Məhkəmə qərarları › İş №e-2(033)-259/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-259/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-259/2025 13.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - "xxxx" MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, BODRUM - YATAQ - CARPAYİ - BAZALİ, BODRUM - YATAQ - 4 QAPİLİ DOLAB,MATRAS, 2 ədəd BODRUM - YATAQ - TUMBA, YASEMEN - YUMSAQ - KUNC yumşaq mebel, BODRUM - YATAQ - TERMO, 6 ədəd STUL – EKO üçün, 3205,2 (üç min iki yüz beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 320,8 (üç yüz iyirmi manat səksən qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, NEVADA- YATAQ - CARPAYİ - BAZALİ, MATRAS üçün, 977,38 (doqquz yüz yetmiş yeddi manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 97.62 (doxsan yeddi manat altmış iki qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, SAMSUNG TOZSORAN üçün, 170,26 (yüz yetmiş manat iyirmi altı qəpik) manat ödənilməmiş hissə, 17,74 (on yeddi manat yetmiş dörd qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PUF – KRESLO üçün, 161,92 (yüz altmış bir manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 16,08 (on altı manat səkkiz qəpik) manat cərimə, ümumilikdə 4967 manat borc və 69.67 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı2ş2.12.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, BODRUM - YATAQ - CARPAYİ - BAZALİ, BODRUM - YATAQ - 4 QAPİLİ DOLAB, MATRAS, 2 ədəd BODRUM - YATAQ - TUMBA, YASEMEN - YUMSAQ - KUNC yumşaq mebel, BODRUM - YATAQ - TERMO, 6 ədəd STUL – EKO, NEVADA - YATAQ - CARPAYİ - BAZALİ, MATRAS, TOZSORAN SAMSUNG, PUF – KRESLO almış və nəticədə 4967 (dörd min doqquz yüz altmış yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 4171.2 (dörd min yüz yetmiş bir manat iyirmi qəpik) manat (24 ay x 173.8 manat + 0 manat ilkin ödəniş) olan BODRUM - YATAQ - CARPAYİ - BAZALİ, BODRUM - YATAQ - 4 QAPİLİ DOLAB, MATRAS, 2 ədəd BODRUM - YATAQ - TUMBA, YASEMEN - YUMSAQ – KUNC yumşaq mebel, BODRUM - YATAQ - TERMO, 6 ədəd STUL – EKO üçün ümumilikdə, 3526 (üç min beş yüz iyirmi altı) manat olmaqla ondan, 3205.2 (üç min iki yüz beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 320.8 (üç yüz iyirmi manat səksən qəpik) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1049.8 (bir min qırx doqquz manat səksən qəpik) manat (24 ay x 42.7 manat + 25 manat ilkin ödəniş) olan NEVADA- YATAQ - CARPAYİ - BAZALİ, MATRAS üçün ümumilikdə, 1075 (bir min yetmiş beş) manat olmaqla ondan, 977.38 (doqquz yüz yetmiş yeddi manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 97.62 (doxsan yeddi manat altmış iki qəpik) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 420.36 (dörd yüz iyirmi manat otuz altı qəpik) manat (12 ay x 35.03 manat + 0 manat ilkin ödəniş) olan TOZSORAN SAMSUNG üçün ümumilikdə, 223 (iki yüz iyirmi üç) manat olmaqla ondan, 170.26 (yüz yetmiş manat iyirmi altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.74 (on yeddi manat yetmiş dörd qəpik) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 199.92 (yüz doxsan doqquz manat doxsan iki qəpik) manat (24 ay x 8.33 manat + 0 manat ilkin ödəniş) olan PUF – KRESLO üçün ümumilikdə 178 (yüz yetmiş səkkiz) manat olmaqla ondan, 161.92 (yüz altmış bir manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16.08 (on altı manat səkkiz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1326.52 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023 -ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 17,74 (on yeddi manat yetmiş dörd qəpik) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15862917 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 420,4 (dörd yüz iyirmi manat qırx qəpik) manat məbləğində Samsung tozsoran əldə etmiş və onun dəyərini ilkin ödəniş etmədən 12 ay müddətində hissə-hissə "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16655122 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 1049,8 manat məbləğində NEVADA- YATAQ - CARPAYİ - BAZALİ- MATRAS-STANDART əldə etmiş və onun dəyərini 25 manat ilkin ödəniş etdikdən sonra 24 ay müddətində hissə-hissə "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13905508 nömrəli xx.xx.2023-ci il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 199,92 manat məbləğində PUF – KRESLO əldə etmiş və onun dəyərini ilkin ödəniş etmədən 24 ay müddətində hissə-hissə "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11224986 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 4171,2 (dörd min bir yüz yetmiş bir qəpik iyirmi qəpik) manat məbləğində BODRUM - YATAQ - CARPAYİ - BAZALİ, BODRUM - YATAQ - 4 QAPİLİ DOLAB,MATRAS, 2 ədəd BODRUM - YATAQ - TUMBA, YASEMEN - YUMSAQ - KUNC yumşaq mebel, BODRUM - YATAQ - TERMO, 6 ədəd STUL – EKO əldə etmiş və onun dəyərini ilkin ödəniş etmədən 24 ay müddətində hissəhissə "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-nə 11224986 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3205,2 (üç min iki yüz beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 320,8 (üç yüz iyirmi manat səksən qəpik) manat cərimə, 16655122 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə üzrə 977,38 (doqquz yüz yetmiş yeddi manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 97.62 (doxsan yeddi manat altmış iki qəpik) manat cərimə, 15862917 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə üzrə 170,26 (yüz yetmiş manat iyirmi altı qəpik) manat ödənilməmiş hissə, 17,74 (on yeddi manat yetmiş dörd qəpik) manat cərimə, 13905508 nömrəli xx.xx.2023-ci il tarixli müqavilə üzrə 161,92 (yüz altmış bir manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 16,08 (on altı manat səkkiz qəpik) manat cərimə olmaqla ümumilikdə 4514,76 manat əsas borcu və 452,24 manat cərimə olmaqla, cəmi 4967 manat borcu ödənilməmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023–ci il tarixli müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş və həmin müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 –cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 11224986 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən dəyəri 4171,2 (dörd min bir yüz yetmiş bir qəpik iyirmi qəpik) manat məbləğində BODRUM - YATAQ - CARPAYİ - BAZALİ, BODRUM - YATAQ - 4 QAPİLİ DOLAB,MATRAS, 2 ədəd BODRUM - YATAQ - TUMBA, YASEMEN - YUMSAQ - KUNC yumşaq mebel, BODRUM - YATAQ - TERMO, 6 ədəd STUL – EKO, 15862917 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 420,4 (dörd yüz iyirmi manat qırx qəpik) manat məbləğində Samsung tozsoran , xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən dəyəri 1049,8 manat məbləğində NEVADA- YATAQ - CARPAYİ - BAZALİ- MATRAS-STANDART-ı alıcıya vermiş, 13905508 nömrəli xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən dəyəri 199,92 (bir yüz doxsan doqquz manat doxsan iki qəpik) manat məbləğində PUF – KRESLO-nu alıcıya vermiş Cavabdeh isə onları qəbul edib, malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 1 faizədək həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh Samsung tozsoran , NEVADA- YATAQ - CARPAYİ - BAZALİ- MATRAS-STANDART, BODRUM - YATAQ - CARPAYİ - BAZALİ, BODRUM - YATAQ - 4 QAPİLİ DOLAB,MATRAS, 2 ədəd BODRUM - YATAQ - TUMBA, YASEMEN - YUMSAQ - KUNC yumşaq mebel, BODRUM - YATAQ - TERMO, 6 ədəd STUL – EKO, PUF – KRESLO-nu verilərək 15862917 nömrəli xx.xx.2023-cü il, 16655122 nömrəli xx.xx.2023-cü il, 11224986 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində 15862917 nömrəli xx.xx.2023-cü il, 16655122 nömrəli xx.xx.2023-cü il, 11224986 nömrəli xx.xx.2023-cü il, 13905508 nömrəli xx.xx.2023ci il tarixli müqavilələrin əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qalıq qalmış əsas borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 15862917 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 170,26 (yüz yetmiş manat iyirmi altı qəpik) manat, 16655122 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 977,38 (doqquz yüz yetmiş yeddi manat otuz səkkiz qəpik) manat, 11224986 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 3205,2 (üç min iki yüz beş manat iyirmi qəpik) manat, 13905508 nömrəli xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 161,92 (yüz altmış bir manat doxsan iki qəpik) manat məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmənin iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə 15862917 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 17,74 (on yeddi manat yetmiş dörd qəpik) manat cərimənin, 16655122 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 27,8 (iyirmi yeddi manat səksən qəpik) manat cərimənin, 11224986 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 320,8 (üç yüz iyirmi manat səksən qəpik) manat cərimənin , 13905508 nömrəli xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən hesablanmış 16,08 (on altı manat səkkiz qəpik) manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi qeyd edilən hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onun qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı 15862917 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 17,74 (on yeddi manat yetmiş dörd qəpik) manat cərimə qismən, 2 (iki) manat həddində, 16655122 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 27,8 (iyirmi yeddi manat səksən qəpik) manat cərimə qismən 3 (üç) manat həddində, 11224986 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hesablanmış 320,8 (üç yüz iyirmi manat səksən qəpik) manat cərimə qismən 32 (otuz iki) manat həddində, 13905508 nömrəli xx.xx.2023ci il tarixli müqaviləyə əsasən hesablanmış 16,08 (on altı manat səkkiz qəpik) manat cərimə qismən 1,5 (bir manat əlli qəpik) həddində təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 15862917 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 170,26 (yüz yetmiş manat iyirmi altı qəpik) manat əsas borc, 2 (iki) manat cərimə borcu olmaqla cəmi 172,26 (bir yüz yetmiş iki manat iyirmi altı qəpik) manat, 16655122 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 977,38 (doqquz yüz yetmiş yeddi manat otuz səkkiz qəpik) manat əsas borc və 3 (üç) manat cərimə olmaqla cəmi 980,38 (doqquz yüz səksən manat otuz səkkiz qəpik) manat, 11224986 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 3205,2 (üç min iki yüz beş manat iyirmi qəpik) manat əsas borc və 32 (otuz iki) manat cərimə borcu olmaqla cəmi 3237,2 (üç min iki yüz otuz yeddi manat iyirmi qəpik) manat, 13905508 nömrəli xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 161,92 (yüz altmış bir manat doxsan iki qəpik) manat əsas borc və 1,5 (bir manat əlli qəpik) cərimə borcu olmaqla cəmi 163,42 (bir yüz altmış üç manat qırx iki qəpik) manat, ümumilikdə 4553,26 (dörd min beş yüz əlli üç manat iyirmi altı qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Cavabdeh 65,54 (altmış beş manat əlli dörd qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməli, 4,13 (dörd manat on üç qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 15862917 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 170,26 (yüz yetmiş manat iyirmi altı qəpik) manat əsas borc, 2 (iki) manat cərimə borcu olmaqla cəmi 172,26 (bir yüz yetmiş iki manat iyirmi altı qəpik) manat, 16655122 nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 977,38 (doqquz yüz yetmiş yeddi manat otuz səkkiz qəpik) manat əsas borc və 3 (üç) manat cərimə olmaqla cəmi 980,38 (doqquz yüz səksən manat otuz səkkiz qəpik) manat, 11224986 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 3205,2 (üç min iki yüz beş manat iyirmi qəpik) manat əsas borc və 32 (otuz iki) manat cərimə borcu olmaqla cəmi 3237,2 (üç min iki yüz otuz yeddi manat iyirmi qəpik) manat, 13905508 nömrəli xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 161,92 (yüz altmış bir manat doxsan iki qəpik) manat əsas borc və 1,5 (bir manat əlli qəpik) cərimə borcu olmaqla cəmi 163,42 (bir yüz altmış üç manat qırx iki qəpik) manat, ümumilikdə 4553,26 (dörd min beş yüz əlli üç manat iyirmi altı qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 65,54 (altmış beş manat əlli dörd qəpik) (otuz manat on qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. 4,13 (dörd manat on üç qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar