Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-308/2025 11.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi Məhkəmə iclasının katibi Cəlilova Nuridə Əli qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən SAMSUNG TV üçün 1822.5 (min səkkiz yüz iyirmi iki manat əlli qəpik) manat ödənilməmiş hissə 546.75 (beş yüz qırx altı manat yetmiş beş qəpik) manat dəbbə xx.xx.2024-cü il muqaviləyə əsasən Paltaryuyan Samsung üçün 1380.06 (min üç yüz səksən manat altı qəpik) manat ödənilməmiş hissə 414.02 (dörd yüz on dörd manat iki qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən paltaryuyan LG üçün 1325.8 (min üç yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə 397.74 (üç yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat dəbbə ümumilikdə 5887 manat borc və 78.87 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il xx.xx.2024-cü il xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, Samsung TV, paltaryuyan Samsung, paltaryuyan LG almış və nəticədə 5887 (beş min səkkiz yüz səksən yeddi manat) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2062.5 (iki min altmış iki manat əlli qəpik) manat (yəni 18 ay x 101.25 manat + 240 manat ilkin ödəniş) olan SAMSUNG TV üçün ümumilikdə, 2369 (iki min üç yüz altmış doqquz manat) manat olmaqla ondan 1822.5 (min səkkiz yüz iyirmi iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 546.75 (beş yüz qırx altı manat yetmiş beş qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1380.6(min üç yüz səksən manat altmış qəpik) manat (18 ay x 76.67 manat+0 manat ilkin ödəniş) olan paltaryuyan SAMSUNG üçün ümumilikdə 1794 (min yeddi yüz doxsan dörd manat) manat olmaqla ondan 1380.06 (min üç yüz səksən manat altı qəpik) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 414.02 (dörd yüz on dörd manat iki qəpik ) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1715.88 (min yeddi yüz on beş manat səksən səkkiz qəpik) manat (18 ay x 73.66 manat+390 manat ilkin ödəniş ) olan paltaryuyan LG üçün ümumilikdə 1724 (min yeddi yüz iyirmi iki manat) manat olmaqla ondan 1325.8(min üç yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 397.74(üç yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 630.08 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il 29.069.2024-cü il xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarındada olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03469255 nömrəli xx.xx.2024-cü il 03469259 nömrəli xx.xx.2024-cü il 03699113 nömrəli xx.xx.2024-cü il tarixli müqavilələr və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə 2062.5 manat məbləğində Samsung TV, 1380.06 manat məbləğində Paltaryuyan Samsung, 1715.88 manat məbləğində Paltaryuyan LG-ni ümumilikdə 630 manat ilkin ödəniş etdikdən əldə etmiş, onun tam dəyərini 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci bəndinə və müqavilənin 2.6-cı bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-nə 1358.5 (min üç yüz əlli səkkiz manat beş qəpik) manat cərimə olmaqla, ümumi likdə 5887 (beş min səkkiz yüz səksən yeddi manat) manat əsas borcu ödənilməmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il xx.xx.2024-cü il xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş və həmin müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğ ı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, 03469255 nömrəli xx.xx.2024-cü il 03469259 nömrəli xx.xx.2024-cü il 03699113 nömrəli xx.xx.2024-cü il tarixli, müqavilələrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti SAMSUNG TV PALTARYUYAN SAMSUNG PALTARYUYAN LG alıcıya vermiş, Cavabdeh isə onu qəbul edib, ilkin ödəniş etdikdən məhsulun dəyərini satıcıya 18 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 2.6-cı bəndinə və müqavilələrə əlavə olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda, hər gün üçün gecikdirilən məbləğin 1 faizədək həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh SAMSUNG TV PALTARYUYAN SAMSUNG PALTARYUYAN LG verilərək, 03469255 nömrəli xx.xx.2024-cü il 03469259 nömrəli xx.xx.2024-cü il 03699113 nömrəli xx.xx.2024cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində, 03469255 nömrəli xx.xx.2024-cü il 03469259 nömrəli xx.xx.2024-cü il 03699113 nömrəli xx.xx.2024-cü il tarixli, müqavilənin əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qalıq qalmış əsas borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh, 03469255 nömrəli xx.xx.2024-cü il 03469259 nömrəli xx.xx.2024-cü il 03699113 nömrəli xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən 4528.36 (dörd min beş yüz iyirmi səkkiz manat otuz altı qəpik) manat məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı hazırkı iddia tələbinin 1358.5 (min üç yüz əlli səkkiz manat əlli qəpik) manat məbləğində dəbbə cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 1358.5 (min üç yüz əlli səkkiz manat əlli qəpik) manat cərimə qismən, 135 ( yüz otuz beş) manat həddində təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 03469255 nömrəli xx.xx.2024-cü il tarixli, 03469259 nömrəli xx.xx.2024-cü il tarixli və 03699113 nömrəli xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən cəmi 4528.36 (dörd min beş yüz iyirmi səkkiz manat otuz altı qəpik) manat əsas borc və 135 ( yüz otuz beş) manat cərimə borcu olmaqla, ümumilikdə 4663.36 (dörd min altı yüz altmış üç manat otuz altı qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 78.87 (yetmiş səksən manat səksən yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməli, 8.84 (səkkiz manat səksən dörd) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 03469255 nömrəli xx.xx.2024-cü il tarixli, 03469259 nömrəli xx.xx.2024-cü il tarixli və 03699113 nömrəli xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən cəmi 4528.36 (dörd min beş yüz iyirmi səkkiz manat otuz altı qəpik) manat əsas borc və 135 (yüz otuz beş) manat cərimə borcu olmaqla, ümumilikdə 4663.36 (dörd min altı yüz altmış üç manat otuz altı qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh iddia ərizəsinin verilməsi üçün ödənilmiş78.87 (yetmiş səksən manat səksən yeddi qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin, 8.84 (səkkiz manat səksən dörd) manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №e-2(033)-308/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-308/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver