Məhkəmə qərarları › İş №e-2(033)-406/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-406/2023

07.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-406/2023 07.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X14 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və üçüncü şəxs Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X56 18 saylı Zaqatala Ərazi İdarəsinə, Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Cavabdeh3 qarşı vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək, mirasın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, dörd aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, X19 adına 06 fevral 2013-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin, Cavabdeh3 öz adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin ləğv edilməsi, 27 fevral 1987-ci ildə vəfat etmiş X9ndan miras qalmış əmlakdan X10 vasitəsi ilə irsi transmissiya üzrə mirası yeganə qəbul edən vərəsə kimi həmin mirasdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hazırda ünvan 6ində yaşayır. Həyətində 2 yaşayış evi vardır. Yaşayış evinin biri 1962-cı ildə tikilmişdir və həmin evdə mərhum X9 və X2 yaşamışdır. İkinci yaşayış evində isə atası yaşamışdır. Həmin mülkə dair atasının adına xx.xx.1988-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. X9 1987-ci ildə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, babası sağlığında nəyi varsa hamısını mərhumun oğlu X25 03 fevral 1982-ci ildə vəsiyyət etmişdir. X2 xx.xx.1982-ci ildə, X9 isə xx.xx.1987-ci ildə ölmüşdür. Hər ikisinə X10 baxmış, onların dəfnini yola salmış, onlara məxsus olan mirası qəbul etmiş və ölümünədək idarə etmişdir. X10 xx.xx.1994-cü ildə ölmüşdür. Atasının ölümündən sonra həmin miras əmlakı o qəbul edərək idarə etmişdir və hazırda da faktiki idarə edir. Qeyd edir ki, X9nun 0.22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1962-ci ildə inşa edilmiş iki mərtəbəli, iki otaqlı ümumi sahəsi 85.2 kvm, yaşayış sahəsi 39.8 kvm olan fərdi yaşayış evi olmuşdur. X9 27 fevral 1987-ci ildə vəfat etmiş, onun öldüyü məqamda onun sağ qalmış iki övladı X42 və X43 olmuşdur. X43 2012-ci ildə Zaqatala rayon Dövlət Notariat Kontoruna müraciət edərək X9ndan miras qalmış 0.22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1962-ci ildə inşa edilmiş iki mərtəbəli, iki otaqlı ümumi sahəsi 85.2 kvm, yaşayış sahəsi 39.8 kvm olan fərdi yaşayış evinin onun adına rəsmiləşdirilməsi və bununla bağlı 03 fevral 1982-ci il tarixli vəsiyyətnamə təqdim etmiş və babasının tam payından ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə Zaqatala rayon Dövlət Notariat Kontoru tərəfindən 16 fevral 1982-ci ildə təsdiq edilən və reyestrdə 2/43 nömrə ilə qeydə alınan vəsiyyətnaməyə əsasən 22 iyun 1982-ci ildə vəfat etmiş X5 və 27 fevral 1987-ci ildə vəfat etmiş X26 vəsiyyətnamədə göstərilən əmlakı 0.22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1962-ci ildə inşa edilmiş iki mərtəbəli, iki otaqlı ümumi sahəsi 85.2 kvm, yaşayış sahəsi 39.8 kvm olan fərdi yaşayış evi tam hissədə X19 adına tam irs verilmişdir. X10 X9ndan qalmış mirası faktiki qəbul etdiyinə görə Notariat orqanına ərizə verməmiş, digər tərəfdən əmisi X43 isə miras əmlakda bir dəfə də olsun yaşamamış, mirası nə rəsmi, nə də qeyri rəsmi üsulla qəbul etməmişdir. Həmin halları sübut etmək üçün İƏD-də tərtib edilmiş Akt və Bələdiyyənin arayışını məhkəməyə təqdim edir. Zaqatala rayon Dövlət Notariat Kontoru X9ndan miras qalmış əmlaka X19 adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş, miras əmlakı qəbul etmədiyi halda yalnız vəsiyyətnamə əsasında X25 tam hissədə miras payı müəyyən etmişdir. Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin özü də qüsurlu tərtib edilmiş, 22 iyun 1982-ci ildə vəfat etmiş X7 məxsus hər hansı əmlak qeydə alınmadığı və onun tərəfindən vəsiyyətnamə verilmədiyi halda, 22 iyun 1982-ci ildə vəfat etmiş X5 və 27 fevral 1987-ci ildə vəfat etmiş X26 vəsiyyətnamədə göstərilən əmlakına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X25 mirasdan tam irs verilmişdir. X43 06 fevral 2013-cü il tarixdə 0.22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1962-ci ildə inşa edilmiş iki mərtəbəli, iki otaqlı ümumi sahəsi 85.2 kvm, yaşayış sahəsi 39.8 kvm olan fərdi yaşayış evinə qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. 05 sentyabr 2016-cı ildə X43 ölmüş, onun ölümündən sonra Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunda vərəsəlik işi açılmış, onun arvadı olan Cavabdeh3 Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun notariusu Gözəl İsgəndərova tərəfindən dörd aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, Cavabdeh3 öz adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Cavabdeh3 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 6ində yerləşən DƏDRX-nin verdiyi RX seriyalı ******* və ******* saylı çıxarışlarda qeyd olunmuş 0.2202 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və 0,3684 ha torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması, onun həmin torpaq sahələrinə və fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Zaqatala Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(033)-8/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bu qətnamənin özündən də görünür ki, X43 mirası qəbul etməmiş, orada yaşamamış, oradan istifadə etməmişdir. Qeyd etmək istəyir ki, Zaqatala rayon Dövlət Notariat Kontoru 27 fevral 1987-ci ildə vəfat etmiş X20 qalmış miras əmlakı bölüşdürərkən onun mirası qəbul etmiş digər vərəsələrini çağırmamış, mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş, mirası qəbul etmiş şəxslər arasında mirasın bölüşdürüldüyü halda bunu etməyərək mərhum X26 mirasını qəbul etmiş X27 miras payından məhrum etmişdir. Hazırda 27 fevral 1987-ci ildə vəfat etmiş X9ndan miras qalmış əmlakdan X10 vasitəsi ilə irsi transmissiya üzrə mirası yeganə qəbul edən vərəsə kimi həmin mirasdan payını tələb edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə ilə müraciət edərək, iddianın predmetində dəyişiklik etmək istədiyini bildirmiş və Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V- 821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, dörd aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, X19 adına 06 fevral 2013-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin, X28 öz adma Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin ləğv edilməsi, 27 fevral 1987-ci ildə vəfat etmiş X9ndan miras qalmış əmlakdan X10 vasitəsi ilə irsi transmissiya üzrə mirası yeganə qəbul edən vərəsə kimi həmin mirasdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə ərizəsi məhkəmənin icraatı qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X56 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi və Zaqatala rayonu 2 saylı Notariat Ofisinin notariusu məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X56 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi və Zaqatala rayonu 2 saylı Notariat Ofisinin notariusu məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərdi ki, xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Zaqatala rayon Dövlət Notariat Kontoru tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamə əsasında verilmişdir. Həmin vəsiyyətnamə iddiaçı tərəfindən daha öncə Zaqatala Rayon Məhkəməsində mübahisələndirilmiş və iddiaçının tələbi Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qüvvədə saxlanılmış və iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti də təmin edilməmişdir. İddiaçı iddia tələbində özünün və atasının həmin evdə yaşadığını və təsərrüfatı idarə etdiyini bildirsə də, Yusif Musayev əvvələr Hürüy Musayeva ilə birgə, Hürüy Musayevanın ölümündən sonra isə ünvan 6ində yerləşən torpaq sahələrini və evi Yusif Musayev tək idarə etmişdir. Hesab edir ki, Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas yoxdur və ümumiyyətli iddiaçının hazırki iddiası əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahat verərək bildirmişdir ki, ünvan 6ində yaşayır. İddiaçı onun qonşusudur, onun atası və daha əvvəl babası ilə qonşu olmuşdur. Yusif Musayev əvvəllər hazırda İddiaçı yaşadığı evdə yaşamış, onun ölümündən sonra həmin evdə onun oğlu hazırda iddiaçı olan İddiaçı atası Ramazan Musayev yaşamış və orada təsərrüfatla məşğul olmuşdur. Ramazan Musayevin ölümündən sonra faktiki olaraq həmin evi və evin yerləşdiyi torpaq sahəsinə sahibliyi İddiaçı etmişdir. Abdulla Musayevi də tanıyır, lakin Abdulla Musayev uzun illərdir ki, Zaqatala şəhər mərkəzində yaşayır, o son illərədək nə onu, nə də onun həyat yoldaşı Cavabdeh3 Yusif Musayevə və Ramazan Musayeva məxsus evdə görməmişdir, onlar həmin evdə yaşamamışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahat verərək bildirmişdir ki, Aşağı Çardaxlar kəndində yaşayır. Yusif Musayevi tanıyır və onun İddiaçı babası olduğunu bilir. Aşağı Çardaxlardan 1980-cı il tarixdə çıxsa da orada Yusif Musayevlə birgə Ramazan Musayevin yaşadığını və Yusif Musayevin ölümündən sonra onun oğlu Ramazan Musayevin və daha sonra İddiaçı Yusif Musayevə məxsus evi və təsərrüfatı idarə etdiyini bilir. Abdulla Musayev şəhərdə yaşayır və Cavabdeh3 onun həyat yoldaşıdır. X57 gəlib-gediblər, lakin orada yaşamayıblar. İşin halları 03 fevral 1982-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X50 ona məxsus olan ünvan 6ində yerləşən əmlakını, yəni iki mərtəbəli daşdan tikilmiş üstü karametlə örtülü dörd otaqlı evini və torpaq sahəsini oğlu X25 vəsiyyət etmişdir. Zaqatala rayonu 1 saylı dövlət notariat kontorunun dövlət notariusu X21 tərəfindən təsdiq edilmiş 01 dekabr 2012-ci il tarixli 2V-821 nömərli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Zaqalala rayon Dövlət Notariat Kontoru tərəfindən 16 fevral 1982-ci ildə təsdiq edilən və reyestrdə 2/43 N-ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 22 iyun 1982-ci ildə vəfat etmiş X5 və 27 fevral 1987-ci ildə vəfat etmiş X26 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi - oğlu X29r. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsindən 03 oktyabr 2012ci il tarixdə verilmiş **********91 saylı arayışda qeyd olunan 0,2202 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1962-ci ildə inşa edilmiş iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 85.2 kv.m yaşayış sahəsi 39.8 kv.m olan fərdi yasavıs evindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********52-10301 olan ünvan 6ində yerləşən 0,2202 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 85,2 kv.m olan fərdi yaşayış evi tam pay olaraq xüsusi mülkiyyət kimi X19 adına qeydiyyata alınmışdır. Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X13 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli reyestrində 2V-202 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh3 xx.xx.2016-cı il tarixdə ölmüş X19 vərəsəsi kimi onun mülkiyyətində olmuş Zaqatalla rayonu Aşağı Çardaxlar kəndində yerləşən 0,2202 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 85,2 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakdan tam pay almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********52-10301 olan Zaqatalla rayonu Aşağı Çardaxlar kəndində yerləşən 0,2202 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümu i sahəsi 85,2 kv.m olan fərdi yaşayış evi tam pay olaraq xüsusi mülkiyyət kimi Cavabdeh3 adına qeydiyyata alınmışdır. Zaqatala rayonu X34 tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli 31 nömrəli arayışdan görünür ki, İddiaçı mərhum babası X30 mülkiyyətinə verilmiş 0,22 ha həyətyanı torpaq sahəsi hal hazırda onun istifadəsindədir. Zaqatala rayonu X34 tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli 25 nömrəli məktubdan görünür ki, mərhumlar X50 və X6 mülkiyyətində olmuş 0.22 ha. həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1962-ci ildə inşa edilmiş iki mərtəbəli, iki otaqlı ümumi sahəsi 85.2 kvm.yaşayiş sahəsi 39.8 kvm olan fərdi yaşayış evində mərhum X17 öləndən sonra atası X35 baxmaq üçün X42 orada yaşamış, mərhumlarin hər ikisinin ölümündən sonra isə orada İddiaçı yaşamışdır. Lakin bina qəzalı vəziyyətdə olduğu üçün sonralar həmin binada yaşamaq mümkün olmamışdır. Həmin təsərrüfatı da hal -hazıradək o idarə edir. Bələdiyyə tərəfindən həmin əraziyə baxış keçirilmiş, qonşular dindirilmiş və həqiqətən də İddiaçı orada yaşamasını və həmin təsərüfatı o idarə etdiyini təsdiq etmişlər. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Çardaxlar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 48 nömrəli arayışdan görünür ki, Aşağı Çardaxlar kənd inzibati ərazi dairəsinin 01 nömrəli təsərrüfatı başına kitabın 42/43 səhifəsində İddiaçı adına 1962-ci ildə tikilmiş 2 mərtəbəli 2 otaqlı,100 kv.m ümumi sahəsinə malik fərdi yaşayış evi və 0,20 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Çardaxlar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 iyul 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Aşağı Çardaxlar kənd inzibati ərazi dairəsinin 01 nömrəli təsərrüfatı başına kitabın 44 səhifəsində İddiaçı adına 1962-ci ildə tikilmiş 2 mərtəbəli 2 otaqlı,100 kv.m ümumi sahəsinə, 80 v.m yaşayış sahəsinə malik fərdi yaşayış evi və 0,20 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 fevral 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 328154 nömrəli Ölüm haqında Şəhadətnamədən görünür ki, X42 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 nömrəli 24 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan və 27 noyabr 2018-ci il tarixli qeydiyyat nömrəsi ********** Dövlət reyestrindən Çıxarışlara əsasən iddiaçı Cavabdeh3 mülkiyyətinə verilmiş ünvan 6ində 0.2202 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və 0,3684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması və iddiaçının həmin torpaq sahələrinə və fərdi yaşayış evinə köçürülməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdeh İddiaçı alınaraq Az.MEM, VÖİN**********, X15, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 94/2022 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-8/2021 saylı, 24 may 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5716/2022 nömrəli xx.xx.2022ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-94/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sorğu edilməklə əldə edilmiş Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda açılmış 805 nömrəli vərəsəlik işində olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, X16 xx.xx.1983-cü il tarixdə ölmüşdür. Sorğu edilməklə əldə edilmiş Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda açılmış 805 nömrəli vərəsəlik işində olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 289 nömrəli arayışdan görünür ki, X50 27 fevral 1987-ci il tarixdə ölmüşdür. Sorğu edilməklə əldə edilmiş Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda açılmış 805 nömrəli vərəsəlik işində olan X19 ünvan 1 ünvanlandığı xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmış ərizədən görünür ki, o anası X16 və xx.xx.1987-ci il tarixdə vəfat etmiş atası X20 miras qalmış ünvan 6ində yerləşən fərdi yaşayış evindən ibarət əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Sorğu edilməklə əldə edilmiş Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda açılmış 805 nömrəli vərəsəlik işində olan Zaqatala rayon İcra Hakimiyyəti başçısının Aşağı Çardaxlar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 331 nömrəli arayışdan görünür ki, X36 xx.xx.1983-cü il tarixədək ünvan 6ində qeydiyyatda olduğu evdə yaşamış və onun X51, X36 və X43 adında vərəsələri qalmışdır. Sorğu edilməklə əldə edilmiş Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda açılmış 805 nömrəli vərəsəlik işində olan Zaqatala rayon İcra Hakimiyyəti başçısının Aşağı Çardaxlar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 267 nömrəli arayışdan görünür ki, X52 xx.xx.1987-ci il tarixədək ünvan 6ində qeydiyyatda olduğu evdə yaşamış və onun X51, X36 və X43 adında vərəsələri qalmışdır. Sorğu edilməklə əldə edilmiş Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda açılmış 805 nömrəli vərəsəlik işində olan 10 yanvar 1949-cu il tarixdə verilmiş ИE seriyalı 113254 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, xx.xx.1949-cu il tarixdə anadan olmuş X19 atası X50, anası X8r. Sorğu edilməklə əldə edilmiş Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontorunda açılmış 805 nömrəli vərəsəlik işində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, X19 A № 205648 saylı “X60 və ölçüsü” sənədinə və AR DTXK-nin xx.xx.2012-ci il tarixli, 289 saylı arayışına əsasən X26, X5 və X19 ümumibirgə mülkiyyətinə verilmiş ünvan 2i ünvanında yerləşən 0.2202 ha həyətyanı torpaq sahəsinin mərhumlar - X35 və X7 aid hissələri üzərində və həmin torpaq sahəsində yerləşən, mərhum X35 məxsus 1962-ci ildə inşa edilmiş, iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 85.2 kv.m, yaşayış sahəsi 39.8 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət və digər əşya hüquqlarının mülkiyyət hüququ üzrə qanunvericiliyə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 821488 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X43 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Zaqatala rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 179 nömrəli arayışdan görünür ki, X4 ş. F.Əmirov küçəsi ev 19 mənzil 5 ünvanında yaşayır və onun varisləri Cavabdeh3, X44 və X31r. Cavabdeh3 Dövlət Notariat Kontoruna ünvanlandığı ərizədən görünür ki, X18 miras qalmış Zaqatala rayonu Çobankol kəndində yerləşən ev və torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş edir. 18 sentyabr 1978-ci il tarixdə 307 nömrə ilə parılmış Doğum haqqında akt qeydindən görünür ki, 18 sentyabr 1978-ci il tarixdə anadan olmuş X22 atası X43, anası X37r. X22 ünvan 5 ünvanlandığı xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, o mərhum atası X18 miras qalmış Zaqatala rayonu A.Çardaxlar kəndində yerləşən evində vərəsə kimi ona düşən paya vərəsəliyi qəbul etməmiş və etməyəcəkdir. Müddətin bərpası üçün gələcəkdə məhkəməyə müraciət etməyəcəkdir. 02 oktyabr 1975-ci il tarixdə 266 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, 30 sentyabr 1975-ci il tarixdə anadan olmuş X23 atası X43, anası X37r. X23 ünvan 5 ünvanlandığı xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, o mərhum atası X18 miras qalmış Zaqatala rayonu A.Çardaxlar kəndində yerləşən evində vərəsə kimi ona düşən paya vərəsəliyi qəbul etməmiş və etməyəcəkdir. Müddətin bərpası üçün gələcəkdə məhkəməyə müraciət etməyəcəkdir. Zaqatala rayon İcra Hakimiyyəti başçısının Aşağı Çardaxlar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 269 nömrəli arayışdan görünür ki, X32 adına 1962-ci ildə tikilmiş, 2 mərtəbəli, 4 otaqlı ümumi sahəsi 100 kv.m, yaşayış sahəsi 80 kv.m olan fərdi yaşayış evi və 0,20 ha həyətnayı torpaq sahəsinin olmaı 2 nömrəli təsərrüfatbaşına kitabının 25-ci səhifəsində qeyd edilmişdir. Zaqatala rayon İcra Hakimiyyəti başçısının Aşağı Çardaxlar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 289 nömrəli arayışdan görünür ki, A205648 saylı X60 və Ölçüsündə qeyd olunan 0,22 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi RİHB-nın A.Çardaxlar inzibati ərazi nümayəndəliyinin xx.xx.2012-ci il tarixli 268 saylı arayışına əsasən X32, X6 və X19 ümumi birgə mülkiyyətindədir. A205648 nömrəli X59 kitabında xx.xx.2009-cu il tarixdə 332 nömrə ilə uçota alınmış X60 və Ölçüsündən görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə ünvan 6ində yerləşən 2200 kv.m həyətyanı torpaq sahəsi X30 mülkiyyətinə verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-389/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 qarşı Zaqatala rayon 1 saylı Notariat ofisi tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-201/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və vəkili X53 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(033)-389/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2914/2022 nömrəli xx.xx.2022ci il tarixli qərarından görünür ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-201/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən iddiaçı tərəfin vəsatəti əsasında yerində müayinə keçirilmiş, müayinə zamanı müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsi ünvan 6ində yerləşir. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində hazırda heç kim yaşamır. Həmin torpaq sahəsində iddiaçıya məxsus dəmir metaldan ibarət avtomobil, texnikanın ehtiyat hissələri və digər dəmir metallar mövcuddur. Həmçinin torpaq sahəsində yararsız avtomobil, daş, qum və çınqıl var ki, həmin əşyalar da İddiaçı məxsusdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. 1146-cı maddəsinə əsasən mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3—cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1177-ci maddəsinə əsasən vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar. 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu 57-ci maddəsinə görə mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə ünvan 6ində yerləşən 2200 kv.m həyətyanı torpaq sahəsi X30 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi onunla yanaşı onun həyat yoldaşı X6 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində yerləşən 1962-ci ildə inşa edilmiş, iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 85.2 kv.m, yaşayış sahəsi 39.8 kv.m olan fərdi yaşayış evi X26 mülkiyyətində olmuşdur. X17 22 iyun1983-cü il tarixdə, X50 27 fevral 1987-ci il tarixdə vəfat etmişlər. X50 ona məxsus olan ünvan 6ində yerləşən əmlakını, yəni iki mərtəbəli daşdan tikilmiş üstü karametlə örtülü dörd otaqlı evini və torpaq sahəsini oğlu X25 03 fevral 1982-ci il tarixli vəsiyyətnamə ilə vəsiyyət etmiş və 01 dekabr 2012-ci il tarixli 2V-821 nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən X43 22 iyun 1982-ci ildə vəfat etmiş X5 və 27 fevral 1987-ci ildə vəfat etmiş X26 mülkiyyətində olmuş 0,2202 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1962-ci ildə inşa edilmiş iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 85.2 kv.m yaşayış sahəsi 39.8 kv.m olan fərdi yasavıs evindən ibarət miras əmlakdan tam pay almışdır. Həmin vəsiyyətnamə İddiaçı tərəfindən mübahisələndirilmiş və Zaqatala Rayon Məhkəməsinin 2(033)-389/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 qarşı Zaqatala rayon 1 saylı Notariat ofisi tərəfindən 16 fevral 1982-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 2/43 nömrə ilə qeyd olunan vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 201/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(033)-389/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2914/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 201/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X19 ünvan 6ində yerləşən 0,2202 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 85,2 kv.m olan fərdi yaşayış evi üzərində hüquqları Daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. X43 05 sentyabr 2016-cı il tarixdə ölmüş və onun Cavabdeh3, X44 və X45 adında vərəsələri qalmışdır. X1 vərəsəsi olan Cavabdeh3 mirasqoyandan miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Zaqatala rayonu 2 saylı dövlət notariat kontoruna müraciət etmiş və mirasqoyanın digər iki vərəsəsi olan X44 və X45 xx.xx.2017-ci il tarixli ərizələrlə miras əmlakda olan paylarından imtina etmişlər. Cavabdeh3 xx.xx.2016-cı il tarixdə ölmüş X19 vərəsəsi kimi onun mülkiyyətində olmuş Zaqatalla rayonu Aşağı Çardaxlar kəndində yerləşən 0,2202 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 85,2 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakdan tam pay almasına dair Zaqatala rayonu 2 saylı dövlət notariat kontorunun dövlət notariusu X13 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli reyestrində 2V-202 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında Daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeylər aparılmaqla ünvan 6ində yerləşən 0,2202 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 85,2 kv.m olan fərdi yaşayış evi tam pay olaraq xüsusi mülkiyyət kimi Cavabdeh3 adına qeydiyyata alınmışdır. İddiaçı mirasqoyan X26 vərəsəsi olan xx.xx.1994-cü il tarixdə vəfat etmiş X10nun X20 miras qalmış ünvan 6ində yerləşən 0,2202 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini faktiki qəbul etməsini əsas gətirərək Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V- 821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, 04 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, X19 adına 06 fevral 2013-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin, Cavabdeh3 öz adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin ləğv edilməsi, 27 fevral 1987-ci ildə vəfat etmiş X9ndan miras qalmış əmlakdan X10 vasitəsi ilə irsi transmissiva üzrə mirası yeganə qəbul edən vərəsə kimi həmin mirasdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk öncə iddia tələbinin Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin X3 tərəfindən 3 fevral 1982-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə əsasında verilmişdir. xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas olmuş vəsiyyətnamənin etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilmiş və Zaqatala Rayon Məhkəməsinin 2(033)-389/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair iddiası rədd edilmişdir. Bununla da məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən Şəhadətnamə etibarlı əqd olan vəsiyyətnamə əsasında verilmişdir. Qeyd olunmalıdır ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də müəyyən edilmişdir ki, iddiaçının babası tərəfindən əmisi Abdulla Musayevə vəsiyyətnamə qoyması, vəsiyyətnamə qoyularkən və ondan sonra iddiaçının atasının sağ olması, bu müddətdə iddiaçının atasının mirasın qəbulu üçün müraciət etmədiyi, vəsiyyətnamə icra olunaraq A.Musayev tərəfindən mirasın qəbul olunması, onun vəfatından sonra isə onun həyat yoldaşı olan Cavabdeh3 mülkiyyətinə keçməsi işin müəyyən olunmuş hallarıdır. İşdə olan sənədlərə əsasən isə mübahisəli miras əmlakın iddiaçının atası tərəfindən qəbul edilməsi müəyyən edilmir. Miras açılarkən iddaçının atası sağ olmuş və mirası qəbul etmək imkanı olmuş, lakin o mirası qəbul etməmişdir. Vəsiyyətnamə qoyularkən isə iddiaçının özü yetkinlik yaşına çatmışdır. Odur ki, vəsiyyətnamənin tərtib olunduğu vaxtdan qırx ilə yaxın müddət keçəndən sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, qanunvericiliklə müəyyən olunmuş müddətdə hüquqlarından istifadə etməmişdir. Məhkəmə daha sonra iddiaçının atası olan X24 X20 miras qalmış əmlakı qəbul edərək idarə etməsi və bu əsasla onun atasının mirası faktiki qəbul edən vərəsə olaraq mirasqoyan X35 məxsus ünvan 6ində yerləşən 0,22 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən pay almalı olduğu dəlilinə münasibətdə qeyd edir ki, mülki qanunvericilikdə miras qoyanın əmlakının vərəsələrə keçməsinin üç üsulu qeyd edilmiş və bunlardan biri qanun üzrə, digəri vəsiyyət üzrə və sonuncu olaraq hər iki üsulla, yəni həm qanun, həm vəsiyyətnamə üzrə keçməsidir. Eyni zamanda mülki qanunvericilikdə qanun üzrə vərəsəliyin qüvvədə olma şərtləri də qeyd edilmiş və həmin şərtlərdən biri mirasqoyanın vəsiyyətnamə qoymamasıdır. Hazırki mülki işlə müəyyən edilmiş hallardan görünür ki, miras qoyan X50 tərəfindən mülkiyyətində olan ünvan 6ində yerləşən 0,22 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi barəsində vərəsəsi olan X19 xeyrinə vəsiyyətnamə qoyulmuş və həmin vəsiyyətnamə qüvvədədir. Məhkəmə iddiaçının “Zaqatala rayon Dövlət Notariat Kontoru tərəfindən X9ndan miras qalmış əmlaka X19 adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməməsi, miras əmlakı qəbul etmədiyi halda yalnız vəsiyyətnamə əsasında X25 tam hissədə miras payı müəyyən etməsi” dəlilinə münasibətdə qeyd edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlayır və notariat fəaliyyətini tənzimləyən həmin qanunda və ümumiyyətlə mülki qanunvericilikdə vəsiyyətnamə olduğu halda mirası qəbul etmiş vərəsələrin dairəsinin notarius tərəfindən yoxlanılması tələbi qoyulmamışdır. Məhkəmə, 22 iyun 1982-ci ildə vəfat etmiş X7 məxsus hər hansı əmlak qeydə alınmadığı və onun tərəfindən vəsiyyətnamə verilmədiyi halda, 22 iyun 1982-ci ildə vəfat etmiş X5 və 27 fevral 1987-ci ildə vəfat etmiş X26 vəsiyyətnamədə göstərilən əmlakına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X25 mirasdan tam irs verilməsi əsası ilə Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V- 821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qüsurlu tərtib olunmasına dair iddiaçının fikrinə münasibətdə qeyd edir ki, 22 iyun 1982-ci ildə vəfat etmiş X5 adına əmlak qeydə alınmadığı və onun tərəfindən vəsiyyətnamə verilmədiyi halda onun adının və ona məxsus əmlakın vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilməsi vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş 27 fevral 1987-ci ildə vəfat etmiş X35 məxsus əmlakdan X43 tərəfindən onun xeyrinə vəsiyyət edilmiş əmlakdan tam pay almasına təsir göstərmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2012-ci il tarixli 2V- 821 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mülki qanunvericiliyin şərtlərini pozması halı müəyyən edilmədiyindən və qanunvericiliyə uyğun verildiyindən iddia tələbi həmin şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 04 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, həmin şəhadətnamə xx.xx.2016-cı il tarixdə vəfat etmiş X19 qanuni əsaslarla mülkiyyətində olmuş və ondan miras qalmış ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 85,2 kv.m 2 otaqlı fərdi yaşayış evi və 0,2202 ha həyətyanı torpaq sahəsindən ibarət əmlaka dair onun vərəsəsi olan Cavabdeh3 verilmişdir. Miras qoyan X19 ölümündən sonra onun birinci növbədən olan üç vərəsəsi qalmış, miraqoyanın arvadı hazırki iş üzrə Cavabdeh3, oğulları X44 və X45. Mirasqoyanın ölümündən beş ay sonra xx.xx.2017-ci il tarixdə onun vərəsəsi olan hazırki iş üzrə Cavabdeh3 mirası qəbul etdiyi barədə ünvan 5 ərizə ilə müraciət etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Mirasqoyanın digər vərəsələri olan X45 və X46 xx.xx.2017-ci il tarixli ərizələrlə X18 miras qalmış əmlakdan imtina etmişlər. Cavabdeh3 xx.xx.2016-cı il tarixdə vəfat etmiş X19 mirası qəbul etmiş yeganə vərəsəsi kimi 04 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras qoyanın mülkiyyətində olmuş ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 85,2 kv.m 2 otaqlı fərdi yaşayış evi və 0,2202 ha həyətyanı torpaq sahəsindən ibarət əmlakdan tam hissədə pay almışdır. Göstərilənlərlə yanaşı, məhkəmə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar). Məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılan zaman Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Belə ki, iddiaçı mərhum babasından və əmisindən miras qalmış əmlakı qəbul etməyə yönələn hərəkətləri etməmiş və bununla da istər subyektiv vərəsəlik hüququnu, istərsə də mirasın qəbul faktını rəsmiləşdirən şəhadətnamənin etibarsızlığını mübahisələndirmək üçün nəzərdə tutulmuş imkanı itirmişdir (iddiaçının ən azından 2021ci il tarixdən həmin şəhadətnamənin mövcudluğundan xəbəri olmuşdur, bundan qabaqki tarixlərdə də xəbəri olması istisna edilmir). Bu baxımdan iddiaçı hazırkı iddia tələbi ilə məhkəmə müraciət edərkən Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq (kəsici) müddəti də ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və onun payı bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İddiaçı tərəfindən vəsiyyətnamə üzrə miras əmlakın qəbul edilmədiyi müəyyən edildiyindən, iddia tələbinin digər hissələrinə hüquqi qiymət verilə bilməz. Çünki, iddiaçının həmin tələblərlə bağlı subyektiv hüququ yaranmır. Digər tərəfdən mirası qəbul etmiş vərəsələr isə ölənin qanun üzrə birinci növbəli vərəsələridir və miras əmlak barəsində vərəsəlik şəhadətnaməsinin verildiyi vaxt onların arasında hər hansı bir mübahisənin olması barədə iş materiallarında heç bir sübut yoxdur. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Məhkəmənin qənaətinə görə etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilən Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu X13 tərəfindən verilmiş 04 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanun pozuntusuna yol verilmədiyindən iddia tələbi həmin şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “X19 adına 06 fevral 2013-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin, X28 öz adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin ləğv edilməsi, 27 fevral 1987-ci ildə vəfat etmiş X9ndan miras qalmış əmlakdan X10 vasitəsi ilə irsi transmissiva üzrə mirası yeganə qəbul edən vərəsə kimi həmin mirasdan payının müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, “X19 adına 06 fevral 2013-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin ləğv edilməsi” tələbi iddia tələbinin “Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V- 821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi” hissəsindən, “X28 öz adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatak Ərazi İdarəsinin verdiyi 05 oktyabr 2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və qeydin ləğv edilməsi” tələbi iddia tələbinin “04 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi” hissəsindən və son olaraq iddia tələbinin“27 fevral 1987-ci ildə vəfat etmiş X9ndan miras qalmış əmlakdan X10 vasitəsi ilə irsi transmissiva üzrə mirası yeganə qəbul edən vərəsə kimi həmin mirasdan payının müəyyən edilməsi” hissəsi iddia tələbinin digər hissələrindən törəmə tələblərdir. Məhkəmənin qənaətinə görə, X19 adına 06 fevral 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatın aparılmasına və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V- 821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, X28 adına 05 oktyabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatın aparılmasına və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş 04 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilmədən, ləğv edilməsi tələb olunan həmin çıxarışların mövcudluğu iddiaçının hər hansı hüququnu pozması kimi dəyərləndirilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi ümumilikdə əsaslı hesab edilərək təmin edilə bilməz. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X56 18 saylı Zaqatala Ərazi İdarəsinə, Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Cavabdeh3 qarşı vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi qanuni və əsaslı olmadığına görə rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh edilənələrə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X56 18 saylı Zaqatala Ərazi İdarəsinə, Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, Cavabdeh3 qarşı “Zaqatala rayon Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli 2V-821 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Daşınmaz əmlakın Dövlət reyestrində 06 fevral 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X19 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun 04 aprel 2017-ci il tarixli 2V-202 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında Daşınmaz əmlakın Dövlət reyestrində 05 oktyabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 adına aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 27 fevral 1987-ci ildə vəfat etmiş X9ndan miras qalmış əmlakdan X10 vasitəsi ilə irsi transmissiya üzrə mirası yeganə qəbul edən vərəsə kimi həmin mirasdan payının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar