Məhkəmə qərarları › İş №e-2(033)-405/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-405/2023

02.03.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-405/2023 02.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun, Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 02 fevral 2011-ci il tarixdə birgə nikah dövründə doğulmuş X1 18 yaşı tamam olana kimi 19 sentyabr 2022-ci il tarixdən hesablanmaqla hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Ərizəçi banka açılan cari hesabına ödənilməsi, Maraqlı şəxs qalıq hesablanan 1000 (bir min) manat aliment borcunun 19 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 10 ay müddətində hər ay olmaqla təyin olunmuş aliment ödənilərkən 100 manat alimentə əlavə olaraq Ərizəçi banka açılan cari hesabına ödənilməsinə dair 19 sentyabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə aralarında xx.xx.2022-ci il tarixdə mediasiyada barışıq sazişi bağlanmışdır. xx.xx.2022-ci il tarixdə aralarında bağlanmış barışıq sazişinə əsasən, xx.xx.2011-ci il tarixdə birgə nikah dövründə anadan olmuş övladı X1 18 yaşı tamam olana kimi xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Ərizəçi bankda açılan cari hesabına ödənilməsi, Ərizəçi və Maraqlı şəxs qalıq hesablanan 1000 (bir min) manat aliment borcunun Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla 10 (on) ay müddətində hər ay olmaqla təyin olunmuş aliment ödənilərkən 100 (bir yüz) manat alimentə əlavə olaraq Ərizəçi bankda açılan cari hesabına ödənilməsinə razılığa gəlinməsi ilə əlaqədar barışıq sazışı bağlanmışdır. Aralarında barışıq sazişinin bağlanmasına baxmayaraq Maraqlı şəxs alimenti ödəmədiyi və barışıq sazişini icra etmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları 19 sentyabr 2022-ci il tarixli Barışıq sazişindən görünür ki, mediasıya zamanı tərəflər, alimnetin miqdarının artırılması tələbi ailə mübahisəsi ilə əlaqədar xx.xx.2011-ci il tarixdə birgə nikah dövründə anadan olmuş uşaqları X1 18 yaşı tamam olana kimi xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Ərizəçi bankda açılan cari hesabına ödənilməsi, Ərizəçi və Maraqlı şəxs qalıq hesablanan 1000 (bir min) manat aliment borcunun Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla 10 (on) ay müddətində hər ay olmaqla təyin olunmuş aliment ödənilərkən 100 (bir yüz) manat alimentə əlavə olaraq Ərizəçi bankda açılan cari hesabına ödənilməsinə razılğa gəlmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X2 adlı uşaqları dünyaya gəlmişdir. Mülki iş üzrə tərəflər yetkinlik yaşına çatmayan uşaqları olan xx.xx.2011-ci il tarixdə doğulmuş uşaqları X1 18 yaşı tamam olana kimi xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Ərizəçi bankda açılan cari hesabına ödənilməsi, Ərizəçi və Maraqlı şəxs qalıq hesablanan 1000 (bir min) manat aliment borcunun Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla 10 (on) ay müddətində hər ay olmaqla təyin olunmuş aliment ödənilərkən 100 (bir yüz) manat alimentə əlavə olaraq Ərizəçi bankda açılan cari hesabına ödənilməsinə dair razılığa gəlmişlər və 19 sentyabr 2022-ci il tarixə qeyd edilən şərtlərlə barışıq sazişi imzalamışdırlar. Ərizəçi Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtlərinə əməl edilmədiyini əsas gətirərək hazırki ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 19 sentyabr 2022-ci il tarixli barışıq sazişi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, Maraqlı şəxs 19 sentyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış Ərizəçi ilə Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları olan xx.xx.2011-ci il tarixdə doğulmuş X1 18 yaşı tamam olana kimi xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Ərizəçi bankda açılan cari hesabına ödənilməsi, Ərizəçi və Maraqlı şəxs qalıq hesablanan 1000 (bir min) manat aliment borcunun Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla 10 (on) ay müddətində hər ay olmaqla təyin olunmuş aliment ödənilərkən 100 (bir yüz) manat alimentə əlavə olaraq Ərizəçi bankda açılan cari hesabına ödənilməsinə dair 19 sentyabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış Ərizəçi ilə Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları olan xx.xx.2011-ci il tarixdə doğulmuş X1 18 yaşı tamam olana kimi xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Ərizəçi bankda açılan cari hesabına ödənilməsi, Ərizəçi və Maraqlı şəxs qalıq hesablanan 1000 (bir min) manat aliment borcunun Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla 10 (on) ay müddətində hər ay olmaqla təyin olunmuş aliment ödənilərkən 100 (bir yüz) manat alimentə əlavə olaraq Ərizəçi bankda açılan cari hesabına ödənilməsinə dair 19 sentyabr 2022-ci il tarixli barışıq təsdiq edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar