Məhkəmə qərarları › İş №e-2(033)-331/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-331/2023

31.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-331/2023 31.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və X1rşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər "xxxx" ASC və X1rşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X2 işıq kartından silinmiş 148 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə 04 aprel 2023-cü il tarixdə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, İddiaçı Abdulxalıq oğlu tərəfindən eyni tələblə daha öncə Zaqatala rayon məhkəməsində iddia qaldırmış və məhkəmənin 05 may 2022-ci il tarixli 2(033)-279/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər "xxxx" ASC və X3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, sözügedən iddia ərizəsi üzrə mülki işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş Zaqatala rayon məhkəməsinin 05 may 2022-ci il tarixli 2(033)-279/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" ASC və X3 "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X2 işıq kartından silinmiş 148 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər "xxxx" ASC və X1rşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və X2 işıq kartından silinmiş 148 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar