Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-52/2023 07.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X9 katibliyi, Ərizəçi və maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X13 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı bacısı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı ərizə ilə müraciət edərək 15 avqust 1972-ci il tarixdə Zaqatala rayonu Suvagil kəndində doğulmuş, Zaqatala rayonu Suvagil kəndində yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bacısı X10 15 avqust 1972-ci il tarixdə Zaqatala rayonu Suvagil kəndində anadan olmuşdur. Bacısı daun sindromlu olaraq doğulmuşdur. Hazırda bacısı onunla birlikdə yaşayır. Bacısı daimi İ qrup əlilliyə görə Prezident təqaüdü və sosial müavinət alır. Xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri üzərində rəhbərlik edə bilmir. Buna görə də qərara gəlmişdir ki, onun üzərində qəyyum təyin etdirsin. Bunun üçün əvvəlcə şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməlidir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanının nümayəndəsi X15 izahat verərək göstərdi ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə Şəhər psixonevroloji Dispanseri tərəfindən keçirilmiş psixiatrik ekspertizasının rəyi ilə tanış olmuşdur və 15 avqust 1972-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İşin halları Zaqatala Rayon İcra Hakimiyyəti Yeni Suvagil kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 387 nömrəli arayışdan görünür ki, X4 ailəsi özündən, Ərizəçi, X8, X11, X12 və X6 ibarətdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsin 3 saylı X3 03 avqust 2022-ci il tarixli arayışından görünür ki, Zaqatala rayonu Suvagil kəndində qeydiyyatda olan X10 İ qrup əlil kimi 220 manat sosial müavinət və 130 manat Prezident təqaüdü alır. Daimi. AZE07636464 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X10 15 avqust 1972-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 356 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs X5 hal-hazırda ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (TSEK-dən verilmiş 058819 saylı şəhadətləndirilmə aktı), anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq və gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün zəifləməsi, tənqidi funksiyalarının pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=38% və s.) sübut edir. Ekspert psixiatr mülki iş materiallarının, həmin mülki işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Sual 1. X1 hər hansı psixi qüsuru vardırmı? Cavab. X2 ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK. DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyindən əziyyət çəkir. Sual 2. X1 psixi qüsuru hansı vaxtdan etibarən meydana gəlmişdir? Cavab. X2 anadangəlmə xəstədir. Sual 3. X2 psixi vəziyyətinə görə öz hərəkətinin mənasını dərk etmək və onu idarə etmək iqtidarına malikdirmi? X10 halhazırda FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilərmi? Cavab. X2 ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirməsi ilə əlaqədar öz hərəkətinin mənasını dərk etmək və onu idarə etmək iqtidarında olmadığından o, FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, 15 avqust 1972-ci il tarixdə anadan olmuş X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərinə rəhbərlik edə bilmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X7 bacısı olan iş üzrə Ərizəçi himayədarlıq edir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb edir. Göründüyü kimi, X10 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X4 fəaliyyət qabiliyyəti olmayan hesab olunması ilə bağlı ekspert komissiyasının da müvafiq rəyi vardır. X4 bacısı olan hazırki iş üzrə ərizəçi onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 15 avqust 1972-ci il tarixdə Zaqatala rayonu Suvagil kəndində doğulmuş və orada yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, ərizə təmin edilməli, 15 avqust 1972-ci il tarixdə Zaqatala rayonu Suvagil kəndində doğulmuş və orada yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizəçi ərizəsi təmin edilsin. 15 avqust 1972-ci il tarixdə Zaqatala rayonu Suvagil kəndində doğulmuş və Zaqatala rayonu Suvagil kəndində yaşayan xəstə-X10 (AZE********) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov .
Məhkəmə qərarları › İş №e-2(033)-52/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-52/2023
07.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver