Məhkəmə qərarları › İş №e-2(033)-377/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-377/2023

06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-377/2023 06.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Ərizəçi1, Əliyeva (Yəhyəyeva) Ceyhunə Ziyad qızı və Ərizəçi3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Əliyeva (Yəhyəyeva) Ceyhunə Ziyad qızı və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası İtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri Ərizəçilər Ərizəçi1, Əliyeva (Yəhyəyeva) Ceyhunə Ziyad qızı və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası İtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X29 Komitəsinin Zaqatala rayon Şöbəsi tərəfindən X10 adına verilmiş A seriyalı 432372 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi1 məxsus olması, maraqlı şəxsin elektron baza məlumatlarında X6 dair yazılmış məlumatların Əliyeva (Yəhyayeva) Ceyhunə Ziyad qızına və X17 dair yazılmış məlumatların isə Ərizəçi3 məxsus olmasını müəyyən etməklə həmin məlumatların onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər ərizələrini onunla əsaslandırmışlar ki, onların Zaqatala rayonu Gözbarax kəndi ərazisində yerləşən 15637 kv.m torpaq sahələri vardır. Həmin torpaq sahəsi üçün A seriyalı 432372 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, həmin sənəd xx.xx.2013- cü il tarixdə 240 nömrəsi ilə X45 kitabında uçota alınmış və X29 Komitəsinin Zaqatala rayon Şöbəsinin müdiri tərəfindən təsdiq olunmuşdur. Lakin Torpaq sahəsinin planı və ölçüsü sənədində Ərizəçi1 adı “Ziya” deyil, səhv olaraq “Ziyad” yazılmışdır. Bundan başqa maraqlı şəxsin elektron bazasında Cuma Ziyad oğlunun və Ceyhunə Ziya qızının soyadları səhvən yazılmışdır. Onlar torpaq sahəsinə Çıxarış almaq məqsədi ilə DƏDR-də qeydiyyata aldırmaq üçün cavabdeh təşkilata müraciət etdik. Lakin həmin təşkilat torpaq islahatı nəticəsində verilmiş torpaq sahəsinə dair subyektlərin siyahısında düzəlişlərin edilməsindən imtina etmişdir. X10 adına hazırlanmış A seriyalı 432372 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi1 məxsus olması, maraqlı şəxsin elektron baza məlumatlarında səhv yazılmış X6 dair məlumatın Əliyeva (Yəhyayeva) Ceyhunə Ziyad qızına məxsus olması və maraqlı şəxsin elektron baza məlumatlarında səhv yazılmış X17 dair məlumatın isə Ərizəçi3 məxsus olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ziyanın adında səhvən “D” hərfi əlavə edilmişdir. Ceyhunənin soyadı Yəhyayeva ona görə yazılmışdır ki, onların nəslində həmin familiyadan vardır. Cumanın soyadı Ramazanov ona görə yazılmışdır ki, Cuma doğularkən valideynlərinin rəsmi nikahı olmadığından onun soyadı anasının soyadı kimi yazılmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə qarşı etirazın dəlilləri Tələbə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi Nümayəndə2 ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan A seriyalı 432372 nömrəli Azərbaycan Resublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən X10 mülkiyyətinə Zaqatala rayonu Gözbarax kəndində 15637 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin 02 noyabr 2022-ci il tarixli 2351 saylı arxiv arayışından görünür ki, Nümayəndə2 ailə tərkibi 1996-2000-ci illərdə 4 saylı təsərrüfatbaşına kitabın 152-ci səhifəsinə əsasən X32, X27, X11, X12 və X4 ibarətdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli 400 saylı arayışından görünür ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı X25 qeyd olunmuşdur. Odur ki, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi1 ilə adlı siyahıda qeyd olunan X25 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli 401 saylı arayışından görünür ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı X27 qeyd olunmuşdur. Odur ki, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi3 ilə adlı siyahıda qeyd olunan X27 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli 403 saylı arayışından görünür ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı X11 qeyd olunmuşdur. Odur ki, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi2 ilə adlı siyahıda qeyd olunan X11 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli 408 saylı arayışından görünür ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı X12 qeyd olunmuşdur. Odur ki, AA ******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan X26 ilə adlı siyahıda qeyd olunan X12 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli 402 saylı arayışından görünür ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı X14 qeyd olunmuşdur. Odur ki, AZE 14973913 nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan X18 ilə adlı siyahıda qeyd olunan X14 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə tərəfindən təsdiq edilmiş 02 noyabr 2022-ci il tarixli aktlardan görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiq edilmiş torpaq payı alacaq subyektlərin siyahısında X7 adı texniki səhv olaraq X34 kimi, X13 adı səhv olaraq X2, Ərizəçi2 adı səhv olaraq X3, Ərizəçi3 adı səhv olaraq X8, Ərizəçi1 adı səhv olaraq X5 yazılmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Gözbarax kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx xxxxx 1981-ci ildə doğulmuşdur. X23 Əhmədoğlu və anası X9r. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Yuxarı Çardaxlar İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1944-cü ildə doğulmuşdur. X1 və X21r. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Gözbarax kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X33 ilə X12 nikahlarını 05 yanvar 206-cı ildə bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Yahyayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Gözbarax kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X38 ilə X22 nikahlarını 08 fevral 2011-cı ildə bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Gözbarax kənd soveti tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X15 nikahlarını 24 iyul 1982-ci ildə bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Şahvələdova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 26 aprel 2023-cü il tarixli elektron baza məlumatından görünür ki, Zaqatala rayonu Gözbarax kəndi üzrə torpaq sahəsi verilmiş subyektlər siyahısında X25, X16, X27, X11, X12 və X14 qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədləri bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçilərin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Ərizəçi1 tərəfindən təqdim edilmiş A seriyalı 432372 nömrəli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü”nün ona məxsus olması tələbini təsdiq edən mümkün və kifayət edən sübutlar təqdim edilmişdir. Həmin sübutlar yuxarıda sadalandığı kimi ərizəçinin AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində “Ərizəçi1” göstərilməsinə rəğmən, digər sənədlərdə, yəni “X25” kimi göstərilməsi barədə A seriyalı 432372 nömrəli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədidir. Bundan başqa maraqlı şəxsin baza məlumatlarında X6 dair yazılmış məlumatların Əliyeva (Yəhyayeva) Ceyhunə Ziyad qızına və X17 dair yazılmış məlumatların isə Ərizəçi3 məxsus olması da sübuta yetirilmişdir. Məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və A seriyalı 432372 nömrəli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərizəçi1, həmçinin maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin elektron baza məlumatlarında X6 dair yazılmış məlumatların Əliyeva (Yəhyayeva) Ceyhunə Ziyad qızına və X17 dair yazılmış məlumatların isə Ərizəçi3 məxsus olması faktı sübuta yetirildiyindən və bu faktın müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçilərin ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. A seriyalı 432372 nömrəli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərizəçi1, həmçinin maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin elektron baza məlumatlarında X6 dair yazılmış məlumatların Əliyeva (Yəhyayeva) Ceyhunə Ziyad qızına, X17 dair yazılmış məlumatların isə Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar