Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-515/2023 16.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi və maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanına qarşı oğlu-X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanına qarşı ərizə ilə müraciət edərək 18 yanvar 2005-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində doğulmuş, Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan X5 (AA3527822) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X9 18 yanvar 2005-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində doğulmuşdur. Oğluna anadan gəlmə serebral iflici (Spastik tetraplegia- hidrosefaliya) diaqnozu olaraq qoyulmuşdur. Hazırda oğlu yetkinlik yaşına çatmışdır və onunla birlikdə yaşayır. Oğlu daimi birinci qrup əlildir və birinci qrup əlilliyə görə sosial müavinət alır. Xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri üzərində rəhbərlik edə bilmir. Buna görə də, qərara gəlmişdir ki, onun üzərində qəyyum təyin etdirsin. Bunun üçün əvvəlcə şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməlidir. Buna görə də, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bununla bağlı ekspertiza da təyin olunmuşdur və ekspert rəyi ilə də oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi müəyyən edilmişdir. Hesab edir ki, oğlunun kənar şəxsin köməyinə ehtiyacı vardır. Hesab edir ki, onun üzərində qəyyum təyin olunmalıdır. İddiası əsaslıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X10 izahat verərək göstərmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 X16 X12 tərəfindən keçirilmiş psixiatrik ekspertizasının rəyi ilə tanış olmuşdur və 18 yanvar 2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İşin halları myGOV elektron hökumət sistemindən xx.xx.2023-cü il tarixdə verilmiş elektron arayışdan görünür ki, X5 ailəsi özündən və anası Ərizəçi ibarətdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Zaqatala rayon ƏSMM tərəfindən verilmiş 07 mart 2016-cı il tarixli 062337 nömrəli vəsiqənin surətindən görünür ki, X9 18 yaşadək uşaqlıqdan əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli məlumatına əsasən X7 xx.xx.2023-cü il tarixində uşaq serebral iflici diaqnozu ilə birinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 X16 X8 xx.xx.2023-cü il tarixli, 349 nömrəli rəyində göstərilmişdir ki, Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert psixiatr bu qənaətə gəlir ki, yoxlanılan şəxs X6 halhazırda AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ, UŞAQLİ SEREBRAL İFLİCİNİN QALİQ ƏLAMƏTLƏRİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (TSEK-dən verilmiş xx.xx.2023-eü il tarixli şəhadətləndirilmə aktı), anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, bəzən anlaşılmaz səslər çıxarması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda bir qədər narahatlıq və gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin çox daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=28% və s.) sübut edir. Yekun hissəsi. Ekspert psixiatr mülki iş materiallarının, həmin mülki işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Sual 1. X1 hər hansı psixi qüsuru vardırmı? Cavab. X2 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ. UŞAQLİ SEREBRAL İFLİCİNİN QALİQ ƏLAMƏTLƏRİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. Sual 2. X1 psixi qüsuru hansı vaxtdan etibarən meydana gəlmişdir? Cavab. X1 psixi qüsuru anadangəlmədir. Sual 3. X2 psixi vəziyyətinə görə öz hərəkətinin mənasını dərk etmək və onu idarə etmək iqtidarına malikdirmi? X9 hal-hazırda FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilərmi? Cavab. X9 öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarında olmadığından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 18 yanvar 2005-ci il tarixdə anadan olmuş X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X7 anası olan iş üzrə Ərizəçi himayədarlıq edir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Göründüyü kimi, X9 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X5 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. X5 anası olan hazırki iş üzrə ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 18 yanvar 2005-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində doğulmuş, Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçi ərizəsi ilə əlaqədar dövlətə ödədiyi dövlət rüsumunu tələb etmədiyindən həmin rüsum xərci özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, ərizə təmin edilməli, 18 yanvar 2005-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində doğulmuş, Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizəçi ərizəsi təmin edilsin. 18 yanvar 2005-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində doğulmuş, Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan xəstə- X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-515/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-515/2023
16.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver