Məhkəmə qərarları › İş №e-2(033)-349/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-349/2025

30.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-349/2025 30.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Cəlilova Nuridə Əli qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdehnə qarşı “borcun hesabdan silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X10 İstismar İdarəsi tərəfindən təsdiq edilmiş bildiriş hesab edilməsi, qanunsuz hesablanmış 565.99 (beş yüz altmış beş manat doxsan doqquz qəpik) manat qaz borcunun silinməsi, qazın verilməsinin bərpa edilməsi və iddia ərizəsinə görə ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Zaqatala Sülh küçəsi bina 5 mənzil 12 sakinidir. Evinə qanuni qaydada təbii qaz çəkilmişdir. Qazdan qanuni qaydada istifadə edərək haqqını vaxtlı vaxtında ödəyir. İstifadə etdiyi qazın miqdarı yaşadığı binanın həyətində, bayırda, yəni, ictimai yol hissədə quraşdırılmış və plomblanmış qaz sayğacı ilə ölçülür. Belə ki, o 2024-cü ilin may ayından sonra qazdan istifadə etməmişdir, tez-tez gedib evə nəzarət edir. Yeni sayğac quraşdırılmadan əvvəlki **********00120 abonent kodlu sayğacda ən son sərf elədiyi qaz sərfiyyatı üçün xx.xx.2024-cü il tarixdə 1 azn 46 qəpik ödəniş etmişəm və borcu sıfırlamışdır. Abonent kodu GCZ0061944No qaz sayğacı ona məlumat verilmədən xx.xx.2024-cü il tarixdə dəyişdirilib. Zaqatala Qaz idarəsinin əməkdaşları təzə sayğacın üzərindəki rəqəmləri ona göstərmədən təhvil-təslim barəsində akta qol çəkdirmədən xəbərsiz həyata keçiriblər. Sentyabr ayının 4-ü ona qaz idarəsinin əməkdaşı Fidan Musayeva zəng elədi ki, sayğacda 566 AZN borcunuz var. Hər gün fasiləsiz 5 il istifadə etsə heç bu qədər borc yazmaz normalda, üstəlik yay aylarında bu nə borcdu ona şər atılır deyə təəccüblənmişdir, zəngi bitirən kimi dərhal Fidan Musayevanın yanına getmişdir, elə binanın qarşısında qarşılaşmışlar həmin xanımla birgə qalxmış binaya yuxarı ünvana, ona az öncə zəng edən xanımın özü də hər şeyi özü görmüşdür ki, oraları toz basmışdı çünki o may ayından sonra qaz işlətməmişdir, evdə də heç azacıq belə olsa qaz qoxusu yox idi. Qaz idarəsinin əməkdaşı özü bütün bunlara tam şahidi oldu və o, şəkillər də çəkmişdir. Mənzilin əvvəlki sahibi Zara Yüzbaşeva olmuşdur. Bundan sonra ona məlum oldu ki, cavabdehlər qəsdən ona süni borc yaratmışlar. Qaz sayğacı küçədə yerləşdirildiyi üçün, onun istismara yararlı vəziyyətdə saxlanılmasına məsuliyyət onun üzərinə qoyula bilməz. Bundan başqa qaz idarəsi ilə bağladığı müqaviləyə əsasən sayğacın təhlükəsizliyi və işlək vəziyyətdə saxlanılması, onun yenisi ilə əvəz olunması məsuliyyəti onun vəzifəsi deyildir. Cavabdeh ona qaz borcunun 565.99 manat olduğunu bildirmişdir. Cavabdeh tərəfindən ona bildirişdən başqa sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə əsasən cavabdehdən zəruri sənədlərin tələb olunaraq, mülki işə əlavə edilməsinə köməklik edəsiniz. Ona görə də məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı oğlu iddia tələbinə uyğun izahat verərək onun dəlillərini müdafiə etdiyini və iddia tələbinin təmin edilərək cavabdeh tərəfindən onun hesabına qalıq borc kimi yazılmış 565.99 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X8 çıxış edərək bildirdi ki, silinməsi tələb edilən borc sayğac göstəricisinə uyğun hesablanıb. Sayğac bağlanan gündən həmin borc sayğacda olub. Sızma yoxdur həmin ünvanda. Hər ay göstərici götürülür. Sayğacdan 1 saatda maksimum 6 kub qaz keçə bilər, 3061 kub 6 kuba böləndə də çox böyük həcm olur. Bir aylıq 3061 kub keçə bilməz yay ayında həmin sayğacdan. 24 saat bina evində yay ayında bu həcmdə qaz istifadə etmək mümkün olmaz. Sızma aşkar edilmədiyini bir daha vurğulayır. İşin halları Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısına dair xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, bir tərəfdən qaz paylayıcısı funksiyasını yerinə yetirən Zaqatala RQİİ-nin Zaqatala XS üzrə rəisi Vəfadar Ağayev şəxsində, digər tərəfdən ünvan 1 ünvanında yaşayan istehlakçı İddiaçı müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Sayğac və plomb dəyişiklikləri barədə çıxarışdan görünür ki, abonent kodu **********00120 olan istifadəçinin sayğacı xx.xx.2024-cü il tarixdə dəyişdirilmişdir. xx.xx.2025-ci il tarixli abonentin saldosundan görünür ki, abonent kodu **********00120 olan, ünvan 1 ünvanında yaşayan İddiaçı sayğac göstəricisi üzrə 2024-cü ilin 9-cu ayında 565.99 manat borcu vardır. Cavabdeh X1 İstismarı İdarəsinin 16 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixində **********00120 nömrəli qaz hesabı Zara Yüzbaşevadan İddiaçı adına dəyişdirilmişdir. xx.xx.2024-cü il tarixinədək Yüzbaşeva Zara ilə bağlanılmış müqavilə qüvvədə olduğundan, həmçinin qaz təchizatının dayandırılması barədə hər hansı müraciət daxil olmadığından xx.xx.2024-cü il tarixinədək mənzilin qaz təchizatı dayandırılmamış, ancaq qeydə alınmış sərfiyyat yaranması araşdırıldıqdan sonra mənzilə qazın verilməsi dayandırılmışdır. xx.xx.2024-cü il tarixində İddiaçı mənzilin qaz təchizatı bərpa edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2.2-ci maddəsinə əsasən qazdan istifadə edən istehlakçı qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh X10 İstismar İdarəsinin abonenti kimi müqavilə bağlamaqla özü ünvan 1-də yaşayır. Cavabdeh X10 İstismar İdarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilmiş və dəyişdirilmişdir. 2024-cü ilin iyul ayına İddiaçı sayğac göstəriciləri üzrə borcu 565.99 manat müəyyən edilərək ona bildiriş verilmişdir. İddiaçı hazırki tələbində 565.99 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, İddiaçı məxsus ünvan 1-də yerləşən fərdi yaşayış evi üçün quraşdırılmış qaz sayğacı Cavabdeh Zaqatala X9 İdarəsinin əməkdaşları tərəfindən quraşdırıldıqdan sonra sayğac göstəriciləri ciddi surətdə artmışdır. İddiaçı sayğaca müdaxilə etməsinə dair hər hansı sübut aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də, borcun yarandığı iyun-iyul aylarının yay ayı olmasını, iddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğacın ötürücülük qabiliyyətini nəzərə alınaraq 1 ay ərzində 3061 kub həcmdə qaz sərfiyyatının ağlabatan olmamasını qeyd etmiş və borcun yaranma səbəbinə dair mötəbər sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sayğacın iddiaçının yaşadığı evdən kənarda quraşdırılmış olması və bu səbəbdən İddiaçı 3061 kubmetr qazın dəyəri olan 565.99 manat məbləğin silinməsini tələb etməkdə haqlıdır. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında araşdırılan abonentin saldosundan da göründüyü kimi əvvəlki illərin müvafiq aylarına və ümumiyyətlə öncəki aylara münasibətdə də iddiaçının qaz sərfiyyatında 7 ayadək önəmli bir artma və ya azalma müşahidə edilmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Azəriqaz X2 X9 İdarəsi tərəfindən İddiaçı sayğac göstəricisi üzrə qaz sərfiyyatı kimi hesablanmış 565,99 manat borc İddiaçı hesabından silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia təmin edilsin. Cavabdeh Azəriqaz X2 X9 İdarəsi tərəfindən İddiaçı sayğac göstəricisi üzrə qaz sərfiyyatı kimi hesablanmış 565,99 manat borc İddiaçı hesabından silinsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar