Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-37/2024 17.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında xx.xx.2008-ci il tarixdə bağlanmış “xüsusi mülkiyyətdə olan torpaq sahəsinin alqı-satqısına dair” yazılı müqaviləyə əsasən cavabdehlərə torpağın alqı-satqısı üçün ödədiyi 1200 ABŞ dolları məbləğində pul və müqavilənin 3-cü bəndinə əsasən müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğu halda müqavilənin bağlandığı gündən müqavilənin icra edilmədiyi hər il üçün ödənilməsi nəzərdə tutulmuş 1000 ABŞ dolları olmaqla (1200 ABŞ dolları+15 il x 1000 ABŞ dolları = 15000 ABŞ dolları= 16200 ABŞ dolları) cəmi 16200 ABŞ dolları məbləğində pul vəsaitinin ödənildiyi günə olan Azərbaycan məzənnəsi ilə cavabdehlərdən alınaraq ona ödənilməsi, cavabdehlər tərəfindən ona vurulmuş maddi zərərin əvəzi olaraq 10000 (on min) manat məbləğində vəsaitin cavabdehlərdən alınaraq ona ödənilməsi, eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödədiyi 204 (iki yüz dörd) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə aralarında xx.xx.2008-ci il tarixdə bağlanmış “xüsusi mülkiyyətdə olan torpaq sahəsinin alqı-satqısına dair” yazılı müqaviləyə əsasən sonuncu JN-0024 nömrəli torpağa mülkiyyət hüququna dair “Dövlət Akt”ı ilə ona və ailə üzvlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpağın bir hissəsini yəni 0,6 ha hissəsini şahidlərin iştirakı ilə 1200 ABŞ dolları məbləğinə birdəfəlik ona satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə Zaqatala rayonu Beretbinə Bələdiyyə sədrinin iştirakı ilə bağlanmış və Bələdiyyənin sədrinin imzası və möhürü ilə təsdiq edilmişdir. Torpağın sənədləri tam hazır olmadığı üçün alqı-satqı müqaviləsini notarial qaydada rəsmiləşdirə bilməmişlər. Lakin onunla aralarında razılaşmışlar ki, torpağın sənədləri düzəldikdən sonra notariat qaydada torpağın alqısatqısı müqaviləsi bağlanacaq və torpağın mülkiyyəti ona veriləcəkdir. Eyni zamanda cavabdehlə aralarında xx.xx.2008-ci il tarixdə yazılı surətdə bağlanmış torpağın alqısatqısı müqaviləsinin 3-cü bəndinə əsasən, əgər cavabdeh tərəfindən müqavilə pozularsa, yəni cavabdeh torpağı onun mülkiyyətinə verməkdən imtina edərsə cavabdeh ödənilmiş məbləği müqavilənin bağlanmasından ötən hər il üçün 1000 (bir min) ABŞ dolları əlavə olunmaqla ona qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndində qeyd olunan torpağın alqı-satqısı üçün nəzərdə tutulmuş 1200 ABŞ dolları tərəfindən şahidlərin iştirakı ilə həmin tarixdə cavabdehə verilmişdir. Bu faktı şahidlər də təsdiq edə bilər. Çünki bu müqavilənin şərtləri bələdiyyənin idarə binasında cavabdehin və şahidlərin yanında ucadan oxunmuş, müqavilə cavabdeh və şahidlər tərəfindən imzalanaraq təsdiq olunmuşdur. JN-0024 nömrəli torpağa mülkiyyət hüququna dair “Dövlət Akt”ının “Mülkiyyətə verilmiş torpaq sahəsinin” Planı cizgisi səhifəsində Zaqatala rayon Beretbinə Bələdiyyəsi tərəfindən torpaq sahəsinin 0,6 ha hissəsinin İddiaçı satılması qeydi qoyulmuş və Bələdiyyənin möhürü ilə təsdiqlənmişdir. Satılan torpağın cizgisi hazırlanmış qonşu torpaqlar göstərilməklə hər iki tərəf imzalayaraq razılaşdırılmışdır. Həmçinin JN-0024 nömrəli torpağa mülkiyyət hüququna dair “Dövlət Akt”ına əsasən cavabdeh və onun ailə üzvlərinə verilmiş torpaq sahəsinin 0,6 ha hissəsinin ona satılmasına cavabdehin həyat yoldaşı digər Cavabdeh2 daxx.xx.2008-ci il tarixli ərizə verərək öz razılığını vermişdir. Lakin cavabdehlər torpağın sənədlərini aldıqdan sonra torpağın mülkliyyətini onun adına keçirməkdən boyun qaçıraraq aralarında bağlanmış yazılı müqaviləni birtərəfli qaydada pozmuşdurlar. Buna görə də, hesab edir ki, müqavilənin şərtləri cavabdehlər tərəfindən pozulduğuna görə, cavabdehlərə torpağın alqı-satqısı üçün ödədiyi 1200 ABŞ dolları məbləğində pul və müqavilənin 3-cü bəndinə əsasən müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğu halda müqavilənin bağlandığı gündən müqavilənin icra edilmədiyi hər il üçün ödənilməsi nəzərdə tutulmuş 1000 ABŞ dolları olmaqla (1200 ABŞ dolları+15 il x 1000 ABŞ dolları = 15000 ABŞ dolları= 16200 ABŞ dolları) cəmi 16200 ABŞ dolları məbləğində borc pul ödənildiyi günə olan Azərbaycan məzənnəsi ilə cavabdehlərdən alınıb ona ödənilməlidir. Bundan başqa cavabdehlər torpağı ona faktiki satdıqda həmin torpaq sahəsində 3 cərgə (təxminən 60 top ağac) bir illik fındıq ağacları var idi. Ötən 15 il ərzində o, həmin fındıq ağaclarına aqrotexniki qulluq göstərmiş, gübrələmə və seyrəltmə işləri aparmış və məhsul verən bağ səviyyəsinə çatdırmışdır. 15 il ərzində o həmin torpaq sahəsinə və orada olan fındıq ağaclarına 10000 (on min) manat məbləğində xərc çəkmişdir. Hazırda cavabdehlər həmin torpaq sahəsini ondan geri alaraq ona eyni zamanda 10000 (on min) manat məbləğində maddi zərər vurmuşlar. Beləliklə cavabdehlər tərəfindən ona vurulmuş maddi zərərin əvəzi olaraq 10000 (on min) manat məbləğində vəsaitin və eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödədiyi 204 (iki yüz dörd) manat məbləğində pul cavabdehlərdən alınaraq ona verilməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. 09 avqust 2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərmişdir ki, o, Cavabdeh1 bacısıdır və Bakı şəhərində yaşayır. O, kənddən torpaq almaq istəmiş və bu barədə əvvəllər bələdiyyədə işləyən İddiaçı bildirmişdir. İddiaçı ona torpaq təşkil edəcəyini bildirmiş və o iddiaçıya 1000 ABŞ dolları verərək yarım hektar torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində o, fındıq bağı salmışdır. Daha sonra isə həmin torpaq sahəsinin sənədi olmadığı üçün satmaq istəmiş və iddiaçı ona torpaq sahəsini qardaşına satacağını demişdir. İddiaçı ona 1000 manat pulu qaytarmış və o bundan sonra torpaqla maraqlanmamışdır. 09 avqust 2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəmə iclasında göstərmişdir ki, hər iki tərəf qonşularıdır. O, alı-satqı olarkən tərəflərlə birlikdə iştirak etmiş və müqaviləni imzalamışdır. Torpaq sahəsi 60 sot olmuş və həmin torpağa görə pulun verilməsini xatırlamır. Torpaq sahəsində təzə salınan fındıq bağı olmuş və həmin fındıq tinqlərini Cavabdeh1 əkmişdir. 09 avqust 2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərmişdir ki, Şərafəddin və Məhəmməd onun xalası oğlanlarıdır. İddiaçı bələdiyyə binasına onları alqı-satqıya şahid kimi iştirak etmələri üçün çağırmış və alqı-satqı müqaviləsi imzalanarkən Şərafəddin, Səbiyyət və Cəbrayıl olmuşdur. Onun yanında İddiaçı 1200 ABŞ dolları Cavabdeh1 vermişdir. Zaqatala Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(033)-626/2023 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək iş üzrə icraat dayandırılmışdır. Zaqatala Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(033)-626/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” tələbinə dair iddia ərizəsi üzrə icraat təzələnmiş və məhkəmə hazırlıq iclasının 17 yanvar 2024-cü il tarixə saat 11:40-a təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2023-cü il tarixli 3-16-16/2-4/1594 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(033)-626/2023 saylı mülki işin 52-ci vərəqində olan xx.xx.2003-cü il tarixli Xüsusi Mülkiyyətdə olan torpaq sahəsinin alqı-satqısına dair Müqavilənin aşağı hissəsində “Tərəflərin imzaları:” bölməsinin “1. TORPAĞİ SATAN:” qrafasındakı “/ÖMƏROVA SƏYİBƏT Ə./” yazılarının qarşısındakı imza- Cavabdeh1 tərəfindən icra olunmuşdur. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, cavabdehin bacısı Bakıda yaşayırdı, 90-cı illərdə kommersiya ilə məşğul olurdu, imkanlı idi. Cavabdehlər isə yenicə evə köçmüşdülər. Bir müddət sonra bacısı cavabdehlərə dam tikmək üçün köməklik etmiş, bacısı bildirmişdi ki, əgər mal-qara varsa, gərək ot sahəsi də olsun. Bu məqsədlə qonşu sahənin 60 sot torpağını cavabdehlərin adına sənədləşdirmişdirlər. Bir ildən sonra onlar arasında söz-söhbət yarandığı üçün bacısı pullarını geri istəmişdir. Həmin torpaq sahəsinə 1500 dollar xərci çıxdığını bildirmişdir. O isə həmin torpağa bu qədər pulu verə bilməyəcəyini bildirmiş, Rusiya Fedarasiyasında olan qardaşına zəng etmiş, qardaşı isə bildirmişdir ki, o özü alsın, qayıtdıqdan sonra pulunu verəcəkdir. Qardaşı 2008-2010-cu illərdə rayona gələrək pulu ona qaytarmışdır. O, qardaşının adından həmin torpağı 15 il istifadə etmişdir. 2018-ci ildə qardaşı qəfildən dünyasını dəyişdiyindən o, 5 il də həmin torpaqdan istifadə edərək, yığılan fındığı isə məscidə ehsan kimi vermişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, cavabdehlər torpağı öz adlarına keçirmişdirlər. O, elə güman etmişdir ki, cavabdeh torpağı ayırıb sənədi ona vermək istəyirlər. Suallara cavab olaraq İddiaçı bildirmişdir ki, qardaşından aldığı pulu Cavabdeh1 vermişdir. Müqavilə şərtlərini özü yerli şəraitə uyğun olaraq əlavə etmiş və 2008-ci ildə müqavilə bağanan vaxtdan 15 il torpaq sahəsi onda olmuşdur. Bu il isə torpağı ondan götürmüşdürlər. Həmçinin İddiaçı xx.xx.12023-cü il tarixli ərizəni məhkəməyə təqdim edərək bildirmişdir ki, pul tələbinə dair qaldırmış olduğu iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş edir. Cavabdeh1 və onun vəkili Vəkil və Cavabdeh2 məhkəmə iclasında mülki işin baxılmamış saxlanmasına etirazlarının olmadığını bildirmişlər. Məhkəmə ərizəni nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 12 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İş materiallarına əlavə edilmiş 27 aprel 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 203 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 203 (iki yüz üç) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı Şərafəddin Məmmədbəşir oğluna geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 23 noyabr 2023-cü il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 110 manat təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 110 (bir yüz on) manat ekspertiza xərci İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı: X2, kodu 210005, VÖEN: **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 203 (iki yüz üç) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İddiaçı 110 (bir yüz on) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********0**********. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-37/2024
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-37/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver