Məhkəmə qərarları › İş №e-2(033)-402/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-402/2023

16.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-402/2023 16.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X59 iştirakı ilə İddiaçı Cavabdeh Təmuraz qızına qarşı “miras əmlakdan payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh Təmuraz qızına qarşı “miras əmlakdan payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 olan fərdi yaşayış evi, həmin evin yerləşdiyi mərhum X3ndan, mərhum anası X26, mərhum qardaşı X21 miras qalmış 0,04 ha torpaq sahəsinin 3/5 hissəsi ilə bağlı mirasın qəbulu müddətinin uzadılması və miras əmlak üzərində onun payının tam olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 fərdi yaşayış evi mərhum X1, həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi, mərhum X1, mərhum anası X32, mərhum qardaşı X27, mərhum qardaşı X28 və onun birgə paylı mülkiyyətindədir. X3 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Babasının vəfatından sonra onun dörd nəfər vərəsəsi, oğlu X15, oğlu X44, qızı X45 və qızı X22 qalmışdır. X1 vəfatından sonra onun mirası ancaq anası X45 tərəfindən faktiki qəbul edilmiş və anası vəfat etdiyi xx.xx.2019-cu il tarixədək həmin evdə yaşamışdır. X10 80-cı illərdə həmin evdən çıxmış və Bakı şəhərində yaşamış, xx.xx.2004cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Heç vaxt atasından qalmış mirası heç bir formada qəbul etməmişdir. X44 70-ci illərdə hərbi xidmətə getmiş və həmin vaxtdan Rusiya Federasiyasında yaşamış, Rusiya Federasiyası vətəndaşı olmuş, 2022-ci il tarixdə vəfat etmişdir. Hec vaxt atasından qalmış mirası heç bir formada qəbul etməmişdir. X9 rayonu İlisu kəndinə ərə köçmüş və orda yaşamış, xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Heç vaxt atasından qalmış mirası heç bir formada qəbul etməmişdir. Anası atası X7 vəfatından sonra ona məxsus Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 fərdi yaşayış eviində yaşamış, mirası faktiki olaraq qəbul etmiş və xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Anası, atası və o, bacı, qardaşları babasının sağlığında ona məxsus Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 fərdi yaşayış evində yaşamışlar. Miras əmlakı əvvəlcə anası, anasının vəfatından sonra onun tərəfindən qəbul edilmişdir. Heç bir vərəsə miras əmlakını qəbul etməmişdir. İddiaçı 09 may 2023-cü il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 olan fərdi yaşayış evi, həmin evin yerləşdiyi mərhum X3ndan, mərhum anası X26, mərhum qardaşı X21 miras qalmış 0,04 ha torpaq sahəsinin 3/15 hissəsi ilə bağlı mirasın tərəfindən fakriki qəbul olunması faktının müəyyən edilməsi və miras əmlakı üzərində onun payının tam olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O, izahatında əlavə olaraq göstərdi ki, dayısı X15 1980-cı illərdə babasından miras qalmış evdən çıxmış və Bakı şəhərində yaşamış, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ailəsi - arvadı Aliyə Əfəndiyevadan və qızı Fəridə Əfəndiyevadan ibarət olmuşdur. X11 1970-ci illərdə hərbi xidmətə getmiş və həmin vaxtdan Rusiya Federasiyasında yaşamış, Rusiya Federasiyası vətəndaşı olmuş, 2022-ci il tarixdə vəfat etmişdir. Onun ailəsi və uşaqları ilə heç bir əlaqəsi yoxdur. X6 Qax rayonu İlisu kəndinə ərə köçmüş və orada yaşamış və xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Onun iki oğlu Osman və Məhəmməd babasından miras qalmış əmlakdan imtina etmişlər. Mübahisələndirilən miras qalmış evdə anası Ayşə Əfəndiyeva yaşamış və o, xx.xx.2019-cu ildə vəfat etmişdir. Anasının ondan başqa 3 övladı olmuşdur. X86 miras əmlakdan imtina etmişdir. X74 2016-cı ildə vəfat etmişdir və onun arvadı da miras əmlakdan imitna etmişdir. X56 arvadı olan Cavabdeh notariat ofisindən miras əmlakdan ona düşən 1/5 hissəyə şəhadətnamə almışdır. Qardaşı Tərlanın 3 vərəsəsi vardır, arvadı və iki övladı. Anasının vəfatından sonra mübahiləsi miras əmlakda yalnız o yaşamış və mirası faktiki qəbul edərək idarə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X91 məhkəmə iclasında ərizə təqdim edərək göstərdi ki, o, Kamran Mustafayevin arvadıdır. X106 14 noyabr 2016-cı ildə vəfat etmişdir. O, Kamran Mustafayev ilə evləndikdən sonra Zaqatala şəhərində başa evdə yaşamışlar. Onlar mübahisələndirilən evdə heç vaxt yaşamamışlar və mirası qəbul etməmişlər. Mübahisəli miras qalmış Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 fərdi yaşayış evinin X106ə düşən 3/15 hissəni o, qəbul edib. İddiaçı iddiasının qismən təmin olunmasına etiraz etmir. Belə ki, miras əmlakı faktiki olaraq İddiaçı qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X81 ifadəsində göstərdi ki, iddiaçı onun qonşusudur. Onun evinin arxası iddiaçının evidir. Evlərinin arasında 5 metr məsafə vardır. Mütəllib Mutafayevin anası Ayşə Əfəndiyeva olmuşdur. Ayşə Əfəndiyeva öldükdən sonra mübahisələndirilən evdə İddiaçı yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X82 ifadəsində göstərdi ki, iddiaçı ilə qonşudurlar. Onların evləri üzbəüz yerləşir. İddiaçının anası vəfat etdikdən sonra mübahisəli evdə iddiaçı yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X60 ifadəsində göstərdi ki, iddiaçı onun qardaşıdır. Babası Məhəmməd vəfat etdikdən sonra orada təkcə anası Ayşa yaşamışdır. Anası Ayşa vəfat etdikdən sonra həmin evdə qardaşı Mütəllib ailəsi ilə birlikdə yaşayır. İşin halları: İş materiallarına əlavə edilmiş Zaqatala rayon VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1982-ci ildə doğulmuşdur. X2 və anası X34r. İş materiallarına əlavə edilmiş Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli 277 saylı arayışdan görünür ki, mərhum X61 vəfat edənədək ünvan 1 ünvanda yaşamış, 26 yanvar 2019-cu ildə vəfat etmişdir. X75 vəfatından sonra oğlu İddiaçı və qızı X46 qalmışdır. X75 həyan yoldaşı X33 28 aprel 2003-cü ildə, oğlu X52 12 iyun 2012-ci ildə, oğlu X53 14 noyabr 2016-cı ildə vəfat etmişlər. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhdətnamələrin surətlərindən görünür ki, X14 24 mart 1999-cu ildə, X61 26 yanvar 2019-cu ildə, X33 28 aprel 2003-cü ildə, X52 12 iyun 2012-ci ildə, X53 14 noyabr 2016-cı ildə, X35 14 aprel 2015-ci ildə, X10 13 dekabr 2004-cü ildə vəfat etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın qeydiyyat nömrəsi ********** saylı xx.xx.2019-ci il tarixli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyət hüququ üzrə X7, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə X7, X32, X27, X28 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş X60 tərəfindən notariat ofisinə verilmiş ərizədən görünür ki, 26 yanvar 2019-cu ildə vəfat etmiş anası X47 məxsus olan mirasın qəbulu ilə bağlı mirasın açıldığı yer üzrə notariat ofisinə ərizə ilə müraciət etməmişdir. Miras qalmış əmlaka sahiblik və ya əmlakın idarə edilməsində heç bir iştirakı olmamışdır. Miras qalmış əmlaka dair vərəslik hüququ haqqında şəhadətnamənin mirası qəbul edən digər vərəsələrin adına rəsmiləşdirlməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X44 09 oktyabr 2020-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın qeydiyyat nömrəsi ********** saylı xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyət hüququ üzrə X7, torpaq sahəsi isə paylı mülkiyyət hüququ üzrə payı 3/15 hissə olmaqla X32, payı 3/15 hissə olmaqla X28, payı 3/15 hissə olmaqla İddiaçı, payı 1/15 hissə olmaqla Cavabdeh, payı 1/15 hissə olmaqla X18 və payı 1/15 hissə olmaqla X29 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 10 avqust 2022-ci il tarixli 2V-634 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12 iyun 2012-ci il tarixdə vəfat etmiş X27 vərəsləri arvadı Cavabdeh, qızı X36 və qızı X37r və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən əmlak ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx/xx/2019-cu il tarixdə X38 verilmiş **********01 reyestr nömərli ********** qeydiyyat nömərli dövlət reystrindən çıxarışa əsasən Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 0,04 ha olan torpaq sahəsinin 1/5 hissəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsinin 01 may 2014-cü il tarixli 283 saylı arayışından görünür ki, Zaqatala şəhəri üzrə mülkiyyət hüququna dair verilən JN 1180A saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə mülkiyyətçinin və onun ailə üzvlərinin adları səhv yazılmışdır. Həmin torpağa mülkiyyət hüququna dair şəhadətnamədə mülkiyyətçinin və onun ailə üzvlərinin adları X14, X62, X52, X53 və İddiaçı kimi oxunmalıdır. İş materiallarına əlavə edilmiş JN-1180A KOD 40201004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 17 saylı qərarı ilə Zaqatala şəhərində X16, X19, X39, X40 və X23 mülkiyyətinə 0,04 ha torpaq shaəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 578 nömərli torpaq qeydindən görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 500 m2 olan torpaq sahəsi X17 adınadır. İş materiallarına əlavə edilmiş X48 tərəfindən notariat ofisinə verilmiş ərizədən görünür ki, 31 oktyabr 2022-ci ildə vəfat etmiş X3ndan miras qalmış ünvan 4 ünvanda yerləşən 81,70 m2 sahəsi olan fərdi yaşayış evi və ümumi birgə mülkiyyət üzrə ümumi sahəsi 0,04 ha həyətyanı torpaq sahəsini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərk qəbul etməmişdir. Babasından miras qalmış fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmir. İş materiallarına əlavə edilmiş X24 tərəfindən notariat ofisinə verilmiş ərizədən görünür ki, 31 oktyabr 2022-ci ildə vəfat etmiş X3ndan miras qalmış ünvan 4 ünvanda yerləşən 81,70 m2 sahəsi olan fərdi yaşayış evi və ümumi birgə mülkiyyət üzrə ümumi sahəsi 0,04 ha həyətyanı torpaq sahəsini ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərk qəbul etməmişdir. Babasından miras qalmış fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X53 ilə X91 nikahlarını 31 oktyabr 2009-cu ildə bağlamışlar. Nikah bağlandıdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X41 01 sentyabr 2010-cu ildə, X54 05 avqust 2012-ci ildə doğulmuşdur. Valideynləri ataları X53 və anaları X68r. İş materiallarına əlavə edilmiş Zaqatala şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı yaşadığı ünvan 2 ünvandakı mənzildə 24 mart 1999-cu il tarixədək mərhum X3, 26 yanvar 2019-cu il tarixədək anası X62 yaşamışdır. Həmin ünvanda hazırda İddiaçı öz ailəsi ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nin Əliabad qəsəbə inzibati ərazi dairəsinin 12 iyun 2023-cü il tarixli arayışından görünür ki, X59 nümyəndəlikdəki 01 saylı ev təsərrüfatlarının uçotu kitabının 154-cü səhifəsinə əsasən ailə tərkibi anası X69, qızı X41, oğlu X49 və qardaşı X70 ibarətdir. İş materiallarına əlavə eidlmiş 04 oktyabr 2020-ci il tarixli AN-İ ******* mömərli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətidən görünür ki, X63 və X8 ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 30,7 kvm olan fərdi yaşayış evini X20 5300 manat satmışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın qeydiyyat nömrəsi ********** saylı xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanda 0,03 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı ½ hissə olmaqla X4 və payı ½ hissə olmaqla X42 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. … Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin məhkəmələr tərəfindən rəhbər tutulmalı və məcburi hüquqi qüvvəsi olan qeyd edilən qərarında formalaşdırılmış hüquqi mövqeyi ondan ibarətdir ki, vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit edilmişdir. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddialara baxır. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını araşdırıb proses iştirakçılarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7, torpaq sahəsi isə paylı mülkiyyət hüququ üzrə payı 3/15 hissə olmaqla X62, payı 3/15 hissə olmaqla X53, payı 3/15 hissə olmaqla İddiaçı, payı 1/15 hissə olmaqla Cavabdeh, payı 1/15 hissə olmaqla X36 və payı 1/15 hissə olmaqla X29 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X14 xx.xx.1999-cu il tarixdə vəfat etmiş və onun vəfatından sonra dörd nəfər vərəsəsi, oğlu X15, oğlu X44, qızı X45 və qızı X22 qalmışdır. X7 vəfatından sonra onun mirası X45 tərəfindən faktiki qəbul edilmiş və sonuncu vəfat etdiyi xx.xx.2019-cu il tarixədək həmin evdə yaşamışdır. X15, X44 və X22 atalarından qalmış mirası heç bir formada qəbul etməmişlər. X12 atası X7 vəfatından sonra ona məxsus Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 olan fərdi yaşayış evində yaşamış, mirası faktiki olaraq qəbul etmiş və xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İşdən göründüyü kimi, X7 öldüyü günə miras kütləsinə daxil olan əmlak Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 olan fərdi yaşayış evi olmuş və həmin miras əmlakı X45 faktiki olaraq qəbul etmişdir. X25 vəfatında sonra isə həmin miras əmlakı onun oğlu İddiaçı faktiki olaraq qəbul edərək hal-hazıradək idarə edir. Bundan başqa iş materiallarında görünür ki, X53 14 noyabr 2016-cı ildə vəfat etmiş və onun arvadı iş üzrə üçüncü şəxs Xalidə Əliyeva ərindən qalmış mirası qəbul etmişdir. Məhkəmə miras əmlakı qəbul etmə faktına hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İş üzrə tərəflərin və şahidlərin məhkəmə iclasında verdikləri izahatlarından görünür ki, hazırkı mülki iş üzrə İddiaçı tam mülkiyyət hüququ üzrə X1 mülkiyyətində olan və ondan miras qalmış Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 olan fərdi yaşayış evini tam və paylı mülkiyyət hüququ üzrə X1 və anası X32 mülkiyyətində olan və onlardan miras qalmış torpaq sahəsinin 3/15 hissələrini faktiki olaraq qəbul etmiş və orada yaşamışdır. Məhz bu səbəbdən iddia qismən təmin edilməlidir. İşin hallarından görünür ki, iddiaçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hal işin faktiki halları ilə də öz təsdiqini tapır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından, həmin xərc iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mərhum X3ndan miras qalmış Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 olan fərdi yaşayış evi tam, mərhum X3ndan, mərhum anası X26 miras qalmış 0,04 ha torpaq sahəsinin müvafiq olaraq 3/15 və 3/15 hissələri olmaqla cəmi 6/15 hissəsinin iddiaçı tərəfindən tam olaraq faktiki qəbul olunması faktı müəyyən edilsin. İddiaçının dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar