Məhkəmə qərarları › İş №e-2(033)-47/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-47/2024

25.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-47/2024 25.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X6 katibliyi, İddiaçı vəkili Nümayəndə, cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu X4, Cavabdeh2 və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı vəsiyyətnamə üzrə X22 şəhadətnamənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi və miras əmlaka dair vəsiyyət və ya qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayon 2 saylı Notariat ofisinin notariusu Gözəl İsgəndərova tərəfindən tərtib və təsdiq olunaraq verilmiş xx.xx.2023-cü il tarixli 2V-450 say ilə reyestrdə qeydə alınmış, X13 miras qalmış 1,01 ha torpaq sahəsi üçün verilmiş V-151/2023 saylı vəsiyyətnamə üzrə X22 şəhadətnaməsinin etibarsız hesab edilməsinə və ya ləğv edilməsinə, həmin əmlak üzərində X17 qanun və ya vəsiyyət üzrə vərəsəlik hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-122/2021 saylı qətnaməsi ilə Zaqatala rayonu Fındıqlı kəndində yaşamış xx.xx.2009-cu ildə vəfat etmiş X13 miras qalmış Fındıqlı kəndində yerləşən 2 otaqlı mənzil üzərində İddiaçı qanun üzrə vərəsəlik hüququ verilmişdir. Mərhum Ninanın həmin mənzildən başqa 1 ha torpaq sahəsi də miras qalmışdır. Həmin torpaq sahəsi də mərhum bacısı X31 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Belə ki, Nina Mixaylovna xx.xx.2009-cu ildə vəfat etdikdən 1 il sonra xx.xx.2010-cu ildə Vera Mixaylovna vəfat etmişdir. Həmin torpaq sahəsinin taktiki qəbul edilməsi təqdim edilmiş torpaq sahəsinin çıxarışından açıq-aydın görünür. Belə ki, həmin torpaq sahəsi hər iki bacının payları məlum olmayan ümümbirgə mülkiyyətində olmuşdur. Hazırda Cavabdeh2 notariusa vəsiyyətnamə təqdim edərək X14 miras qalmış torpaq sahəsinə vərəsəlik hüququ əldə etmək məqsədi ilə xx.xx.2023-cü il tarixli 2V-450 reyestr nömrəli V-151/2023 saylı vəsiyyətnamə üzrə X22 şəhadətnamə almışdır. Biz buna etiraz edirik ona görə ki, Cavabdeh2 bu günədək Nina Mixaylovdan miras qalmış torpaq sahəsini vərəsəlik qaydasında qəbul etməmişdir. Məhkəmələrdə isə onun şikayətləri rədd olunmuşdur. Qanunlara əsasən Nina Mixaylovnanın əmlakını faktiki olaraq Vera Mixaylovna qəbul etmiş, idarə etmiş, daha sonra isə sonuncu İddiaçı vəsiyyətnamə yazmışdır. Bu da MMnin 1252-ci maddəsinə irsi transmissiyaya aiddir. Yəni, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. İddiaçı Vera Mixaylovnanın vəsiyyət üzrə vərəsəsi olduğuna görə və X32 Mixaylovnadan miras qalmış bütün əmlakı faktiki olaraq qəbul etdiyindən mərhum Nina Mixaylovnanın bütün əmlakı vərəsəlik hüququ əsasında İddiaçı verilməlidir. Odur ki, Nina Mixaylovnadan miras qalmış əmlakın Cavabdeh2 vərəsəlik hüququ əsasında verilməsinə etiraz edirlər. Vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işi məhkəmədə aparılmalı olduğundan onlar bu barədə notariat ofisinə rəsmi olaraq müraciət etmişdirlər. Lakin Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərovaya aralarında mübahisənin olduğu bildirildiyi halda Cavabdeh2 vəsiyyətnamə üzrə X22 şəhadətnamə vermişdir. X15 vərəsələr arasında fərqli münasibət nümayiş etdirərək eyni mübahisə üzrə İddiaçı vərəsəlik şəhadətnaməsi tələb edərkən ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina edərək onu məhkəməyə göndərmiş və o, 3 il məhkəmə qapılarında süründükdən sonra məhkəmə qətnaməsi əsasında Vera Mixaylovnadan miras qalmış torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququ, Nina Mixaylovnadan qalmış yaşayış evi üzərində isə qanun üzrə vərəsəlik hüququ əldə etmişdir. Cavabdeh2 isə imtina etməmiş, ona vərəsəlik şəhadətnaməsini dərhal vermişdir. Nina Mixaylovnadan miras qalmış əmlakın bir hissəsi yaşayış evi, digər hissəsi isə torpaq sahəsidir. Yaşayış evi Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi, eyni zamanda Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə vərəsəlik hüququ əsasında İddiaçı mülkiyyətinə verilmişdir. Nina Mixaylovnadan miras qalmış əmlakın bir hissəsi İddiaçı vərəsəlik hüququ əsasında verildikdən sonra əmlakın digər hissəsi Cavabdeh2 verilə bilməz və ona verilməsi Mülki Məcəllənin müddəalarının pozulması ilə nəticələnir. Bütün bu mübahisələrin olmasını X15 bilsə də mübahisələrə əhəmiyyət vermədən Mülki Məcəllənin və “Notariat haqqında Qanun”un tələblərini pozaraq vərəsələr arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olmasına baxmayaraq məhkəməyə aid mübahisəni vərəsəlik şəhadətnaməsi verməklə qanunsuz hərəkət etmişdir. Onun bu qanunsuz hərəkətləri nəticəsində İddiaçı vərəsəlik hüququ pozulmuşdur. Belə ki, Nina Mixaylovnadan miras qalmış 1 ha torpaq sahəsi vərəsəlik hüququ əsasında İddiaçı mülkiyyətinə verilməlidir. Qeyd etdiyi hərəkətləri ilə notarius Mülki Məcəllənin bir sıra maddələrinin tələblərini və Notariat haqqında Azərbaycan Respublikası qanununun tələblərini kobud şəkildə pozmuşdur. Mülki Məcəllənin 1133.2-ci maddəsində deyilir ki, Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Hesab edir ki, notariusun verdiyi qanun üzrə vərəsəlik şəhadətnaməsi qeyd olunan maddənin tələblərini pozur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsində qeyd olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Məhkəmə baxmalı olan mübahisəyə dair notarius vərəsəlik şəhadətnaməsi vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində qeyd olunuı ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1247-ci maddəsində qeyd olunur ki, əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsində qeyd olunur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan maddələrin tələbi notarius tərəfindən pozularaq qanunla müəyyən edilmiş mirası qəbul etmə müddəti bərpa olunmadan vərəsəlik şəhadətnaməsi verilmişdir. Notariat haqqında qanunun 55-ci maddəsində qeyd olunur ki, açılmış miras haqqında məlumat alan notarius bu barədə yaşayış yeri və iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Qeyd olunan qanunun tələblərini notarius pozaraq ona təqdim olunmuş vərəsələrin dairəsinə dair arayışda onun da bir vərəsə kimi vərəsə olduğunu nəzərə alaraq vərəsəlik şəhadətnaməsi verilməsi üçün onu çağırmalı idi, vərəsələr arasında ixtilaflar olub-olmamasını aydınlaşdırmalı idi. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin əbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək və çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda o, özünə ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, onlar əvvəlki iddia ərizəsində, yəni 2020-2021-ci illərdə məhkəmədə baxılan iddia ərizəsində hazırda mübahisələndirilən bir hektar sahəni ona görə mübahisələndirməmişlər ki, Cavabdeh2 ərizə verərək həmin sahəni alsın. Həmin məhkəmənin gedişatı zamanı Yusif gəlib ərizə vermiş olsaydı, məhkəmə qətnaməsi ilə həmin mirasın digər hissəsi ona veriləcəkdi. Həmin vaxt Yusif onu istəməmişdir. İndi istəməsinin səbəbini də başa düşmür. Torpaq sahəsinə dair 2 vəsiyyətnamə olub. Birinci iki bacı Cavabdeh2 vəsiyyət edib. Sonra isə İddiaçı vəsiyyət edib. Cavabdeh hər iki bacıdan torpaq sahəsi fındıq bağı almışdır. Sahəsi 2 hektar 3 sotdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, 2001-ci il tarixdə sözügedən torpağı vəsiyyətnamə əsasında almışdır və indiyə kimi faktiki olaraq həmin torpaq sahəsindəki bağdan istifadə etmişdir. 2009-cu ildə Kamilə qoyulan vəsiyyətnamədən xəbəri olmamışdır. Onun bağı yığması ilə bağlı şahidləri də var. Kənddə də hər kəs bilir ki, həmin bağın sahibi odur. Həmçinin bu torpağın bütün vergilərini dövlətə o ödəmişdir. Bağ onun olmasaydı ödəməzdi. 2005-ci ildə vəsiyyətnaməni ona Vera və Nina bacıları qoymuşlar. O həmin bacılardan ev yox, fındıq bağı almışdır. Aldığı vaxtdan 2020-ci ilə qədər həmin fındıq bağını özü yığmış və bunu İddiaçı də bilmişdir. Hər il orta hesabla ***-**** kq fındıq yığmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh2 sözügedən fındıq bağını 2001-ci ildən faktiki olaraq istifadə edir. Həmin bağın bələdiyyəyə, torpaq şöbəsinə ödədiyi vergilərini də notariusa təqdim etmişlər. Bağı faktiki olaraq Yusif istifadə etmişdir. Bildirir ki, Yusif Ninanın vəsiyyətnamə üzrə vərəsəsidir. Hesab edir ki, iddiaçının məhkəməyə verdiyi vərəsəlik hüququnun verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə hər hansı bir əsas yoxdur və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X5 iddia tələbini qəbul etməyərək bildirdi ki, notariusa əvvəlcə Cavabdeh2 müraciət edib. Onların işini araşdıran zaman məlum olmuşdur ki, Yusif 2.02 hektar torpağı özünə istəyir. Onlar araşdıraraq sorğu göndərmişlər. Aydın olmuşdur ki, həmin torpaqların hər ikisi Cavabdeh2 düşməyəcək. Çünki bacılardan biri təkrar vəsiyyətnamə qoymuşdur. Vera və Nina bacıları eyni gündə Cavabdeh2 5 may 2005-ci il tarixdə vəsiyyətnamə qoymuşlar. Sonra 2009-cu il tarixdə isə Vera vəsiyyətnaməni dəyişərək İddiaçı vəsiyyətnamə qoymuşdur və bununla da əvvəlki vəsiyyətnamə ləğv olunmuşdur. Lakin Cavabdeh2 notariusa 2 vəsiyyətnamə ilə müraciət edərək həmin torpaqları öz adına keçirtmək istəmişdir. Bunun mümkün olmadığını Cavabdeh2 başa salmışdır. Lakin Yusif ona qarşı məhkəmədə iddia qaldırmışdır ki, 2-ci vəsiyyətnamə saxtadır. Bu məsələ ilə bağlı Yusif illərlə məhkəməyə gedib-gəlmişdir. Sonra Kamil müraciət edərək digər torpağı da öz adına keçirəcəyini bildirmişdir. Ona da bunun mümkün olmadığını bildirmişdir. Əvvəlcə Nina ölüb, sonra Vera ölüb. Əgər vəsiyyətnamə olmasaydı miras ona keçə bilərdi, lakin vəsiyyətnamə olduğu üçün keçə bilməz. O, birinci dərəcəli varis deyil ki, vərəsənin vərəsəsinə miras keçsin. Uzun müddət sonra Cavabdeh2 gələrək ona işini uzatdığını, qarşı tərəfə şəhadətnamə verdiyini, lakin ona şəhadətnamə vermədiyini bildirmişdir. O, Yusifə bütöv torpağı istədiyi üçün verə bilmədiyini izah etmişdir. Sonra Yusif təkcə öz payını istədiyini demişdir. O da Yusifə şəhadətnamə vermişdir və heç bir qanun pozuntusuna yol verməmişdir. İşin halları Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X7 və X33 16 noyabr 1963-cü il tarixdə nikaha daxil olmuşdurlar. Nikah bağlandıqdan sonra ərə Lisenkov, arvada Lisenkova soyadı verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 183 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməinə dair çıxarışdan görünür ki, Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X31 və X8 mülkiyyətindədir. X3 və X9 iştirakı ilə Zaqatala Dövlət Notariat Kontorunda 05 may 2005-ci il tarixdə tərtib edilmiş, notarius N.R.Məmmədova tərəfindən təsdiq edilmiş və 2V/86 nömrə ilə reyestrlə qeydə alınmış vəsiyyətnamədən görünür ki, vəsiyyət edən X25 Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 32 saylı qərarı ilə mülkiyyətinə verilmiş 1,02 ha torpaq sahəsini Cavabdeh2 vəsiyyət etmişdir. X3 və X9 iştirakı ilə Zaqatala Dövlət Notariat Kontorunda 05 may 2005-ci il tarixdə tərtib edilmiş, notarius N.R.Məmmədova tərəfindən təsdiq edilmiş və 2V/87 nömrə ilə reyestrlə qeydə alınmış vəsiyyətnamədən görünür ki, vəsiyyət edən X31 Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 32 saylı qərarı ilə mülkiyyətinə verilmiş 1,02 ha torpaq sahəsini Cavabdeh2 vəsiyyət etmişdir. X2 və X1 iştirakı ilə Zaqatala Dövlət Notariat Kontorunda 19 dekabr 2009-cu il tarixdə tərtib edilmiş, notarius G.İsgəndərova tərəfindən təsdiq edilmiş və 2V/163 reyestrlə qeydə alınmış vəsiyyətnamədən görünür ki, vəsiyyət edən X24 məxsus olan və gələcəkdə məxsus olası Zaqatala rayonu Fındıqlı kəndində fərdi yaşayış evini (halhazırda yaşadığı), həyətyanı torpaq sahəsini, pay torpağını İddiaçıiçə vəsiyyət etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(033)-122/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı 25 oktyabr 2010-cu ildə vəfat etmiş X27 miras qalmış DƏDRX-də 12 mart 2020-ci ildə ********** nömrə ilə qeydə alınmış və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,02 ha torpaq sahəsinin X30 aid hissəsi üzərində vəsiyyət üzrə və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən Reus Ninanın mülkiyyətində olmuş 15 noyabr 1996-cı il tarixli 190 saylı qeydiyyat vəsiqəsində göstərilmiş 2 otaqlı xüsusi mənzil üzərində isə qanun üzrə vərəsəlik hüququ verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-50/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu X5 və üçüncü şəxs Cavabdeh2 qarşı miras üzərində qanun və vəsiyyət üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair 2(033)-122/2021 nömrəli mülki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmişdir. Həmin qərardadla müəyyən edilmiş hallardan görünür ki, iş üzrə mübahisə mərhum bacıların ümumi birgə mülkiyyətində olan 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsinə münasibətdədir. Belə ki, mübahisələndirilən 2,02 ha torpaq sahəsinin 1,01 ha hissəsini Nina Mixaylovna iş üzrə üçüncü şəxs Cavabdeh2 vəsiyyət etmiş və torpaq sahəsinin həmin hissəsi müahisələndirilmir. 2V-355 nömrə ilə reyestrdə qeyd edilmiş xx.xx.2023-cü il traixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqında Şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X14 vərəsəsi kimi Şabanov X18 rayon TİB tərəfindən xx.xx.1996-cı il tarixdə X16 verilmiş 02-14 qeydəalma nömrəsi ilə 02 nömrəli kitabın 14-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Zaqatala rayonu Fındıqlı qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 39,4 kv.m yaşayış sahəsi 30,7 kv.m olan 2 otaqlı mənzildən ibarət miras əmlakdan tam hissədə pay almışdır. 2V-354 nömrə ilə reyestrdə qeyd edilmiş xx.xx.2023-cü il traixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqında Şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X19 vərəsəsi kimi İddiaçı ƏMDK-nin yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə X23 verilmiş **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Fındıqlı qəsəbəsi ünvanında yedəşən ümumi sahəsi 2,02 ha olan torpaq sahəsinin mərhumun mülkiyyətində olan 1/2 hissəsindən ibarət miras əmlakdan tam hissədə pay almışdır. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Maqov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 aprel 2023-cü il tarixdə verilmiş 238 nömrəli və 07 aprel 2023-c il tarixdə verilmiş 246 nömrəli arayışlardan görünür ki, X14 birinci növbədən varisi yoxdur. 2V-450 nömrə ilə reyestrdə qeyd edilmiş xx.xx.2023-cü il traixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqında Şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X19 vərəsəsi kimi Cavabdeh2 ƏMDK-nin yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə X20 verilmiş **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Fındıqlı qəsəbəsi ünvanında yedəşən ümumi sahəsi 2,02 ha olan torpaq sahəsinin mərhumun mülkiyyətində olan 1/2 hissəsindən ibarət miras əmlakdan tam hissədə pay almışdır. Zaqatala Rayon Maqov Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 19 sentyabr 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 361569 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2009-cu il tarixdə ölmüşdür və bu barədə xx.xx.2009-cu il tarixdə ölüm haqında akt qeydləri kitabında 24 nömrəli qeyd edilmişdir. Dövlət Notariat Arxivinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, 05 may 2005-ci il tarixdə 2V-86 nömrə ilə təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2019-cu ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Cavabdeh2 ünvan ünvanlandığı 12 aprel 2023-cü il tarixli ərizədən görünür ki, o X13 miras qalmış Zaqatala rayonu Fındıqlı kəndində yerləşən torpaq sahəsindən ibarət əmlaka dair X22 şəhdətnamənin verilməsi üçün müraciət etmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Maqov kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı 428093 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2010-cu il tarixdə ölmüşdür və bu barədə xx.xx.2010-cu il tarixdə ölüm haqında akt qeydləri kitabında 18 nömrəli qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 183 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməinə dair çıxarışdan görünür ki, Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən 2,02 ha kənd təsərrüfatı təyinatlı torpa sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və X8 mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməinə dair çıxarışdan görünür ki, Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən ümumi sahəsi 39,40 kv.m olan mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Maqov Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixlin arayışdan görünür ki, X14 vergi borcu yoxdur və onun vergi borcunu ölümündən sonra vergi borcunu Cavabdeh2 ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. 1146-cı maddəsinə əsasən mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3—cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1177-ci maddəsinə əsasən vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu 57-ci maddəsinə görə mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə X22 şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən X22 şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə X22 şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən X22 şəhadətnamə verilənədək təqdim olunmalıdır. 59-cu maddəsinə görə notarius qanun üzrə X22 şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə X22 şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,04 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarına əsasən X21 və X28 mülkiyyətinə verilmişdir. 05 may 2005-ci il tarixli vəsiyyətnamələrə əsasən X21 (2V-86 reyestr nömrəli vəsiyyətnamə) və X31 (2-V-87 reyestr nömrəli vəsiyyətnamə) Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş 2,04 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin özlərinə məxsus müvafiq olaraq 1,02 ha və 1,02 ha hissəsini Cavabdeh2 vəsiyyət etmişlər. Hər iki vəsiyyətnamə xüsusi texniki vasitələrdən istifadə edilməklə 2 şahidin iştirakı ilə tərtib edilmiş və vəsiyyət qoyanlar tərəfindən imzalanmış və notarius tərəfindən təsdiq edilmişdir. X31 19 dekabr 2009-cu il tarixli reyestrdə 2V/163 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnamə ilə Zaqatala rayonu Fındıqlı kəndində yerləşən fərdi yaşayış evini (hal-hazırda yaşadığı), həyətyanı torpaq sahəsini, pay torpağını İddiaçıiçə vəsiyyət etmişdir. Vəsiyyətnamə Zaqatala rayon 2 saylı Dövlət Notariat kontorunda tərtib edilmiş və X15 tərəfindən təsdiq edilmişdir. X31 25 oktyabr 2010-cu ildə, X25 isə 18 sentyabr 2009-cu il tarixdə vəfat etmişdir. 2V-86 reyestr nömrəli 05 may 2005-ci il tarixli vəsiyyətnamə əsasında X28 ölümündən sonra ondan miras qalmış Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,04 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ona məxsus 1,02 hissəsinə tam hissədə pay xx.xx.2023-cü il tarixli Qanun üzrə X22 Şəhadətnaməyə əsasən İddiaçı verilmişdir. Həmin torpaq sahəsinin X20 məxsus hissəsindən Cavabdeh2 xx.xx.2023-cü il tarixli V- 151/2023 (2v-450) nömrə ilə reyestrə əlavə edilmiş Vəsiyyətnamə üzrə X22 Şəhadətnaməyə əsasən tam pay almışdır. İddiaçı 25 oktyabr 2010-cu ildə vəfat etmiş X28 bacısı 18 sentyabr 2009-cu il tarixdə vəfat etmiş X13 miras qalmış əmlakı faktiki olaraq qəbul etdiyini, X14 vəsiyyətnamə üzrə vərəsəsi olan Cavabdeh2 mirası vərəsəlik qaydasında qəbul etmədiyini, belə olduğu halda X13 miras qalmış əmlakın irsi transmissiya qaydasında X28 vərəsəsi olan İddiaçı keçməli olduğunu əsas gətirərək və X13 miras qalmış əmlaka dair mübahisə olduğu halda notarius tərəfindən həmin əmlak barəsində X22 şəhadətnamənin verilməsinə istinad edərək cavabdehlərə qarşı hazırki iddia tələbi ilə müraciət etmişdir. Cavabdehlər iddia tələbini qəbul etməmişlər və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki qanunvericiliyə əsasən qanun üzrə vərəsəliyin qüvvədə olmasının əsas şərti ondan ibarətdir ki, miras qoyan vəsiyyətnamə qoymasın, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılsın. Göründüyü kimi, vəsiyyətnamənin mövcudluğu qanun üzrə vərəsəliyin mümkünlüyünü istisna edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə miras qoyanın əmlakının vərəsələrə keçməsinin üç üsulu qeyd edilmiş və bunlardan biri qanun üzrə, digəri vəsiyyət üzrə və sonuncu olaraq hər iki üsulla, yəni həm qanun, həm vəsiyyətnamə üzrə keçməsidir. Eyni zamanda mülki qanunvericilikdə qanun üzrə vərəsəliyin qüvvədə olma şərtləri də qeyd edilmiş və həmin şərtlərdən biri mirasqoyanın vəsiyyətnamə qoymamasıdır. Hazırki mülki işlə müəyyən edilmiş hallardan görünür ki, miras qoyan X25 tərəfindən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarı ilə mülkiyyətinə verilmiş 1,02 ha torpaq sahəsi barəsində vərəsəsi olan Cavabdeh2 xeyrinə vəsiyyətnamə qoyulmuş və həmin vəsiyyətnamə qüvvədədir. Məhkəmə iddia tələbinin vəsiyyətnamə üzrə X22 şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, İddiaçı və Cavabdeh2 iki bacı olan X25 və X28 vərəsələridir. X14 ölümündən sonra onun 1-ci növbədən olan vərəsələri qalmamış və mübahisələndirilən 26 aprel 2023-cü il tarixli V-151 nömrəli Vəsiyyətnamə üzrə X22 şəhadətnamə etibarlı əqd olan X25 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 86 nömrə il tarixdə qeydə alınmış vəsiyyətnamə əsasında verilmişdir. 26 aprel 2023-cü il tarixli V-151 nömrəli X22 şəhadətnamənin verilməsinə əsas olmuş vəsiyyətnamənin etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilməmiş, hətta İddiaçı iddia ilə əvvəllər məhkəməyə müraciət edərək, ona 25 oktyabr 2010-cu ildə vəfat etmiş X27 miras qalmış DƏDRX-də 12 mart 2020-ci ildə ********** nömrə ilə qeydə alınmış və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,02 ha torpaq sahəsinin X30 aid hissəsi üzərində vəsiyyət üzrə və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən Reus Ninanın mülkiyyətində olmuş 15 noyabr 1996-cı il tarixli 190 saylı qeydiyyat vəsiqəsində göstərilmiş 2 otaqlı xüsusi mənzil üzərində isə qanun üzrə vərəsəlik hüququ verilməsini xahiş etmiş, iddiasında da X28 Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarı ilə mülkiyyətinə verilmiş 1,02 ha torpaq sahəsinin Cavabdeh2 vəsiyyət (2-V-87 reyestr nömrəli vəsiyyətnamə) etməsi ilə bağlı hər hansı tələbləri və şikayətləri olmamışdır. Nəticə olaraq isə İddiaçı iddiası təmin edilmişdir. Bununla da məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən Şəhadətnamə etibarlı əqd olan vəsiyyətnamə əsasında verilmişdir. Qeyd olunmalıdır ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də müəyyən edilmişdir ki, X28 və X14 mülkiyyətində olmuş 2,02 ha torpaq sahəsinin X30 məxsus hissəsi üzərində vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı İddiaçı cavabdehlərə qarşı iddiasına mülki məhkəmə icraatı qaydasında baxılmış və bu zaman apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş üzrə mübahisə mərhum bacıların ümumi birgə mülkiyyətində olan 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsinə münasibətdədir. Belə ki, mübahisələndirilən 2,02 ha torpaq sahəsinin 1,01 ha hissəsini Nina Mixaylovna iş üzrə üçüncü şəxs Cavabdeh2 vəsiyyət etmiş və torpaq sahəsinin həmin hissəsi mübahisələndirilmir. Belə olan halda məhkəmə hesab edir ki, X28 X13 miras qalmış və onun tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 86 say ilə qeydə alınmış vəsiyyətnamədə qeyd edilmiş əmlakı faktiki qəbul edib etməməsindən asılı olmayaraq həmin miras əmlakdan X28 pay alması da istisna edilir. Məhkəmə iddiaçının Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərova miras barədə mübahisə olduğu halda X25 tərəfindən vəsiyyət edilmiş və ondan miras qalmış əmlaka dair X22 şəhadətnaməsini qanunsuz olaraq verməsi barədə fikrinə münasibət bildirərək qeyd edir ki, X14 məcburi pay ala biləcək vərəsələri olmadığından və ondan miras qalmış əmlak olan Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən 2,02 ha torpaq sahəsinin ona məxsus hissəsi qüvvədə olan xx.xx.2005-ci il tarixli 86 say ilə qeydə alınmış vəsiyyətnaməyə əsasında Cavabdeh2 vəsiyyət edildiyindən və vəsiyyətnamə verilmiş həmin əmlakla bağlı miras şərikləri olmadığından notarius tərəfindən cavabdehə 26 aprel 2023-cü il tarixli V-151 nömrəli Vəsiyyətnamə üzrə X22 şəhadətnamə verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmənin qənaətinə görə etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilən Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu X5 tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli V-151 nömrəli vəsiyyətnamə üzrə X22 şəhadətnamə verilərkən qanun pozuntusuna yol verilmədiyindən iddia tələbi “Zaqatala rayon 2 saylı Notariat ofisinin notariusu Gözəl İsgəndərova tərəfindən tərtib və təsdiq olunaraq verilmiş xx.xx.2023-cü il tarixli 2V-450 say ilə reyestrdə qeydə alınmış, X13 miras qalmış 1,01 ha torpaq sahəsi üçün verilmiş V-151/2023 saylı Vəsiyyətnamə uzrə X22 Şəhadətnaməsinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi” hissəsində təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “26 aprel 2023-cü il tarixli V-151 nömrəli vəsiyyətnamə üzrə X22 şəhadətnamə əsasında Cavabdeh2 tam pay aldığı X13 miras qalmış Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən 1,01 ha torpaq sahəsinə dair İddiaçı qanun və ya vəsiyyət üzrə vərəsəlik hüququnun verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissəsi ilkin tələb olan “26 aprel 2023-cü il tarixli V-151 nömrəli vəsiyyətnamə üzrə X22 şəhadətnamənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi” hissəsindən törəmə tələblərdir. Məhkəmənin qənaətinə görə, 26 aprel 2023-cü il tarixli V-151 nömrəli vəsiyyətnamə üzrə X22 şəhadətnamənin verilməsinə əsas olmuş xx.xx.2005-ci il tarixli vəsiyyətnamə qüvvədə olduğu müddətdə X13 miras qalmış Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən 1,01 ha torpaq sahəsi barəsində iddiaçıya qanun və ya X22 şəhadətnamənin verilməsi mümkün deyil. Eyni zamanda 26 aprel 2023-cü il tarixli V-151 nömrəli vəsiyyətnamə üzrə X22 şəhadətnamə etibarsız hesab edilmədən, iddiaçıya qanun və ya vəsiyyət üzrə vərəsəlik hüququnun verilməməsi iddiaçının hər hansı hüququnu pozması kimi dəyərləndirilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi ümumilikdə əsaslı hesab edilərək təmin edilə bilməz. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı vəsiyyətnamə üzrə X22 şəhadətnamənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi və miras əmlaka dair vəsiyyət və ya qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair iddia ərizəsi qanuni və əsaslı olmadığına görə rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh edilənələrə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı vəsiyyətnamə üzrə X22 şəhadətnamənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi və miras əmlaka dair vəsiyyət və ya qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar