Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-340/2024 26.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hаkim Həsənov Tural Həsən оğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materiallarını nəzərdən keçirib, müəyyən etdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ALMİRA-YUMŞAQKUNC SAG UZUN GREY-SF üçün 1592.40 (bir min beş yüz doxsan iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 159.60 (bir yüz əlli doqquz manat altmış qəpik) manat cərimə, ümumilikdə 1752 (bir min yeddi yüz əlli iki) manat borc və 37.52 (otuz yeddi manat əlli iki qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)- 206/2024 nömrəli 09 yanvar 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1592.40 (bir min beş yüz doxsan iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə, ümumilikdə 1657.40 (bir min altı yüz əlli yeddi manat qırx qəpik) manat borcun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, ödənilmiş 37.52 (otuz yeddi manat əlli iki qəpik) manat dövlət rüsumunun 1.59 (bir manat əlli doqquz qəpik) manatının iddiaçıya aid edilməsi, 35.93 (otuz beş manat doxsan üç qəpik) manatının isə Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1 və 284-4.1.1-ci maddələrinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə imtina edir. Həmin Məcəllənin 153.2 və 153.2.2-ci maddələrinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.2 və 153.2.4-cü maddələrinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İş materiallarından da görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilədən irəli gələn ödənilməmiş 1592.40 manat əsas borc, 159.60 manat cərimə borcu və 37,52 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Halbuki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin hazırda qanuni qüvvəsini almamış qətnaməsi vardır. Yəni, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında iş vardır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 284-4.1.1-ci maddəsinin tələblərinə əsasən kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə dövlət rüsumunun geri qaytarılması məsələsi ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı hər iki iddia ilə məhkəməyə müraciət edərkən eyni tarixli, eyni nömrəli (********** nömrəli, 27 noyabr 2023-cü il tarixli) bir rüsum qəbzindən istifadə etmiş, onun əvvəlki iddiasına isə həmin rüsum qəbzi nəzərə alınmaqla baxılmış və qətnamə qəbul edilmişdir. Odur ki, hazırki iddiası ilə bağlı əlavə etdiyi dövlət rüsumu geri qaytarıla bilməz. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 4, 263 və 264-cü maddələrini rəhbər tutub, qərara aldım: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin qəbul olunmasından imtina olunsun və ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-340/2024
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-340/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver