Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-441/2023 03.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5 Komitəsinin Zaqatala rayon Şöbəsi tərəfindən verilmiş A seriyalı 042869 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində X4 dair məlumatların ərizəçiyə məxsus olmasını müəyyən etməklə həmin sənədin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun Zaqatala rayonu Car kəndi ərazisində yerləşən 1924,64 kv.m torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üçün A seriyalı 042869 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, həmin sənəd 345 nömrəsi ilə X10 kitabında uçota alınmış və X5 Komitəsinin Zaqatala rayon Şöbəsinin müdiri tərəfindən təsdiq olunmuşdur. Lakin torpaq sahəsinin planı və ölçüsü sənədində onun adı “Kamil” deyil, səhv olaraq “Şamil” yazılmışdır. O, torpaq sahəsinə çıxarış almaq məqsədi ilə DƏDRX-də qeydiyyata aldırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Lakin cavabdeh təşkilat - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş A N 042869 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində düzəlişlərin edilməsi "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X8 18 saylı Zaqatala Ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığına dair imtina vermişdir. Ona görə də, torpaq sahəsinin planı və ölçüsü sənədində səhvən yazılmış “Şamil” adının düzəldilməsi məqsədi ilə həmin sənədin “Ərizəçi” na məxsus olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət edir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X8 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasında nümayəndənin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının torpaq payı alacaq subyektlərin siyahısında Ərizəçi (şəxsiyyət vəsiqəsi AA*******) adı texniki səhv olaraq X7 yazılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı 042869 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə X4 1924.64 kv.m. Zaqatala rayonu Car kəndində həyətyanı torpaq sahəsi verilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, vəsiqə xx.xx.1969-cu il tarixdə anadan olmuş Ərizəçi məxsusdur. Zaqatala RİHB-nin Car kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 924 nömrəli arayışdan görünür ki, Ərizəçi (şəxsiyyət vəsiqəsi AZE 1794960) ilə adlı siyahıda qeyd olunan X7 eyni şəxsdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixli 2614 nömrəli arxiv arayışından görünür ki, vətəndaşın 1996/2000-ci illərdə Car kənd İƏVN-nin t.başına kitab № 15, səhifə 45-də ailə tərkibi aşağıdakı kimi olmuşdur. 1. xx.xx.1969-cu il tarixdə anadan olmuş Ərizəçi-ailə başçısı. Zaqatala RİHB-nin Car kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 182 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.1968-ci il təvəllüdlü X6 və xx.xx.1963-cü il təvəllüdlü X2 adlı bacıları vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 31 yanvar 2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı 042869 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarı Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkilinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı 042869 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində xx.xx.1969-cu il tarixdə anadan olmuş Ərizəçi adı “Kamil” əvəzinə “Şamil” kimi qeyd edilmiş və Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilənlər həmin şəxsin şəxsiyyət vəsiqəsində və digər hüquq müəyyənedici sənədlərdə göstərilən müvafiq olaraq adı ilə düz gəlmir. Eyni zamanda, həmin sənəd hüquqmüəyyənedici sənəd olmaqla, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı 042869 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd edilmiş X3 xx.xx.1969-cu il tarixdə anadan olmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi kimi nəzərə alınmaqla həmin sənədin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.2.5, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı 042869 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd edilmiş X3 xx.xx.1969-cu il tarixdə anadan olmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi kimi nəzərə alınmaqla həmin sənədin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-441/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-441/2023
03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver