala rayonu Car kəndində yerləşən 0,15 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində payların müəyyən edilməsi məsələsinə münasibətdə qeyd edir ki, həmin hissədə paylar X25 tərəfindən tərtib edilmiş vəsiyyətnamə nəzərə alınmaqla vərəsələrin vəsiyyətnamə üzrə vərəsəlik hüququ müəyyən edilməli və 0,15 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin xx.xx.2016-cı il tarixdə vəfat etmiş X23 məxsus hissəsi üzərində iddiaçıların vəsiyyət üzrə vərəsəlik hüququ müəyyən edilməklə iddiaçılar hər birinə 1/6 pay, cavabdehə isə 3/6 pay verilməlidir. İddia tələbinin xx.xx.2016-cı il tarixdə vəfat etmiş X23 məxsus 0,1365 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində paylar vəsiyyətnamə nəzərə alınmaqla və Cavabdeh2 çatacaq məcburi pay ayrılmaqla X20 15 dekabr 2015-ci il tarixli vəsiyyətnamədə həmin əmlakdan pay alacaq vərəsələr kimi göstərdiyi vərəsələri olan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında bölünməlidir. Belə ki, qanunverici qanun üzrə vərəsəliyin subsidiarlığı prinsipini qəbul edərək vəsiyyətnamə üzrə vərəsəliyin qanun üzrə vərəsəlikdən üstün qüvvəyə malik olduğunu müəyyən etmişdir. Bununla belə, qanun üzrə vərəsəliklə vəsiyyət üzrə vərəsəlik bir-birini tamamlaya da bilər. Məhkəmə xüsusilə vurğulayır ki, qanunverici tərəfindən vərəsəliyin qanun və vəsiyyət üzrə vərəsəlik formasında təsnif edilməsi məhz vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik və ailə-təminat prinsiplərindən irəli gəlir. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Vərəsəlik hüququnda ailə təminatı prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarı). İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməli, Zaqatala rayonu Car kəndində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, 42 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeyd olunan, **********91-10301 reyestr nömrəli RX seriyalı ******* nömrəli Çıxarışda göstərilmiş 0,15 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin xx.xx.2016-cı il tarixdə vəfat etmiş X23 məxsus hissəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 vəsiyyət üzrə vərəsəlik hüququ müəyyən edilməklə iddiaçılar hər birinə 1/6 pay, Cavabdeh2 isə 3/6 pay verilməli, Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, 128 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeyd olunan, **********89 reyestr nömrəli RX seriyalı ******* nömrəli Çıxarışda göstərilmiş 0,1365 ha kənd təsərrüfatı təyinatlı torpaqları təyinatlı torpaq sahəsinin xx.xx.2016-cı il tarixdə vəfat etmiş X23 məxsus hissəsi üzərində vərəsələrin payı iddiaçılar iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 hər birinə 7/24 pay, Cavabdeh2 isə məcburi pay olaraq 3/24 hissə pay olmaqla hesablanmalı, Zaqatala rayonu Car kəndində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, 42 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeyd olunan, **********91-10301 reyestr nömrəli RX seriyalı ******* nömrəli Çıxarışda göstərilmiş 0,15 ha yaşayış məntəqələrinin torpaqları və Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, 128 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeyd olunan, **********89 reyestr nömrəli RX seriyalı ******* nömrəli Çıxarışda göstərilmiş 0,1365 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2016-cı il tarixdə vəfat etmiş X6 məxsus hissəsi üzərində qanun üzrə vərəsəlik müəyyən edilsin və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh2 hər birinin payı ¼ olmaqla müəyyən edilməklə əmlakların iddiaçılara düşən hissəsi onların mülkiyyətlərinə verilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. İddiaçılar iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia qismən təmin edilsin. Zaqatala rayonu Car kəndində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, 42 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeyd olunan, **********91-10301 reyestr nömrəli RX seriyalı ******* nömrəli Çıxarışda göstərilmiş 0,15 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin xx.xx.2016-cı il tarixdə vəfat etmiş X23 məxsus hissəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 vəsiyyət üzrə vərəsəlik hüququ müəyyən edilməklə iddiaçılar hər birinə 1/6 pay, Cavabdeh2 isə 3/6 pay verilsin. Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, 128 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeyd olunan, **********89 reyestr nömrəli RX seriyalı ******* nömrəli Çıxarışda göstərilmiş 0,1365 ha kənd təsərrüfatı təyinatlı torpaqları təyinatlı torpaq sahəsinin xx.xx.2016-cı il tarixdə vəfat etmiş X23 məxsus hissəsi üzərində vərəsələrin payı iddiaçılar iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 hər birinə 7/24 pay, Cavabdeh2 isə məcburi pay olaraq 3/24 hissə pay olmaqla hesablansın. Zaqatala rayonu Car kəndində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, 42 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeyd olunan, **********91-10301 reyestr nömrəli RX seriyalı ******* nömrəli Çıxarışda göstərilmiş 0,15 ha yaşayış məntəqələrinin torpaqları və Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, 128 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeyd olunan, **********89 reyestr nömrəli RX seriyalı ******* nömrəli Çıxarışda göstərilmiş 0,1365 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2016-cı il tarixdə vəfat etmiş X6 məxsus hissəsi üzərində qanun üzrə vərəsəlik müəyyən edilsin və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh2 hər birinin payı ¼ olmaqla müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-246/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-246/2025
21.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver