Məhkəmə qərarları › İş №e-2(033)-475/2025

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-475/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-475/2025 27.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən SAFİR – yumşaq-künc divan , PARİS – jurnal masa üçün 1950.8 (min doqquz yüz əlli manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 585.24 (beş yüz səksən beş manat, 24 qəpik) manat cərimə 2536.04 manat borc və 45.37 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni araşdırıb belə nəticəyə gəlir ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci və 152.1.1-ci maddələrinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2-ci və 149.2.2-ci maddələrinə görə iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Müəyyən etdim ki, iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məhkəmə hesab edir ki, iddia düzgün cavabdehə qarşı verilmədiyindən geri qaytarılmalıdır. Şərh edilənlərə əsaslanaraq hesab edirəm ki, iddiaçı ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməli, ərizə geri qaytarılmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, izah edilir ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.1,152.1.3, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: İddiaçı ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi üzrə məhkəmə icraatı mümkün hesab edilməsin və onun məhkəmənin icraatına qəbulundan imtina edilsin. İddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar