Məhkəmə qərarları › İş №e-2(033)-386/2022

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-386/2022

31.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-386/2022 31.08.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 katibliyi, İddiaçı, eyni zamanda İddiaçı nümayəndəsi Qanuni nümayəndə və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı və Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 qarşı torpaq sahəsində payların naturada ayrılması və cavabdehlərin ayrılmış hissədən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nənəsi X1 ilə babası X5 1969cu ildə birgə nikah dövründə əldə etdiyi və sonra babası X8 tərəfindən anası X6 vəsiyyət etdiyi və 1995-ci ildə babasının ölümündən sonra anası tərəfindən faktiki qəbul edilmiş miras əmlakın vəsiyyətnamə əsasında anasına düşən pay hissəsində vərəsəlik payının verilməsinə, anası X2 miras qalmış həyətyanı torpaq sahəsindən ona, atasına düşən miras payının onlara verilməsinə, atası Qanuni nümayəndə və onun mülkiyyətində olan torpaq və əmlak paylarının cavabdehlərə düşən hissədən naturada ayrılıb ayrıca onların ikisinin mülkiyyətinə verilməsinə, paylarının ayrılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qanuni nümayəndə vəsatətinə əsasən məhkəmə tərəfindən iddiaçı qismində işə cəlb edilmişdir. İddiaçılar İddiaçı və Qanuni nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi paylı mülkiyyətlərində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1288 ha həyətyanı torpaq sahəsindən onlara düşən 3/4 payın (hissənin) naturada ayrılması, o cümlədən cavabdehlərin naturada ayrılmış həmin hissələrdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı və Qanuni nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı, eyni zamanda İddiaçı nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 qarşı verdikləri torpaq sahəsində payların naturada ayrılması və cavabdehlərin ayrılmış hissədən çıxarılması tələbinə dair iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil da iddia ərizəsinin geri qaytarılmasına etirazı olmadığını bildirdi. Məhkəmə ərizəni nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 12 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı və Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 qarşı torpaq sahəsində payların naturada ayrılması və cavabdehlərin ayrılmış hissədən çıxarılması tələbinə dair iddia ərizəsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılar İddiaçı və Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 qarşı torpaq sahəsində payların naturada ayrılması və cavabdehlərin ayrılmış hissədən çıxarılması tələbinə dair ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar