Məhkəmə qərarları › İş №e-2(033)-490/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-490/2025

07.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-490/2025 07.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədpva Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi Musayev Etimad Firuz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik borcunun silinməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Azərişıq ASC tərəfindən onun hesabına qalıq borc kimi yazılmış 585 manat 93 qəpik pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o İddiaçı ünvan 1 ünvanında fərdi yaşayış evi vardır. Həmin evə qanuni qaydada elektrik enerjisi çəkilmişdir. Elektrik enerjisindən qanuni qaydada istifadə olunaraq haqqı vaxtlı-vaxtında ödənilir. İstifadə edilən elektrik enerjisinin miqdarı quraşdırılmış və plomblanmış elektrik SMART sayğacı ilə ölçülür. xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilatın nümayəndələri gəlib sayğaca baxış keçirərək, 585,93 manat məbləğində elektrik borcu yazmışlar. Cavabdeh təşkilat xx.xx.2024-cü il tarixli 370926 nömrəli akt yazaraq qanunsuz və əsassız elektrik borcu yazmışlar. Tərəflərindən sayğaca heç bir müdaxilə olunmamışdır. Həmin borcu cavabdeh təşkilatın nümayəndələri suni olaraq yaratmışlar. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə etiraz edərək İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz olaraq yazılmış 585.93 manat borcunun hesabından silinməsi" tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “Azərişsq" ASC-yə qarşı “qanunsuz olaraq yazılmış 585.93 manat borcunun hesabından silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Zaqatala rayonu, Car kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC- nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00068 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları A.Bayramov və B.Abdullayev tərəfindən Zaqatala rayonu Car kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Gaydalarfna uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik sayğacının giriş xəttini zədəiəyərək kənar xətt vasitəsilə birbaşa şəbəkəyə qoşulmaqla elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydalarının 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixli, R370926 saylı akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, R370926 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 60 gün üçün 0.08 manatla 400 kvt.s (dəyəri 32.00 manat), 0.09 manatla 200 kvt.s (dəyəri 18.00 manat) və 0.13 manatla 3835 kvt.s (dəyəri 498.55 manat) toplamda 548.55 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən videoçəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan videoçəkilişdə açıq aşkar öz əksini tapır. “EEİQ”-nın 8.17-1. istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1 -ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EEİQ"-nın 8.17-2. istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8 17-1 -ci bəndlərində nəzərdə tutulan hallara 'yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği bərədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.Həmin qaydaların 7.11 -ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır". İddiaçı iddia tələbində silinəcək məbləği 585.93 manat göstərmişdir. Bildiririk ki, iddiaçıya qeyd olunan akt əsasında 548.55 manat hesabat aparılmış, yerdə qalan 37.38 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Yuxanda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Zaqatala rayonu Car kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2024-cü il tarixli R370926 saylı akt “EEİQ"-nın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O qeyd etmişdir ki, Azərişıq ASC-nin nümayəndələri ondan qanunsuz olaraq 500 manat tələb ediblər, həmin pul tanıdığı başqa şəxslərdən də tələb edilib. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh X3 Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İşin halları "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış ******* nömrəli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti -“Enerjitəchizatı müəssisəsi”, İddiaçı -“Məişət abonenti” olmaqla onlar arasında elektrik enerjisinin alqısatqısı müqaviləsi bağlanmışdır. X3 Cəmiyyəti Zaqatala Elektrik Şəbəkəsinin rəisi tərəfindən təsdiq edilmiş 05 dekabr 2024-cü il tarixli 370926 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun olaraq quraşdırılmış enerji uçot dəstinə baxış keçirildikdə məlum olmuşdur ki, istehlakçı sayğacın giriş xəttini zədələmiş, kənar xətt vasitəsilə birbaşa şəbəkəyə qoşulmaqla elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. ünvan 2 ünvanında abonent İddiaçı haqqında çıxarışdan görünür ki, EİQ pozulmasına görə xx.xx.2024-cü il tarixə 498,55 manat və 18 manat və eyni tarixə aktın yeni tarifi üzrə 32 manat borcu vardır. Tətbiq edilən hüquq «Elektrik enerjisidən istifadə Qaydaları»nın 1.2-ci bəndinə əsasən bu Qaydalar «Enerji resurslarından istifadə haqqında», «Elektroenergetika haqqında», «Energetika haqqında» Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2015-ci il tarixli, 190 №-li Qərarı ilə təsdiq edilmiş "xxxx" ASC-nin nizamnaməsi 1.2-ci bəndindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin abonenti olmaqla ünvan 2 ünvanında yaşayır. İddiaçının ünvan 3aqatala EŞ-nin enerji satış bazasında İddiaçı adına **********00068 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları A.Bayramov və B.Abdullayev tərəfindən Zaqatala şəhəri, Car kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacın giriş xəttini kəsib, sayğacdan kənar bir başa xəttə qoşularaq kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-ci il tarixli, R370926 saylı akt tərtib olunmuşdur. xx.xx.2024-ci il tarixli, R370926 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx.xx.2024ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 60 gün üçün 0.08 manatla 400 kvt.s, dəyəri 32 manat 0.09 manatla 200 kvt.s dəyəri 18.00 manat və 0.13 manatla 3835 kvt.s dəyəri 498.55 manat məbləğində ümümilidə 548.55 manat itirilmiş enerji hesabatı aparılmışdır. Saygac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə öz əksini tapmışdır. Baxış zamanı abonentin elektrik sayğacının giriş xəttini kəsərək bir başa xəttə qoşulub, kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydalarının 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-ci il tarixli, R370926 saylı akt tərtib olunmuşdur. xx.xx.2024-ci il tarixli, R370926 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİnin Akt komissiyası tərəfindən xx.xx.2024-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 60 gün üçün 0.08 manatla 400 kvt.s, dəyəri 32 manat 0.09 manatla 200 kvt.s dəyəri 18.00 manat və 0.13 manatla 3835 kvt.s dəyəri 498.55 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Həmin akt üzrə xx.xx.2024-cü il tarixə 498,55 manat və 18 manat və aktın yeni tarifi üzrə 32 manat olmaqla cəmi 585,93 manat borc yazılmışdır. İddiaçı 585,93 manat borcun silnməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir, iddia tələbinin rədd edilməsini xahiş edir. İşdən də göründüyü kimi, tərtib edilmiş aktla İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacının giriş xəttindən kənar xəttin qoşulduğu aşkarlanmış və xx.xx.2024-cü il tarixli akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmişdir. Bundan başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı mənzildən bayırda quraşdırılmışdır. İddiaçının həmin sayğaca nəzarət etmək imkanı yoxdur. Həmçinin mübahisələndirilən akt tərtib edilən zaman "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən abonentə məlumat verilməmiş, onun iştirakı təmin edilmədən əməkdaşlar tərəfindən akt tərtib olunmuşdur. Həmin akt iddiaçı tərəfindən imzalanmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən sonradan iddiaçı tərəfindən elektrik sayğacından kənar aparılmış xətt üzrə hesablanma aparılaraq dəymiş ziyan hesablanmışdır. Məhkəmə mübahisə ilə əlaqədar tətbiq edilməli olan tələbin qanuni əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisidən istifadə Qaydaları»nda (bundan sonra mətndə «Elektrik enerjisidən istifadə Qaydaları») müəyyən olmuş hüquq normalarına istinad etməyi zəruri hesab edir. İddiaçının məhkəmə iclasında verdiyi izahatından da görünür ki, o, xx.xx.2024-ci il tarixli akt üzrə hesablanmış 585,93 manatı mübahisələndirir. İş materiallarından da görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinə verilən elektrik enerjisinin hesablanması üçün nəzərdə tutulmuş sayğac üzrə hesablamanın aparılmasına əsaslardan biri kimi elektrik enerjisi istifadəçisinin fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacından kənar sayğacın giriş xəttinə birbaşa qoşularaq elektrik enerjisindən istifadə etdiyi göstərilmişdir. Qanunvericiliyin tələblərindən də görünür ki, elektirik enerjisinin istifadə edilməsi üçün abonentlə elektrik enerjisinin verilişini təmin edən təşkilat arasında alqı-satqı müqaviləsi bağlanılmalı, abonent tərəfindən elektrik enerjisinin istifadə qaydaları pozulduqda elektrik enerjisinin verilişini təmin edən təşkilat tərəfindən məişət abonentinin və 2 nəfər hal şahidinin iştirakı ilə müvafiq akt tərtib olunmalıdır. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Hazırki işdə olan aktdan da görünür ki, xx.xx.2024-ci il tarixli 370926 nömrəli akt tərtib olunarkən yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Belə ki, akt abonentin və iki nəfər hal şahidinin iştirakı olmadan tərtib edilmişdir. Bundan başqa qeyd «Elektrik enerjisidən istifadə Qaydaları»nın 8.32-ci bəndindən görünür ki, hesablaşma sayğacın qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara görə, məişət abonenti, o vaxt məsuliyyət daşıyır ki, mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud piləkən meydançasında deyil, bilavasitə məişət abonentinin yaşadığı mənzilin daxilində quraşdırılmış olsun. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla elektrik sayğacında müdaxilə izlərinin olması, elektrik sayğacından kənar xəttin aparılmasına görə iddiaçının mülki məsuliyyət daşıması sübuta yetirilmədiyindən və xx.xx.2024-ci il tarixli 370926 nömrəli akt qanunvericiliyə uyğun tərtib edilmədiyindən iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı barəsində tərtib etdiyi xx.xx.2024-ci il tarixli 370926 nömrəli akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 585,93 manat borc hesabdan silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Qət etdi : İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı barəsində tərtib etdiyi xx.xx.2024-ci il tarixli 370926 nömrəli akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 585,93 (beş yüz səksən beş manat doxsan üç qəpik) manat borc hesabından silinsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar