Məhkəmə qərarları › İş №e-2(033)-513/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-513/2025

04.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-513/2025 04.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X36 Əli qızının katibliyi, İddiaçı və onun nümayndəsi və vəkili Vəkil1, Maraqlı şəxs6 iştirakları ilə, İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X10, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs5, X27, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs7, Maraqlı şəxs6 qarşı “mirasın qəbul etmə faktı və miras payının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə 04 avqust 2025-ci il tarixdə, Zaqatala şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddia tələbi və dəlilləri: İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X10, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs5, X27, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs7, Maraqlı şəxs6 qarşı “mirasın qəbul etmə faktı və miras payının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə müraciət edərək, 27 fevral 1994-cü il tarixində vəfat etmiş mərhum atası X34 oğlundan miras qalmış ünvan 3 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq və üzərində inşa edilmiş ümumi sahəsi 95.7 kv.m olan fərdi yaşayış evi üzərində mirasın qəbul etmə faktının və miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. Mərhum atası X34 oğlu ilə anası X18 nikahlarından hazırki iş üzrə İddiaçı oğlu, qardaşı Maraqlı şəxs3 oğlu, qardaşı Maraqlı şəxs5 oğlu, bacısı Maraqlı şəxs1, qardaşı X35, qardaşı Maraqlı şəxs2 oğlu və qardaşı Maraqlı şəxs4 oğlu anadan olmuşlar. Sonardan mərhum atası X34 oğlu ilə anası X18 arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. xx.xx.1980-cı il tarixdə mərhum atası İddiaçı Nəsrulla oğlu Həsrətova Gülçöhrə Allahverdi qızı ilə ailə həyatı qurmuşdur. Onların nikahları Zaqatala rayon İHB-nın Aşağı Tala kənd ərazi nümayəndəliyində rəsmiləşmişdir. Mərhum atası İddiaçı Nəsrulla oğlu ilə X2 nikahlarından Ramazanova Aygün Qurban qızı və Maraqlı şəxs6 oğlu anadan olmuşlar. Mərhum atası X37 oğlu xx.xx.1994-cü il tarixdə, mərhum analığı olan Həsrətova Gülçöhrə Allahverdi qızı isə xx.xx.2023-cü il tarixdə ölmüşlər. Mərhum atası İddiaçı Nəsrulla oğlunun aşağıdakı vərəsələri qalmışdır. Həyat yoldaşı - X7, oğlu - İddiaçı, oğlu - Maraqlı şəxs3, qızı - Maraqlı şəxs1, oğlu - Maraqlı şəxs5, oğlu - X32, oğlu - Maraqlı şəxs2, oğlu - Maraqlı şəxs4, qızı - Maraqlı şəxs7, oğlu - Maraqlı şəxs6. Mərum atası X34 oğlunun yaşadığı Zaqatala şəhər F.Əmirov 24a ünvanında mülkiyyətində 0.06 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 95,7 kv.m fərdi yaşayış evi vardır. Atası 27 fevral 1994-cü ildə vəfat edənə kimi həmin özünə məxsus mülkiyyətdə yaşamışdır. İddiaçı və atasının digər övladları ailə qurduqdan sonra hər kəs öz təsərrüfatını quraraq başqa-başqa ərazilərdə yaşamışlar. O, isə qazanc dalınca Qazaxıstana getməli olmuş, əlinə fürsət düşən kimi rayona atasının yanına gəlməklə ona təsərrüfat işlərində kömək etmişdir. O, Qazaxıstanda olarkən atasının vəfat etməsini xəbərini eşitmiş və dərhal ata evinə qayıtmalı olmuşdur. Qayıdandan sonra atasının bütün yas mərasimlərində, onun baş daşının qoyulmasında, digər xərclərində, qırx mərasimini yola verilməsində iştirak etmiş, bir müddətdən sonra işlədiyi Qazaxıstan Respublikasına qayıtmışdır. Buna baxmayaraq hər rayona gələndə ata evində müəyyən işlər görmüşdür. O, atasının vəfatından əvvəl və sonra da xarici ölkədə yaşadığına görə mirasın qəbulu ilə bağlı heç bir bilgiyə malik olmamışdır. Hesab etmişdir ki, mərhum atasının ölümündən sonra miras qalan əmlak onun və digər ailə üzvlərinin adına keçəcəkdir. Bundan əlavə, o, Qazaxıstan Respublikasında yaşadığı müddətdə mərhum atasına pul vəsaiti göndərmiş və mərhum atası tərəfindən onun göndərdiyi pul vəsaiti hesabına həmin həyətdə bir otaqdan ibarət fərdi yaşayış evi tikilmişdir. Mərhum atası həmin evi İddiaçı tikməkdə məqsədi onun İİ qrup əili olduğuna görə və gələcəkdə Azərbaycana qayıdandan sonra ailəsi ilə birlikdə həmin evdə yaşaması məqsədi olmuşdur. Belə ki, mərhum atası X37 oğlundan miras qalmış əmlaka ona düşən məcburi payı almaq üçün dəfələrlə Zaqatala rayon Dövlət Notariat Ofisinə müraciət etmişdir. Zaqatala rayon Dövlət Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və 11 avqust 2024-cü il tarixli məktublarında qeyd etmişdir ki, Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən o mirasın qəbulu üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Eyni zamanda vərəslər arasında mübahisə olduqda, vərəsəlik işini notariat qaydasında həll edə bilmir. Odur ki, mərhum atasının X34 oğlundan qalmış əmlaka pay almaq üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İddiaçı və onun nümyayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin həcmin azaldılması zərurəti yarandığından iddia tələbinin xahiş edirəm hissəsinin aşağıdakı məzmunda qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər: xx.xx.1994-cü il tarixdə vəfat etmiş mərhum atası İddiaçı Nəsrullah oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq və üzərində inşa edilmiş ümumi sahəsi 95.7 kv.m olan fərdi yaşayış evi üzərində mirasın tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs5, X22 və Maraqlı şəxs1 nümyəndəsi İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, xx.xx.1994-cü il tarixdə vəfat etmiş mərhum ataları X8 miras qalmış ünvan 3 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq və üzərində inşa edilmiş ümumi sahəsi 95.7 kv.m olan fərdi yaşayış evi üzərində onunla birlikdə Maraqlı şəxs5, Bəhman Həsrətovun və Maraqlı şəxs1 da miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, eyni zamanda maraqlı şəxslər X23, Maraqlı şəxs5 və Maraqlı şəxs1 nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1994-cü ildə vəfat etmiş atası X8 miras qalmış ünvan 3-da yerləşən 0.06 ha həyətyanı torpaq və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində qanun üzrə miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı, eyni zamanda maraqlı şəxslər X23, Maraqlı şəxs5 və Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, atası X13 vəfatından sonra qeyd edilən evdə Qazaxıstandan gələndə onlar özləri və analığı X7 yaşamışdır. Elman da onlarla birgə Qazaxıstanda olmuşdur. Onun əlilliyi olduğu üçün həmin evi və torpağı atası ona da verəcəyini bildirmişdir. O, dörd ildir ki, Qazaxıstandan qayıtmışdır, həmçinin Azərbaycan Respublikası vətandaşılığını da əldə etmişdir. Ona onun payını verəcəklərinə dair hətta söz vermişdirlər. Lakin o, notariusa mirasın qəbulu barədə ərizə verməmişdir. Eyni zamanda atasının adına bankda olan əmanət sənədlərini, yəni pullarını da imza edib, Elmanın anasının müalicəsi üçün vermişdirlər. Cavabdeh Elman isə anası vəfat etdikdən sonra bacısını üç uşağı ilə birgə evdən qovmuş, o Elmanın bacısı Aygünə yaşaması üçün kömək kimi 4000 manat pul vermişdir. Elə Elmanın özünü onlar Qazaxıstana aparmış, ona iş vermiş, ayda 200 dollar da anasına pul göndərmişdirlər. Həmçinin o, Maraqlı şəxs6 anasına 20 il öz evini Zaqatalada kirayə verərək kirayə pulunun bir hissəsini ona vermişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vəkil2 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək İddiaçıla aramızda bağlanmış müqavilə ləğv edildiyindən indidən sonrakı məhkəmə iclaslarında onun iştirak etməyəcəyini bildirmiş, nəzərə alınmasını xahiş etmişdir. Maraqlı şəxs6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, atasının birinci yoldaşından olan övladları Yengiyanda anadan olmuş, orda yaşamışdırlar, atası ilkin nikahdan olan övladları tərk etməmiş, onlara baxmış, oxutmuş, sənət vermiş, hər birini yerbəyer etmişdir. Şahin isə uzun müddət Qazaxıstanda yaşamış, hətta soyadı belə fərqli olmuşdur. Məhkəmə qaydasında dəyişdirilmişdir. Ərizədə qeyd edilənlərin əksinə olaraq Şahin atasına ev tikilməsi üçün hər hansı pul göndərməmişdir. Həmin evi atası ilə anası tikmiş, Şahin heç bir gün belə orda yaşamamışdır. Atasının vəfatından sonra qeyd edilən evdə o, bacısı və anası yaşamışdır. Artıq bacısı da həmin evdə yaşamır. Atasının yas mərasimində isə qardaşları və həmçinin Şahin iştirak etmiş, baş daşını qoymuşdurlar, həmin vaxt onun 12 yaşı olmuşdur. Həmçinin iddiaçı Bazar massivində özünə ev almış, həmin evdə adam olsun deyə anası kirayəçi tapmışdır. Bir il kirayə pulunu anasına vermiş ola bilər, amma evin kirayə pulunun qalanını iddiaçının bacısı almışdır. İddiaçı və onun bacı qardaşları heç vaxt, istər atalarının sağlığında, istərsə də ataları öldükdən sonra onlarla bir evdə yaşamamışlar, b xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Maraqlı şəxs7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, atası 1994-cü il tarixdə vəfat etmiş, onun həmin vaxt 14 yaşı olmuşdur. Atasının vəfatından sonra o anası və qardaşı ilə birgə həmin evdə qalmışdır. Şahinin dəfin mərasimində iştirak edib-etməməsini xatırlamır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında maraqlı şəxs qismində dindirilmiş Maraqlı şəxs3, eyni zamanda Maraqlı şəxs5 nümayəndəsi, iddianı qəbul edərək ifadəsində bildirmişdir ki, çıxılmaz vəziyyətdə qaldığından evə dair sənədləri hamısını o almışdır, cavabdeh Elman isə bir qəpik belə pul verməmişdir. Ərizədə qeyd edilən ev Şahin üçün alınmış, lakin daha sonra ailəsini dağıtmışdırlar. Onlar həmin evdə qeydiyyatda olsalar da, 2018-ci ildə qeydiyyatdan çıxarmışdırlar. Həmin vaxt iddia ərizəsində qeyd edilən evdə yaşamış, evləndikdən sonra isə kirayə evə çıxmışdır. Amma qardaşı hələ də orda qeydiyyatdadır. Atasının vəfat edəndə yas mərasimində iştirak etmişdirlər, başdaşını qardaşları qoymuşdurlar. Ev atasının xüsusi mülkiyyətində olmuşdur. Lakin daha sonra onların adlarını gizlətmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X10, maraqlı şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs2 rəsmi qaydada məmulat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməəmiş, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə sənəd təqdim etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin və maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarına əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Zaqatala RİHB-nın Zaqatala şəhər inzibati ərazi sairəsi üzrə nümayəndəliyinin 5-82-12/2-2590/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı mərhum atası X19 vəfat edənədək ünvan 4 ünvanda yaşamış, xx.xx.1994-cü ildə vəfat etmişdir (xx.xx.2022-ci il tarixli, AZ-İİ 275524 nömrəli ölüm şəhadətnaməsi). Onun verdiyi məlumata görə mərhum X13 vəfatından sonra aşağıdakı ailə üzvləri qalmışdır: Həyat yoldaşı X9- xx.xx.2023-cü ildə vəfat etmişdir. Qızı- Maraqlı şəxs1, oğlu-Maraqlı şəxs5, oğlu-İddiaçı, oğlu-Maraqlı şəxs3, oğlu-X33, oğlu- Maraqlı şəxs2, oğlu-Maraqlı şəxs4, qızı-Maraqlı şəxs7, oğlu-Maraqlı şəxs6. Azərbaycan Respublikası Zaqatala RİHB-nın Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-82-12/2-1924/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, Maraqlı şəxs7 mərhum anası X9 vəfat edənədək ünvan 5 ünvanında yaşamış, xx.xx.2023-cü ildə vəfat etmişdir (xx.xx.2023-cü il tarixli, AZ-İİ 379168 nömrəli ölüm şəhadətnaməsi). Onun verdiyi məlumata görə mərhum X3 vəfatından sonra aşağıdakı ailə üzvləri qalmışdır: oğlu-Maraqlı şəxs6, qızı-Maraqlı şəxs7. Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 83 saylı, 19 yanvar 2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı və Maraqlı şəxs3 mərhum ataları X8 qalmış əmlaka dair mirasın qəbulu müddətinin bərpa edilməsi üçün məhkəməyə müraciət etmələri bildirilmişdir. Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 409 saylı, 02 aprel 2024-cü il tarixli məktubun surətindən görünür ki, mübahisəli vərəsəlik işinin notariat qaydasında həll olunması mümkün olmadığından Maraqlı şəxs7 məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 449 saylı, 18 aprel 2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı, Maraqlı şəxs3, Maraqlı şəxs5 atası X14 xx.xx.1994-cü il tarixdə vəfat etdiyindən məhkəmə qaydasında müddəti bərpa edib, daha sonra Notariat Ofisinə müraciət etmələri bildirilmişdir. Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 885 saylı, 11 avqust 2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə ölmüş atası- X8 miras qalmış, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0641 ha torpaq sahəsindən ona çatası payın verilməsi ilə əlaqədar köməklik göstərilməsini xahiş etmiş, lakin Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən o mirasın qəbulu üçün müəyyən olunmuş müddəti ötürdüyündən, eyni zamanda mərhumun vərəsələrindən qardaşı- Maraqlı şəxs6 ilə aralarında mübahisə olduğundan mərhum atası X8 qalmış əmlaka pay almaq üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Reyestrdə 2V-571 nömrə ilə qeyd edilmiş 24 aprel 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26 sentyabr 2023-cü ildə vəfat etmiş X3 vərəsəsi qızı- Maraqlı şəxs7 və oğlu- Maraqlı şəxs6dur və onların hər biri miras əmlakdan ½ hisədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsi tərəfindən 20 dekabr 2023-cü il tarixdə X4 verilmiş **********22-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 95.7 kv/m olan fərdi yaşayış evi və 0.0641 ha torpaq sahəsinin 1/4 hissəsindən ibarətdir. Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli, 518 saylı arayışın surətindən görünür ki, ünvan 10 saylı ünvanda yerləşən və Zaqatala Bələdiyyəsinin vergilərinin ödəniş sistemində X3 adına işlənmiş daşınmaz əmlakın xx.xx.2024-cü il tarixədək əmlak və torpaq vergi borcu yoxdur. Zaqatala rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 27 avqust 1982-ci il tarixli, Vİİİ-JQ 423371 nömrəli doğum haqqında şəhadətnaməni surətindən görünür ki, 21 avqust 1982-ci il tarixdə doğulmuş Maraqlı şəxs6 atası X19, anası X5r. Zaqatala rayon 2 saylı Notariat Ofisinə Maraqlı şəxs6 tərəfindən verilmiş 15 noyabr 2023-cu il tarixli V-602(2023) saylı ərizədən görünür ki, 26 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan anası-X9 ölmüşdür. ünvan 2 fərdi yaşayış evi və torpaq sahəsindən irs qalmışdır, mirası qəbul edir. Ondan başqa vərəsəsi Maraqlı şəxs7dır. Miras tərkibinə daxil olan Zaqatala şəhər, F.Əmirov küçəsi, ev 24 a fərdi yaşayış evi və torpaq sahəsindən ona çatası hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Zaqatala rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 10 yanvar 2005-ci il tarixli, AZ-İ 118080 nömrəli nikah haqqında şəhadətnaməni surətindən görünür ki, X28 ilə X29 arasında nikah xx.xx.2005-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrəsi ilə qeyd edilmişdir. Zaqatala rayon 2 saylı Notariat Ofisinə Maraqlı şəxs7 tərəfindən verilmiş 23 dekabr 2023-cu il tarixli V-602(2023) saylı ərizədən görünür ki, 26 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan anası-X9 ölmüşdür. ünvan 2 fərdi yaşayış evi və torpaq sahəsindən isr qalmışdır, mirası qəbul edir. Ondan başqa vərəsəsi Maraqlı şəxs6dur. Miras tərkibinə daxil olan Zaqatala şəhər, F.Əmirov küçəsi, ev 24 a fərdi yaşayış evi və torpaq sahəsindən ona çatası hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş reyestr nömrəsi **********22-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışın surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən 0.0641 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində olan ümumi sahəsi 95.7 kv.m fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə Maraqlı şəxs7, X11, X3 və Maraqlı şəxs6 adlarına daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş reyestr nömrəsi **********22-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışın surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən 0.0641 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində olan ümumi sahəsi 95.7 kv.m fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə Maraqlı şəxs7, X11, X3 və Maraqlı şəxs6 adlarına daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. JN-1749A KOD 40201004 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” - nin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 19 oktyabr 2005ci il tarixli 117 saylı qərarı ilə Zaqatala şəhərində Həsrətov Qurbanın və ailə üzvləri X2, X20 və Maraqlı şəxs6 adına 0.06 ha torpaq sahəsi verilmişdir. İnventar nömrəsi 1338, reyestr nömrəsi **********22-10301 olan fərdi yaşayış evinin texniki pasportun surətindən görünür ki, ünvan 9 saylı fərdi yaşayış evinin hüquq subyekti X14 və digər mülkiyyətçilərdir. Zaqatala rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş 20 mart 1981-ci il tarixli, Vİİİ-JQ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx xxxx 1981-ci ildə doğulumuşdur. X1 və X5r. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli, AZ- İİ 367237 saylı ölüm haqqından şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 608 nömrə ilə qeyd edilmişdir. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli, AZ-İ 401867 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxxxx 1961-ci ildə vətəndaş X15 doğulmuş X21 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 63 nömrə ilə qeyd edilmişdir. Zaqatala Rayon Aşağı Tala kənd ərazi dairəsi tərəfindən verilmiş 07 may 1980-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X12 arasında nikah 07 may 1980-cı ildə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeyd edilmişdir. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 may 2022-ci il tarixli, 05/Q- 1374/69 arayışın surətindən görünür ki, X14 və X6 nikahı haqqında 07 may 1980-cı il tarixdə, 11 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsrətov, arvada Həsrətova soyadı verilmişdir. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli, AZ-İİ 275524 saylı ölüm haqqından şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 32 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Zaqatala RİHB-nın Zaqatala şəhər inzibati ərazi sairəsi üzrə nümayəndəliyinin 5-82-12/2-1082/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, Həsrətov X30 şəhəri, G.Ərəblinski küçəsi 93 saylı evdə müvvəqəti qeydiyyatdadır. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün MYİ ******* saylı, xx.xx.2023-cü il tarixli icazə vərəqəsinin surətindən görünür ki, xx.xx.1961-ci il tarixdə doğulmuş Qazaxıstan Respublikası vətəndaşı Gasratov Shakhına qohumluq münasibəti əsasənda xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək yaşayış yeri Zaqatala şəhəri, G.Ərəblinski küçəsi, 93 olmaqla müvəqqəti yaşmaq üçün icazə verilmişdir. Zaqatala RİHB-nın Mosul kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli AZ-İV 647719 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə doğulumuşdur. X1 və X26r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2025ci il tarixli arayışdan görünür ki, İddiaçı barəsində umumi xəstəlik səbəbindən birinci dərəcəli əllilik müəyyən edilmişdir. Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X45 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-47/2-2635/2025 saylı, 24 iyul 2025 -ci il tarixli məktubdan görünür ki, X11 və X3 vəfatından sonra ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin vərəsələri Maraqlı şəxs6 və Maraqlı şəxs7 mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciətlərinin olması barədə ərazi idarəsində hər hansı məlumat aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, Vəkil1 tərəfindən Zaqatala Rayon Məhkəməsinin hesabına 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan SSR Mülki Məcəlləsi: (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş) Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qanun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə 529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Maddə 530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir.Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (hazırda qüvvədə olan 01 sentyabr 2000-ci il tarixli): Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, müəyyənləşdirilmiş hallar ondan ibarətdir ki, mərhum X34 oğlu ilə X18 nikahlarından İddiaçı oğlu, qardaşı Maraqlı şəxs3 oğlu, qardaşı Maraqlı şəxs5 oğlu, bacısı Maraqlı şəxs1, qardaşı X35, qardaşı Maraqlı şəxs2 oğlu və qardaşı Maraqlı şəxs4 oğlu anadan olmuşlar. Mərhum X34 oğlu ilə X18 arasında olan nikah məhkəmə qaydasında pozulmuş, xx.xx.1980-cı il tarixdə mərhum İddiaçı Nəsrulla oğlu Həsrətova Gülçöhrə Allahverdi qızı ilə nikah bağlamışdır. Onların nikahları Zaqatala rayon İHB-nın Aşağı Tala kənd ərazi nümayəndəliyində rəsmiləşmişdir. Mərhum İddiaçı Nəsrulla oğlu ilə X2 birgə nikahlarından Ramazanova Aygün Qurban qızı və Maraqlı şəxs6 oğlu anadan olmuşlar. X37 oğlu xx.xx.1994-cü il tarixdə, Həsrətova Gülçöhrə Allahverdi qızı isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdirlər. ünvan 9 ünvanında yerləşən 0.0641 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində olan ümumi sahəsi 95.7 kv.m fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə Maraqlı şəxs7, X11, X3 və Maraqlı şəxs6 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1994-cü ildə vəfat etmiş atası X8 miras qalmış ünvan 3-da yerləşən 0.06 ha həyətyanı torpaq və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində qanun üzrə miras payının müəyyən edilməsini xahiş etmiş, Maraqlı şəxs5, X32 və Maraqlı şəxs1 nümyəndələri İddiaçı vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə eyni məzmunlu ərizə təqdim edərək onların da qanun üzrə miras payının müəyyən edilməsini xahiş etmişdirlər. Əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM.m. 217.2). Miras qoyan X37 oğlu xx.xx.1994-cü ildə ölmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, vərəsəliklə bağlı münasibətlər 1994-cü il tarixdən yarandığından hazırki münasibətə həmin dövrdə qüvvədə olan qanunvericilik normaları tətbiq olunmalıdır. Yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Lakin iddiaçının mirası əmlakı qəbul etməsi iş materialları və işin halları ilə müəyyən olunmur. Çünki iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirasın faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişdir. İddiaçı mübahisə predmeti olan ünvan 3-da yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşadığını, daha sonra Qazaxıstanda yaşasa da, fürsət düşən kimi rayona atasının yanına gəlməklə ona təsərrüfat işlərində kömək etməsinə, atasına pul vəsaiti göndərməsinə və atası tərəfindən onun göndərdiyi pul vəsaiti hesabına həmin həyətdə bir otaqdan ibarət fərdi yaşayış evi tikilməsinə, atasının vəfatında dərhal sonra onun bütün yas mərasimlərində, baş daşının qoyulmasında, digər xərclərində, qırx mərasimini yola verilməsində iştirak etməsinə, tez-tez həmin evə gələrək orada yaşamasına, hazırki dövrədək həmin evə gedib-gəlməsinə istinad edərək miras əmlakı faktiki qəbul etdiyini bildirmişdir. Bundan başqa iddiaçı atasının vəfatından əvvəl və sonra da xarici ölkədə yaşadığına görə mirasın qəbulu ilə bağlı heç bir bilgiyə malik olmadığını bildirmişdir. Məhkəmə bildirir ki, iddiçının müəyyən vaxtlarda həmin evə qonaq kimi gəlməsi, atasının vəfatından dərhal sonra onun bütün yas mərasimlərində, baş daşının qoyulmasında, digər xərclərində, qırx mərasimini yola verilməsində iştirak etməsi həmin əmlaka faktiki sahiblik etməsi kimi qəbul edilə bilməz. Belə ki, X11 ölümündən sonra X7 uşaqları Ramazanova Aygün Qurban qızı və Maraqlı şəxs6 oğlu ilə birlikdə mübahisə predmeti olan evdə yaşamış, həmin hal işin mübahisəsiz halıdır. İddiaçı isə ailəli olmuş və daimi yaşadığı başqa yaşayış yerləri olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Bu baxımdan iddiaçı atasına pul vəsaiti göndərməsinə və atası tərəfindən onun göndərdiyi pul vəsaiti hesabına həmin həyətdə bir otaqdan ibarət fərdi yaşayış evi tikilməsinə istinad etsə də, bu halları sübut etmək yükü onların üzərinə düşür, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Əksinə işdə olan sübutlarla iddiaçıların miras əmlakı nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməsi təkzib olunur. Həmçinin iddiaçının mirasqoyanın ölümündən sonra miras əmlaka sahiblik və istifadə etməsi də inandırıcı və ağlabatan deyildir. Çünki iddiaçı Qazaxıstanda olmuş, ailə qurduğu üçün başqa ünvana köçmüş, miras əmlakla əlaqələri kəsilmiş, həmçinin mirası faktiki qəbul edəcək hərəkətlər etməmiş, eləcə də mirası qəbul etmək üçün notariat orqanına ərizə verməmişlər. Bununla da öz subyektiv vərəsəlik hüququnu həyata keçirməmişlər. Bu cür vəziyyətdə iddiaçıların tələbi əsaslı ola bilməzdi. Həmçinin işin hallarından görünür ki, iddiaçı mirası qəbul etmək üçün vaxtında təşəbbüs göstərməmiş, bu yöndə heç bir aktiv hərəkət etməmiş, bununla bağlı niyyəti əvvəldən mövcud olmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı tərəfin izahatında göstərildiyi kimi iddiaçı atasının adına torpaq sahəsi və fərdi yaşayış evinin mövcud olmasından məlumatlı olmuş, lakin X37 oğlunun vəfat etməsindən iddia ərizəsinin verildiyi tarixədək 31 ilə yaxın müddətdə iddiaçı tərəf mirası qəbul etməmiş, atasının mülkiyyətində olmuş fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi ilə bağlı hər hansı təşəbbüs belə göstərməmişdir. Bundan başqa iddiaçının mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə də müraciəti olmamışdır. Bundan əlavə, iddiaçının 30 ildən artıq bir müddətdə susması, yəni miras əmlakın mərhum atasının mülkiyyətində olmasını bildiyi halda bu vaxta qədər vərəsəliyə dair hansısa mübahisə açmaması da hazırkı iddianın xoş niyyətlə irəli sürülmədiyinə dəlalət edir. Göründüyü kimi, hər iki Mülki Məcəllənin tələbinə görə iddiaçı tərəfindən mirasın hansısa formada qəbul edilməsi hər hansı bir sübutla təsdiq edilmir. Baxmayaraq ki, bu halları sübut etmək yükü onun üzərinə düşür, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Əksinə işdə olan sübutlarla iddiaçının miras əmlakı nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməsi təkzib olunur. Mirasqoyanın ölümündən sonra iddiaçının miras əmlaka sahiblik və istifadə etməsi inandırıcı və ağlabatan deyildir. Çünki iddiaçı başqa ünvana köçmüş, miras əmlakla əlaqələri kəsilmiş, həmçinin mirası faktiki qəbul edəcək hərəkətlər etməmiş, eləcə də mirası qəbul etmək üçün notariat orqanına ərizə verməmişlər. Bununla da öz subyektiv vərəsəlik hüququnu həyata keçirməmişlər. Bu cür vəziyyətdə iddiaçıların tələbi əsaslı ola bilməzdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X10, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs5, X27, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs7, Maraqlı şəxs6 qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri olan 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X10, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs5, X27, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs7, Maraqlı şəxs6 qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar